Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

  Sual  11.  Bildiyimə  görə  məhkəməyə  iddia  ərizəsi 
verilərkən  iddianın  qiyməti  110  manatdan  çox  olduqda  20 
manat,  az  olduqda  isə  3  manat  məbləğində  dövlət  rüsumu 
ödənilir. İddianın qiyməti necə müəyyənləşdirilir? 
Cavab: İddianın qiyməti Azərbaycan Respublikası Mülki 
Prosessual  Məcəlləsinin  112-ci  maddəsində  nəzərdə  tutulmuş 
qaydada müəyyən edilir.  
Belə  ki,  Mülki  Prosessual  Məcəllənin  112.1.1-ci 
maddəsinə  görə  iddianın  qiyməti,  pul  vəsaitinin  alınması 
haqqındakı  iddialarda    –    alınan  məbləğlə  müəyyən  edilir. 
Məsələn,  iddiaçı  A.  cavabdeh  B.-yə  6  ay  müddətinə  2.000 
manat  məbləğində  pul  borc  vermişdir.  Lakin  6  ay  keçməsinə 
baxmayaraq  B.  həmin  borcu  geri  qaytarmamışdır.  Bu  halda  A. 
B.-yə  qarşı  məhkəmədə  iddia  qaldıraraq  2.000  manat 
məbləğində  pulun  geri  qaytarılmasını  tələb  edərsə,  onda 
iddianın 
qiyməti 
2.000 
manat 
miqdarında 
müəyyənləşdiriləcəkdir. 
Mülki  Prosessual  Məcəllənin  112.4-cü  maddəsinə  görə 
iddianın  qiyməti  iddiaçı  tərəfindən  göstərilir.  İddianın  qiyməti 
düzgün  göstərilmədikdə,  həmin  qiymət  məhkəmə  tərəfindən 
müəyyən edilir. 
Sual 12. Mən 3 nəfərə qarşı iddia ərizəsi ilə məhkəməyə 
müraciət  etmək  istəyirəm.  Lakin  həmin  şəxslər  ayrı-ayrı 
yerlərdə, yəni müxtəlif rayonlarda yaşayırlar. Bu halda, hansı 
məhkəməyə müraciət etməliyəm? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə 
tutulmamışdırsa,  iddia  cavabdehin  rəsmi  qeydə  alındığı  yerin 
məhkəməsinə verilir. 
Mülki  Prosessual  Məcəllənin  36.2-ci  maddəsinə  görə 
rəsmi  yaşayış  yeri,  olduğu  yer  və  ya  hüquqi  ünvanı  müxtəlif 
olan  bir  neçə  cavabdehə  iddia  cavabdehlərdən  birinin  rəsmi 
yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 
Göründüyü  kimi,  Siz  iddia  ərizəsi  ilə  cavabdehlərdən 
birinin  rəsmi  yaşayış  yeri  üzrə  məhkəməyə  müraciət  edə 
bilərsiniz. 
 Sual 13. Mənim cavabdehə qarşı borc pul tələbimə dair 
iddiama baxılarkən sonuncu vəfat etmişdir. Bu halda, nə baş 
verəcək? 
  Cavab:  Bu  halda  məhkəmə  həmin  tərəfi  onun  hüquq 
varisi  ilə  əvəz  etməyə  yol  verir.  Hüquq  varisliyi  prosesin  hər 
hansı  mərhələsində  mümkündür  (Azərbaycan  Respublikası 
Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsi). 
Qeyd  edək  ki,  məhkəmə  Mülki  Prosessual  Məcəllənin 
254.1.1  və  256.0.1-ci  maddələrinə  müvafiq  olaraq  tərəf 
olduğunuz iş üzrə icraatı vəfat etmiş şəxsin (cavabdehin) hüquq 
varisi  müəyyən  edilənədək  dayandırmalıdır  (bu  şərtlə  ki, 
mübahisə  edilən  hüquq  münasibəti  hüquq  varisliyinə  yol 
versin). 


Məhkəmə  iş  üzrə  icraatın  dayandırılması  barədə  qərardad 
çıxarır; narazı qaldığınız halda həmin qərardaddan şikayət verə 
bilərsiniz.  
Sual  14.  Məhkəməyə  iddia  ərizəsinin  verilməsi  zamanı 
məcburi  köçkünlərə    dövlət  rüsumunun  ödənilməsi  ilə  bağlı 
hər hansı güzəşt varmı? 
Cavab: 
―Dövlət  rüsumu  haqqında‖  Azərbaycan 
Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə 
verilən  iddialar  üzrə  -  şəhid  ailələri,  müharibə  veteranları, 
qaçqınlar və  məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza 
nəticəsində  şüa  xəstəliyinə  və  şüa  yükü  ilə  əlaqədar  xəstəliyə 
tutulmuş  və  ya  bu  xəstəlikləri  keçirmiş  şəxslər  dövlət  rüsumu 
ödəməkdən azad olunurlar. 
Sual  15.  Tərəf  olduğum  məhkəmə  işi  üzrə  rayon 
məhkəməsinin  qətnaməsindən  apellyasiya  şikayəti  verilməsi 
müddətini buraxmışam. Bu halda həmin qətnamədən şikayət 
edə bilərəmmi? 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Prosessual 
Məcəlləsinin  357.1-ci  maddəsinə  müvafiq  olaraq  məhkəmə 
qətnaməsindən 
apellyasiya 
şikayəti 
vermək 
Sizin 
hüququnuzdur.  
Lakin  bu  hüququnuzu  mülki  prosessual  qanunvericilikdə 
müəyyən  edilmiş  prosessual  müddətdə  həyata  keçirməlisiniz. 
Yəni  mübahisələndirdiyiniz  qətnamə  Sizə  rəsmi  qaydada 
təqdim  edildiyi  tarixdən  etibarən  bir  ay  ərzində  ondan 
apellyasiya şikayəti verə bilərdiniz (Mülki Prosessual Məcəllə


360-cı  maddə).  Bu  mənada,  bir  aylıq  müddətin  keçməsi 
apellyasiya  şikayəti  vermək  hüququnuzun  keçməsi  ilə 
nəticələnmişdir. 
Sualınızdan  prosessual  müddəti  üzrlü,  yoxsa  üzrsüz 
səbəbdən buraxdığınız aydın olmur. Əgər müddətin buraxılması 
üzrlü  səbəbdən  baş  vermişdirsə,  onda  buraxılmış  müddətin 
bərpası  barədə  ərizə  ilə  birinci  instansiya  məhkəməsinə 
müraciət  edə  bilərsiniz.  Ərizəyə  müddətin  üzrlü  səbəbdən 
buraxılmasını  təsdiq  edən  sübut  əlavə  olunmalıdır.  Eyni 
zamanda,  ərizə  ilə  birlikdə  apellyasiya  şikayəti  və  ona  əlavə 
edəcəyiniz  sənədləri  təqdim  etməlisiniz.  Əgər  məhkəmə 
apellyasiya  şikayəti  vermə  müddətinin  buraxılmasını  üzrlü 
hesab edərsə,  onda buraxılmış müddəti bərpa edə bilər. 
Məhkəmənin prosessual müddətin bərpasına dair ərizənizi 
təmin  etməməsi  barədə  qərardadından  şikayət  verə  bilərsiniz 
(Mülki Prosessual Məcəllə, 133.6-cı maddə). 
Sual  16.  Rayon  məhkəməsinin  qəbul  etdiyi  qətnamə 
tərəflərə hansı müddətdə təqdim edilməlidir? 
Cavab:  Qüvvədə  olan  mülki  prosessual  qanunvericiliyə 
əsasən  məhkəmə  qətnaməsi  elan  edilənədək  tərtib  olunmalı  və 
işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində 
rəsmi qaydada verilməlidir (Azərbaycan Respublikasının Mülki 
Prosessual Məcəlləsi, 227.1 və 227.3-cü maddələr). 
Müstəsna  hallarda,  xüsusilə  mürəkkəb  işlər  üzrə 
qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış 
qətnamənin  tərtib  edilməsi  10  gün  müddətinədək  başa 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə