Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

fəaliyyətinə  başladığı  ilk  gündən  işə  qəbul  edilmiş  sayılır. 
Nəzərə  almaq  lazımdır  ki,  işçi  sınaqdan  çıxmış  hesab  edildiyi 
andan  etibarən  əmək  müqaviləsinə  yalnız  Əmək  Məcəlləsi  ilə 
müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.  
-  Sınaq  müddətində  özünü  doğrultmamış  işçinin  əmək 
müqaviləsinə  işəgötürənin  əsaslandırılmış  əmri  ilə  ilə  xitam 
verilə  bilər.  Başqa  sözlə,  işəgötürən  bu  haqda  əmrində  işçinin 
sınaq  müddətində  özünü  doğrultmadığına  dair  halları  təsdiq 
edən  sübutları  göstərməli  və  əsaslandırmalıdır.  Qeyd  edək  ki, 
əmək  müqaviləsində  sınaq  müddəti  müəyyən  edilərkən  həmin 
müddət  ərzində  işçinin  sınaq  zamanı  özünü  doğrultmadığına 
görə  işəgötürən  tərəfindən  əmək  müqaviləsinə  xitam  verilməsi 
şərti göstərilməlidir. 
Sual  5.  Əmək  müqaviləsi  bağlanarkən  işçi  hansı 
sənədləri təqdim etməlidir? 
  Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
48-ci  maddəsi  əmək  müqaviləsi  bağlanarkən  işçinin  təqdim 
etdiyi  sənədləri  müəyyən  edir.  Belə  ki,  həmin  maddənin  1-ci 
hissəsinə  görə  əmək  müqaviləsi  bağlanarkən  işçi  əmək 
kitabçası,  habelə  şəxsiyyətini  təsdiq  edən  sənədi  və  dövlət 
sosial  sığorta  şəhadətnaməsini  (ilk  dəfə  əmək  fəaliyyətinə 
başlayanlar istisna olmaqla) təqdim edir. Həmin maddənin 3-cü 
hissəsinə əsasən məcburi köçkün, onlara bərabər tutulan şəxs və 
ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk 
dəfə  əmək  fəaliyyətinə  başlayan  işçilərlə,  əcnəbilərlə  və 
vətəndaşlığı  olmayan  şəxslərlə  əmək  kitabçası  təqdim 
edilmədən əmək müqaviləsi bağlanıla bilər. 


Beləliklə,  hər  bir  şəxs  əmək  müqaviləsi  bağlayarkən 
şəxsiyyətini  təsdiq  edən  sənədi,  əmək  kitabçasını  və  dövlət 
sosial  sığorta  şəhadətnaməsini  təqdim  etməlidir.  Əgər  şəxs  ilk 
dəfə  əmək  fəaliyyətinə  başlayırsa,  əmək  kitabçası  və    dövlət 
sosial  sığorta  şəhadətnaməsi  tələb  edilmir.  Eyni  zamanda 
məcburi  köçkün,  onlara  bərabər  tutulan  şəxs  və  ya  qaçqın 
statusu  olanlar,  Azərbaycan  Respublikasında  ilk  dəfə  əmək 
fəaliyyətinə başlayan işçilər, əcnəbilər və vətəndaşlığı olmayan 
şəxslərlə  əmək  kitabçası  təqdim  edilmədən  əmək  müqaviləsi 
bağlanıla bilər. 
Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü  hissəsinə görə 
əmək  müqaviləsi  bağlanılarkən  işçinin  əmək  funksiyasının 
xüsusiyyətlərinə  uyğun  olan  peşə  hazırlığının  və  ya  təhsilin 
olması  zəruri  sayılan  hallarda  işəgötürənə  təhsili  barədə 
müvafiq  sənəd  təqdim  edilir.  Göründüyü  kimi,  əgər  vətəndaş 
hüquqşünas  qismində  hər  hansı  bir  idarəyə  işə  qəbul  olunmaq 
istəyirsə, bu zaman o, ali hüquq təhsilini təsdiq edən diplomunu 
təqdim  etməlidir.  Əks  halda,  əmək  müqaviləsinin  bağlanması 
mümkün olmayacaqdır. 
Əmək  Məcəlləsinin  48-ci  maddəsinin  5-ci  hissəsində 
əmək  müqaviləsi  bağlanarkən  hansı  hallarda  işçi  tərəfindən 
sağlamlıq  vəziyyəti  haqqında  tibbi  arayışın  təqdim  edilməli 
olması  təsbit  edilmişdir.  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin  2000-ci  il  3  yanvar  tarixli,  1  saylı  Qərarı  ilə 
―İşçinin  səhhətinə,  sağlamlığına  mənfi  təsir  göstərən  amillər 
olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə 
əhalinin  sağlamlığının  mühafizəsi  məqsədilə  yeyinti  sənayesi, 
ictimai  iaşə,  səhiyyə,  ticarət  və  bu  qəbildən  olan  digər  iş 


yerlərində  əmək  müqaviləsi  bağlanılarkən  işçilərin  sağlamlığı 
haqqında  tibbi  arayış  tələb  olunan  peşələrin  (vəzifələrin),  iş 
yerlərinin siyahısı‖ təsdiq edilmişdir. Həmin siyahıda göstərilən 
peşələr  (vəzifələr),  iş  yerləri  üzrə  (məsələn,  neft-qaz 
sənayesində,  o  cümlədən  dəniz  qazmasında  işlər,  bütün  növ 
yeraltı  işlər  və  s.)  əmək  müqaviləsi  bağlanarkən  sağlamlıq 
haqqında tibbi arayış tələb edilməlidir.      
Sual  6.  Mənim  beş  və  səkkiz  yaşlarında  iki  uşağım  var. 
Bu halda mənə əlavə məzuniyyət düşürmü? 
Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
117-ci  maddəsinin  1-ci  hissəsinə  görə  əsas  və  əlavə 
məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki 
uşağı  olan  qadınlara  2  təqvim  günü,  bu  yaşda  üç  və  daha  çox 
uşağı  olan,  həmçinin  sağlamlıq  imkanları  məhdud  uşağı  olan 
qadınlara  isə  5  təqvim  günü  müddətində  əlavə  məzuniyyət 
verilir.  
Göründüyü  kimi,  qüvvədə  olan  əmək  qanunvericiliyinin 
tələbinə görə Sizin beş və səkkiz yaşlarında iki uşağınız olduğu 
üçün  əsas  və  əlavə  məzuniyyətlərinizin  müddətindən  asılı 
olmayaraq, 2 təqvim günü müddətində əlavə məzuniyyət almaq 
hüququnuz vardır. 
Sual  7.  Analıq  məzuniyyətində  olan  qadın  uşaq  ölü 
doğularkən  işə  çıxmaq  hüququna  malikdirmi?  Belə  olan 
halda  işə  qayıdan  qadın  analıq  məzuniyyətinə  görə  aldığı 
pulun ikinci hissəsini qaytarmalıdırmı? 
   
 


Cavab:  Azərbaycan  Respublikası  Əmək  Məcəlləsinin 
125-ci  maddəsinin  1-ci  hissəsinə  və  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  15  sentyabr  1998-ci  il  tarixli,  189  saylı 
Qərarı  ilə  təsdiq  edilmiş  ―Məcburi  dövlət  sosial  sığortası  üzrə 
ödəmələrin  və  əmək  qabiliyyətini  müvəqqəti  itirmiş  işçilərə 
sığortaedənin 
vəsaiti 
hesabına 
ödənilən 
müavinətin 
hesablanması  və  ödənilməsi  haqqında‖  Əsasnamənin  65-ci 
bəndinə  görə  hamiləlik  dövründə  və  doğuşdan  sonrakı  dövr 
üçün  işləyən  qadınlara  126  təqvim  günü  (doğuşdan  əvvəl  70 
təqvim  günü  və  doğuşdan  sonra  56  təqvim  günü)  müddətində 
ödənişli məzuniyyət verilir. 
Adı  çəkilən  Əsasnamənin  72-ci  bəndinə  uyğun  olaraq 
hamiləliyə  və  doğuma  görə  müavinət  bütün  hallarda  bu 
Əsasnamənin  28-ci  bəndində  əmək  qabiliyyətinin  müvəqqəti 
itirilməsinə  görə  müavinətin  hesablanmasında  nəzərə  alınan 
qazancın  100  faizi  miqdarında  verilir  və  müraciət  müddəti 
məhdudlaşdırılmadan 
ödənilir.  Göründüyü  kimi,  qadın 
hamiləliyə  və  doğuma  görə  məzuniyyətə  çıxdıqda,  ona  həmin 
müddət üzrə qazancının 100 faizi miqdarında müavinət verilir. 
Həmin  Əsasnamənin  67-ci  bəndinə  görə  hamiləliyə  və 
doğuma  görə  müavinət  müəyyən  olunmuş  qaydada  verilən 
xəstəlik vərəqəsinə əsasən təyin olunur. 
Nəzərə  almaq  lazımdır  ki,  hamiləliyə  və  doğuma  görə 
müavinətin  ödənilməsində  əsas  məqsəd  itirilmiş  əmək  haqqını 
bərpa  etmək  və  ana  ilə  uşağın  sağlamlığının  mühafizəsindən 
ibarətdir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə