Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə25/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

Beləliklə,  işçinin  razılığı  olmadan  başqa  işə  keçirmə 
yalnız Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi 
şərtlər çərçivəsində mümkündür. 
Sual 18. Həyat yoldaşım vəfat etdiyindən 2 yaşlı uşağımı 
təkbaşına  böyüdürəm.  İşlədiyim  yerdən  mənə  bəzi  hallarda 
istirahət  günlərində  işə  çıxmalı  olduğumu  bildirirlər.  Mən 
istirahət 
günlərində 
işə 
çağırılmağımın 
əmək 
qanunvericiliyində  qadağan  olunduğunu  desəm  də,  həmin 
qadağanın  3  yaşına  çatmamış  uşağı  olan  qadınlara  aid 
olduğu  iddia  edilir.  Bu  doğrudurmu?  Sözügedən  qadağa 
uşağı təkbaşına böyüdən kişilərə şamil oluna bilərmi? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
242-ci  maddəsinin  1-ci  hissəsinə  görə  hamilə  qadınların  və  3 
yaşına  çatmamış  uşağı  olan  qadınların  gecə  işlərinə,  iş 
vaxtından  artıq  işlərə,  istirahət,  iş  günü  hesab  edilməyən 
bayram  və  digər  günlərdə  işə  cəlb  edilməsinə,  habelə 
ezamiyyətə göndərilməsinə yol verilmir. 
Əmək Məcəlləsinin 246-cı maddəsinə görə Məcəllənin bu 
fəslində  azyaşlı  uşaqları  olan  qadınlar  üçün  müəyyən  edilmiş 
hüquqlar  üzrə  bütün  təminatlar  uşaqlarını  müəyyən  səbəbdən 
(uşaqların  anası  öldükdə,  valideynlik  hüququndan  məhrum 
edildikdə,  müəyyən  müddət  müalicə  müəssisələrində  və 
azadlıqdan  məhrumetmə  yerlərində  olduqda)  anasız  təkbaşına 
böyüdən 
atalara, 
habelə 
uşaqların 
qəyyumlarına, 
himayədarlarına şamil edilir. 
Göründüyü  kimi,  Əmək  Məcəlləsinin  242-ci  maddəsinin 
1-ci  hissəsinə  görə  Sizin  istirahət  günlərində  işə  cəlb 
edilməyiniz qadağandır. 


Sual  19.  Mən  orta  məktəbdə  müəllimə  (ana  dili  və 
ədəbiyyat)  işləyirəm.  Səkkiz  və  on  yaşlarında  iki  uşağım 
vardır. Bilmək istərdim, yetkinlik yaşına çatmayan iki övladım 
olduğu üçün mənə əlavə məzuniyyət verilməlidirmi? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
117-ci 
maddəsinin 

hissəsinə 
görə  əsas  və  əlavə 
məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki 
uşağı  olan  qadınlara  2  təqvim  günü,  bu  yaşda  üç  və  daha  çox 
uşağı  olan,  həmçinin  sağlamlıq  imkanları  məhdud  uşağı  olan 
qadınlara  isə  5  təqvim  günü  müddətində  əlavə  məzuniyyət 
verilir. 
Həmin maddənin IV hissəsinə görə bu maddə ilə müəyyən 
edilmiş  əlavə  məzuniyyətlər  bu  Məcəllənin  118,  119,  120  və 
121-ci maddələrində göstərilən işçilərə verilmir. 
  Əmək  Məcəlləsinin  118-ci  maddəsinin  I  hissəsinin  ―b‖ 
bəndinə  görə  bütün  ixtisas  və  adlardan  olan  müəllimlərə 
(məşqçi  müəllimlərdən  başqa)  əmək  məzuniyyəti  56  təqvim 
günü müddətində verilməlidir. 
  Beləliklə,  Əmək  Məcəlləsinin  117-ci  maddəsinin  IV 
hissəsi  Sizə  2  gün  müddətinə  əlavə  məzuniyyət  verilməsini 
istisna edir. 
Sual  20.  On  altı  yaşım  var.  İşə  qəbul  olunarkən  əmək 
müqaviləsinin  bağlanması  zamanı  valideynlərimdən  birinin 
razılığının olması tələb edildi. Bu tələb qanunidirmi? 


Cavab:  Bu  tələb  qanuna  uyğundur  və  Azərbaycan 
Respublikası  Əmək  Məcəlləsinin  46-cı  maddəsinin  4-cü 
hissəsindən irəli gəlir.  
Həmin  maddəyə  görə  on  beş  yaşından  on  səkkiz 
yaşınadək  olan  şəxslərlə  əmək  müqaviləsi  bağlanarkən  onların 
valideynlərindən 
və 
ya 
övladlığa 
götürənlərdən, 
qəyyumlarından  birinin  və  yaxud  qanunla  onları  əvəz  edən 
şəxslərin yazılı razılığı alınmalıdır.   
Sual  21.  Yaşı  18-dən  az  olan  işçilərə  verilən  əmək 
məzuniyyətinin minimum müddəti nə qədərdir? 
Cavab:  Fizioloji  keyfiyyətləri  ilə 
bağlı  işçilərin 
məzuniyyətlərinin  müddətləri  Azərbaycan  Respublikası  Əmək 
Məcəlləsinin 119-cu maddəsində nəzərdə tutulmuşdur.  
Həmin  maddənin  birinci  hissəsinə  görə  yaşı  16-dan  az 
olan  işçilərə  əmək  məzuniyyəti  42  təqvim  günündən,  16 
yaşından  18  yaşınadək  işçilərə  isə  35  təqvim  günündən  az 
olmayaraq verilir. 
Sual  22.  İşlədiyim  müəssisədə  mühasibatlıq  səhvə  yol 
vermiş  və  əmək  haqqımı  çox  hesablayaraq  mənə  ödəmişdir. 
Həmin artıq ödənilmiş pulun geri alınması mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
175-ci maddəsinin 2-ci hissəsinin ―e‖ bəndinə əsasən mühasibat 
tərəfindən  ehtiyatsızlıqla  səhvən  yerinə  yetirilən  riyazi 
əməliyyatlar  nəticəsində  artıq  verilmiş  məbləğlər  işəgötürənin 
sərəncamı ilə işçinin əmək haqqından tutulur. Həmin maddənin 
3-cü  hissəsinə  görə  işəgötürən  avansın  qaytarılması,  borcun 


ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən 
və 
ya 
səhv 
riyazi 
hesablamalar 
nəticəsində 
düzgün 
hesablanmamış  pulun  verildiyi  gündən  bir  ay  müddətində 
məbləğin  tutulması  haqqında  mühasibat  əməliyyatı  apara  bilər. 
Bu  müddət  bitdikdən  sonra  işçidən  həmin  məbləğlər  tutula 
bilməz. 
Göründüyü  kimi,  Sizə  səhvən  yerinə  yetirilən  riyazi 
əməliyyatlar  nəticəsində  artıq  verilmiş  pul  məbləğinin 
işəgötürənin  sərəncamı  ilə  əmək  haqqınızdan  tutulması 
mümkündür.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  artıq  ödənilmiş 
pulun tutulması yalnız onun verildiyi gündən bir ay müddətində 
aparıla bilər. Əgər düzgün hesablanmamış pulun Sizə verildiyi 
gündən  bir  aydan  çox  müddət  keçmişdirsə,  Sizdən  həmin 
məbləğ tutula bilməz. 
Sual  23.  Bankdan  götürdüyüm  kreditin  iş  yerində  əmək 
haqqımdan tutularaq ödənilməsi mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
175-ci  maddəsinin  6-cı  hissəsinə  görə  işçinin  ərizəsində 
göstərdiyi  məbləğdə  və  müddətlərdə  əmək  haqqının  müvafiq 
hissəsi  kommunal  xərclərin,  bankdan  aldığı  ssudaların, 
kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq 
kreditorlara  göndərilə  bilər.  İşçi  belə  ərizə  ilə  işəgötürənə 
müraciət  etməyibsə,  onun  kreditorlarının  tələbi  ilə  işçinin 
borcları əmək haqqından tutula bilməz. 
Göründüyü kimi, kreditinizin əmək haqqınızdan tutularaq 
göndərilməsi  mümkündür.  Lakin  bunun  üçün  Siz  işəgötürənə 
ərizə ilə müraciət etməlisiniz. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə