Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə37/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

Cavab:  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 
görə miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət 
üzrə və ya hər iki əsasla keçir (1133.1-ci maddə).  
Mülki  Məcəllənin  1193-cü  maddəsinə  görə  vəsiyyət 
edənin  uşaqlarının,  valideynlərinin  və  arvadının  (ərinin) 
vəsiyyətnamənin  məzmunundan  asılı  olmayaraq  mirasda 
məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara 
çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.  
Göründüyü  kimi,  Sizin  və  qardaşınızın  həmin 
vəsiyyətnamədən  asılı  olmayaraq  atanıza  məxsus  olmuş  evdən 
müvafiq hissədə  məcburi pay almaq hüququnuz vardır. Həmin 
məcburi  payın  həcmi  qanun  üzrə  vərəsəlik  qaydasında  Sizə 
çatası payın yarısından az olmamalıdır. 
 
Sual  4.  Atam  vəsiyyətnamə  ilə  ona  məxsus  olmuş  fərdi 
yaşayış evini mənə vəsiyyət etmişdir. Atamın yeganə vərəsələri 
mən  və  qardaşımdır.  Ata  mülkünün  bölünməməsini  və  buna 
görə  də  həmin  evin  yalnız  mənim  adıma  keçirilməsini 
istəyirəm. Qardaşım isə ona çatası payı tələb edir. Halbuki ev 
vəsiyyətnamə  ilə  yalnız  mənə  vəsiyyət  olunub.  Qardaşımın 
tələbi haqlıdırmı? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1193-cü 
maddəsinə  görə  vəsiyyət  edənin  uşaqlarının, 
valideynlərinin 
və 
arvadının  (ərinin)  vəsiyyətnamənin 
məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu 


pay  qanun  üzrə  vərəsəlik  zamanı  onlara  çatası  payın  yarısını 
(məcburi pay) təşkil etməlidir. 
Göründüyü 
kimi, 
qardaşınızın 
vəsiyyətnamənin 
məzmunundan  asılı  olmayaraq  mirasda  məcburi  payı  vardır. 
Həmin  pay  qanun  üzrə  qardaşınıza  çatası  payın  yarısını  təşkil 
edir. 
Sual 5. Vəsiyyətnamə yazmaq istəyirəm. Bunun üçün nə 
etmək lazımdır? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1186-cı maddəsinə görə vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə 
yazıb  imzalaya  bilər.  Əgər  vəsiyyətnaməni  necə  tərtib 
edəcəyinizi  bilmirsinizsə,  onda  Siz  yaşadığınız  yer  üzrə 
fəaliyyət  göstərən  notariat  kontorunun  notariusu  ilə  bu  barədə 
məsləhətləşə  bilərsiniz.  Vəsiyyətnaməni  tərtib  etdikdən  sonra 
Siz  onu  üç  şəxsin  yanında  notariusa  verə  bilərsiniz;  həmin 
şəxslərin  orada  olması  onların  zərfdəki  imzaları  ilə  təsdiqlənir 
(Mülki Məcəllənin 1187.1-ci maddəsi).  
Qüvvədə  olan  qanunvericiliyə  əsasən  Siz  istənilən  vaxt 
vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilərsiniz. 
Sual  6.  Atam  anamdan  boşandıqdan  sonra  ikinci  dəfə 
ailə  qurmuş,  lakin  ikinci  nikahdan  övladı  olmamışdır.  Qeyd 
edim  ki,  atamın  ikinci  arvadının  özünün  birinci  nikahından 
qızı var. Atam ikinci nikahı dövründə 4 otaqlı bir ev almışdır. 
Atam  vəfat  etmişdir.  Bilmək  istərdim,  həmin  evə  hansı 
hüququm vardır? 


Cavab: Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak 
onların  ümumi  birgə  mülkiyyəti  sayılır  (Azərbaycan 
Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsi). Buna görə də 
miras  mənzilin  atanıza  məxsus  1/2  hissəsinə  münasibətdə 
açılacaqdır. Atanızın birinci növbədə vərəsələri isə Siz və onun 
arvadıdır.  Atanızın  arvadının  əvvəlki  nikahından  olan  qızı 
atanızın  qanun  üzrə  vərəsəsi  sayılmır.  Həmin  qız  öz  anasının 
birinci növbədə qanun üzrə vərəsəsi sayılır.  
 
Sual  7.  Atamın  vəfatından  sonra  məlum  oldu  ki,  o,  2 
vəsiyyətnamə  qoymuşdur.  Həmin  vəsiyyətnamələrdən  yalnız 
birini  notarius  təsdiqləmişdir,  digəri  isə  öz  əli  ilə  yazılmışdır. 
Bilmək  istərdim,  həmin  vəsiyyətnamələrdən  hansının  hüquqi 
qüvvəsi vardır? 
Cavab:  Sualınızın  məzmunundan  belə  aydın  olur  ki, 
mərhum atanız 2 ayrı vəsiyyətnamə (yəni, ev vəsiyyətnaməsi və 
notariat vəsiyyətnaməsi) tərtib etmişdir. 
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  1223.1-ci 
maddəsinə  görə  əgər  bir  şəxs  bir  neçə  vəsiyyətnamə  tərtib 
etmişdirsə  və  onlardan  yalnız  biri  notariat  formasında  tərtib 
edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə 
üstünlük verilir.  
Mülki  Məcəllənin  1223.2-ci  maddəsinə  görə  notariat 
vəsiyyətnaməsi  başqa  formalı  vəsiyyətnamə  ilə  ləğv  edilə 
bilməz. 


Göründüyü  kimi,  bu  halda  notariat  formasında  tərtib 
edilmiş vəsiyyətnaməyə üstünlük verilir. 
Sual  8.  Mülkiyyətimdə  olan  mənzilə  dair  notariat 
vəsiyyətnaməsi  tərtib  etmişəm.  Lakin  indi  fikrimi  dəyişmişəm 
və  həmin  mənzili  nəvəmə  bağışlamaq  niyyətindəyəm.  Bilmək 
istərdim, həmin mənzili bağışlaya bilərəmmi? 
Cavab: Vəsiyyətnamə tərtib etmiş şəxs sağlığında onunla 
bağlı  deyil.  Yəni,  vəsiyyətnamə  miras  qoyanın  sağlığında 
vərəsələr  üçün  hər  hansı  hüquqlar  yaratmır.  Vəsiyyət  edən 
istənilən vaxt vəsiyyətnaməni dəyişdirə və ya ləğv edə bilər. 
Siz  mənzilinizi  bağışlaya  bilərsiniz,  bu  halda  həmin 
vəsiyyətnaməni  dəyişdirməyə  belə  ehtiyac  yoxdur.  Çünki 
mənzilə  münasibətdə  vəsiyyətnamənin  etibarlılığı  yalnız  miras 
qoyanın  öldüyü  məqamda  müəyyənləşəcəkdir.  Başqa  sözlə, 
miras açılana qədər mənzil bağışlanarsa, lakin vəsiyyətnamədə 
həmin  mənzil  də  göstərilmiş  olarsa,  onda  vəsiyyətnamənin 
mənzilə dair hissəsi etibarsız olacaqdır, çünki miras açılan anda 
mənzil miras qoyanın mülkiyyətində olmamışdır. 
Bununla  belə,  əgər  istəyirsinizsə,  vəsiyyətnamənin 
saxlandığı notariat orqanına ərizə verməklə onu dəyişdirə və ya 
ləğv edə bilərsiniz.    
Sual  9.  Əgər  şəxs  bankdan  kredit  götürmüş,  lakin  tam 
ödəmədən  vəfat  etmişsə,  onda  bank  pulun  ödənilməsini 
vərəsələrdən (ölənin arvadı və oğlundan) tələb edə bilərmi? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə