Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

6  ay  əlavə  olunub.  2011-ci  ilin  iyununda  müraciət  etdiyim 
halda  mənim  19  oktyabr  2010-cu  ildən  62  yaş  yarımla  əmək 
pensiyası almaq hüququm varmı? 
Cavab:  ―Əmək  pensiyaları  haqqında‖  Azərbaycan 
Respublikasının  Qanununun    31.1-ci  maddəsinə  görə  əmək 
pensiyası  hüququ  olan  şəxslər  əmək  pensiyası  hüququnun 
yarandığı  gündən  heç  bir  müddət  məhdudiyyəti  olmadan 
istənilən  vaxt əmək pensiyasının təyin olunması üçün  müraciət 
edə bilərlər. 
Həmin  Qanunun  32.1-ci  maddəsinə  görə  yaşa  görə  əmək 
pensiyası,  buna  hüququ  olan  şəxsin  müraciəti  əsasında  əmək 
pensiyası  hüququnun  yarandığı  gündən,  lakin  bu  Qanunun 
qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 
Göründüyü  kimi,  müraciətiniz  halında  Sizə  yaşa  görə 
əmək  pensiyası  hüququnuz  yarandğı  tarixdən,  yəni  19  oktyabr 
2010-cu ildən yaşa görə əmək pensiyası təyin ediləcəkdir.   
 
Sual  12.  Mən  və  yoldaşım  hal-hazırda  işsizik.  Hətta 
evimiz  yoxdur,  kirayədə  qalmalı  oluruq.  Bizim  iki  uşağımız 
var. Biri 4 yaşında, digəri isə 7 aylıqdır. Hələlik heç bir uşaq 
üçün  aylıq  məvacib  almırıq.  Bilmək  istəyirik  ki,  valideynləri 
işləməyən uşaqlara dövlət tərəfindən aylıq məvacib verilirmi? 
Verilirsə,  biz  hara  müraciət  etməliyik?  Eyni  zamanda,  cənab 
Prezident  İlham  Əliyevin  ünvanlı  yardım  barədə  müvafiq 
fərmanı  var.  Bu  fərman  hansı  kateqoriyalı  ailələrə  şamil 
edilir? 
Cavab: ―Sosial müavinətlər haqqında‖ Qanunun 4.0.1.10-
cu  maddəsində  bir  yaşınadək  uşağı  olan  aztəminatlı  ailələrə 
müavinət təyin olunması nəzərdə tutulmuşdur. Lakin sözügedən 


müavinətin  təyin  olunması  üçün  həmin  ailənin  ünvanlı  sosial 
yardım almaq hüququ olmalıdır (adı çəkilən Qanunun 7.0.10-cu 
maddəsi).  
Ünvanlı  sosial  yardım  almaq  hüququ  ilə  bağlı 
münasibətlər "
Ünvanlı dövlət sosial yardımı haqqında
" Qanunla 
nizamlanır.  
Həmin  Qanunun  3-cü  maddəsinə  görə  sosial  yardım 
hüququna  orta  aylıq  gəliri  onlardan  asılı  olmayan  səbəblərdən 
(ailə  üzvlərinin  əmək  qabiliyyətsiz  olması,  ailənin  əmək 
qabiliyyətli  üzvünün 
müvafiq  icra  hakimiyyəti  orqanında
  işsiz 
kimi  qeydə  alınması,  vəfat  etməsi,  məhkəmə  tərəfindən  itkin 
düşmüş  və  yaxud  ölmüş  hesab  edilməsi,  azadlıqdan  məhrum 
edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər 
bir  ailə  üzvü  üçün  ehtiyac  meyarının  məcmusundan  aşağı  olan 
aztəminatlı ailələr malikdirlər.  
―Azərbaycan  Respublikasında  2011-ci  il  üçün  ehtiyac 
meyarının  həddi  haqqında‖  Qanunla  ünvanlı  dövlət  sosial 
yardımının  təyin  edilməsi  məqsədilə  2011-ci  il  üçün  ehtiyac 
meyarının həddi 75 manat məbləğində təsdiq edilmişdir. 
Sualınızdan  Sizin  hansı  səbəbdən  işləməməyiniz,  işsiz 
kimi  qeydə  alınıb-alınmamağınız  aydın  olmadığından  ailənizin 
sosial  yardım  hüququna  malik  olub-olmadığını  dəqiq  demək 
mümkün deyildir. Bununla belə siz aztəminatlı ailə kimi sosial 
yardımın alınması üçün yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin 
Sosial Müdafiəsi Mərkəzinə müraciət edə bilərsiniz. Qeyd edək 
ki, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin 
olunması, verilməsi və  verilməsindən imtina  edilməsi ilə  bağlı 


məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-
cı  il  2  fevral  tarixli,  32  nömrəli  Qərarı  ilə  təsdiq  olunmuş 
―Sosial  yardımın  alınması  üçün  müraciət  edilməsi,  onun  təyin 
olunması,  verilməsi  və  verilməsindən  imtina  edilməsi 
Qaydaları‖ ilə tənzimlənir. Əgər ailənizə ünvanlı sosial yardım 
təyin  edilərsə,  onda  ―Sosial  müavinətlər  haqqında‖  Qanunun 
4.0.1.10  və  7.0.10-cu  maddələrinə  əsasən  Sizə  bir  yaşınadək 
uşağı olan aztəminatlı ailə kimi sosial müavinət verilə bilər. 
Sual  13.  Mən  Qusar  rayonunda  1960-1996-cı  illərdə 
sovxozda  baş  aqronom  işləmişəm.  1956-1960-cı  illərdə  əyani 
təhsil  aldığım  müddət  mənə  pensiya  hesablanarkən  nəzərə 
alınmamışdır. Mənə texnikumda əyani oxuduğum illərə görə 
pensiya hesablanmalıdırmı? 
 
Cavab:  Əvvəllər  qüvvədə  olmuş  ―Vətəndaşların  pensiya 
təminatı  haqqında‖  Qanunun  (―"Əmək  pensiyaları  haqqında" 
Azərbaycan  Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar 
Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 
dəyişikliklər  və  əlavələr  edilməsi  və  bəzi  qanunvericilik 
aktlarının  qüvvədən  düşmüş  hesab  edilməsi  barədə‖  6  mart 
2007-ci  il  tarixli  qanuna  əsasən  qüvvədən  düşmüşdür)  67-ci 
maddəsinin  ―ğ‖  bəndinə  görə  ali,  orta  ixtisas,  texniki  peşə 
məktəblərini  bitirmiş  şəxslərin  təhsil  müddəti,  habelə  kadr 
hazırlayan  kurslarda,  ixtisasartırma  və  yenidən  ixtisaskeçmə 
kurslarında, 
aspiranturada, 
doktoranturada 
və 
klinik 
ordinaturada təhsil müddəti iş stajına daxil edilirdi. 
Hazırda  qüvvədə  olan  ―Əmək  pensiyaları  haqqında‖ 
Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və  ya 
digər  fəaliyyət  müddətlərinin  siyahısı  verilmişdir.  Həmin 
maddədə texnikumu bitirmiş şəxslərin təhsil müddətinin sığorta 
stajına daxil edilməsi nəzərdə tutulmamışdır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə