Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə


vəzifəsində  işləyirsə,  onun  oğlunun  və  ya  qızının  da  həmin



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   47   48   49   50   51   52   53   54   55

vəzifəsində  işləyirsə,  onun  oğlunun  və  ya  qızının  da  həmin 
icra  hakimiyyəti  aparatında  işləməsinə  icazə  verilirmi  və  ya 
hansı hallarda buna icazə verilmir? 
Cavab: 
―Dövlət  qulluğu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  27.2.3-cü  maddəsinə  görə  hər  hansı 
şəxsin  bilavasitə  tabeliyində  və  ya  nəzarəti  altında  işləyəcəyi 
dövlət  qulluqçusu  ilə  yaxın  qohumluq  və  ya  qudalıq  (ər-
arvadlar,  onların  valideynləri,  qardaşları,  bacıları,  övladları) 
əlaqəsi olduqda, dövlət qulluğuna qəbul edilə bilməz.  
―Korrupsiyaya  qarşı  mübarizə  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  7.1-ci  maddəsinə  görə  vəzifəli 
şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə 
nəzərdə  tutulan  digər  hallar  istisna  olmaqla,  bilavasitə  onun 
tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. 
Həmin Qanunun 7.2-ci maddəsinə görə bu Qanunun 7.1-ci 
maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması 
müəyyən  edildikdən  sonra  30  gün  müddətində  həmin 
pozuntunu  könüllü  olaraq  aradan  qaldırmadıqları  halda 
tabeçiliyi  istisna  edən  başqa  vəzifəyə  keçirilməli,  bu  mümkün 
olmadıqda  isə  həmin  şəxslərdən  biri  tutduğu  vəzifədən  azad 
olunmalıdır. 
Göründüyü  kimi,  qüvvədə  olan  qanunvericiliyin  tələbinə 
əsasən vəzifəli şəxslərin yaxın qohumları həmin vəzifəli şəxsin 
bilavasitə tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.  
Bu  baxımdan,  tutaq  ki,  əgər  ata  Sizin  sualınızda 
göstərdiyiniz  kimi  hər  hansı  rayon  icra  hakimiyyəti  aparatında 


şöbə  müdiri  işləyirsə,  onda  övladı  (oğul  və  ya  qız)  onun 
bilavasitə  tabeliyində  olan  heç  bir  vəzifə  tuta  bilməz,  lakin  bu 
qadağa  şəxsin  həmin  rayon  icra  hakimiyyətində  yaxın 
qohumunun  bilavasitə  tabeliyində  olmayan  başqa  vəzifə 
tutmasına şamil edilə bilməz.  
Sual 11. Qonşularımız gecə  saatlarında səs-küy salır və 
narahatlıq yaradırlar. Bilmək istərdim, gecə vaxtı başqalarını 
narahat  etməyə  görə  məsuliyyət  varmı?  Mən  kimə  bu  barədə 
şikayət edə bilərəm? 
Cavab:  Azərbaycan  Respublikası  Mənzil  Məcəlləsinin 
15-ci maddəsinə görə yaşayış sahəsindən istifadə həmin yaşayış 
sahəsində  yaşayan  şəxslərin,  qonşuların  hüquqlarına  və  qanuni 
mənafelərinə,  yanğın  təhlükəsizliyi  tələblərinə,  sanitariya-
gigiyena,  ekoloji  tələblərə  və  qanunvericiliyin  digər  tələblərinə 
riayət edilməklə həyata keçirilməlidir. 
Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin 
306-cı  maddəsinə  görə  mənzillərdə,  yaşayış  evlərinin 
girişlərində  və  həyətlərində,  küçələrdə,  istirahət  yerlərində  və 
digər  ictimai  yerlərdə  gecə  vaxtı  saat  24-dən  7-dək  səs-küy 
salmağa,  ucadan  mahnı  oxumağa,  musiqi  alətlərini  ucadan 
çalmağa,  televizorları,  radioqəbulediciləri,  maqnitofonları  və 
digər  aparatları  gur  səslə  oxutmağa,  məişət  səs-küyünə  qarşı 
mübarizə  tələblərini  başqa  üsulla  pozmağa  görə  -  xəbərdarlıq 
edilir  və  ya  on  manatdan  on  beş  manatadək  miqdarda  cərimə 
edilir. 


Göründüyü kimi, həmin şəxslərin hərəkətləri inzibati xəta 
sayılır.  Siz  hüquq  mühafizə  orqanlarına,  o  cümlədən  sahə 
müvəkkilinə şikayət ərizəsi ilə müraciət edə bilərsiniz. 
Sual  12.  Oğlum  nikahımızı  qeyd  etdirməmişdən  əvvəl 
doğulmuşdur.  VVAQ  şöbəsinə  həm  nikah  bağlamaq,  həm  də 
doğum  şəhadətnaməsi  almaq  üçün  müraciət  etdikdə  bizdən 
100  manat  pul  tələb  etdilər.  Bunun  40  manatının  nikaha 
girmək üçün rüsum, 60 manatının isə uşağın nikahdan əvvəl 
doğulduğu üçün cərimə olduğunu bildiriblər. Bilmək istərdim, 
uşaq nikahdan əvvəl doğularsa valideynləri cərimə edilirmi və 
bunun məbləği nə qədər olmalıdır? 
 
Cavab:  Əvvəla,  onu  qeyd  edək  ki,  qüvvədə  olan 
qanunvericilikdə  uşağın  nikahdan  əvvəl  doğulmasına  görə 
cərimə ödənilməli olması nəzərdə tutulmamışdır. 
İkincisi,  nikahın  qeydə  alınması  üçün  ödənilməli  olan 
dövlət  rüsumu  40  manat  deyil,  5  manat  təşkil  edir  (―Dövlət 
rüsumu  haqqında‖  Azərbaycan  Respublikasının  Qanunu,  12.1-
ci maddə). 
Üçüncüsü,  adı  çəkilən  Qanunun  13-cü  maddəsinə  görə 
doğumun,  ölümün,  övladlığa  götürülmənin  və  atalığın 
(analığın)  müəyyən  edilməsinin  qeydə  alınması  və  bu  barədə 
ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.  
Yəni uşağınıza doğum haqqında şəhadətnamə alan zaman 
dövlət rüsumu ödəməli deyilsiniz. 


Sual  13.  İyirmi  üç  il  həqiqi  hərbi  xidmətdə  olmuşam. 
Müharibə  veteranıyam.  1999-cu  ilin  sentyabrında  ehtiyata 
buraxılmışam.  Elə  həmin  gündən  Göygöl  rayonundakı  “N” 
saylı hərbi hissədə xidməti mənzildə yaşayıram.  
Fərdi  yaşayış  evinin  tikintisi  üçün  bələdiyyədən  pulsuz 
torpaq sahəsi ala bilərəmmi? 
Cavab: 
―Torpaq  islahatı  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  19-cu  maddəsinə  görə  bu  Qanun 
qüvvəyə  mindiyi  gündən  sonra  yaşayış  evi,  həyətyanı  və  bağ 
sahəsi 
üçün  Azərbaycan  Respublikası  vətəndaşlarının 
mülkiyyətinə  bələdiyyənin  ehtiyat  fondundan  torpaq  sahələri 
müəyyən  edilmiş  normalara  uyğun  olaraq  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  satılır.  Azərbaycan  Respublikasının 
ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə 
və  həlak  olanların  ailəsinə,  ehtiyata  və  ya  istefaya  buraxılmış 
hərbi  qulluqçulara  fərdi  yaşayış  evinin  tikintisi  üçün  torpaq 
sahələri bir dəfə pulsuz verilir. 
―Hərbi  qulluqçuların  statusu  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  12-ci  maddəsinin  2-ci  hissəsinə  görə 
Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və 
daha  çox  xidmət  etmiş  xidməti  mənzillərdə  yaşayan  və  ya 
yaşayış  sahəsi  olmayan  hərbi  qulluqçuların  (müddətli  həqiqi 
hərbi  xidmət  hərbi  qulluqçularından  başqa),  ehtiyata  və  ya 
istefaya  buraxılmış  hərbi  qulluqçuların  qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti 
orqanı  tərəfindən  yaşayış  sahəsi  və  ya  fərdi  yaşayış  evinin 
tikintisi  üçün  müəyyən  olunmuş  qaydada  bələdiyyələrdən 
pulsuz torpaq sahəsi almaq hüququ vardır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə