Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə


yaranmamasını  göstərmək  istəyirəm.  Bilmək  istərdim,  bu



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

yaranmamasını  göstərmək  istəyirəm.  Bilmək  istərdim,  bu 
mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Mənzil  Məcəlləsinin 
30.1-ci  maddəsinə  görə  yaşayış  sahəsi  mülkiyyətçisinin  ailə 
üzvlərinə  həmin  mülkiyyətçi  ilə  ona  məxsus  olan  yaşayış 
sahəsində  birlikdə  yaşayan  mülkiyyətçinin  arvadı  (əri),  habelə 
onun uşaqları və valideynləri aid edilir.  
Mənzil  Məcəlləsinin  30.2-ci  maddəsinə  görə  əgər  yaşayış 
sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma 
yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən 
onunla bərabər istifadə etmək hüququna malikdirlər. 
Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində 
―...  başqa  razılaşma  yoxdursa‖  ifadəsi işlədilmişdir. Buna  görə 
də  aranızda  bağlanacaq  nikah  müqaviləsində  Sizinlə  birlikdə 
yaşayacaq  arvadınızın  mülkiyyətinizdə  olan  mənzildən istifadə 
hüququna  malik  olmayacağı  barədə  müddəanın  nəzərdə 
tutulması mümkündür.      
  Sual  24.  Təxminən  2  il  bundan  qabaq  qardaşı  ərimə 
mənzil  bağışlamışdır.  Həmin  mənzildə  mən  öz  şəxsi  vəsaitim 
hesabına  əsaslı  təmir  işləri  aparmış  və  mənzilin  daxili 
quruluşunu belə dəyişmişəm. Hazırda boşanmamızla əlaqədar 
əmlak  bölgüsü  ilə  bağlı  məsələ  ortaya  çıxmışdır.  Bütün 
bunları  nəzərə  alaraq  həmin  mənzildə  mənim  də  payımın 
olmasını iddia edə bilərəmmi? 
Cavab:  Siz  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 
35-ci  maddəsini  rəhbər  tutaraq  ərinizə  qardaşı  tərəfindən 


bağışlanılmış  mənzilin  Sizin  ümumi  birgə  mülkiyyətiniz 
sayılmasını tələb edə bilərsiniz.  
Həmin maddəyə görə nikahda olduqları dövrdə ər-arvadın 
ümumi  əmlakı  və  ya  hər  birinin  əmlakı,  yaxud  da  ər-arvadın 
hansınınsa  əməyi  hesabına  ər-arvadın  hər  birinin  əmlakının 
dəyərini  xeyli  artıran  vəsaitin  qoyulması  (əsaslı  təmir,  yenidən 
quraşdırma,  avadanlığı  dəyişdirmə  və  s.)  müəyyən  edilərsə, 
həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 
 
Sual  25.  Birinci  nikahımdan  olan  uşağıma  məhkəmə 
qərarı  əsasında  aliment  ödəyirəm.  Hazırda  ikinci  dəfə 
evlənmişəm  və  bir  uşağım  olmuşdur.  Bu  halda,  birinci 
nikahdan olan uşağa ödənilən aliment məbləğinin azaldılması 
mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 
112.1-ci  maddəsinə  görə  aliment  ödənilməsi  barədə  saziş 
olmadıqda,  məhkəmə  tərəfindən  alimentin  miqdarı  müəyyən 
olunduqdan  sonra  tərəflərdən  birinin  ailə  və  ya  maddi 
vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən 
birinin  tələbi  ilə  alimentin  müəyyən  olunmuş  miqdarını  dəyişə 
bilər  və  ya  aliment  ödəməli  olan  şəxsi  tərəflərin  diqqətəlayiq 
başqa  maraqlarını  da  nəzərə  almaqla  aliment  ödəməkdən  azad 
edə bilər. 
Göründüyü  kimi,  Siz  məhkəməyə  müraciət  edərək 
alimentin müəyyən olunmuş miqdarının azaldılmasını tələb edə 
bilərsiniz. 


Sual  26.  Nənəm  mülkiyyətində  olan  mənzili  mənim 
adıma  keçirmək  istəyir.  Lakin  nikahda  olmağımla  əlaqədar 
tərəddüd edir. Çünki mənzili adıma keçirəcəyi halda, onun tək 
mənim  deyil,  həm  də  ərimin  mülkiyyətinə,  yəni  birgə 
mülkiyyətə çevriləcəyini hesab edir. Bilmək istərdim, bu halda 
ərimin həmin mənzilə mülkiyyət hüququ olacaqmı? Boşanma 
halında  həmin  mənzilin  bölünməsinə  necə  yol  verməmək 
olar? 
Cavab: 
Nənəniz 
həmin 
mənzili 
Sizə 
bağışlama 
müqaviləsi əsasında verə bilər. Bu halda həmin mənzilə  yalnız 
Sizin  mülkiyyət  hüququnuz  olacaqdır,  başqa  sözlə,  göstərilən 
mənzil  ər-arvadın  birgə  nikah  dövründə  əldə  etdiyi  ümumi 
əmlak  kateqoriyasına  daxil  olmayacaqdır  (Azərbaycan 
Respublikasının Ailə Məcəlləsi, 34.1-ci maddə). 
Lakin  qeyd  edək  ki,  əgər  nikah  dövründə  sizin  hər  hansı 
birinizin  əməyi  hesabına  həmin  mənzilin  dəyərini  xeyli  artıran 
vəsaitin  qoyulması  (əsaslı  təmir,  yenidən  quraşdırma, 
avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, onda göstərilən 
mənzil  sizin  birgə  mülkiyyətiniz  sayıla  bilər  (Ailə  Məcəlləsi, 
35-ci maddə). 
Sual  27.  Ailə  qurduqdan  sonra  2009-cu  ildə  ərimin 
valideynlərinə  məxsus  mənzilə  gəlin  köçmüşəm.  Həmin 
mənzilə  qeydiyyata  da  düşmüşəm.  İndi  ərimdən  boşanmaq 
üzrəyəm. Bilmək istərdim, boşanma halında mənim göstərilən 
mənzildən istifadə hüququm varmı? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
228.2-ci  maddəsinə  görə  yaşayış  binasının  tərkib  hissəsindən 


istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və 
xitamı  mülkiyyətçi  ilə  bağlanan,  notariat  qaydasında 
təsdiqlənən  yazılı  razılaşma  ilə  müəyyənləşdirilir.  Həmin 
Məcəllənin  228.5-ci  maddəsinə  görə  yaşayış  binasının  tərkib 
hissəsinin  mülkiyyətçisinin  onunla  birgə  yaşayan  ailə  üzvləri 
(əri,  arvadı,  valideynləri,  uşaqları)  yaşayış  sahəsindən  onunla 
bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının 
tərkib  hissəsinin  mülkiyyətçisinin  ailə  üzvləri  öz  yetkinlik 
yaşına  çatmayan  uşaqlarını  həmin  yaşayış  binasına  köçürmək 
ixtiyarına malikdirlər. 
Sualınızdan  belə  aydın  olur  ki,  mənzil  ərinizin 
valideynlərinin  mülkiyyətindədir,  yəni  Siz  mülkiyyətçinin  ailə 
üzvü  deyilsiniz.  Sizin  həmin  mənzildən  istifadə  hüququnuzun 
yaranması üçün ərinizin valideynləri ilə yazılı bağlanan notariat 
qaydasında  təsdiqlənən  razılaşmanın  olması  lazımdır,  lakin 
sualınızın  məzmunundan  çıxış  edərək  belə  bir  razılaşmanın 
olmaması nəticəsinə gəlmək olar. 
Sizin  həmin  mənzilə  qeydiyyata  düşməyinizə  gəldikdə, 
qeyd  edək  ki,  qeydiyyata  razılıq  verilməsi  adı  çəkilən  228.5-ci 
maddədə  nəzərdə  tutulmuş  ―mülkiyyətçinin  razılığı‖  kimi  başa 
düşülməməlidir.  
―Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  228.5-ci 
maddəsinə  dair‖  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarının 1-
ci  bəndinə  görə  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin 
Məcəllənin  228.2-ci  maddəsində  müəyyən  olunan  qaydaya 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə