Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə10/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   6   7   8   9   10   11   12   13   ...   55

edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi girov və ya ipoteka 
hüququnu dəyişdirmir. 
―İpoteka  haqqında‖  qanunun  30.2-ci  maddəsinə  görə  bu 
Qanunun  tələblərinə  uyğun  olaraq  ipoteka  predmetinin 
özgəninkiləşdirilməsi,  yaxud  hüquqi  şəxsin  yenidən  təşkili 
nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə 
keçdikdə,  ipoteka  qüvvədə  qalır  və  həmin  şəxs  ipoteka 
müqaviləsi  üzrə  ilkin  ipoteka  qoyanın  bütün  vəzifələrini,  o 
cümlədən  ilkin  ipoteka  qoyan  tərəfindən  lazımınca  icra 
edilməmiş vəzifələri daşıyır. 
Beləliklə,  mərhum  atanızdan  miras  qalmış  mənzilin 
mülkiyyətçisi  vəsiyyətnamə  üzrə  vərəsəlik  əsasında  mirası 
qəbul  etməklə  Siz  ola  bilərsiniz,  ipoteka  saxlayan  belə  bir 
hüquqa  malik  deyil.  Lakin  bu  zaman  ipoteka  qüvvədə 
qalacaqdır.   
Sual  33.  17  yaşım  var,  təxminən  iki  ay  bundan  əvvəl 
atam rəhmətə gedib. Atamın sağlığında aldığı “Mercedes 220 
E” markalı avtomobili vərəsəlik qaydasında mənə verilmişdir. 
Eşitdiyimə  görə  maşını  öz  adıma  keçirmək  üçün  18  yaşım 
tamam  olmalıdır.  Mən  atamdan  vərəlik  üzrə  mənə  keçən 
həmin avtomobili öz adıma keçirə bilərəmmi? 
Cavab: 
―Yol 
hərəkəti 
haqqında‖ 
Azərbaycan 
Respublikasının  Qanununun  27-ci  maddəsinin  4-cü  hissəsinin 
―Qeyd‖ində  nəqliyyat  vasitələrinin  18  yaşına,  asma  mühərrikli 
velosiped, moped və motosikletlərin isə 16 yaşına çatmış fiziki 
şəxslərin  adına  qeydiyyata  alınmalı  olduğu  göstərilmişdir. 
Lakin  istisna  olaraq  vərəsəlik  qaydasında  keçən  nəqliyyat 


vasitələrinin  18  yaşından  aşağı  olan  şəxslərin  də  adına 
qeydiyyata alına biləcəyi göstərilmişdir. Həmin ―Qeyd‖də eyni 
zamanda  göstərilir  ki,  nəqliyyat  vasitəsi  yetkinlik  yaşına 
çatmamış  vərəsənin  adına  qeydiyyata  alınarkən,  qeydiyyat 
sənədində 
onun  valideyninin,  övladlığa  götürənin  və 
himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat 
vasitəsinin  qəyyumluq  və  himayəçilik  orqanının  icazəsi 
olmadan qeydiyyatdan çıxarılması qadağan olunur. 
Beləliklə, atanızdan vərəsəlik qaydasında keçən avtomobil 
Sizin  adınıza  qeydiyyata  alına  bilər,  lakin  qeydiyyata  alınan 
zaman  avtomobilin  qeydiyyat  şəhadətnaməsində  yetkinlik 
yaşına çatmadığınız üçün sağ olan valideyniniz və ya övladlığa 
götürənin  və  himayəçinin  soyadı,  adı,  atasının  adı 
göstərilməlidir. 
Sual  34.  Atamdan  miras  qalmış  ev  mənim  və  2 
qardaşımın  paylı  mülkiyyətindədir.  Mən  öz  payımı  oğluma 
bağışlamaq  istəyirəm.  Bilmək  istərdim,  öz  payımı  oğluma 
bağışlaya  bilərəm?  Bağışlama  zamanı  qardaşlarımın  razılığı 
lazımdırmı? 
Cavab: Siz paylı mülkiyyət olan evin mülkiyyətçilərindən 
birisiniz.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 
215.6-cı  maddəsinə  görə  paylı  mülkiyyətin  mülkiyyətçisi  öz 
payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona 
dair  başqa  sərəncam  verə  bilər.  Bu  baxımdan  öz  payınızı 
oğlunuza bağılaya bilərsiniz. 
Paylı  mülkiyyətdəki  payın  alqı-satqı  müqaviləsi,  habelə 
pay  dəyişdirmə  müqaviləsinə  əsasən  özgəninkiləşdirilməsi 


zamanı  qalan  mülkiyyətçilərin  satın  almaqda  üstünlük  hüququ 
vardır  (Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  218-ci 
maddə).  Lakin  payın  bağışlanması  zamanı  bu  qayda  tətbiq 
edilmir.  Buna  görə  də  payınızın  bağışlanması  zamanı 
qardaşlarınızın razılığının olması tələb edilmir. 
Sual  35.  Mənzilimi  ipoteka  qoymaqla  bankdan  kredit 
götürmüşəm.  Həmin  mənzili  satmaq  istəyirəm.  Bu, 
mümkündürmü? 
Cavab:  Siz,  ipoteka  müqaviləsində  ayrı  qayda  nəzərdə 
tutulmayıbsa,  mənzilinizi  yalnız  bankın  yazılı  razılığı  ilə  sata 
bilərsiniz (―İpoteka haqqında‖ qanun, 30.1-ci maddə).  
Sual  36.  Etibarnamənin  müddəti  ilə  bağlı  qanunda  hər 
hansı  tələb  varmı?  Etibarnamə  verən  şəxsin  ölümü  halında 
verilmiş etibarnamənin aqibəti necə olur? 
Cavab:  Qüvvədə  olan  mülki  qanunvericiliyə  əsasən 
etibarnamə  istənilən  müddətə  verilə  bilər.  Əgər  etibarnamədə 
müddət  göstərilməyibsə,  o,  bağlandığı  gündən  bir  il  ərzində 
qüvvəsini  saxlayır.  Bağlandığı  tarix  göstərilməyən  etibarnamə 
əhəmiyyətsizdir.  Xaricdə  hərəkətlərin  yerinə  yetirilməsi  üçün 
nəzərdə  tutulan  və  qüvvədə  olma  müddəti  göstərilməyən 
etibarnamə  notarius  tərəfindən  təsdiqləndikdə,  etibarnaməni 
vermiş  şəxs  tərəfindən  ləğv  edilənədək  qüvvəsini  saxlayır 
(Azərbaycan Respublikasının Mülki Məcəlləsi, 363-cü maddə). 
Həmin  məcəllənin  365-ci  maddəsində  etibarnamənin 
qüvvəsinə  xitam  verilməsi  halları  nəzərdə  tutulmuşdur.  Həmin 
maddədə  nəzərdə  tutulmuş  hallardan  biri  də  etibarnaməni 


vermiş  fiziki  şəxsin  ölməsidir.  Başqa  sözlə,  etibarnaməni 
vermiş  fiziki  şəxsin  ölümü  həmin  etibarnamənin  qüvvəsinin 
xitamına səbəb olur. 
Adı  çəkilən  məcəllənin  366.1-ci  maddəsinə  görə 
etibarnamə vermiş fiziki şəxsin ölümü nəticəsində etibarnaməyə 
xitam  verildiyi  halda  etibarnaməni  vermiş  şəxsin  hüquq 
varisləri  bu  barədə  etibarnamə  verilmiş  şəxsi,  habelə 
etibarnaməni  qarşılarında  təmsil  edilmək  üçün  verdiyi  ona 
məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. 
 
  Sual  37.  Eşitdiyimə  görə  torpaqların  dövlət  ehtiyacları 
üçün alınması halında mülkiyyətçilərə əlavə olaraq əmlakının 
20  faizi  miqdarında  pul  ödənilir.  Qanunvericilikdə  belə  bir 
tələb varmı? 
   
Cavab:  «Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə 
dəyişikliklər  və  əlavələr  edilməsi  barədə»  Azərbaycan 
Respublikasının 2007-ci il 7 dekabr tarixli, 506-IIIQD nömrəli 
Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası 
Prezidentinin  26  dekabr  2007-ci  il  tarixli  689  nömrəli 
Fərmanının  2.3-cü  bəndinə  əsasən  dövlət  ehtiyacları  üçün 
alınan  daşınmaz  əmlakın  mülkiyyətçisinə  həmin  daşınmaz 
əmlakın  qanunvericiliyə  uyğun  olaraq  hesablanmış  bazar 
qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq 
ödənilir. 
Bu  müddəa  nəinki  torpaq  sahələrinin,  habelə  digər 
daşınmaz  əmlakların  (binalar,  qurğular,  yaşayış  və  qeyri-
yaşayış  sahələri,  fərdi  yaşayış  və  bağ  evləri  və  s.)  dövlət 
ehtiyacları üçün alınması hallarına da şamil olunur. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə