Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə16/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   12   13   14   15   16   17   18   19   ...   55

Beləliklə,  şərh  olunanlara  əsasən  demək  olar  ki,  siz 
güzəştli  şərtlərlə  yaşa  görə  əmək  pensiyası  almaq  hüququna 
malik deyilsiniz. 
Sual  5.  Mən  Qərbi  Azərbaycandanam,  orada  6  il  6  ay 
Statistika  və  Maliyyə  idarələrində  ixtisasım  üzrə  vəzifədə 
olmuşam.  1993-1999-cu  illərdə  Azərbaycan  Respublikası 
Səhiyyə  Nazirliyi  Əczaçılıq  və  Tibb  Sənayesi  Birliyinin 
nəzdində  olan  Mərkəzi  Aptek  Bazasında  baş  mühasib 
vəzifəsində işləmişəm. 
Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  4 
avqust tarixli fərmanına müvafiq olaraq mənə dövlət qulluğu 
üzrə təqaüd vermək mümkündürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Prezidentinin  4  avqust 
2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə ―İnzibati və yardımçı 
vəzifələrin Təsnifat Toplusu‖ təsdiq edilmişdir.  
Lakin  Sizin  dövlət  qulluğu  üzrə  pensiya  almaq 
hüququnuzun  yaranması  üçün  əsas  hesab  etdiyiniz  əmək 
fəaliyyətiniz 1993-1999-cu illəri əhatə edir.  
Başqa sözlə, Sizin əmək fəaliyyətiniz adı çəkilən Fərman 
qüvvəyə minənədək yaranmışdır. 
Digər  tərəfdən,  Azərbaycan  Respublikası  Prezidentinin  1 
sentyabr  2005-ci  il  tarixli,  290  nömrəli  Fərmanı  ilə  "Əmək 
pensiyaları  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 
əsasən  pensiya  təyin  edilməsi  üçün  dövlət  qulluqçusunun 
müraciət  etdiyi  vaxt  dövlət  məvacibinin  hesablandığı  dövlət 
qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 
18-dək  dövlət,  sovet,  partiya  orqanlarında  çalışmış  dövlət 


qulluqçularının  vəzifələrinin  İnzibati  və  yardımçı  vəzifələrin 
Təsnifat  Toplusunda  göstərilən  dövlət  qulluğu  vəzifələrinə 
uyğunlaşdırılması Siyahısı" təsdiq edilmişdir. Həmin Fərmanla 
1991-ci  il  oktyabrın  18-dən  İnzibati  və  yardımçı  vəzifələrin 
Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası 
(Naxçıvan  Muxtar  Respublikası)  dövlət  orqanlarında  dövlət 
qulluğu  vəzifələrinin  adları  müəyyənləşdirilmişdir.  Sizin 
tutduğunuz  vəzifə  1991-ci  il  oktyabrın  18-dən  İnzibati  və 
yardımçı  vəzifələrin  Təsnifat  Toplusu  qüvvəyə  minənədək 
Azərbaycan  Respublikası  (Naxçıvan  Muxtar  Respublikası) 
dövlət  orqanlarında  dövlət  qulluğu  vəzifələrinin  adlarının 
siyahısına daxil edilməmişdir. 
Beləliklə, 
sizin 
əmək 
fəaliyyətiniz 
Azərbaycan 
Respublikası  Prezidentinin  4  avqust  2003-cü  il  tarixli,  911 
nömrəli  Fərmanına  uyğun  olaraq  dövlət  qulluğu  üzrə  pensiya 
almaq hüququnuzun yaranmasına əsas vermir. 
  
Sual  6.  İşçinin  vəfatı  ilə  əlaqədar  əmək  müqaviləsinə 
xitam verildikdə hansı müavinətlər ödənilir? Eşitdiyimə görə, 
vəfat  edənin  vərəsələrinə  rəhmətə  gedənin  iş  yerindən  onun 
orta  aylıq  əmək  haqqının  3  misli  həcmində,  əgər  vəfat  edən 
eyni  zamanda  təqaüdçüdürsə,  bundan  əlavə  həm  də  Dövlət 
Sosial  Müdafiə  Fondundan  onun  aylıq  təqaüdünün  3  misli 
həcmində müavinət ödənilir. Bu belədir, ya yox? 
Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-
ci  maddəsinin  7-ci  hissəsinə  görə  ...  işçinin  vəfatı  ilə  əlaqədar 
əmək  müqaviləsinə  xitam  verildikdə  vəfat  edənin  vərəsələrinə 
orta  aylıq  əmək  haqqının  azı  üç  misli  miqdarında  müavinət 
ödənilir. 


―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan  Respublikası 
Qanununun  42.2-ci  maddəsinə  görə  əmək  pensiyaçısı  vəfat 
etdikdə,  onun  ailəsinə  pensiyaçının  vəfatı  tarixinə  yaşa  görə 
əmək  pensiyasının  baza  hissəsinin  üç  misli  məbləğində  dəfn 
üçün müavinət verilir. 
Sual  7.  Artıq  bir  ilə  yaxındır  ki,  müəssisədə  çalışıram, 
lakin  indiyədək  sosial  sığorta  şəhadətnaməm  mənə  təqdim 
edilməmişdir. Bilmək istərdim, sosial sığorta şəhadətnamələri 
işçidə, yoxsa işəgötürəndə saxlanmalıdır? 
 
Cavab:  ―Dövlət  sosial  sığorta  sistemində  fərdi  uçot 
haqqında‖ Qanunun 6.2-ci maddəsinə görə dövlət sosial sığorta 
sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti 
orqanı  (Dövlət  Sosial  Müdafiə  Fondu)  bu  Qanunun  5.2.1  - 
5.2.5-ci 
maddələrinə 
uyğun 
olaraq 
sosial 
sığorta 
şəhadətnaməsinin hazırlanmasını və sığortaolunana verilməsini 
təmin edir.  
Həmin  Qanunun  6.3-cü  maddəsinə  görə  əmək  fəaliyyəti 
olan  sığortaolunanlar  dövlət  sosial  sığorta  şəhadətnaməsini  öz 
sığortaedənləri vasitəsilə alırlar.  
Adı  çəkilən  Qanunun  8.2.3-cü  maddəsinə  görə 
sığortaolunanın  dövlət  sosial  sığorta  şəhadətnaməsini  almaq, 
onu  saxlamaq  və  sığortaedənin,  fərdi  uçotu  həyata  keçirən 
müvafiq  icra  hakimiyyəti  orqanının  (Dövlət  Sosial  Müdafiə 
Fondu) vəzifəli şəxslərinin tələbinə görə təqdim etmək vəzifəsi 
vardır.  
Dövlət 
sosial 
sığorta 
şəhadətnaməsinin 
forması 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  46  nömrəli,  23 
mart  2002-ci  il  tarixli  Qərarı  ilə  təsdiq  edilmişdir  və  həmin 
şəhadətnamənin arxa tərəfində göstərilir: ―Dövlət sosial sığorta 
şəhadətnaməsi sığortaolunanda (işçidə) saxlanılır‖. 


Göründüyü  kimi,  işəgötürən  tərəfindən  alınmış  dövlət 
sosial sığorta şəhadətnaməsi sizdə saxlanılmalıdır.  
 
Sual 8. Mən 01.01.2009-cu il tarixə kimi həyat yoldaşım 
iş  yerində  həlak  olduğuna  görə  aylıq  müavinət  almışam. 
01.01.2009-cu  il  tarixdən  işdə  xəsarət  alan  və  həlak  olanlara 
dövlət  büdcəsi  vəsaiti  hesabına  aylıq  müavinət  ödəniləcəyi 
haqda  müəssisə  tərəfindən  mənə  bildirildi  və  bu  məqsədlə 
Tərtər  rayon  Əhalinin  Sosial  Müdafiəsi  Mərkəzinə  müraciət 
etməyim xahiş olundu. ƏSMM-dən mənə bildirdilər ki, azyaşlı 
uşağım 
olmadığına 
görə 
mənə 
aylıq 
müavinət 
ödənilməməlidir.  Odur  ki,  dövlət  vəsaiti  hesabına  mənə  aylıq 
müavinət  verilməməsinin  düzgünlüyü  barədə  məlumat 
verilməsini xahiş edirəm. 
Cavab:  ―Sosial  müavinətlər  haqqında‖  Qanunun  7.0.5-ci 
maddəsinə görə ailə başçısını itirməyə görə müavinət - 1) əmək 
qabiliyyəti  olmayan  şəxsin  əmək  pensiyası  hüququ  olmadıqda; 
2)  yaşından  və  əmək  qabiliyyətindən  asılı  olmayaraq 
valideynlərdən,  qardaş,  bacı,  baba  və  nənələrdən  biri  vəfat 
etmiş  şəxsin  8  yaşınadək  uşaqlarına  baxdıqda  və  işləmədikdə, 
ödənilir.  
Həmin  Qanunun  9.1.-ci  maddəsinə  görə  ailə  başçısını 
itirməyə  görə  müavinət  –  1)  vəfat  etmiş  şəxsin  uşaqlarına  -  18 
yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 
23  yaşdan  çox  olmamaqla);  2)  vəfat  etmiş  şəxsin  18  yaşına 
çatanadək  sağlamlıq  imkanlarının  məhdudluğu  müəyyən 
olunmuş  18  yaşından  yuxarı  əlil  uşaqlarına  -əlillik  müddətinə; 
3)  vəfat  etmiş  şəxsin  8  yaşınadək  uşaqlarına  baxan  və 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə