Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
101
Ünsiyyətdə olduğumuz gənc söyləyicilər yaşlıların yanında danışmağa
cəsarət etmir. Ancaq onları həvəsləndirərək söhbətə tuturduq. Belə həvəskar
söyləyicilər çox zaman öz nənə-babalarından eşitdikləri nağıl və rəvayətləri da-
nışırdılar.
Müşahidələrimiz göstərir ki, Neftçala və Salyan folklor söyləyicilərinin
repertuarında məişət mövzulu mətnlər daha üstünlük təşkil edir. Burada hər iki
söyləyicidən birinin repertuarında mütləq ailə-məişət mövzusunda olan əfsanə
və rəvayətlərlə qarşılaşırdıq.
Bölgədə dini rəvayət və nağıllar da geniş yayılmışdır. Dini mövzuları əks
etdirən rəvayət və nağıllarda Peyğəmbərin, Həzrəti Əlinin, İmam Hüseynin,
Fatimeyi-Zəhranın və s. müqəddəslərin həyatından, onların başına gələn əhvalat
və müsibətlərdən söhbət açılır. Belə dini mövzulu mətnlərə folklorun həm epik,
həm də lirik növə aid nümunələrində rast gəlmək olur. Bu baxımdan çoxlu sayda
bayatı-ağı və rəvayətlər əldə olunmuşdur. Bu tipli mətnlər bölgədə həm yas
məclislərində, həm də Məhərrəm ayında icra olunan mərasimlərdə ağızdan-ağıza
keçərək daha çox yayılır.
Neftçala-Salyan ərazisindən toplanılan folklor örnəklərinin toplu halında
nəşrinə hələlik nail ola bilməsək də, ümid edirik ki, yaxın gələcəkdə İnstitutu-
muzun fəaliyyəti və səyi nəticəsində əlimizdəki materiallar işıq üzü görəcək.
Aynurə Sadıqqızı
MAHNILAR
Ya lələm, halay döndər belə...
Ya lələm, halay vırun düzülsün,
Ya lələm, xumar gözzər süzülsün,
Ya lələm, hər kəs halay çəkməsə,
Ya lələm, əli əldən üzülsün,
Ya lələm, halay döndər belə.
Ya lələm, oymağdan, ay oymağdan,
Ya lələm, öldüm xına qoymağdan.
Ya lələm, barmağlarım yanıbdı,
Yə lələm, çubuğa od qoymağdan.
Ya lələm, halay döndər belə.
Ya lələm, qar gəlir kəpəg kimi,
Ya lələm, qız gəlir ipəg kimi.
Ya lələm, oğlannar daldan baxır,
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
102
Ya lələm, qudırmış köpəg kimi.
Ya lələm, halay döndər belə.
Ya lələm, o tayda quzi gördüm,
Ya lələm, tükin qırmızı gördüm.
Ya lələm, aşdım cənnət qapısın,
Ya lələm, sevdiyim qızı gördim.
Ya lələm, halay döndər belə.
Ya lələm, o tayda duran oğlan,
Ya lələm, qoltığı Quran oğlan,
Ya lələm, Quranın səni vırsın,
Ya lələm, mənə göz vıran oğlan.
Ya lələm, halay döndər belə.
Ya lələm, ev dalında bel durmış,
Ya lələm, bel dayanmış, bel durmış.
Ya lələm, çərkəz papağ altında
Ya lələm, kəkili tel-tel durmış.
Ya lələm, halay döndər belə.
Ya lələm, qızıl üzüy laxladı,
Ya lələm, verdim anam saxladı.
Ya lələm, anama qurban olum,
Ya lələm, məni tez adaxladı.
Ya lələm, halay döndər belə.
Ya lələm, miçətkəni qurmışam,
Ya lələm, daldasında durmışam.
Ya lələm, bırdan gedən oğlanın
Ya lələm, ürəyinə xal salmışam.
Ya lələm, halay döndər belə.
Ya lələm, qamışa bax, qamışa,
Ya lələm, qamış göydə alışa.
Ya lələm, yenicə yar sevmişdim,
Ya lələm, göndərdilər Talışa.
Ya lələm, halay döndər belə.
Ya lələm, ilana bax ilana,
Ya lələm, ilan göydə tolana.
Ya lələm, təzəcə yar sevmişdim,
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
103
Ya lələm, göndərdilər İrana.
Ya lələm, halay döndər belə.
Ya lələm, yeri-yeri işinə,
Ya lələm, mən baxım yerişinə.
Ya lələm, ipəg olub dolanım,
Ya lələm, xəncərin gümişinə.
Ya lələm, halay döndər belə.
Ya lələm, oğlan adın Talıbdı,
Ya lələm, gün dağları alıbdı.
Ya lələm, göndərdigün üzüylər
Ya lələm, barmağımda qalıbdı.
Ya lələm, halay döndər belə.
Söylədi: Quliyeva Pakizə Əlibala qızı, 1937-ci il təvəllüdlü, orta təhsilli
tibb işçisi. Salyan rayonu Şorsulu kəndi
Aşağıdakı marş-nəğməni 1888-ci il təvəllüdlü Muradov Şirməmməd İb-
rahim oğlundan (1983-də dünyasını dəyişib) nəvələri 1980-ci ildə qeydə alıb,
babalarının səsi xatirə qalsın deyə maqnitofon kasetinin yaddaşına köçürüblər.
Mətn söyləyici tərəfindən marş tipli mahnı kimi ifa olunub. Biz bu materialla ya-
naşı iki dastan mətnini də söyləyicinin nəvəsi Muradov Muradın ailə arxivindən
əldə etdik.
Qalxozlıyam, ayrılmışam elimnən,
Qorxım yoxdı din yolunda ölümnən.
Allah, adu tərg etmərəm dilimnən,
Bu zamanda əsgər olan qeyrət edəcəy,
Çağrılmamış özi gəlib əsgər gedəcəy,
Bu gün, ey Vətən, Tarıya şükür edərüy.
Can-başıynan biz əsgərliyə gedərüy.
Həsrətiynən bəsləmişdün bizləri, ana,
Bu zamanda lazım olduğ Azərbaycana,
Bu zamanda lazım olduğ Azərbaycana.
Söylədi: Muradov Şirməmməd İbrahim oğlu, 1888-ci il təvəllüdlü,
təhsilsiz, 1983-cü ildə rəhmətə gedib. Neftçala rayonu Qaçaqkənd kəndi
BAYATILAR
Görikən Qarabağdı,
Yanı meyvəli bağdı,
Ata oğıl yanında
Göriksə, qara dağdı.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
104
***
Bağça barsızdı, gülür,
Heyva-narsızdı, gülür.
Qəlbim geyibdi qara,
Üzim arsızdı, gülür.
***
Mən aşıx, qoşa dağlar,
Verib baş-başa dağlar.
Yol verün balam gəlsin,
Dönmiyün daşa, dağlar.
***
Əkdim xudafirini,
Yaram eyliyib irini.
Okkərtənə dərdim var,
Diyim hansı birini?!
Söylədi: Nəcəfova Dara İbrahim qızı, 1927-ci il təvəllüdlü, təhsilsiz,
Salyan rayonu Yenikənd kəndi
Qardaş, gəl, gərəyimsən,
Hurimsən, mələyimsən.
Həmi atam oğlısan,
Həmi gəl, gərəyimsən.
***
Qardaş, gəl gedmə bizzən,
Qar yağar, olar dizzən.
Qar yağar, girvə bağlar,
Səni yad elər bizzən.
***
Yağış yağdı ellərə,
Şeh qoydu torpağlara,
Hayıf, sizin canuzdan, ay cavannar,
Qoşulduz torpağlara.
***
Mən anamı istərəm,
Yana-yana istərəm.
Mən anamı görməgə,
Xəlvətxana issərəm.
***
Bı dağlar olmuyeydi,
Saralıb solmıyeydi.
Bi ayrılığ, bi ölim,
Heç biri olmıyeydi.
Dostları ilə paylaş: |