Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

nikaha  daxil  olduğu  və  neçə  uşağı  olduğu,  nikahın 
bağlanmasından  sonra  daşımaq  istədiyi  soyad  göstərilməli  və 
ərizə blankında göstərilmiş digər suallara cavab verilməlidir. 
―Dövlət  rüsumu  haqqında‖  Qanunun  12.1-ci  maddəsinə 
görə  nikahın  qeydə  alınması  üçün  5  manat  məbləğində  dövlət 
rüsumu ödənilir.     
 Beləliklə,  ilk  dəfə  nikaha  daxil  olanlar  Azərbaycan 
Respublikası  Ədliyyə  Nazirliyinin  rayon  (şəhər)  qeydiyyat 
şöbəsinə şəxsiyyət vəsiqələrini, yuxarıda adı çəkilən ərizəni və 
dövlət rüsumunun ödənilməsi barədə qəbzi təqdim etməlidirlər. 
Əvvəllər  nikahda  olmuş  şəxslər  isə  sadalanan  sənədlərlə 
birlikdə  həm  də  nikahın  pozulması  haqqında  şəhadətnaməni 
(surətini)  və  ya  ərinin  (arvadının)  ölüm  şəhadətnaməsini 
(surətini), 
yaxud  nikahın  etibarsız  sayılması  barədə 
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və  ya ondan 
çıxarışı təqdim etməlidirlər (Qaydanın 3.6-cı bəndi). 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  13-cü 
maddəsi  nikaha  daxil  olan  şəxslərin  tibbi  müayinədən  keçmək 
hüququnu  təsbit  edir,  lakin  bu  məcburi  deyil  və  nikaha  daxil 
olan şəxslərin razılığı ilə mümkündür. 
Sual  32.  Mən  03.08.2002-ci  ildə  A.Ə.Quliyevlə  rəsmi 
qaydada nikaha daxil olaraq ailə qurmuşam. Birgə nikahdan 
3  övladımız  vardır.  Bu  ilin  iyul  ayında  ərim  mənə  qarşı 
məhkəmədə  boşanma  ilə  bağlı  iddia  qaldırıb.  Məhkəmə  bizə 
barışıq  üçün  3  aylıq  müddət  vermişdi.  Mən  boşanmaya  razı 
deyiləm. Bu halda, barışıq müddəti daha 3 ay uzadıla bilərmi? 


Ərimin  iş  yeri  yoxdur.  Boşanma  ilə  əlaqədar  mən  uşaqlara 
görə aliment tələb edə bilərəmmi? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-
ci  maddəsinə  görə  ər-arvadın  birgə  yaşamasının  və  ailənin 
saxlanmasının 
qeyri-mümkünlüyü 
məhkəmə 
tərəfindən 
müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 
Ailə  Məcəlləsinin  20.2-ci  maddəsinə  görə  tərəflərdən 
birinin  nikahın  pozulması  haqqında  razılığı  olmadıqda, 
məhkəmə  ər-arvadın  barışması  üçün  3  ay  müddət  müəyyən 
etməklə  işi  təxirə  sala  bilər.  Barışıq  olmadıqda  və  ya  onlar 
(onlardan  biri)  nikahın  pozulmasına  təkid  etdikdə  nikah 
pozulur. 
Göründüyü  kimi,  məhkəmə  yalnız  bir  dəfə  ər-arvadın 
barışması  üçün  3  ay  müddət  müəyyən  etməklə  işi  təxirə  sala 
bilər.  Bu  baxımdan  barışıq  müddətinin  daha  3  ay  uzadılması 
mümkün deyil. 
Məhkəmə  boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan 
uşaqların  valideynlərindən  hansının  yanında  qaldığını  və 
uşaqlar  üçün  alimentin  hansı  valideyndən  və  hansı  miqdarda 
tutulduğunu  müəyyən  etməlidir  (Ailə  Məcəlləsi,  22.2.1  və 
22.2.2-ci maddələr). 
Ərinizin  aylıq  əmək  haqqının  olmaması  onu  aliment 
ödəmək  öhdəliyindən  azad  etmir.  Çünki  valideynlər  uşaqlarını 
saxlamağa borcludurlar (Ailə Məcəlləsi, 75.1-ci maddə). 
Bu  halda  uşaqlar  üçün  alimentin  miqdarı  məhkəmə 
tərəfindən  hər  ay  ödənilməli  olan  sabit  pul  məbləğində 
müəyyənləşdirilə bilər (Ailə Məcəlləsi, 78.1-ci maddə).  
Sabit  pul  məbləğinin  miqdarı  məhkəmə  tərəfindən 
tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar 
nəzərə  alınmaqla  uşağın  əvvəlki  təminatının  səviyyəsinin 


mümkün  qədər  maksimal  saxlanması  əsas  tutularaq  müəyyən 
edilir. 
Göründüyü  kimi,  Siz  boşanma  ilə  əlaqədar  himayənizə 
verilmiş  yetkinlik  yaşına  çatmayan  uşaqlarınızın  saxlanması 
üçün  ərinizdən  aliment  tutulmasını  tələb  edə  bilərsiniz.  Bu 
halda  məhkəmə  Ailə  Məcəlləsinin  78.1-ci  maddəsini  rəhbər 
tutaraq 
alimentin 
miqdarını 
sabit 
pul 
məbləğində 
müəyyənləşdirə bilər.  
Təcrübə  göstərir  ki,  məhkəmələr  sabit  pul  məbləğində 
aliment  tutarkən  cari  il  üzrə  uşaqlar  üçün  müəyyənləşdirilmiş 
yaşayış  minimumunu  nəzərə  alırlar.  Məsələn,  2011-ci  il  üçün 
bu məbləğ bir uşaq üçün 76 manat müəyyən edilmişdir.     
 
Sual  33.  Ərimdən  boşanmaq  istəyirəm.  Birgə  nikahdan 
övladımız  olmamışdır  və  hər  ikimiz  boşanmaya  razıyıq.  Bu 
halda,  nikahımızın  bağlandığı  orqana  müraciət  edərək 
boşanmamız  mümkündürmü?  Əgər  mümkündürsə,  bu 
müddət nə qədər davam edir?  
 
Cavab. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-
ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi 
uşaqları  olmadıqda,  nikaha  onların  razılığı  əsasında 
müvafiq 
icra  hakimiyyəti  orqanında
  (Azərbaycan  Respublikası  Ədliyyə 
Nazirliyinin  və  Naxçıvan  Muxtar  Respublikasının  ərazisində 
Naxçıvan  Muxtar  Respublikası  Ədliyyə  Nazirliyinin  rayon 
(şəhər) qeydiyyat şöbələri) xitam verilə bilər. 
Ailə  Məcəlləsinin  181.1-ci  maddəsinə  görə  qarşılıqlı 
razılıq üzrə nikahın pozulması (bu Məcəllənin 17.1-ci maddəsi) 
haqqında  ərizədə  ər-arvad  onların  yetkinlik  yaşına  çatmayan 
uşaqlarının olub-olmadığını təsdiq etməyə borcludurlar. 
Ailə  Məcəlləsinin  181.2-ci  maddəsinə  görə  nikahın 
pozulması bu barədə ərizə verilən gündən 1 ay keçdikdən sonra 
qeydə alınır. 


Göründüyü  kimi,  yetkinlik  yaşına  çatmayan  ümumi 
uşaqlarınız  olmadığından  və  hər  ikiniz  boşanmaya  razı 
olduğunuzdan,  nikahınızın  müvafiq  qeydiyyat  şöbəsində 
pozulması mümkündür. Bunun üçün hər ikinizin və ya birinizin 
yaşadığı  yer  üzrə  qeydiyyat  şöbəsinə  və  ya  nikahınızın 
qeydiyyata  alındığı  qeydiyyat  şöbəsinə  nikahın  pozulması 
haqqında ərizə təqdim etməyiniz zəruridir. Ərizə verilən gündən 
1 ay sonra nikahınız pozulacaqdır. 
 
Sual  34.  Nikahda  olduğumuz  vaxt  ərimlə  birlikdə  birgə 
borc  alan  kimi  bankdan  kredit  götürmüşdük  və  bir  hissəsini 
qaytarmışdıq.  Lakin  aramızdakı  nikah  artıq  pozulmuşdur. 
Həmin  kreditin  qaytarılması  hansı  şəkildə  olacaqdır?  Keçmiş 
ərim həmin borcu qaytarmaqdan boyun qaçırarsa, bank qalan 
kredit borcunun hamısını məndən tələb edə bilərmi? 
Cavab.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan 
biri  (borc  verən)  pula  və  ya  digər  əvəz  edilən  əşyalara 
mülkiyyət  hüququnu  digər  iştirakçıya  (borc  alana)  keçirməyi 
öhdəsinə  götürür,  digər  iştirakçı  (borc  alan)  isə  aldıqlarını 
müvafiq  olaraq  pul  və  ya  eyni  keyfiyyətdə  və  miqdarda  olan 
eyni  növlü  əşyalar  şəklində  borc  verənə  qaytarmağı  öhdəsinə 
götürür. 
Mülki  Məcəllənin  500.2-ci  maddəsinə  görə  birgə  öhdəlik 
müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə 
əsasən əmələ gəlir. 
Göründüyü  kimi,  nikahınızın  pozulmasının  Sizin  kredit 
müqaviləsi  üzrə  öhdəliyinizə  hər  hansı  təsiri  yoxdur.  Başqa 
sözlə,  həm  Siz,  həm  də  keçmiş  həyat  yoldaşınız  kredit 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə