Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

Belə  ki,  Ailə  Məcəlləsinin  81.1-ci  maddəsinə  görə 
alimentin  tutulması  barədə  saziş  olmadıqda  və  ya  sazişdə 
müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək 
qabiliyyəti  olmayan  və  maddi  yardıma  ehtiyacı  olan  yetkinlik 
yaşına  çatmış  övladlara  göstərilən  kənar  xidmətin  haqqının 
ödənilməsi  ilə  əlaqədar  və    digər  hallarda)  əlaqədar  yaranmış 
xərclərin 
ödənilməsi 
qaydası 
müəyyən 
edilməmişsə, 
valideynlərdən  hər  biri  məhkəmə  tərəfindən  əlavə  xərclərin 
ödənilməsinə cəlb oluna bilər.  
Valideynlərin  əlavə  xərclərə  cəlb  olunması  qaydasını 
məhkəmə  müəyyən  edir.  Bu  xərclərin  miqdarı  məhkəmə 
tərəfindən  valideynlərin  və  uşaqların  ailə  və  maddi  vəziyyəti, 
eləcə  də  tərəflərin  diqqətəlayiq  olan  diggər  maraqları  nəzərə 
alınmaqla,  hər  ay  ödənilməli  olan  sabit  pul  məbləğində 
müəyyən olunur (Ailə Məcəlləsinin 81.2-ci maddəsi). 
Məhkəmə  valideynləri  faktiki  çəkilmiş  əlavə  xərclərə, 
eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər 
(Ailə Məcəlləsinin 81.3-cü maddəsi).  
Sual    5.  Nikah  müqaviləsi  nə  deməkdir  və  bağlanması 
məcburi xarakter daşıyırmı? 
Cavab:  Nikah  müqaviləsi  –  nikaha  daxil  olan  şəxslər 
arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda 
ər-arvadın  əmlak  hüquqlarını  və  vəzifələrini  müəyyən  edən 
sazişdir.  Nikah  müqaviləsi  ər-arvadın  birgə  mülkiyyətinin 
qanunla  müəyyən  edilmiş  rejimini  dəyişdirərək  müqavilə 
rejimini  müəyyənləşdirir.  Başqa  sözlə,  ər-arvad  nikah 
müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə 


və  ya  ər-arvadın  hər  birinin  əmlakına  birgə,  paylı  və  ya  ayrıca 
mülkiyyət  rejimi  tətbiq  etmək  imkanına  malikdirlər.  Nikah 
müqaviləsi  ər-arvadın  mövcud  olan  və  gələcəkdə  əldə 
edəcəkləri əmlaka dair bağlana bilər. 
Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə 
bilər:  tərəflərin  bir-birini  qarşılıqlı  saxlaması,  bir-birinin 
gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində 
iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması 
halında, tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın 
əmlak münasibətlərinə dair hər hansı digər məsələlər.  
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  38.6-cı 
maddəsinə  görə  nikah  müqaviləsində  ər-arvadın  hüquq  və 
fəaliyyət  qabiliyyətini,  öz  hüquqlarının  müdafiəsi  üçün 
məhkəməyə  müraciət  etmək  hüququnu,  uşaqlara  münasibətdə 
hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-
əmlak  münasibətlərini  tənzimləyən,  ehtiyacı  olan  və  əmək 
qabiliyyəti  olmayan  ərin  (arvadın)  saxlanılması  üçün  vəsait 
almaq  hüququnu  məhdudlaşdıran,  ər-arvaddan  birini  çox 
əlverişsiz  vəziyyətə  salan  və  ailə  qanunvericiliyinin  əsaslarına 
zidd olan müddəalar nəzərdə tutula bilməz. 
Nikah 
müqaviləsi  nikahın  bağlanmasının  dövlət 
qeydiyyatına  qədər,  eləcə  də  nikah  dövründə  istənilən  vaxtda 
bağlana  bilər.  Nikah  müqaviləsi  yazılı  formada  bağlanır  və 
notariat  qaydasında  təsdiq  olunur.  Nikah  müqaviləsinin 
bağlanması  məcburi  deyil,  tərəflərin  iradəsindən  və  qarşılıqlı 
razılığından asılıdır. 


Nikah  müqaviləsində  nikah  pozulduqdan  sonrakı  dövr 
üçün  nəzərdə  tutulan  vəzifələr  istisna  olmaqla,  nikaha  xitam 
verilməsi anından nikah müqaviləsinə də xitam verilir. 
Sual  6.  Mən  işləyərək  öz  puluma  mənzil  almışam, 
arvadım  isə  heç  vaxt  işləməmişdir.  Lakin  boşanma  ilə 
əlaqədar  mənzilin  bölünməsini  və  bütün  əmlakın  yarısını 
istəyir. Nə etmək olar? 
Cavab: Sizin həyat yoldaşınızın belə bir hüququ vardır.  
Çünki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci 
maddəsinə  görə  nikah  müddətində  ər-arvadın  əldə  etdikləri 
əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 
Qeyd etmək lazımdır ki, nikah müddətində ər-arvadın əldə 
etdikləri əmlak, onun ər-arvaddan hər hansı biri tərəfindən əldə 
edilməsindən  və  ya  adına  rəsmiləşdirilməsindən,  yaxud  ər-
arvaddan  hansı  tərəfindən  pul  vəsaitinin  ödənilməsindən  asılı 
olmayaraq, onların ümumi birgə mülkiyəti sayılır.    
Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə nikah dövründə 
ev  təsərrüfatı  ilə,  uşaqlara  qulluq  etməklə  məşğul  olduğundan 
və  ya  digər  üzrlü  səbəblərə  görə  müstəqil  qazancı  olmayan  ər 
(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 
Göründüyü  kimi,  həyat  yoldaşınızın  işləməməsinə  və 
evdar  qadın  olmasına,  eləcə  də  mənzilin  sizin  pul  vəsaitiniz 
hesabına alınmasına baxmayaraq, qanunvericiliyin tələbinə görə 
həmin mənzil sizin ümumi birgə mülkiyyətiniz sayılır. 


Bununla  belə,  məhkəmə  ər-arvadın  ümumi  əmlakının 
bölünməsi  zamanı  payların  müəyyənləşdirilməsi  ilə  əlaqədar 
Ailə  Məcəlləsinin  37.2-ci  maddəsinin  tələbini  də  nəzərə  ala 
bilər.  Həmin  maddəyə  əsasən  məhkəmə  ...  ər-arvaddan  biri 
üzrsüz  səbəbdən  gəlir  əldə  etmədiyi  və  ya  birgə  mülkiyyəti 
ailənin  mənafeyinə  zidd  olaraq  sərf  etdiyi  hallarda  nəzərə  alıb 
onların  birgə  mülkiyyətinin  bölünməsi  zamanı  payları  bərabər 
bölməyə bilər. 
Sual  7.  Hansı  hallarda  nikahın  bağlanmasına  icazə 
verilmir? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-
ci  maddəsinə  görə  nikahın  bağlanması  üçün  nikaha  daxil  olan 
şəxslərin  yazılı  razılığı  və  onların  nikah  yaşına  çatmaları 
zəruridir. 
Ailə  Məcəlləsinin  11.2-ci  maddəsinə  görə  bu  Məcəllənin 
12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 
Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən yaxın qohumlar 
(valideynlər  və  uşaqlar,  baba-nənə  və  nəvələr,  doğma  və  ögey 
(ümumi  ata  və  ya  anası  olan)  qardaş  və  bacılar;  övladlığa 
götürənlər  və  övladlığa  götürülənlər;  ikisindən  biri  və  ya  hər 
ikisi  başqası  ilə  nikahda  olan  şəxslər;  ikisindən  biri  və  ya  hər 
ikisi  ruhi  xəstəlik  və  ya  kəmağıllıq  nəticəsində  məhkəmə 
tərəfindən  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edilən  şəxslər 
arasında nikahın bağlanmasına yol verilmir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə