Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   9   10   11   12   13   14   15   16   ...   55

 
Cavab:  Sizin  istənilən  vaxt  həmin  etibarnaməni  ləğv 
etmək  hüququnuz  vardır.  Çünki  Azərbaycan  Respublikası 
Mülki Məcəlləsinin 365.2-ci maddəsinə görə etibarnamə vermiş 
şəxs  istənilən  vaxt  etibarnaməni  və  ya  başqasına  etibaretməni 
ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan 
imtina edə bilər. 
Bu  halda,  həmin  etibarnamənin  qüvvəsinə  xitam 
veriləcəkdir. 
Qeyd  edək  ki,  etibarnaməni  ləğv  etdiyiniz  halda,  Siz  bu 
barədə  etibarnamə  verilmiş  şəxsi,  habelə  etibarnaməni 
qarşılarında  təmsil  edilmək  üçün  verdiyiniz  Sizə  məlum  olan 
üçüncü  şəxsləri  xəbərdar  etmək  vəzifəsi  daşıyırısınız 
(Sözügedən məcəllə, 366.1-ci maddə).  
Sual  48.  Yeni  inşa  edilmiş  binanın  birinci 
mərtəbəsindəki  qeyri-yaşayış  sahəsini  tikinti  firmasından 
müqavilə  əsasında  almışam.  Lakin  mülkiyyət  hüququm  hələ 
ki,  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə  alınmamışdır. 
Bankdan  kredit  götürəcəyim  halda,  həmin  qeyri-yaşayış 
sahəsinə dair hüquqlarımı girov qoya bilərəmmi?  
  Cavab:  Belə  bir  girov  müqaviləsinin  bağlanması 
mümkün  deyildir.  Çünki  qeyri-yaşayış  sahəsinə  dair 
hüquqlarınızı  girov  qoya  bilmək  üçün  əvvəlcə,  girov 
qoyacağınız  hüquqa  malik  olmağınız  tələb  edilir.  Bu  tələb 
Mülki  Məcəllənin  271.3-cü  maddəsindən  irəli  gəlir:  Hüququ 
girov qoyan həmin hüququn məxsus olduğu şəxs ola bilər. Sizin 


isə  qeyri-yaşayış  sahəsinə  dair  hər  hansı  hüququnuz  qeydə 
alınmamışdır. 
Onu  da  qeyd  edək  ki,  daşınmaz  əmlaka  dair  mülkiyyət 
hüququ  girovun  predmeti  ola  bilməz,  çünki  daşınmaz  əmlaka 
dair  mülkiyyət  hüququnuz  varsa,  onda  mülkiyyət  hüququnuzu 
deyil, mülkiyyətinizdə olan daşınmaz əmlakın özünü ipoteka ilə 
yüklü  edə  bilərsiniz  (―İpoteka  haqqında‖  qanunun    1.0.1-ci 
maddəsinə  görə  ipoteka—öhdəliyin  icrasının  təmin  edilməsi 
üsulu  olaraq  daşınmaz  əşyaların  və  rəsmi  reyestrdə  üzərində 
mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur). 
Girov  qoyula  bilən  hüquqlara  dair  Mülki  Məcəllənin  303.1-ci 
maddəsi  vardır.  Həmin  maddəyə  görə  hüquq  girov  qoyularkən 
girov  predmeti  özgəninkiləşdirilə  bilən  hüquq,  o  cümlədən 
torpaq  sahəsinin,  binanın,  qurğunun,  yaşayış  evinin  (mənzilin) 
icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 
Sual 49. Alqı-satqı müqaviləsi əsasında mənzil almışam. 
İki  aydan  çox  keçməsinə  baxmayaraq  mənzilin  əvvəlki 
mülkiyyətçisi  və  ailə  üzvləri  mənə  məxsus  mənzildən 
qeydiyyatdan  çıxmamışlar.  Onlar  bunun  səbəbi  kimi 
qeydiyyata  düşmək  üçün  hazırda  yaşadıqları  evin  heç  bir 
mülkiyyət  sənədinin  olmamasını  göstərirlər.  Hazırda  mənə 
məxsus  mənzildə  5  nəfər  əvvəlki  sakin  qeydiyyatdadır.  Buna 
görə mən əlavə kommunal xidmət haqqı ödəməyə məcburam. 
Bununla  əlaqədar  rayon  məhkəməsinə  müraciət  etsəm  də, 
məhkəmənin  qərardadı  ilə  iddiama  məhkəmə  qaydasında 
baxılmalı  olmaması  əsası  ilə  baxılmamış  saxlanmış  və 
bildirilmişdir ki, bunun üçün rayon polis idarəsinin qeydiyyat 
və  şəxsiyyət  vəsiqəsi  şöbəsinə  müraciət  etməliyəm.  Bundan 


sonra  rayon  polis  idarəsinin  qeydiyyat  və  şəxsiyyət  vəsiqəsi 
şöbəsinə  ərizə  ilə  müraciət  etdim,  lakin  cavab  məktubunda 
mənə  bildirildi  ki,  vətəndaşların  qeydiyyatdan  çıxarılması 
daxili işlər orqanlarının səlahiyyətlərinə aid deyil və aidiyyəti 
üzrə  məhkəməyə  müraciət  edilməlidir.  Göründüyü  kimi, 
müraciət  etdiyim  hər  iki  orqan  bu  məsələnin  onların 
səlahiyyətinə  aid  olmamasını  bildirmişlər.  Belə  olan  halda, 
sual yaranır. Bu məsələ kimin səlahiyyətinə aiddir? 
Cavab:  Sualınızda  qoyduğunuz  problemlə  hazırda 
vətəndaşlar  tez-tez  qarşılaşırlar.  Bunun  səbəbi  problemin 
qeydiyyatla  bağlı  qanunvericilikdən,  konkret  desək,  ―Yaşayış 
yeri və olduğu  yer üzrə qeydiyyat haqqında‖ qanunun (bundan 
sonra  -  Qanun)  9-cu  maddəsindən  qaynaqlanmasındandır.  Belə 
ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxsin yaşayış 
yeri  üzrə  qeydiyyatdan  çıxarılması  halları  Qanunun  9-cu 
maddəsində  öz  əksini  tapmışdır.  Lakin  həmin  maddədə 
qarşılaşdığınız  problemin  müvafiq  icra  hakimiyyəti  orqanı, 
konkret  desək,  müvafiq  rayon  polis  idarəsinin  qeydiyyat  və 
şəxsiyyət  vəsiqəsi  şöbəsi  tərəfindən  həlli  imkanı  nəzərdə 
tutulmamışdır.  Çünki  9-cu  maddənin  1-ci  hissəsinə  görə  şəxs 
yaşayış  yerini  dəyişdikdə,  yeni  yaşayış  yeri  üzrə  qeydiyyata 
alınması  barədə  müvafiq  icra  hakimiyyəti  orqanlarının 
məlumatına  əsasən  əvvəlki  yaşayış  yeri  üzrə  qeydiyyatdan 
çıxarılır. Sizin halda isə, əvvəlki sakinlər yeni yaşayış yeri üzrə 
qeydiyyata  alınmadıqları  üçün  Qanunun  9-cu  maddəsinin  1-ci 
hissəsinin  tətbiqi  mümkün  deyildir.  Qanunun  9-cu  maddəsində 
nəzərdə  tutulmuş  digər  əsasların  isə  Sizin  qarşılaşdığınız 
problemlə əlaqəsi yoxdur. 


Əvvəlki  sakinlərin  Sizin  mənzilinizdə  qeydiyyatda 
qalmaqda  davam  etməsi  Qanunun  bir  sıra  müddəları  ilə 
ziddiyyət  təşkil  edir.  Belə  ki,  Qanunun  1-ci  maddəsinə  görə 
Azərbaycan 
Respublikasının 
vətəndaşları,  əcnəbilər  və 
vətəndaşlığı  olmayan  şəxslər  (bundan  sonra  -  şəxslər) 
Azərbaycan  Respublikasında  yaşayış  yeri  və  olduğu  yer  üzrə 
qeydiyyata alınmalıdırlar. Qanunun 2-ci maddəsinə görə şəxsin 
yaşayış  yeri  —  tam  həcmdə  fəaliyyət  qabiliyyətli  şəxsin 
mülkiyyətçi  kimi  icarə  və  kirayə  müqaviləsi  üzrə,  yaxud 
Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə 
tutulmuş  digər  əsaslarla  daimi  və  ya  daha  çox  yaşadığı  ev, 
mənzil,  xidməti  yaşayış  sahəsi,  yataqxana,  qoca  və  əlil  evləri, 
sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi 
təhsil  müəssisələri  və  digər  bu  kimi  yaşayış  yerləri  başa 
düşülür.  Qanunun  5-ci  maddəsinə  görə  yaşayış  yerini 
dəyişdirmiş  vətəndaş  yeni  yaşayış  yerinə  gəldikdən  sonra  10 
gündən  gec  olmayaraq  qeydiyyata  alınması  üçün  müvafiq 
dövlət  orqanına  müraciət  etməlidir.  Hazırda  əvvəlki  sakinlərin 
Sizin  mənzilinizdə  qeydiyyatda  qalmaları  üçün  hüquqi  əsas 
yoxdur,  onların  qeydiyyatı  yalnız  formal  xarakter  daşıyır  və 
faktiki vəziyyəti əks etdirmir. 
Siz rayon polis idarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi 
şöbəsinin  imtina  cavabını  aldıqdan  sonra  Azərbaycan 
Respublikası  İnzibati  prosessual  məcəlləsinin  2.2.3-cü 
maddəsinə  əsasən  müvafiq  inzibati-iqtisadi  məhkəməyə 
müraciət  edə  və  sözügedən  şəxslərin  mənziliniz  üzrə 
qeydiyyatdan  çıxarılması  öhdəliyinin  cavabdeh  rayon  polis 
idarəsinin  qeydiyyat  və  şəxsiyyət  vəsiqəsi  şöbəsinin  üzərinə 
qoyulması  barədə  qərar  çıxarılmasını  xahiş  edə  bilərsiniz. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə