Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə49/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

hesabına  yardımın  verilməsi  Qaydaları‖  ilə  kənd  təsərrüfatı 
məhsullarının  istehsalçısı  olan  hüquqi  və  fiziki  şəxslərə  əkin 
sahəsinin  və  çoxillik  əkmələrin  becərilməsində  istifadə  etdiyi 
yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin  vəsaiti 
hesabına yardımın verilməsi şərtləri müəyyən edilmişdir.  
Lakin  həmin  Qaydaların  1.2-ci  maddəsində  dövlət 
büdcəsinin  vəsaiti  hesabına  istehsalçılara  yardım  verilməsində 
əsas götürülən meyar kimi göstərilmişdir. 
Belə  ki,  həmin  maddənin  tələbinə  görə  dövlət  büdcəsinin 
vəsaiti  hesabına  istehsalçılara  yardım  verilməsində  əsas  meyar 
kənd  təsərrüfatı  məhsullarının  istehsalı  üçün  becərilən  1  (bir) 
hektar əkin sahəsi və çoxillik əkmələr götürülür. 
Başqa sözlə, kənd təsərrüfatı məhsullarının istehsalçısının 
becərdiyi  əkin  sahəsinin  və  çoxillik  əkmələrin  sahəsi  ən  azı  1 
hektar  təşkil  etməlidir.  Dövlət  tərəfindən  verilən  yardımın 
miqdarı isə hər hektar üzrə 40 manat təşkil edir. 
Beləliklə,  birinci  sualınıza  cavab  olaraq  bildiririk  ki, 
dövlət  büdcəsinin  vəsaiti  hesabına  istehsalçılara  verilən  dövlət 
yardımı (yanacaq pulu) 0,55 hektar hesabı ilə hesablana bilməz. 
İkinci  sualınıza  cavab  olaraq  bildiririk  ki,  göstərdiyiniz 
məhsulların  həyətyanı  torpaq  sahəsində  əkilməsi  dövlət 
yardımının verilməsi üçün meyar kimi qəbul olunmur.  
Kənd 
təsərrüfatı 
məhsullarının  istehsalçısına  əkin 
sahəsinin  və  çoxillik  əkmələrin  becərilməsində  istifadə  etdiyi 
yanacaq  və  motor  yağlarına  görə  dövlət  büdcəsinin  vəsaiti 


hesabına yardımın verilməsi üçün əsas götürülən meyar birinci 
sualın cavabında verilmişdir. 
Sual  4.  Əsaslı  təmir  barədə  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  13  yanvar  2001-ci  il  tarixli,  14  saylı 
Qərarının və həmin Qərarın 5-ci bəndinə 28 fevral 2002-ci il 
tarixli,  34  saylı  Qərarla  edilən  düzəlişin  təkcə  kommersiya 
təşkilatlarına  aid  olduğu  bildirilir.  Belə  olduqda  büdcə 
təşkilatlarında  təmirə  xərclənən  xeyli  miqdarda  dövlət 
vəsaitinin uçotu necə olmalıdır? 
Cavab:  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
―Gəlirdən  çıxılmalı  olan  təmir  xərclərinin  məhdudlaşdırılan 
həddi  barədə‖  13  yanvar  2001-ci  il  tarixli,  14  saylı  Qərarında 
onun təkcə kommersiya təşkilatlarına aid olmasına və ya büdcə 
təşkilatlarına  şamil  edilməməsinə  dair  hər  hansı  qeyd-şərt 
nəzərdə tutulmamışdı. 
Lakin adı çəkilən Qərar Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin  13  aprel  2004-cü  il  tarixli,  47  nömrəli  Qərarına 
əsasən qüvvədən düşmüşdür. 
Sual 5. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 
10  yanvar  tarixli,  534  nömrəli  Fərmanı  ilə  vətəndaşların 
qanuni  istifadəsində  və  ya  icarəsində  olan  fərdi  yaşayış 
evlərinin,  həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və  kooperativ 
bağların  altında  olan  torpaqlar  vətəndaşların  mülkiyyətinə 
istifadəyə və ya icarəyə götürdüyü ölçüdə verilib. 


Yuxarıda  göstərilən  özəlləşmiş  torpaqları  dövlət 
qeydiyyatına keçirib sənəd almaq üçün hansı orqana müraciət 
etmək və hansı sənədləri təqdim etmək lazımdır? 
  Cavab:  Azərbaycan  Respublikası  Prezidentinin  10 
yanvar  1997-ci  il  tarixli,  534  nömrəli  Fərmanı  ilə  təsdiq 
olunmuş  ―Vətəndaşların  qanuni  istifadəsindəki  (fərdi  yaşayış 
evlərinin,  həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və  kooperativ 
bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) 
torpaqların 
onların 
mülkiyyətinə 
verilməsi 
haqqında 
Əsasnamə‖nin  1-ci  bəndinə  görə  vətəndaşların  qanuni 
istifadəsində  və  ya  icarəsində  olan  (fərdi  yaşayış  evlərinin, 
həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və  kooperativ  bağların, 
dövlət  bağçılıq  təsərrüfatının  idarəçiliyindəki  bağların) 
torpaqlar  əvəzsiz  olaraq  onların  mülkiyyətinə  verilir.  Fərdi 
yaşayış  evlərinin,  həyətyanı  sahələrin,  fərdi,  kollektiv  və 
kooperativ  bağların  altında  olan  torpaqlar  vətəndaşların 
mülkiyyətinə  onların  qanuni  istifadəyə  və  ya  icarəyə 
götürdükləri ölçüdə verilir. 
  Siz  qanuni  istifadənizdə  olan  torpaq  sahənizi  öz 
mülkiyyətinizə  keçirmək  üçün  ərizə  ilə  Azərbaycan 
Respublikası  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin 
müvafiq rayon (şəhər) Şöbəsinə müraciət etməlisiniz. Ərizənizə 
torpağın  Sizin  qanuni  istifadənizə  və  ya  icarənizə  verilməsini 
təsdiq edən sənədin surəti əlavə edilməlidir. 
  Yuxarıda  adı  çəkilən  Əsasnamənin  4-cü  bəndinə  uyğun 
olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə 
Komitəsi  ərizənizin  daxil  olduğu  gündən  etibarən  30  gün 


ərzində  qanuni  istifadənizdə  olan  torpaq  sahəsi  üzrə  torpaq 
sahəsinin planını və ölçüsünü hazırlayıb verir. 
  Bundan  sonra  Siz  həmin  torpaq  sahəsi  üzrə  mülkiyyət 
hüququnuzun  daşınmaz  əmlakın  dövlət  reyestrində  dövlət 
qeydiyyatına  alınması  və  bu  hüququn  həmin  reyestrdən 
çıxarışla  rəsmiləşdirilməsi  məqsədilə Azərbaycan Respublikası 
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın 
Dövlət  Reyestri  Xidmətinin  müvafiq  rayon  (şəhər)  Ərazi 
İdarəsinə  ərizə  ilə  müraciət  etməlisiniz.  Ərizəyə  aşağıdakılar 
əlavə edilməlidir (―Daşınmaz əmlakın dövlət reyestri haqqında‖ 
Azərbaycan  Respublikası  Qanununun  10.2-ci  maddəsinə 
müvafiq olaraq): 
  1. torpaq sahəsinə hüququnuzu təsdiq edən sənəd. 
  2. 
Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və 
Xəritəçəkmə Komitəsi tərəfindən Sizə verilmiş torpaq sahəsinin 
planı və ölçüsü. 
  3.  torpaq  sahəsində  yerləşən  bina,  qurğu,  tikililərin  və 
digər  daşınmaz  əmlakın  (onların  tərkib  hissələrinin)  texniki 
pasportu, plan-cizgisi. 
  4. dövlət rüsumunun ödənilməsi barədə qəbz. 
 
Sual  6.  “Bələdiyyə  torpaqlarının  torpaq  hərracı  və  ya 
müsabiqələri  vasitəsilə  verilməsinin  tənzimlənməsi  məqsədilə 
Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarında 
dəyişikliklər  və  əlavələr  edilməsi  barədə”  Azərbaycan 
Respublikasının  2008-ci  il  28  oktyabr  tarixli,  709-III  QD 
nömrəli  Qanununun  tətbiq  edilməsi  haqqında  Fərman 
imzalanmışdır. 
Həmin  Fərmanın  icra  edilməsi  üçün  bələdiyyə 
mülkiyyətinə  verilmiş  torpaq  sahələri  Daşınmaz  Əmlakın 
Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalıdır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə