Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə38/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

öldüyü  məqamadək  malik  olduğu  əmlak  hüquqlarının  (miras 
aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 
Göründüyü  kimi,  vərəsələr  (ölənin  arvadı  və  oğlu)  miras 
əmlakı  qəbul  etmişlərsə,  onda  bank  vərəsələrdən  kreditin 
ödənilməsini tələb edə bilər.  
Sual  10.  Anam  5  il  bundan  əvvəl  vəfat  edib.  Mən  və 
qardaşım  mirası  qəbul  etməmişdik.  Atam  isə  mirası  qəbul 
etmişdi. Anamın vəfatından sonra atam təkrar evlənmiş, lakin 
evliliyini  rəsmi  qaydada  qeydiyyatdan  keçirməmişdi.  Bu 
yaxınlarda  atam  vəfat  edib  və  bizə  məlum  olub  ki,  bütün 
əmlakını  evləndiyi  qadına  vəsiyyət  edib.  Bilmək  istərdim,  ata 
əmlakından mənə və qardaşıma pay düşürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin 
uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad 
(ər),  valideynlər  (övladlığa  götürənlər)  birinci  növbədə  bərabər 
pay hüquqlu vərəsələr sayılırlar. 
Mülki  Məcəllənin  1193-cü  maddəsinə  görə  vəsiyyət 
edənin  uşaqlarının,  valideynlərinin  və  arvadının  (ərinin) 
vəsiyyətnamənin  məzmunundan  asılı  olmayaraq  mirasda 
məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara 
çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 
Göründüyü  kimi,  vəsiyyətnamənin  məzmunundan  asılı 
olmayaraq  Sizin  və  qardaşınızın  miras  əmlakdan  məcburi  pay 
almaq hüququnuz vardır, lakin məcburi payın həcmi qanun üzrə 
vərəsəlik zamanı sizə çatası payın yarısını təşkil edir. 


Sual 11. Ərim bir neçə il bundan əvvəl vəfat etmişdir. İki 
oğlum  var.  Mülkiyyətimdə  olan  mənzilin  onlara  qalmasını 
istəyirəm.  Vəsiyyətnamə  tərtib  etməyə  ehtiyac  varmı?  Bir 
vəsiyyətnamə  tərtib  etməklə,  həmin  mənzili  hər  iki  oğluma 
vəsiyyət edə bilərəmmi? 
Cavab:  Birinci  sualınıza  cavab  olaraq  bildirək  ki, 
vəsiyyətnamə  tərtib  etmək  Sizin  hüququnuzdur.  Lakin 
vəsiyyətnamə  tərtib  etməsəniz  belə,  mülkiyyətinizdə  olan 
mənzil  qanun  üzrə  vərəsəlik  qaydasında  bərabər  paylarda  hər 
iki  oğlunuza  keçəcəkdir  (Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsi, 1159.1.1-ci maddə). 
İkinci sualınıza cavab olaraq bildirək ki, Siz vəsiyyətnamə 
tərtib  etməklə  mənzilinizi  hər  iki  oğlunuza  vəsiyyət  edə 
bilərsiniz (Mülki Məcəllə, 1166-cı maddə).  
Bu  zaman  Siz  vərəsələrin  (yəni  oğullarınızın)  miras 
paylarını  müəyyənləşdirə  və  ya  hansı  vərəsəyə  hansı  əmlakın 
verildiyini  konkret  göstərə  bilərsiniz.  Əgər  tərtib  edilmiş 
vəsiyyətnamədə  bu  barədə  hər  hansı  göstəriş  olmazsa,  onda 
miras  vərəsələr  arasında  bərabər  bölüşdürülür  (Mülki  Məcəllə, 
1170.1-ci maddə). 
Sual 12. Atam bu yaxınlarda vəfat etmişdir. Mərhumun  
2 vərəsəsi var: mən və anam. Atamdan qalmış miras əmlakın 
bölüşdürülməsi  məsələsi  ortaya  çıxmışdır.  Mən  öz  payımdan 
anamın  xeyrinə  imtina  etmək  istəyirəm.  Bunun  üçün  nə 
etməliyəm? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1256-cı  maddəsinə  görə  vərəsə  vərəsəliyə  çağırıldığını  bildiyi 
və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan 
imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki 
aydan  çox  olmayaraq  uzada  bilər.  Mirasın  qəbulundan  imtina 
notariat orqanında rəsmiləşdirilməlidir. 
Göründüyü  kimi,  mirasın  qəbulundan  imtina  etmək 
hüququnuz vardır, bunun üçün mirası qəbul etməkdən ananızın 
xeyrinə  imtina  etməyiniz  barədə  ərizə  ilə  mirasın  açıldığı  yer 
üzrə  notariat  orqanına  müraciət  etmək  lazımdır.  Lakin  bu 
hüququnuzu  Mülki  Məcəllənin  1256-cı  maddəsində  nəzərdə 
tutulmuş müddətdə həyata keçirə bilərsiniz. 
Bundan  başqa,  nəzərə  almalısınız  ki,  mirası  qəbul 
etməkdən  imtina  etmə  barədə  ərizəni  geri  götürə  bilməzsiniz 
(Mülki Məcəllənin 1268.1-ci maddəsi). 
Sual  13.  Tərəfimdən  vəsiyyətnamə  tərtib  edilmişdir. 
Lakin  həmin  vəsiyyətnaməni  dəyişdirmək  istəyirəm.  Bunun 
üçün nə etməliyəm? 
Cavab: 
Vəsiyyətnamənin 
dəyişdirilməsi 
üsulları 
Azərbaycan 
Respublikası  Mülki  Məcəlləsinin  1220-ci 
maddəsində nəzərdə tutulmuşdur.  
Həmin  maddəyə  əsasən  vəsiyyət  edən  vəsiyyətnaməni 
aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 
- əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə 
zidd  hissəsini  birbaşa  ləğv  edən  yeni  vəsiyyətnamə  tərtib 
etməklə (1220.0.1.); 


- notariat orqanına ərizə verməklə (1220.0.2.); 
-  vəsiyyətnamənin  bütün  nüsxələrinin  vəsiyyət  edən 
tərəfindən  və  ya  onun  sərəncamı  ilə  notarius  tərəfindən  məhv 
edilməsi ilə (1220.0.3.). 
Sual 14. Anam atama qarşı məhkəmədə boşanma barədə 
iddia qaldırmışdı. Rayon məhkəməsinin qətnaməsi ilə tərəflər 
arasındakı  nikahın  pozulması  qət  edilmişdi.  Lakin 
qətnamənin  qəbulundan  bir  neçə  gün  sonra  atam  vəfat 
etmişdir. Eşitdiyimə görə boşanmış şəxslər bir-birindən sonra 
vərəsə  ola  bilməzlər.  Bilmək  istərdim,  anam mərhum  atamın 
qanun üzrə vərəsəsi hesab olunurmu? 
 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci 
növbədə  -  ölənin  uşaqları,  miras  qoyanın  ölümündən  sonra 
doğulmuş  uşaq,  arvad  (ər),  valideynlər  (övladlığa  götürənlər) 
bərabər pay hüquqlu vərəsələr sayılırlar. 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  23.1-ci 
maddəsinə görə nikah məhkəmə qaydasında pozulduqda isə bu 
barədə  məhkəmənin  qətnaməsinin  qanuni  qüvvəyə  mindiyi 
gündən nikaha xitam verilmiş sayılır. 
Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin 
233.1-ci  maddəsinə  görə  məhkəmə  qətnaməsindən  şikayət 
verilməmişdirsə,  qəbul  edildiyi  gündən  1  ay  keçdikdən  sonra 
qanuni qüvvəyə minir. 
Göründüyü  kimi,  atanız  nikaha  xitam  verilməsi  barədə 
məhkəmə qətnaməsi qanuni qüvvəyə minməmişdən əvvəl vəfat 
etmişdir.  Bu  halda,  atanız  vəfat  edərkən  ananızla  onun 
arasındakı  nikaha  xitam  verilməmişdi.  Çünki  nikaha  xitam 
verilməsi  barədə  birinci  instansiya  məhkəməsinin  qətnaməsi 
hələ  qanuni  qüvvəyə  minməmişdi.  Bu  baxımdan,  ananızın 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə