Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun 
9.1.5-ci 
maddəsinə 
görə 
istehlakçıların 
hüquqlarının  pozulması  ilə  əlaqədar  verdikləri  iddialar  üzrə  - 
iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 
Göründüyü  kimi,  Siz  istehlakçı  kimi  hüquqlarınızın 
pozulması  ilə  bağlı  məhkəməyə  müraciət  edəcəyiniz  üçün 
dövlət rüsumu ödəməkdən azadsınız. 
Sual 7. Məhkəmə mənim xəbərim olmadan işə baxmış və 
qətnamə  qəbul  etmişdir.  Həmin  qətnamədən  narazıyam.  Nə 
edə bilərəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin 
357.1-ci 
maddəsinə 
görə 
Azərbaycan 
Respublikasının  birinci  instansiya  məhkəmələri  tərəfindən 
qəbul  olunmuş  qanuni  qüvvəyə  minməmiş  qətnamə  və 
qərardadlardan,  həmin  Məcəllədə  nəzərdə  tutulmuş  hallar 
istisna  olmaqla,  tərəflər,  üçüncü  şəxslər,  xüsusi  icraat  işlərində 
ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 
Mülki  Prosessual  Məcəllənin  360-cı  maddəsinə  görə 
apellyasiya  şikayəti  məhkəmə  qətnaməsi  rəsmi  qaydada 
verildiyi gündən 1 ay müddətində verilə bilər. 
Göründüyü  kimi,  Siz  narazı  qaldığınız  qətnamədən  onun 
rəsmi  qaydada  verildiyi  gündən  1  ay  müddətində  apellyasiya 
şikayəti verə bilərsiniz. 
Qeyd edək ki, apellyasiya şikayəti qətnaməni qəbul etmiş 
birinci instansiya məhkəməsinə təqdim edilir (Mülki Prosessual 
Məcəllə, 362-ci maddə). 


Bundan  əlavə,  məhkəmə  Sizi  lazımı  qaydada  xəbərdar 
etmədən  işə  baxmış  və  qətnamə  qəbul  etmişdirsə,  bu  hal 
məhkəmə tərəfindən prosessual  normaların kobud pozuntusuna 
yol  verildiyinə  dəlalət  edir.  Bu  pozuntu  məhkəmənin 
qətnaməsinin 
apellyasiya  şikayətinin  dəlillərindən  asılı 
olmayaraq  ləğv  edilməsi  üçün  əsasdır  (Mülki  Prosessual 
Məcəllənin 387.2.2-ci maddəsi). 
Apellyasiya  şikayətinin  tərtibi  məqsədilə  peşəkar  hüquqi 
yardımdan istifadə etməyiniz məqsədəuyğundur. 
Sual  8.  Qonşuma  borc  pul  vermişəm,  lakin  yazılı 
müqavilə  bağlamamışam.  Sadəcə  olaraq,  öz  aramızda  yazılı 
şəkildə  qəbz  tərtib  etmişik.  Qonşum  borcunu  qaytarmaqdan 
boyun  qaçırır.  Məhkəməyə  müraciət  etməyim  müsbət  nəticə 
verərmi? 
Cavab:  Azərbaycan    Respublikası  Mülki  Məcəlləsinin 
739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan 
biri  (borc  verən)  pula  və  ya  digər  əvəz  edilən  əşyalara 
mülkiyyət  hüququnu  digər  iştirakçıya  (borc  alana)  keçirməyi 
öhdəsinə  götürür,  digər  iştirakçı  (borc  alan)  isə  aldıqlarını 
müvafiq  olaraq  pul  və  ya  eyni  keyfiyyətdə  və  miqdarda  olan 
eyni  növlü  əşyalar  şəklində  borc  verənə  qaytarmağı  öhdəsinə 
götürür. 
Mülki Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi 
şifahi  bağlanır.  Tərəflərin  razılaşması  ilə  yazılı  formadan  da 
istifadə edilə bilər. 


Göründüyü  kimi,  borc  müqaviləsinin  yazılı  bağlanmalı 
olması  kimi  bir  tələb  mülki  qanunvericilikdə  nəzərdə 
tutulmamışdır. Bu baxımdan, borc məbləğinin tutulmasına dair 
məhkəmədə  iddia  qaldıra  bilərsiniz.  Sübut  kimi  yazılı  şəkildə 
tərtib  edilmiş  qəbzi  təqdim  edə,  əgər  varsa,  şahidləri 
məhkəməyə dəvət edə bilərsiniz.  
Sual  9.  Məhkəməyə  iddia  ərizəsi  ilə  müraciət  etmək 
istəyirəm.  Lakin  cavabdehin  rəsmi  qeydə  alındığı  yer  mənə 
məlum  deyil.  Bu  halda  iddia  ərizəsini  cavabdehin  əmlakının 
olduğu  yerə  görə  və  ya  məlum  olan  axırıncı  yaşayış  yerinə 
görə verə bilərəmmi? 
Cavab:  Yaşayış  yeri  məlum  olmayan,  yaxud  Azərbaycan 
Respublikasında  yaşayış  yeri  olmayan  cavabdehə  iddia  onun 
əmlakının olduğu yerə görə və  ya məlum olan axırıncı  yaşayış 
yerinə  görə  verilə  bilər  (Azərbaycan  Respublikasının  Mülki 
Prosessual  Məcəlləsi,  36.1-ci  maddə).  Bu  halda,  cavabdehin 
yaşayış yerinin məlum olmaması dedikdə, iddia ərizəsinə əlavə 
edilmiş 
sənədlərdən 
cavabdehin 
yaşayış 
yerinin 
müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü nəzərdə tutulur.  
Əgər  iddia  ərizəsinə  əlavə  olunmuş  sənədlərdən 
(müqavilənin surəti və s.) cavabdehin rəsmi qeydə alındığı yeri 
müəyyənləşdirmək mümkündürsə və  həmin yer Sizin müraciət 
etdiyiniz  məhkəmənin  ərazi  aidiyyətinə  daxil  deyilsə,  onda 
məhkəmə  iddia  ərizəsini  və  ona  əlavə  olunmuş  sənədləri  geri 
qaytaracaqdır (Mülki Prosessual Məcəllə, 152.1.3-cü maddə). 
  Cavabdehin  əmlakının  olduğu  yerin  və  ya  cavabdehin 
məlum  olan  axırıncı  yaşayış  yerinin  iddia  ərizəsində 


göstərilməsi və bu barədə sübutun əlavə olunması iddiaçı kimi 
Sizin vəzifənizdir. 
Sual  10.  Məhkəmə  prosesində  iştirak  edərkən  bəzi 
sənədlərin əslini sübut qismində məhkəməyə təqdim etmişəm. 
Hazırda  həmin  sənədləri  geri  almaq  niyyətindəyəm.  Bu, 
mümkündürmü? 
Cavab: 
Sənədlərin 
əslinin 
qaytarılması 
qaydası 
Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  90-cı 
maddəsində  nəzərdə  tutulmuşdur.  Həmin  maddədən  aydın  olur 
ki,  işdə  olan  sənədlərin  əslinin  qaytarılması  həm  qətnamə 
qanuni qüvvəyə  minənədək, həm də qüvvəyə  mindikdən sonra 
mümkündür. 
İşdə  olan  sənədlərin  əsli  məhkəmə  qətnaməsi  qanuni 
qüvvəyə  mindikdən  sonra  həmin  sənədləri  təqdim  etmiş 
şəxslərin  xahişi  ilə  onlara  qaytarıla  bilər.  Lakin  bu  zaman 
sənədlərin  əslinin  qaytarılmasını  istəyən  həmin  şəxslər  bu 
sənədləri  tələb  etməklə  eyni  zamanda  onların  lazımi  qaydada 
təsdiq  olunmuş  surətlərini  məhkəməyə  təqdim  edir  və  ya  işdə 
qalan  surətlərin  həqiqiliyini  təsdiq  etməyi  məhkəmədən  xahiş 
edirlər. 
Qətnamə  qanuni  qüvvəyə  minənədək  iş  üzrə  icraat 
prosesində  sənədlər  onları  təqdim  edən  şəxslərə  o  şərtlə 
qaytarıla  bilər  ki,  məhkəmə  bu  sənədlərin  qaytarılmasının 
mübahisənin  düzgün  həllinə  xələl  gətirməyəcəyinə  əmin  olsun 
(Mülki Prosessual Məcəllə, 90.3-cü maddə). 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə