Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə17/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   13   14   15   16   17   18   19   20   ...   55

işləməyən  (yaşından  və  əmək  qabiliyyətindən  asılı  olmayaraq) 
valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 
8 yaşınadək təyin edilir. 
Göründüyü  kimi,  qanunvericilikdə  ailə  başçısını  itirməyə 
görə  müavinətin  ödənilməsi  halları  və  müddəti  dəqiq 
müəyyənləşdirilmişdir.  Sualınızın  məzmunundan  belə  nəticəyə 
gəlmək  olar  ki,  sizin  barənizdə  həmin  hal  mövcud  deyil.  Bu 
baxımdan, sizin dövlət büdcəsi hesabına ailə başçısını itirməyə 
görə müavinətin ödənilməsi hüququnuz yoxdur.  
Sual  9.  1996-cı  il  təvəllüdlü  anadangəlmə  2-ci  qrup  əlil 
qızım  Mürsəlova  Nigar  Hacıkənddə  yerləşən  natamam  orta 
məktəbdə  bir  neçə  gün  birinci  sinifə  getdi.  Bir  qədər 
oxuduqdan  sonra  “yaşı  keçdiyi  üçün”  adını  sinif  jurnalında 
qeyd  etmədilər.  Çox  həvəskar  və  çalışqan  olduğu  üçün 
müəllimlər də onun məktəbdən uzaqlaşmasını istəmirlər. Ona 
görə də biz Təhsil Nazirliyinə məktubla müraciət etmişik. Bizə 
cavab  verdilər  ki,  məktub  cənab  nazirə  çatıb,  lakin  nədənsə, 
hələ  ki,  bir  köməklik  yoxdur.  Bu  il  qızımın  məktəbə  gedib-
getməyəcəyi  bizi  çox  narahat  edir.  Bilmək  istəyirik,  əlil  qız 
uşağının orta təhsil almaq hüququ varmı? 
 
Cavab:  Azərbaycan  Respublikası  Konstitusiyasının  42-ci 
maddəsinin 1-ci  hissəsinə görə  hər  bir vətəndaşın təhsil almaq 
hüququ vardır. 
―Əlilliyin 
və 
uşaqların 
sağlamlıq 
imkanlarının 
məhdudluğunun  qarşısının  alınması,  əlillərin  və  sağlamlıq 
imkanları  məhdud  uşaqların  reabilitasiyası  və  sosial  müdafiəsi 
haqqında‖  Azərbaycan  Respublikası  Qanununun  15-ci 
maddəsinə görə dövlət əlillərin və sağlamlıq imkanları məhdud 
uşaqların  təhsil  alması  və  peşə  hazırlığı  keçməsi  üçün  lazımi 
şəraitin  yaradılmasına  təminat  verir.  ...  Əlillərin  və  sağlamlıq 


imkanları  məhdud  uşaqların  təhsili  və  peşə  hazırlığı  müxtəlif 
formalarda,  o  cümlədən  evdə  tədris  formasında  və  fərdi  dərs 
planları  üzrə  həyata  keçirilir.  Dövlət  əlillərin  və  sağlamlıq 
imkanları məhdud uşaqların təlim və peşə hazırlığı üçün xüsusi 
olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir. 
Həmin  Qanunun  19-cu  maddəsinə  görə  əlillərin  və 
sağlamlıq  imkanları  məhdud  uşaqların  orta,  orta  ixtisas  və  ali 
təhsili  ümumi  tipli  tədris  müəssisələrində,  zərurət  olduqda  isə 
xüsusi  tədris  müəssisələrində  həyata  keçirilir.  Əlillərin  və 
sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsili  üçün  xüsusi 
şəraitin  təmin  edilməsi  məqsədilə  texniki-peşə  məktəblərinin, 
texnikumların və ali məktəblərin əlillər və sağlamlıq imkanları 
məhdud  uşaqlar  üçün  ixtisaslaşdırılmış  fakültələri  və  ya 
şöbələri  təşkil  edilir.  Stasionar  müalicə-profilaktika  və  ya 
reabilitasiya  müəssisələrində  (mərkəzlərində)  müalicə  kursu 
keçən  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  də  dərs 
məşğələləri  təşkil  edilir.  ...  Əlillərin  və  sağlamlıq  imkanları 
məhdud uşaqların qəbul imtahanları verməsi üçün lazımi şərait 
yaradılır.  Təhsil  dövründə  pensiyalar  və  təqaüdlər  tam 
məbləğdə  ödənilir.  I  və  II  qrup  əlil  və  ya  sağlamlıq  imkanları 
məhdud  18  yaşınadək  tələbələrə,  şagirdlərə  aldıqları  təqaüdün 
50 faizi məbləğində əlavə ödənc verilir. 
Göründüyü  kimi,  qızınızın  Azərbaycan  Respublikasının 
hər  bir  vətəndaşı  kimi  təhsil  almaq  hüququ  vardır  və  bu 
hüququn həyata keçirilməsinə Azərbaycan dövləti təminat verir. 
Sual 10. 2010-cu il oktyabr ayının 15-də 62 yaşım tamam 
olub. “Pensiya haqqında” qanuna edilmiş son dəyişikliyə görə 
2010-cu il yanvarın 1-dən 2012-ci il yanvar ayının 1-dək hər il 


6 ay əlavə olunur. Belə olduqda 2011-ci il aprelin 15-də 62 yaş 
yarımla pensiyaya çıxa bilərəmmi? 
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan 
Respublikasının Qanununun 7-ci maddəsinə (―Yaşa görə əmək 
pensiyasının  təyin  edilməsi  şərtləri‖  adlanır)  görə  62  yaşına 
çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta 
stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə 
əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə 
əmək pensiyası hüququ vardır. 
Həmin  maddənin  ―Qeyd‖  hissəsində  göstərilir:  ―Bu 
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin  yaş həddi 
2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, 
qadınların  yaş  həddi  2010-cu  il  yanvarın  1-dən  başlayaraq 
2016-cı il yanvarın 1-dək hər il altı ay artırılır‖. 
Göründüyü  kimi,  göstərilən  maddəyə  əsasən  2010-cu  il 
yanvarın  1-dən  2011-ci  il  yanvarın  1-dək  yaşa  görə  əmək 
pensiyası  hüququ  olan  şəxslərin  yaş  həddi  artırılaraq  62  yaş 
yarım, 2011-ci il yanvarın 1-dən etibarən isə 63 yaş olmuşdur. 
Buna görə də 2011-ci il aprelin 15-də yaşa görə əmək pensiyası 
hüququnuz  yaranmamışdı.  Lakin  bu  ilin  oktyabr  ayının  15-də 
63 yaşınızın tamam olması ilə belə bir hüququnuz yaranacaqdır. 
Bundan başqa, sözügedən maddənin tələbinə görə 63 yaşa 
çatmaqla yanaşı azı 12 il sığorta stajına malik olmalısınız.  
  Sual 11. 2010-cu il aprel ayının 19-da 62 yaşım tamam 
olub.  “Əmək  pensiyaları  haqqında”  Qanuna  edilmiş  son 
dəyişikliyə görə 2010-2011-ci illər üçün göstərilən yaşa hər il 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə