Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

Sual  8.  Mən  işləmirəm,  ərim  isə  sahibkarlıqla 
məşğuldur. Ərim özünə avtomobil alıb və adına rəsmiləşdirib. 
Mənim həmin avtomobilə hər hansı hüququm varmı? 
Cavab:  Bəli,  Sizin  həmin  maşına  ərinizlə  eyni  həcmdə 
bərabər hüququnuz vardır. Belə ki, ərinizin aldığı avtomobil ər-
arvadın  nikah  dövründə  əldə  etdikləri  ümumi  birgə  əmlakına 
daxildir.  
Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə 
məşğul  olduğundan  və  ya  digər  üzrlü  səbəblərə  görə  müstəqil 
qazancı  olmayan  ər  (arvad)  da  ümumi  əmlak  üzərində  hüquqa 
malikdir  (Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  32.3-cü 
maddəsi). 
Sual  9.  Mən  ərimdən  boşanmışam.  Əmlakı  bərabər 
paylarda 
bölmüşük. 
Amma 
evli 
olarkən 
mənə 
valideynlərimdən həyət evi miras qalmışdır. Həmin ev təmirsiz 
və  baxımsız  vəziyyətdə  olmuşdur.  Mən  ərimlə  birlikdə  həmin 
evin  dam  örtüyünü,  su  borularını  dəyişmiş  və  sair  bu  kimi 
təmir işləri aparmışıq. İndi ərim məndən həmin evin təmirinə 
xərclənmiş  pul  vəsaitinin  yarısını  istəyir  və  bildirir  ki,  əks 
halda  göstərilən  evin  yarısına  mülkiyyət  hüququnun 
tanınması  barədə  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət 
edəcək. Ərim belə bir tələbi irəli sürməkdə haqlıdırmı? 
 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-
ci  maddəsinə  görə  ər-arvadın  nikah  dövründə  vərəsəlik 


qaydasında  əldə  etdikləri  əmlak  onların  hər  birinin  ayrıca 
mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 
  Ailə  Məcəlləsinin  35-ci  maddəsi  isə  ər-arvadın  hər 
birinin  əmlakının  onların  birgə  mülkiyyəti  sayılması  qaydasını 
müəyyənləşdirir.  Adı  çəkilən  maddəyə  görə  nikahda  olduqları 
dövrdə  ər-arvadın  ümumi  əmlakı  və  ya  hər  birinin  əmlakı, 
yaxud  da  ər-arvadın  hansınınsa  əməyi  hesabına  ər-arvadın  hər 
birinin  əmlakının  dəyərini  xeyli  artıran  vəsaitin  qoyulması 
(əsaslı  təmir,  yenidən  quraşdırma,  avadanlığı  dəyişdirmə  və  s.) 
müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla 
bilər. 
Göründüyü  kimi,  ərinizin  belə  bir  tələbi  irəli  sürmək 
hüququ  vardır.  Lakin  valideynlərinizdən  miras  qalmış  fərdi 
yaşayış  evinin  (həyət  evinin)    əsaslı  təmirini,  onun  dam 
örtüyünün,  su  borularının  dəyişdirilməsini  təsdiq  edən 
sübutların  məhkəməyə  təqdim  edilməsi  zəruridir  ki,  məhkəmə 
də qərar qəbul edərkən həmin sübutlara əsaslanacaqdır. 
Sual  10.  Biz  nikahımızı  Bakı  şəhərində  rəsmiləşdirmək 
istəyirik,  lakin  Bakı  şəhəri  üzrə  daimi  qeydiyyatımız  yoxdur. 
Qeydiyyatda  olduğumuz  yer  isə  kifayət  qədər  uzaqdır.  Bu 
məsələni necə həll etmək olar? Nikahımızı faktiki yaşadığımız 
yerdə, yəni Bakı şəhərində rəsmiləşdirə bilərikmi? 
Cavab:  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  171-
ci  maddəsinə  görə  nikaha  daxil  olmağı  arzu  edənlər  nikaha 
daxil  olanlardan  və  ya  onların  valideynlərindən  birinin  seçdiyi 
hər  hansı  bir  müvafiq  icra  hakimiyyəti  orqanına  (Azərbaycan 
Respublikası  Ədliyyə  Nazirliyinin  və  Naxçıvan  Muxtar 


Respublikasının  ərazisində  Naxçıvan  Muxtar  Respublikası 
Ədliyyə  Nazirliyinin  rayon  (şəhər)  qeydiyyat  şöbələri,  rayon 
tabeli şəhərlərdə, qəsəbələrdə  və  kəndlərdə  rayon, şəhər, şəhər 
rayonu  icra  hakimiyyətlərinin  nümayəndəlikləri)  bu  barədə 
şəxsən yazılı ərizə verirlər. 
  Göründüyü  kimi,  qüvvədə  olan  ailə  qanunvericiliyi 
nikahın  qeydə  alınmasını  nikaha  daxil  olan  şəxslərin 
qeydiyyatda olduqları yerlə  məhdudlaşdırmır. Başqa  sözlə, Siz 
nikahınızı Bakı şəhərində rəsmiləşdirə bilərsiniz. 
Sual  11.  Mənə  babamdan  miras  kimi  mənzil  qalmışdır. 
Bilmək  istərdim,  həmin  mənzil  mənimlə  ərimin  ümumi  birgə 
mülkiyyəti  sayılırmı  və  sözügedən  mənzil  boşanma  zamanı 
bizim aramızda bölünməlidirmi? 
Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-
ci  maddəsinə  görə  nikaha  daxil  olanadək  onlara  məxsus  olan 
əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik 
qaydasında,  digər  əvəzsiz  əqdlər  üzrə  əldə  etdikləri  əmlak  ər-
arvadın  hər  birinin  ayrıca  mülkiyyətindədir  (ər-arvadın  hər 
birinin əmlakıdır). 
Adı  çəkilən  mənzili  vərəsəlik  qaydasında  əldə 
etdiyinizdən  həmin  mənzil  Sizin  və  ərinizin  ümumi  birgə 
mülkiyyəti  hesab  edilmir  və  buna  görə  də  boşanma  zamanı 
bölünməyəcəkdir. 
Sual  12.  Mənim  22  yaşım  var.  Bilmək  istərdim, 
vətəndaşın  adını  dəyişdirmək  hüququ  varmı?  Əgər  varsa, 
bunun üçün hara müraciət etməlidir? 


Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
26.4-cü 
maddəsinə 
görə 
fiziki 
şəxsin 
qanunla 
müəyyənləşdirilmiş  qaydada  öz  adını  dəyişdirmək  ixtiyarı 
vardır. 
Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  189-cu 
maddəsinə  görə  Azərbaycan  Respublikası  vətəndaşlarının  öz 
adını  və  soyadını,  atasının  adını  dəyişdirməsinə  18  yaşına 
çatdıqdan sonra yol verilir.  
Ailə  Məcəlləsinin  190-cı  maddəsinə  görə  adın,  ata  adının 
və  soyadın  dəyişdirilməsi  vətəndaşların  daimi  yaşayış  yerində 
qeydə alınır. 
Göründüyü kimi, Sizin öz adınızı dəyişdirmək hüququnuz 
vardır.  Bunun  üçün  Siz  daimi  yaşayış  yeri  üzrə  qeydiyyat 
şöbəsinə müraciət etməli və zəruri sənədləri təqdim etməlisiniz. 
Sual  13.  Mən  ərimdən  10  il  bundan  əvvəl  boşanmışam, 
lakin  aliment  tələb  etməmişəm.  İndi  oğlumun  16  yaşı  var. 
Bilmək  istəyirəm  ki,  mən  keçmiş  ərimdən  ödəmədiyi  10  illik 
aliment məbləğini tələb edə bilərəm? 
Cavab:  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 
100.1-ci  maddəsinə  görə  aliment  almaq  hüququ  olan  şəxs, 
aliment  ödənilməsi  barədə  saziş  üzrə  əvvəllər  ona  aliment 
ödənilməmişsə,  aliment  almaq  hüququnun  yarandığı  vaxtdan 
asılı  olmayaraq  istənilən  müddətdə  məhkəməyə  aliment 
tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 
  Ailə  Məcəlləsinin  100.3-cü  maddəsinə  görə  məhkəmə 
iddiaçının  aliment  almaq  üçün  məhkəməyə  müraciət  edənədək 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə