Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1 - 5 nömrəli
əlavələr) uyğun bağlanmalıdır. Sizinlə bağlanmış müqavilə
Qaydalara əlavə edilmiş 4 nömrəli birtipli müqavilədir
(Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında
elektrik
enerjisinin alqı-satqısının birtipli Müqaviləsi).
Müqavilənin 7-ci bəndinə görə tərəflər arasında elektrik
enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda,
enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə
məhkəməyə müraciət edə bilər.
Qaydaların 8.35-ci bəndinə görə enerjitəchizatının
subyektləri (dövlət
elektroenergetika müəssisəsi, müstəqil
enerji
istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o
cümlədən məişət abonentləri) arasında bütün mübahisəli
məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət
edə bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya
inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin
subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq
münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə
müvafiq olaraq müəyyən edilir.
Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə görə
mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil,
torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya
ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ
gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki
şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə
statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata
müəyyənləşdirilməli və sübut edilməli olan halların (faktların)
dairəsini) aşağıdakılar təşkil edir: tərəflərin birgə nikaha daxil
olması; tərəflər arasındakı nikahın pozulması; tərəflərin birgə
nikahından yetkinlik yaşına çatmayan uşaqlarının olub-
olmaması; nikah dövründə əldə edilmiş əşyaların tərkibi və
dəyəri, habelə həmin əşyaların əldə olunma əsasları; tərəflər
arasında nikah kontraktının olub-olmaması; iş üçün əhəmiyyətli
olan digər faktlar (məsələn, əşyanın nikah dövründə, lakin
tərəflərin faktiki olaraq ayrı yaşadığı müddətdə alınması, ər-
arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin
əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı
təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və sair).
Yuxarıda göstərilən faktları təsdiq etmək üçün, bir qayda
olaraq, aşağıdakı sübutlar təqdim edilir: nikah haqqında
şəhadətnamə; nikahın pozulması haqqında şəhadətnamə;
uşaqların doğum haqqında şəhadətnamələri; əşyalara
dair hüquq
müəyyənedici sənədlər (alqı-satqı, dəyişdirmə, bağışlama
müqavilələri, qeydiyyat vəsiqəsi və ya hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən
çıxarış, vərəsəlik hüququ haqqında şəhadətnamə, mülkiyyət
hüququnun tanınması barədə məhkəmə qərarı, nəqliyyat
vasitəsinin qeydiyyat şəhadətnaməsi, şahid ifadələri və s.),
nikah müqaviləsi və s.
Bundan başqa, məhkəmə araşdırmasının gedişində bu və
ya digər səbəbdən iş üzrə ekspertizanın keçirilməsi zərurəti
yarana bilər. Bu zaman keçirilmiş məhkəmə ekspertizasının
nəticələrinə dair tərtib edilmiş rəy də sübut kimi qəbul oluna
bilər.