Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

Beləliklə, 
―Əmək 
pensiyaları 
haqqında‖ 
Qanun 
texnikumda  əyani  oxuduğunuz  illərə  görə  Sizə  pensiya 
hesablanmasını istisna edir.    
 
Sual  14.  Yaşa  və  əlilliyə  görə  əmək  pensiyası  almaq 
hüququm  vardır.  Bu  pensiyaların  hər  ikisini  eyni  vaxtda  ala 
bilərəmmi? 
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan 
Respublikası  Qanununun  5.1-ci  maddəsinə  görə  Azərbaycan 
Respublikasının  qanunları  ilə  müxtəlif  pensiya  hüququ  olan 
şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 
Sual  15.  Ərim  vəfat  etmişdir.  Mənim  56  yaşım  var. 
Bilmək  istərdim,  mənim  ailə  başçısını  itirməyə  görə  pensiya 
almaq hüququm varmı? 
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun  14.1.2-ci 
maddəsinə görə ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə 
uyğun  olaraq  müəyyən  edilmiş  pensiya  yaşına  çatmışdırsa, 
yaxud I və ya II qrup əlildirsə, ailə başçısını itirməyə görə əmək 
pensiyası hüququ vardır. 
Həmin  Qanunun  17.1-ci  maddəsinə  görə  ailə  başçısını 
itirməyə  görə  əmək  pensiyası  ölüm  gününədək  ailə  başçısının 
bu  Qanunun  12.1-ci  maddəsində  tələb  edilən  sığorta  stajı 
olduqda  (bu  Qanunun  qüvvəyə  mindiyi  günədək  ailə  başçısını 
itirməyə  görə  əmək  pensiyası  təyin  edilmiş  şəxslər  istisna 
olmaqla) təyin olunur. 


Adı  çəkilən  Qanunun  7-ci  maddəsinə  görə  62  yaşına 
çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta 
stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə 
əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə 
əmək  pensiyası  hüququ  vardır.  Həmin  maddənin  ―Qeyd‖ 
hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş 
kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-
ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-
dən başlayaraq 2016-cı il yanvarın 1-dək hər il altı ay artırılır. 
Göründüyü  kimi,  Sizin  ailə  başçısını  itirməyə  görə 
pensiya  almaq  hüququnuzun  yaranması  üçün  pensiya  yaşına 
çatmağınız (hazırda pensiya yaşı qadınlar üçün 58 yaşdır), ölüm 
gününədək  ərinizin  ən  azı  5  il  sığorta  stajının  olması  tələb 
olunur.   
Lakin  sualınızdan  aydın  olur  ki,  siz  pensiya  yaşına 
çatmamısınız.  Bu  baxımdan,  siz  ailə  başçısını  itirməyə  görə 
pensiya almaq hüququna malik deyilsiniz.    
Sual 16. Anam yaşa görə pensiya alır. Hazırda xəstəliyi 
ilə  əlaqədar  özü  şəxsən  gedib  həmin  pensiyanı  ala  bilmir. 
Etibarnamə  əsasında  mənim  həmin  pensiyanı  almağım 
mümkündür? 
 
  Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun  40.1-ci 
maddəsinə  görə  Sizin  ananıza  təyin  olunmuş  yaşa  görə  əmək 
pensiyasını  etibarnamə  əsasında  əldə  etməyiniz  mümkündür. 
Bunun  üçün  ananız  tərəfindən  Sizə  müvafiq  səlahiyyətlərin,  o 
cümlədən  də  əmək  pensiyasını  almaq  səlahiyyətinin  əks 
olunduğu  notariat  qaydasında  təsdiqlənmiş  etibarnamənin 
verilməsi zəruridir. 


Nəzərinizə  çatdırırıq  ki,  ―Dövlət  rüsumu  haqqında‖ 
Qanunun  11.1.5-ci  maddəsinə  görə  pensiya  alınması  üçün 
verilən etibarnamələr üzrə dövlət rüsumu ödənilmir. 
 
  Sual  17.  Mən  və  oğlum  həyat  yoldaşımın  vəfatı 
səbəbindən  ailə  başçısını  itirməyə  görə  pensiya  alırıq.  Oğlum 
universitetin  əyani  şöbəsinin  bakalavr  pilləsində  oxuduğu 
müddətdə  pensiya  almağa  davam  etmişdir.  Hazırda 
magistraturada təhsil alır. Bu halda, oğlumun 23 yaşı tamam 
olsa belə, təhsil müddətində pensiya almaq hüququ varmı?   
   
Cavab: 
Vəfat  etmiş  və  ya  həlak  olmuş  ailə  başçısının 
öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan 
özlərinin  yaşayışı  üçün  daimi  və  əsas  vəsait  mənbəyi  kimi 
kömək alan), təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan 
övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ 
vardır.  
Lakin  göstərilən  şəxslər  bu  hüquqa  23  yaşına  çatanadək 
malikdirlər.  Çünki  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun 
14.1.1.3-cü  maddəsinin  mətnində  sözügedən  şəxslərin  bu 
hüquqa 23 yaşına çatanadək malik olmasına dair şərt vardır.   
Beləliklə,  oğlunuzun  universitetin  əyani  şöbəsinin 
magistratura  pilləsində  təhsilini  davam  etdirməsi  ona,  əgər  23 
yaşı  tamam  olmuşsa,  ailə  başçısını  itirməyə  görə  əmək 
pensiyası almaq hüququ vermir. 
 
Sual  18.  Qardaşım  vəfat  etdiyindən  onun  3  yaşlı 
övladına  mən  baxıram.  Uşağa  baxdığım  üçün  heç  bir  yerdə 
işləyə bilmirəm. Mənim müavinət almaq hüququm varmı? 
 
Cavab:  ―Sosial  müavinətlər  haqqında‖  Qanunun  7.0.5.2-
ci  maddəsinə  görə  yaşından  və  əmək  qabiliyyətindən  asılı 
olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri 
vəfat  etmiş  şəxsin  8  yaşınadək  uşaqlarına  baxdıqda  və 


işləmədikdə, onun ailə başçısını itirməyə görə müavinət almaq 
hüququ vardır. 
Həmin Qanunun  9.1.4.3-cü  maddəsinə  görə  ailə başçısını 
itirməyə  görə  müavinət  vəfat  etmiş  şəxsin  8  yaşınadək 
uşaqlarına  baxan  və  işləməyən  (yaşından  və  əmək 
qabiliyyətindən  asılı  olmayaraq)  valideynlərdən,  qardaş,  bacı, 
baba və nənələrdən birinə - uşağın 8 yaşınadək təyin edilir. 
Göründüyü  kimi,  Sizin  ailə  başçısını  itirməyə  görə 
müavinət almaq hüququnuz vardır. 
 
Sual 19. Ailə qurarkən ərimin əvvəlki nikahdan 2 uşağı 
vardı.  Birgə  nikahımızdan  isə  daha  3  övladımız  olmuşdur. 
Mən  ərimin  əvvəlki  nikahdan  olan  2  uşağını  da  övladlığa 
götürmüş və bir ana kimi tərbiyə edərək böyütmüşəm. 
Belə  olan  halda,  mənim  pensiya  yaşım    “Əmək 
pensiyaları  haqqında”  Qanuna  əsasən  hər  uşağa  görə  1  il 
azaldıla bilərmi? 
   
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Qanunun  8.1-ci 
maddəsinə  görə  beş  və  daha  çox  uşaq  doğub  onları  səkkiz 
yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların 
bu  Qanunun  7-ci  maddəsinə  uyğun  olaraq  müəyyən  olunmuş 
yaş  həddi  hər  uşağa  görə  1  il  azaldılmaqla  yaşa  görə  əmək 
pensiyası hüququ vardır. 
Göründüyü  kimi,  Qanunun  8.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  güzəştdən  istifadə  edə  bilmək  üçün  3  şərtin  birlikdə 
mövcud olması tələb edilir:  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə