Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

Əmək  müqaviləsində,  kollektiv  müqavilədə  iş  vaxtından 
artıq  vaxt  ərzində  görülən  işə  görə  işçilərə  daha  yüksək 
məbləğdə  əlavə  haqqın  ödənilməsi  nəzərdə  tutula  bilər  (Əmək 
Məcəlləsinin 165-ci maddəsinin 2-ci hissəsi). 
-  Əmək  Məcəlləsinin  101-ci  maddəsi  iş  vaxtından  artıq 
işlərə  yol  verilən  müstəsna  halların  dairəsini  müəyyənləşdirir: 
dövlətin  müdafiəsinin  təmin  olunması  üçün,  habelə  təbii 
fəlakətin,  istehsal  qəzasının  qarşısını  almaq  və  ya  onların 
nəticələrini  aradan  qaldırmaq  üçün  yerinə  yetirilməsi  zəruri 
olan  ən  vacib  işlərin  görülməsi;  su,  qaz  və  elektrik  təchizatı, 
isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində 
işlərin,  xidmətlərin  pozulmasına  səbəb  olan  gözlənilməz 
hadisələrin  nəticələrini  aradan  qaldırmaq  üçün  zəruri  işlərin 
görülməsini  təmin  etmək  üçün  və  Əmək  Məcəlləsinin  101-ci 
maddəsində göstərilən digər hallarda. 
-  Əmək  Məcəlləsinin  101-ci  maddəsinin  2-ci  hissəsi 
işəgötürənin  üzərinə  iş  vaxtından  artıq  işlərə  işçilərin  cəlb 
edilməsini  doğuran  səbəblərin  vaxtında  aradan  qaldırılması 
məqsədilə bütün zəruri tədbirləri görmək vəzifəsini qoyur.        
İşçi iş vaxtından artıq işlərə işəgötürənin əmri (sərəncamı, 
qərarı) ilə cəlb olunur. 
 
Sual  3.  Müddətli  əmək  müqaviləsi  nədir  və  hansı 
hallarda bağlanılır? 
  Cavab:  Müddətli  əmək  müqaviləsi  ilə  bağlı  müddəalar 
Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin  45  və  47-ci 
maddələrində təsbit olunmuşdur. 


Həmin  maddələrin  analizi  aşağıdakı  nəticələrə  gəlməyə 
imkan verir. 
-  Əmək  Məcəlləsinin  45-ci  maddəsinin  1-ci  hissəsi 
müddətli  əmək  müqaviləsinin  bağlanması  imkanını  nəzərdə 
tutur,  lakin  onun  müddətinin  5  ildən  artıq  olmaması  şərtini 
müəyyənləşdirir. 
-  Əgər  əmək  müqaviləsində  onun  müddəti  barədə  hər 
hansı  şərt  nəzərdə  tutulmayıbsa  və  ya  onun  hansı  müddətə 
bağlanması  göstərilməyibsə,  onda  həmin  əmək  müqaviləsi 
müddətsiz bağlanmış sayılır. 
-  Müddətli  əmək  müqaviləsi  bağlanan  halda,  işçi  və 
işəgötürən onun müddətini (2 il, 4 il və s.) özləri sərbəst şəkildə 
müəyyənləşdirirlər. 
- Əgər tərəflər müddətsiz əmək müqaviləsi bağlamışlarsa, 
onda  həmin  əmək  müqaviləsi  hər  iki  tərəfin  razılığı  olmadan 
birtərəfli  qaydada  müddətli  əmək  müqaviləsi  ilə  əvəz  edilə 
bilməz. 
-  Əmək  Məcəlləsinin  45-ci  maddəsinin  4-cü  hissəsi  işə 
qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq 
hüququndan  sui-istifadəsinin  qarşısını  almağa  yönəlmiş 
qadağanı  nəzərdə  tutur.  Belə  ki,  həmin  maddənin  tələbinə 
müvafiq  olaraq  əgər  əmək  funksiyasının  yerinə  yetirilməsi 
şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə 
malik  olduğu  qabaqcadan  bəllidirsə,  onda  əmək  müqaviləsi 
müddətsiz bağlanmalıdır. 


-  Əmək  Məcəlləsinin  47-ci  maddəsi  müddətli  əmək 
müqaviləsi bağlana  bilən halları  müəyyənləşdirir.  Başqa  sözlə, 
47-ci maddədə göstərilən hallarda müddətli əmək müqaviləsinin 
bağlanması məcburi deyil, bu, tərəflərin iradəsindən asılıdır. 
-  Müddətli  əmək  müqaviləsinin  bağlanması  üçün  əmək 
funksiyasının  xüsusiyyətlərinə,  onun  icrasının  şərtlərinə, 
müddətinə  görə  işlərin  (xidmətlərin)  daimi  xarakterə  malik 
olmaması  tələb  edilir.  Məsələn,  təbii  və  iqlim  şəraitinə  və  ya 
işin  xüsusiyyətinə  görə  il  boyu  görülə  bilməyən  mövsümü 
işlərin  yerinə  yetirilməsi  zamanı;  işçinin  əmək  qabiliyyətini 
müvəqqəti  itirməsi  nəticəsində  işə  çıxmaması  ilə  əlaqədar 
olaraq    onun  əmək  funksiyasının  başqa  işçi  tərəfindən  icrası 
zərurəti olduqda və s.   
Sual  4.  İşə  qəbul  zamanı  sınaq  müddətinin  müəyyən 
olunması qanunvericilikdə nəzərdə tutulubmu? 
  Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
51, 52 və 53-cü maddələri sınaq müddətinin tətbiqi ilə əlaqədar 
yaranan münasibətləri tənzimləyir. 
Həmin  maddələrin  analizi  sınaq  müddətinin  tətbiqi  ilə 
bağlı aşağıdakı əsas şərtləri müəyyənləşdirməyə imkan verir: 
-  Sınaq  müddəti  işçinin  peşəkarlıq  səviyyəsinin,  müvafiq 
əmək  funksiyasını  icra  etmək  bacarığının  yoxanılması 
məqsədilə  tətbiq  edilir.  Əgər  əmək  müqaviləsində  sınaq 
müddətinin  tətbiqi  nəzərdə  tutulmayıbsa,  onda  həmin  əmək 
müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab edilir. 


-  Sınaq  müddəti  3  aydan  artıq  ola  bilməz.  Nəzərə  almaq 
lazımdır  ki,  sınaq  müddətinə  işçinin  faktiki  olaraq  əmək 
funksiyasını icra etdiyi iş vaxtı daxildir. Eyni zamanda, işçinin 
əmək  qabiliyyətini  müvəqqəti  itirdiyi,  habelə  iş  yeri  və  orta 
əmək  haqqı  saxlanılmaqla  işdə  olmadığı  dövrlər  (məsələn, 
seçkilərin  hazırlanması  və  keçirilməsi  dövründə,  habelə  seçici 
siyahılarının  hazırlanması  dövründə  dairə  və  məntəqə  seçki 
komissiyasının həlledici səs hüquqlu üzvü olduqda və s.) sınaq 
müddətinə daxil edilmir. 
-  Dövlət  qulluqçuları  üçün  sınaq  müddətinin  müəyyən 
olunması qaydası fərqlidir. Belə ki, ―Dövlət qulluğu haqqında‖ 
Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən 
qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmayıbsa,  tövsiyə 
müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay 
sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. 
-  Əmək  Məcəlləsinin  52-ci  maddəsində  sınaq  müddəti 
müəyyən edilməyən hallar təsbit olunmuşdur. Həmin maddəyə 
əsasən yaşı 18-dən az olan işçilərlə, müsabiqə yolu ilə müvafiq 
vəzifə  tutan  işçilərlə  əmək  müqaviləsi  bağlandıqda,  eləcə  də, 
tərəflərin  razılaşdırdıqları  digər  hallarda  sınaq  müddəti  tətbiq 
edilmir. 
-  Sınaq  müddəti  qurtaranadək  tərəflərdən  biri  digərinə  3 
gün  əvvəl  yazılı  xəbərdarlıq  etməklə  əmək  müqaviləsini  poza 
bilər.  Əgər  tərəflərdən  heç  biri  sınaq  müddəti  bitənədək  əmək 
müqaviləsinin  xitamını  tələb  etməyibsə,  onda  işçi  sınaqdan 
çıxmış  hesab  edilir.  Qüvvədə  olan  qanunvericilik  işçinin 
sınaqdan  çıxması  ilə  bağlı  işəgötürən  tərəfindən  ayrıca  əmrin 
verilməsini  nəzərdə  tutmur.  Yəni  bu  halda,  işçi  əmək 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə