Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   27   28   29   30   31   32   33   34   ...   55

kitabında  qeydlərin  düzgün  olmamasının  müəyyən  edilməsi 
haqqında  ərizə  ilə  yaşadığınız  yerin  məhkəməsinə  müraciət 
etmək  hüququnuz  vardır.  Ərizədə  vətəndaşlıq  vəziyyəti 
aktlarının qeydiyyatı kitabındakı qeydlərin düzgün olmamasının 
nədən  ibarət  olması,  nə  vaxt  vətəndaşlıq  vəziyyəti  aktlarının 
dövlət  qeydiyyatını  aparan  hansı  orqanın  edilmiş  qeydi 
düzəltməkdən imtina etməsi göstərilməlidir.  
Vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  kitablarında 
qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni 
qüvvəyə  minmiş  qətnaməsi  vətəndaşlıq  vəziyyəti  aktlarının 
qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi 
üçün əsasdır.  
Başqa  sözlə,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş 
qətnaməsi ilə Siz daimi yaşayış yeriniz üzrə qeydiyyat şöbəsinə 
müraciət  edə  bilərsiniz  və  həmin  qətnamə  əsasında  müvafiq 
dəyişikliklər 
ediləcəkdir. 
Bundan 
sonra 
Sizə 
yeni 
şəhadətnamə(lər) veriləcəkdir. 
Sual 19. 2007-ci ildə məhkəmə qətnaməsi ilə qardaşım və 
arvadı boşanmışlar. Lakin onlar həmin qərarı götürməyiblər. 
Boşandıqdan  bir  neçə  ay  sonra  qardaşım  özünə  avtomobil 
almışdı. 2009-cu ildə isə qardaşım vəfat etmişdir. Qardaşımın 
keçmiş  arvadı  isə  onun  vərəsəsi  olduğunu  və  buna  görə  də 
həmin  avtomobilə  hüququnun  olduğunu  iddia  edir.  Bilmək 
istərdim  ki,  qardaşım  və  arvadı  arasındakı  nikah  pozulmuş 
sayılırmı? Qardaşımın keçmiş arvadı onun vərəsəsi sayılırmı? 
Cavab: Sualınızdan belə aydın olur ki, nikahın pozulması 
haqqında  məhkəmə  qətnaməsindən  nə  mərhum  qardaşınız,  nə 


də  ki,  onun  arvadı  apellyasiya  şikayəti  verməmiş  və  həmin 
qətnamə  qanuni  qüvvəsini  almışdır.  Bu  halda  nikah  məhkəmə 
qaydasında  pozulduğundan  həmin  məhkəmə  qətnaməsinin 
qanuni  qüvvəyə  mindiyi  gündən  nikaha  xitam  verilmiş  sayılır 
(Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  23.1-ci  maddəsi). 
Yəni  qardaşınız  avtomobil  alana  qədər  onlar  arasındakı  nikaha 
xitam verilmişdi.  
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1163-cü 
maddəsinə görə nikahı ləğv edilmiş ər-arvad bir-birindən sonra 
vərəsə ola bilməzlər.  
Göründüyü  kimi,  qardaşınızla  arvadı  arasındakı  nikaha 
xitam  verildiyindən,  qardaşınızın  arvadı  onun  qanun  üzrə 
vərəsəsi ola bilməz. 
  Sual  20.  Mən  boşanma  barədə  iddia  ərizəsi  ilə 
məhkəməyə  müraciət  etmişəm.  Amma  ərim  boşanmağa  razı 
deyil. Bilmək istərdim, boşanmamız mümkün olacaqmı? 
Cavab:  Sualınıza  birmənalı  şəkildə  cavab  vermək  bir 
qədər  çətindir,  çünki  aranızdakı  nikahın  pozulması  məsələsini 
məhkəmə  həll  edəcəkdir.  Məhkəmə  işə  baxarkən  nikahın 
pozulmasının motivlərini müəyyənləşdirməli, ər-arvadın faktiki 
münasibətlərini  aydınlaşdırmalıdır.  Bundan  əlavə,  məhkəmə 
sizin barışmanız üçün də tədbirlər görməlidir. Əgər sizin birgə 
yaşamağınızın  və  ailənizin  saxlanmasının  qeyri-mümkünlüyü 
müəyyən  edilərsə,  onda  nikah  məhkəmə  qaydasında 
pozulacaqdır. Sizin ailənizin faktiki olaraq dağılmasını və onun 
bərpasının 
qeyri-mümkünlüyünü  təsdiq  edən  sübutları 
məhkəməyə təqdim etməyiniz zəruridir. 


Sual  21.  Arvadımdan  3  ildən  çoxdur  ki,  boşanmışam. 
Lakin  indi  keçmiş  arvadım  oğlumla  görüşməyimə  maneçilik 
törədir. Nə etməliyəm? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-
ci  maddəsinə  görə  uşaqlardan  ayrı  yaşayan  valideyn  onlarla 
ünsiyyət  hüququna,  uşaqların  tərbiyə  və  təhsili  ilə  bağlı 
məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 
Ailə  Məcəlləsinin  61.2-ci  maddəsinə  görə  uşaqlarla 
yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi 
inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə 
mane olmamalıdır. 
Siz  keçmiş  arvadınızla  aranızda  yaranmış  mübahisəni 
məhkəmədən  kənar  qaydada  valideynlik  hüququnun  həyata 
keçirilməsi  qaydası  haqqında  yazılı  saziş  bağlamaqla  aradan 
qaldıra  bilərsiz.  Əks  halda,  iddia  ərizəsi  ilə  məhkəməyə 
müraciət etmək hüququnuz vardır. 
Sual  22.  Ərimlə  qarşılıqlı  anlaşma  əsasında  boşanmaq 
barədə 
razılığa  gəlmişik.  Birgə  nikahdan  uşağımız 
olmamışdır, aramızda əmlak mübahisəsi də yoxdur. Boşanma 
barədə  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  etmək  istədikdə, 
bizə  bildirdilər  ki,  müvafiq  qeydiyyat  şöbəsinə  getməliyik, 
çünki  məhkəmə  mübahisəli  məsələləri  həll  edir.  Lakin  ərim 
artıq  bir  neçə  aydır  ki,  işlərinin  çox  olmasını  bəhanə  edərək 
mənimlə  birlikdə  qeydiyyat  şöbəsinə  gedib  boşanma  barədə 
ərizə verməkdən yayınır. Bu halda nə etmək mümkündür? 


Cavab:  Sualınızın  məzmunundan  çıxış  edərək  aranızdakı 
nikahın məhkəmə qaydasında pozulmalı olduğunu demək olar. 
Çünki  Sizin  göstərdiklərinizdən  belə  bir  nəticəyə  gəlmək  olar 
ki,  əriniz  nikahınızın  müvafiq  icra  hakimiyyəti  orqanında 
(Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyinin  rayon  (şəhər) 
qeydiyyat şöbəsi) pozulmasından yayınır, lakin bunu başqa cür 
izah edir (yəni işlərinin çoxluğunu bəhanə edir). 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  19.2-ci 
maddəsinə  görə  ər-arvadın  razılığı  olduqda,  lakin  onlardan  biri 
müvafiq  icra  hakimiyyəti  orqanında
  (Azərbaycan  Respublikası 
Ədliyyə  Nazirliyinin  və  Naxçıvan  Muxtar  Respublikasının 
ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 
rayon  (şəhər)  qeydiyyat  şöbələri)  nikahın  pozulmasından 
yayındıqda  (ərizə  verməkdən  imtina  etdikdə,  nikahın 
pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın 
pozulması məhkəmə qaydasında həyata keçirilir. 
Göründüyü  kimi,  nikahınızın  məhkəmə  qaydasında 
pozulmalı  olması  nəticəsinə  gəlmək  olar.  Yaxşı  olar  ki,  Siz 
iddia  ərizəsinin  hazırlanmasında  vəkilin  xidmətindən  istifadə 
edəsiniz,  çünki  iddia  ərizəsində  nəinki  boşanmanın  motivləri, 
habelə  boşanmanın  qarşılıqlı  razılıq  əsasında  (məhkəmədən 
kənar qaydada) mümkün olmaması əsaslandırılmalıdır. 
Sual 23. İkinci dəfə ailə həyatı qurmaq istəyirəm. Lakin 
birinci nikaha xitam verilməsi zamanı keçmiş arvadlmla birgə 
nikah  dövründə  əldə  edilmiş  əmlakın  bölgüsünün  uzun 
müddət  mübahisəsi  getmişdir.  İndi  mən  ikinci  dəfə  nikaha 
daxil olarkən arvadımla nikah müqaviləsi bağlamaq və orada 
arvadımın  mənə  məxsus  mənzildən  istifadə  hüququnun 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə