Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə11/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   7   8   9   10   11   12   13   14   ...   55

Adı  çəkilən  fərman  «Azərbaycan»  qəzetində  dərc 
edilmişdir (30 dekabr 2007-ci il, № 294). 
Sual  38.  Ev  əşyaları  satılan  mağazadan  paltaryuyan 
maşın almışam. Ona 2 il qarantiya veriblər. Bilmək istəyirəm, 
həmin 2 il hansı tarixdən başlayır? 
   
  Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 
583.1-ci maddəsinə görə qarantiya müddətinin axımı, əgər alqı-
satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın 
alıcıya verildiyi məqamdan başlanır. 
 
Sual 39. Müqaviləyə əsasən tələb olunan pulu ödəyərək 
mal  almışdım.  Satıcı  malları  müqavilə  bağlanan  ayın  5-dən 
12-nə  kimi  mənə  təhvil  verməli  idi.  Lakin  satıcı  malların 
verilməsini  gecikdirmiş  və  yalnız  həmin  ayın  19-u  malları 
təhvil almağı mənə təklif etmişdir. Satıcı gecikmənin səbəbini 
mənə  izah  edə  bilməmişdir.  Bilmək  istərdim,  mən  həmin 
malların  qəbulundan  imtina  edib  ödədiyim  pulun  geri 
qaytarılmasını tələb edə bilərəmmi? 
   
Cavab: 
Siz 
Azərbaycan 
Respublikasının 
Mülki 
Məcəlləsinin  599.3-cü  maddəsini  rəhbər  tutaraq  malları  qəbul 
etməyə və qabaqcadan ödədiyiniz məbləğin qaytarılmasını tələb 
edə bilərsiniz. 
Bundan əlavə, əgər müqavilədə nəzərdə tutulmuşsa, onda 
Siz  satıcıdan  öhdəliyini  lazımınca  icra  etmədiyi  üçün  dəbbə 
pulu ödəməsini tələb edə bilərsiniz. 
 
Sual  40.  Mağazadan  kompüter  almışam.  Satıcı 
tərəfindən həmin kompüterə 1 il qarantiya verilmişdir. Lakin 
keçən  7-8  ay  ərzində  kompüterdə  bir  neçə  dəfə  nasazlıq 
yaranmışdır. Hər dəfə satıcı həmin kompüteri təmir etdikdən 
sonra  heç  bir  problemin  olmayacağını  bildirsə  də,  bu  özünü 


doğrultmamışdır. 
Sonuncu 
nasazlıqdan 
sonra 
mən 
kompüterin  geri  qaytarılmasını  və  ödədiyim  pulun 
qaytarılmasını  tələb  etdim.  Lakin  satıcı  bu  tələbimin  əsassız 
olduğunu  və  yalnız  kompüterin  təmirini  həyata  keçirə 
biləcəyini  bildirdi.  Bilmək  istərdim,  mənim  tələbim 
qanunidirmi? 
 
Cavab:  Siz  qüsurlu  malı  (nasaz  kompüteri)  geri  qaytara 
və  ödəyiniz  pul  vəsaitinin  qaytarılmasını  tələb  edə  bilərsiniz. 
Bu barədə əsaslandırılmış pretenziya ilə yazılı qaydada satıcıya 
müraciət  etməniz  lazımdır.  Sizin  bu  tələbiniz  Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinin  624.4-cü  maddəsinə  və 
―İstehlakçıların hüquqlarının müdafiəsi haqqında‖ qanunun 7-ci 
maddəsinə  əsaslanır.  Qeyd  edək  ki,  satıcı  Sizin  bu  tələbinizi  
yerinə  yetirməyə  borcludur  (―İstehlakçıların  hüquqlarının 
müdafiəsi haqqında‖ qanunun 7-ci maddəsinin 2-ci hissəsi). 
Əgər  satıcı  Sizin  tələbinizi  yerinə  yetirməsə,  onda 
məhkəməyə  müraciət  etmək  hüququnuzdan  istifadə  edərək 
məhkəmədə iddia qaldıra bilərziniz. 
Bundan  başqa,  Siz  vurulmuş  mənəvi  ziyanın  satıcı 
tərəfindən  ödənilməsini  də  tələb  edə  bilərsiniz.  Ödənilən 
ziyanın  dəyəri,  qanunla  başqa  hal  nəzərdə  tutulmayıbsa, 
məhkəmə 
tərəfindən 
müəyyən 
edilir(―İstehlakçıların 
hüquqlarının müdafiəsi haqqında‖ qanunun 12-ci maddəsi). 
 
Sual  41.  Alqı-satqı  müqaviləsinə  əsasən  mənzil  əldə 
etmişəm.  Müqavilə  bağlanarkən  təqdim  olunmuş  sənədlərdə 
mənzilin  yalnız  satıcının  adına  qeydə  alınması  barədə 
daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış  vardı.  Lakin 
sonradan  məlum  olmuşdur  ki,  həmin  mənzil  satıcı  və  onun 
arvadının  birgə  mülkiyyətindədir,  lakin  satıcı  həmin  mənzili 
arvadının  razılığı  olmadan  satmışdır.  Belə  olan  halda, 


mənimlə  bağlanmış  alqı-satqı  müqaviləsinin  etibarsız 
sayılması mümkündürmü? 
 
Cavab:  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin 
225.6-cı  maddəsinə  görə  daşınmaz  əmlaka  birgə  hüququ  olan 
ərin  (arvadın)  razılığı  olmadan  daşınmaz  əmlakın  dövlət 
reyestrində  qeydə  alınmış  hüquq  barədə  bağlanmış  müqavilə 
etibarsız  hesab  edilir.  Bu,  həmçinin  əldə  edənin  belə  hüququn 
yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu 
hallara da aiddir. 
Göründüyü  kimi,  mübahisəli  mənzilə  dair  hüquqların 
dövlət  qeydiyyatı  haqqında  daşınmaz  əmlakın  dövlət 
reyestrindən  Çıxarışda  yalnız  satıcının  adının  qeyd  edilməsinə 
baxmayaraq  sözü  gedən  mənzil  birgə  nikah  dövründə  əldə 
edildiyindən  və  onun  satılması  zamanı  satıcının  arvadının 
razılığı  alınmadığından  Azərbaycan  Respublikasının  Mülki 
Məcəlləsinin 225.6-cı maddəsinin tələbinə əsasən mənzilin alqı-
satqı müqaviləsi etibarsızdır. 
 
  Sual  42.  Mağazadan  oğlumun  dərslərində  istifadəsi 
məqsədilə  noutbuk  almışdım.  Satıcı  mala  1  illik  zəmanət 
(12.07.2010-12.07.2011-ci  il)  vermişdi.  Zəmanət  müddəti 
ərzində  malda  qüsur  ortaya  çıxdı  və  mənim  müraciətimdən 
sonra satıcı zəmanətin şərtlərinə uyğun olaraq malı təmir edib 
mənə qaytardı. Bütün bu prosedur, yəni malın məndən alınıb 
təmir edilərək geri qaytarılması 25 gün davam etdi. Lakin bu 
ilin  iyul  ayının  28-də  noutbukda  yenidən  qüsur  ortaya  çıxdı. 
Bununla  bağlı  mən  dərhal  əvvəlki  kimi  satıcıya  müraciət 
etsəm  də,  o,  zəmanət  müddətinin  bitməsini  əsas  gətirərək 
noutbuku  təmir  etməkdən  imtina  etdi.  Satıcının  bu  imtinası 
əsaslıdırmı? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə