Azərbaycan Hüquq İslahatları Mərkəzi fəaliyyətinin əsas məqsədini ölkəmizdə



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix12.10.2018
ölçüsü1,32 Mb.
#73481
1   ...   8   9   10   11   12   13   14   15   ...   55

Cavab:  ―İstehlakçıların  hüquqlarını  müdafiəsi  haqqında‖ 
qanunun  6-cı  maddəsinin  1-ci  hissəsinə  görə  İstehsalçı  (icraçı) 
malın 
(işin, 
xidmətin), 
həmçinin 
komplektləşdirici 
məmulatların  qanunvericilikdə  nəzərdə  tutulan  zəmanət 
müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə 
ilə  müəyyənləşdirilmiş  qaydada  normal  işini  (tətbiqini  və 
istifadəsini) təmin edir. 
Həmin  maddənin  4-cü  hissəsinə  görə  zəmanətli  təmir 
aparılarkən  malın  (işin,  xidmətin)  zəmanət  müddəti  onun 
təmirdə  olduğu  müddət  qədər  uzadılır.  Göstərilən  müddət 
istehlakçının  qüsurları  aradan  qaldırmaq  tələbini  irəli  sürdüyü 
gündən hesablanır. 
Göründüyü  kimi,  satıcının  zəmanətli  təmirdən  imtinası 
əsaslı deyil. Çünki malda ilk dəfə aşkara çıxmış qüsurun aradan 
qaldırılmasına 25 gün sərf edildiyindən malın zəmanət müddəti 
də  25  gün  artırılmalıdır.  Buna  görə  malda  ikinci  qüsur  aşkar 
edilərkən  sözügedən  qanunun  6-cı  maddəsinin  4-cü  hissəsinin 
tələbi baxımından zəmanət müddəti hələ bitməmişdi. 
Sual  43.  Satılan  dərman  vasitələrinin  əksəriyyəti  xarici 
ölkələrin  istehsalıdır.  Onların  bir  çoxunda  istehlak  xassələri 
və  istifadə  qaydaları  xarici  dildə  olur.  Bu  isə  həmin  dərman 
vasitələrindən istifadəni çətinləşdirir.  Bilmək istərdim, bu hal 
qanuna nə dərəcədə uyğundur? 
 
Cavab: ―İstehlakçıların hüquqlarının müdafiəsi haqqında‖ 
qanunun  13-cü  maddəsinin  1-ci  hissəsinə  görə  satıcı  (icraçı) 
istehlakçını  maraqlandıran  malın  (işin,  xidmətin)  qiyməti, 
istehlak  xassələri  (  ərzaq  malları  barəsində  isə  həm  də  tərkibi, 
yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin 


normativ  sənədlərin  tələbləri  ilə  müqayisəli  miqdarı),  əldə 
edilməsi  şərtləri,  təminat  öhdəlikləri  və  iddiaların  irəli 
sürülməsi,  malın  işlədilməsi,  saxlanılması  və  təhlükəsiz 
istifadəsi  üsulları  və  qaydaları  barəsində  istehlakçıya  zəruri  və 
düzgün  məlumat  verməlidir.  Azərbaycan  Respublikasına  idxal 
edilən  mal  və  məhsulların  üzərindəki  etiketlər  və  adlar, 
onlardan  istifadə  qaydaları  barədə  izahat  vərəqələri  başqa 
dillərlə  yanaşı,  Azərbaycan  dilinə  tərcüməsi  ilə  müşayiət 
olunmalıdır. 
  Göründüyü  kimi,  satılan  dərman  vasitələrinin  istehlak 
xassələri,  saxlanılması  və  təhlükəsiz  istifadəsi  üsulları  və 
qaydaları  barədə  Azərbaycan  dilində  izahat  vərəqələrinin 
olmaması  istehlakçıların  mal  (iş,  xidmət)  haqqında  məlumat 
almaq  hüququnu  pozur  və  bu  hal  ―İstehlakçıların  hüquqlarının 
müdafiəsi haqqında‖ qanunun tələbləri ilə ziddiyyət təşkil edir. 
 
Sual 44. Qohumum bankdan kredit götürmüş və mən də 
zamin durmuşdum. Qohumum kreditin bir hissəsini ödəsə də, 
qalan  hissəsini  ödəməmişdir.  Hazırda  bank  məndən  həmin 
məbləğin  ödənilməsini  tələb  edir.  Bankın  bu  tələbi 
əsaslıdırmı?  Mən  qalıq  məbləği  ödəsəm,  qohumumdan 
ödədiyim pulu geri almaq hüququm varmı? 
 Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
470.1-ci maddəsinə görə Zaminlik müqaviləsi üzrə zamin başqa 
şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə 
və  ya  hissə-hissə  icra  etməsi  üçün  məsuliyyəti  öz  üzərinə 
götürür. 
Həmin  Məcəllənin  472.1-ci  maddəsinə  görə  borclu 
zaminliklə  təmin  edilmiş  öhdəliyi  icra  etmədikdə  və  ya 
lazımınca  icra  etmədikdə,  əgər  bu  Məcəllədə  və  ya  zaminlik 


müqaviləsində  zaminin  subsidiar  məsuliyyəti  nəzərdə 
tutulmayıbsa,  zamin  və  borclu  kreditor  qarşısında  birgə 
məsuliyyət daşıyırlar. 
Həmin  Məcəllənin  475.1-ci  maddəsinə  görə  öhdəliyi  icra 
etmiş  zaminə  kreditorun  həmin  öhdəlik  üzrə  hüquqları  və 
kreditora girov saxlayan kimi  mənsub olmuş  hüquqlar zaminin 
kreditorun tələbini ödədiyi həcmdə keçir. 
Göründüyü  kimi,  bankın  tələbi  əsaslıdır.  Siz  həmin 
məbləği 
ödədiyiniz  halda,  qohumunuzdan  onun  geri 
qaytarılmasını tələb edə bilərsiniz. 
Sual  45.  Fərdi  yaşayış  evi  1/12  payda  mənim 
mülkiyyətimdədir.  Həmin  evin  digər  mülkiyyətçilərindən 
kompensasiya tələb etmək istəyirəm. Mənim belə bir hüququm 
varmı?  
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
220.3-cü  maddəsinə  görə 
əgər  payın  naturada  ayrılmasına  yol 
verilmirsə  və  ya  bu,  ümumi  mülkiyyətdə  olan  əşyaya 
tənasübsüz  zərər  vurmadan  mümkün  deyildirsə,  ayrılan 
mülkiyyətçi  öz  payının  dəyərinin  paylı  mülkiyyətin  digər 
mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 
Göründüyü  kimi,  adı  çəkilən  maddəyə  görə  Sizin 
payınızın  naturada  ayrılmasına  yol  verilmirsə  və  ya  payınızın 
ayrılması  fərdi  yaşayış  evinə  tənasübsüz  zərər  vurmadan 
mümkün  deyildirsə,  onda  Sizin 
öz  payınızın  dəyərinin  paylı 
mülkiyyətin  digər  mülkiyyətçiləri  tərəfindən  ona  ödənilməsi 
hüququna  maliksiniz.  Kompensasiyanın  məbləği  bir  qayda 


olaraq tərəflərin razılığı ilə müəyyən edilir. Əgər belə bir razılıq 
olmazsa,  onda  kompensasiya  məbləği  məhkəmə  tərəfindən 
müəyyənləşdirilə  bilər.  Bu  zaman  fərdi  yaşayış  evinin  real 
bazar dəyəri nəzərə alınacaqdır. 
Sual  46.  Torpaq  sahəsini  icarəyə  götürdükdən  sonra 
icarəyə  verən  həmin  torpağı  başqasına  satmışdır.  Bu  halda 
torpaq sahəsindən istifadəyə davam edə bilərəm? 
 
Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
700.1-ci  maddəsinə  görə  icarə  müqaviləsi  əmlak  kirayəsi 
müqaviləsidir.  Bu  müqaviləyə  görə  kirayəyə  verən  (icarəyə 
verən)  kirayəçiyə  (icarəçiyə)  icarəyə  götürdüyü  obyektdən  və 
ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir 
götürmək  hüququ  da  verir.  İcarəçi  icarəyə  verənə 
müəyyənləşdirilmiş  icarə  haqqı  ödəməyə  borcludur.  Həmin 
Məcəllənin  718-ci  maddəsinə  görə  icarəyə  götürülmüş  torpaq 
satıldıqda  və  ya  üçüncü  şəxslərin  hüquqları  və  ya  iddiaları  ilə 
yüklü  edildikdə  bu  Məcəllənin  699-cu  maddəsi  tətbiq  edilir. 
Adı  çəkilən  Məcəllənin  699.1-ci  maddəsinə  görə  kirayəyə 
verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ 
kirayəyə  verəndən  hər  hansı  üçüncü  şəxsə  (əldə  edənə) 
keçdikdə  əldə  edən  mülkiyyəti  əldə  etdiyi  andan  kirayəyə 
verəni  əvəz  edərək  kirayə  hüquq  münasibətlərindən  irəli  gələn 
bütün hüquq və vəzifələrə malik olur. 
Göründüyü  kimi,  icarəyə  götürdüyünüz  torpaq  sahəsi 
üçüncü şəxsə satılsa da, Siz həmin torpaq sahəsindən istifadəyə 
davam edə bilərsiniz.    
 
Sual  47.  Yaxın  qohumumun  adına  etibarnamə 
vermişəm. Həmin etibarnamənin müddətinin bitməsinə hələ 9 
ay vardır. Etibarnaməni ləğv edə bilərəm? 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə