Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə39/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

mərhum  ərinin,  yəni  atanızın  qanun  üzrə  birinci  növbədə 
vərəsəsi kimi miras əmlakdan pay almaq hüququ vardır.  
 
Sual  15.  Bildiyimə  görə,  notariusun  2  şahidin  yanında 
mənim  sözlərim  əsasında  vəsiyyətnamə  tərtib  etməsinə  yol 
verilir.  Lakin  mən  həmin  şahidlərin  vəsiyyətnamənin 
məzmunundan 
xəbərlərinin 
olmasını  istəmirəm.  Bu, 
mümkündürmü? 
Cavab: 
Şahidlərin  məzmunu  ilə  tanış  olmadan 
təsdiqlədikləri  vəsiyyətnamə  qapalı  vəsiyyətnamə  sayılır  və 
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1189-cu maddəsi 
ilə tənzimlənir.  
Həmin  maddənin  tələbinə  görə  şahidlər  Sizin  istəyinizlə 
vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan təsdiqləməyə 
borcludurlar. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı 
Sizin  yanınızda  olmalıdırlar.  Eyni  zamanda,  şahidlər 
vəsiyyətnamənin  Sizin  tərəfinizdən  onların  yanında  tərtib 
edildiyini,  lakin  vəsiyyətnamənin  məzmununu  bilmədiklərini 
göstərməlidirlər. 
Sual 16. Atamızdan bizə miras qalmış bağ evi mənim və 
qardaşımın  bərabər    paylı  mülkiyyətindədir.  Həmin  evin 
şəraiti yaxşı vəziyyətdə deyildi. Mən öz vəsaitim hesabına bağ 
evini  təmir  etdirmiş,  qaz  və  su  çəkdirmiş,  yeni  eyvan  inşa 
etdirmişəm. Bununla bağlı öz payımın artırılmasını tələb edə 
bilərəmmi? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
214.3-cü  maddəsinə  görə  paylı  mülkiyyətin  mülkiyyətçisi 


ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına 
əməl  etməklə  öz  hesabına  bu  əmlakı  yaxşılaşdıran  əlavələr 
etmişsə  və  həmin  əlavələr  əmlakdan  ayrıla  bilməzsə,  ümumi 
mülkiyyət  hüququnda  öz  payının  müvafiq  surətdə  artırılması 
hüququna malikdir. 
Göründüyü  kimi,  Sizin  öz  payınızın  artırılmasını  tələb 
etmək hüququnuz vardır. Siz bu məsələni qarşılıqlı razılıq yolu 
ilə  qardaşınızla  həll  edə,  əks  halda,  məhkəməyə  müraciət  edə 
bilərsiniz.  
Sonuncu halda, Siz fərdi yaşayış evinin mülkiyyətçilərinin 
paylarının  dəyişdirilməsi  tələbinə  dair  iddia  ərizəsi  ilə 
məhkəməyə  müraciət  etməli  və  evin  təmirinə  xərclədiyiniz 
vəsaitləri  sübuta  (sənədlər,  şahid  ifadələri  və  s.  ilə) 
yetirməlisiniz. 
Sual  17.  Həyat  yoldaşım  vəfat  edib.  Yeganə  vərəsəsi 
mənəm  və  mərhum  vəsiyyətnamə  tərtib  etməmişdi.  Bilmək 
istərdim,  mirası  qəbul  etmək  üçün  notariusa  hansı  sənədləri 
təqdim  etmək  lazımdır?  Bu  zaman  hər  hansı  müddət  varmı? 
Bunun üçün rüsum ödənilməlidirmi? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1246-cı  maddəsinə  görə  vərəsə  vərəsəliyə  çağırıldığını  bildiyi 
və ya bilməli olduğu gündən üç ay ərzində mirasın açıldığı yer 
üzrə  notariat  kontoruna  mirası  qəbul  etdiyi  barədə  ərizə 
verməklə mirası qəbul edə bilər. 
Bu  zaman  notariat  kontoruna  müvafiq  sənədlər  (ölüm 
haqqında  şəhadətnamə,  şəxsiyyəti  təsdiq  edən  sənəd,  nikah 


haqqında şəhadətnamə, miras əmlaka dair hüquq müəyyənedici 
sənədlər  (mənzilə  (evə)  dair  daşınmaz  əmlakın  dövlət 
reyestrindən  çıxarış,  nəqliyyat  vasitəsinə  dair  nəqliyyat 
vasitəsinin  qeydiyyat  şəhadətnaməsi  və  s.),  daşınmaz  əmlakın 
özgəninkiləşdirilməsinə  qadağanın  və  ya  bu  əmlak  üzərində 
həbsin olub-olmadığı barədə arayış və s). təqdim olunmalıdır. 
Əmlak  üzərinə  məhkəmə  və  ya  istintaq  orqanları 
tərəfindən  həbs  qoyulmuşsa,  vərəsəlik  hüququ  haqqında 
şəhadətnamə  verilməsi  həbs  götürülənədək  dayandırılır 
(Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2000-ci  il  11 
sentyabr  tarixli  167  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  ―Notariat 
hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat‖ın 107-ci 
bəndi). 
―Dövlət rüsumu haqqında‖ Qanunun 10.7.1-ci maddəsinə 
görə  qanun  üzrə  vərəsəlik  hüququ  haqqında  şəhadətnamənin 
verilməsi üçün 3 manat məbləğində dövlət rüsumu ödənilir. 
Sual 18. Atamın vəfatı ilə  əlaqədar vərəsəlik açılmışdır. 
Mən ailədə tək uşaq olduğumdan və anam daha əvvəl rəhmətə 
getdiyindən  yeganə  vərəsə  mənəm.  Lakin  əmim  də  miras 
əmlaka iddia edir və həmin əmlakın yarısının vərəsəliklə ona 
keçməli olduğunu bildirir. Əmimin bu tələbi haqlıdırmı? 
Cavab:  Ölmüş  şəxsin  (miras  qoyanın)  əmlakı  başqa 
şəxslərə (vərəsələrə) qanun üzrə və  ya vəsiyyət üzrə və  ya hər 
iki  əsasla  keçir  (Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi, 
1133.1-ci maddə).  
Atanızın  vəsiyyətnamə  qoymamasını  nəzərə  alsaq,  bu 
halda  qanun  üzrə  vərəsəliyin  qüvvədə  olmasını  deyə  bilərik 
(Mülki Məcəllə, 1133.2-ci maddə). 


Siz  atanızın  birinci  növbədə  (Mülki  Məcəllə,  1159.1-ci 
maddə),  əminiz  isə  ikinci  növbədə  (Mülki  Məcəllə,  1159.2-ci 
maddə) qanun üzrə vərəsəsi sayılırsınız. 
Mülki  Məcəllənin  1160-cı  maddəsinə  görə  əvvəlki 
növbənin  vərəsələrindən,  heç  olmasa,  birinin  mövcudluğu 
sonrakı növbənin vərəsəliyini istisna edir. 
Beləliklə,  Sizin  atanızdan  qalan  miras  əmlakı  qəbul 
etməyiniz  əminizin  vərəsəliyini  istisna  edir.  Bu  baxımdan 
əminizin tələbi qanuni sayıla bilməz. 
Sual 19.  Mən  və  2  bacım  atamızın  qanuni vərəsələriyik. 
Atamızdan  miras  əmlak  olaraq  mənzil  qalmışdır.  Mirasın 
qəbulu zamanı bacılarımdan biri  dedi  ki, mənzili onun adına 
keçirək  və  o,  mənzili  satsın  və  aramızda  bərabər  bölünsün. 
Buna görə də mən və digər bacım öz payımızdan onun xeyrinə 
imtina  etdik.  Lakin  indi  bacım  verdiyi  sözü  yerinə  yetirmir. 
Belə olan halda, mirasdan imtinanı geri götürə bilərəmmi? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1268.1-ci maddəsinə görə Siz mirasdan imtina barədə ərizənizi 
geri  götürə  bilməzsiniz.  Çünki  həmin  maddəyə  əsasən  vərəsə 
mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə 
bilməz.  
Sual  20.  Mülkiyyətimdə  olan  mənzili  qızıma  vəsiyyət 
etmişdim.  Lakin  sonradan  ikinci  vəsiyyətnamə  tərtib  edərək 
onu nəvəmə vəsiyyət etdim. Lakin hazırda fikrimi dəyişmişəm, 
notariusa  ərizə  verməklə  ikinci  vəsiyyətnaməni  ləğv  etmək  və 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə