Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
98
dadır. Hər şeydən əvvəl həm dərviş, həm də şaman olmanın təməl fəlsəfəsində
ölmədən əvvəl ölmək fikri vardır. Ölmədən əvvəl ölməklə şaman da, dərviş də
nəfslərini tərbiyə etməyə, dünya nemətlərindən vaz keçməyə çalışırlar. Həm də
ölüm bir statusdan başqa bir statusa keçidin vasitəsidir. Ölüm sirlərin toplandığı
o biri dünyaların şamana və ya dərvişə açılmasıdır. Nəfslərini yenən övliyalar
dünya malına heç bir zaman rəğbət etmədikləri üçün fəqrlik məqamını ən uca
məqam kimi görürlər. Ümumiyyətlə, həqiqi şamanlar da dünya nemətlərinə düş-
kün deyillər. Şaman olacaq adam xidmət qarşısında xalqdan heç bir şey istəmə-
yəcəklərinə and içər, o, yalnız keçirdiyi mərasimin qarşılığı olaraq verilənləri
qəbul edər (2, 269-270). Həqiqi şamanlar yoxsul olmağa, dünya nemətlərinə ta-
mah salmamağa məhkumdurlar.
Vəlilər müalicə etmə və gələcəkdən xəbər vermə qabiliyətlərinin yanında
təbiət hadisələrinə də müdaxilə etmə qüdrətinə malikdirlər. Məsələn, Əhməd
Yəsəvi bir çox dərvişin sınayıb da bacara bilməməsinə baxmayaraq Karaçuk da-
ğını ortadan qaldırmışdır. Əli Ata quraqlıq dövründə yağış yağdırmışdır. Üryan
Baba quldurları şəhərdən uzaqlaşdırmaq üçün xortum meydana gətirmişdir. Şıx
Biləcan hər tərəfi yerlə bir edərək irəliləyən qasırğanın kəndə toxunmadan keç-
məsini təmin etmək üçün onu ortadan ikiyə ayırmışdır. Sam Şeyxi və Şahvəli
qışın ortasında quru ağacın təzə üzüm verməsini təmin etmişlər. Şaman əfsanə-
lərində də eyni funksiyalı möcüzələri görürük. Bunu A.İnanın meşə kultundan
bəhs edərkən yazdığı aşağıdakı mənkabə də isbat etməkdədir:
“Şah Əhməd Qaraqoyunluların yanına gəlir. Əlində olan əsasını bir tən-
dirə ataraq yarıya qədər yandırdıqdan sonra bir yerə sancır və bu əsadan müqəd-
dəs bir meşə meydana gəlir. Qaraqoyunlular “Bu meşəni kim yaratdı?” deyə so-
ruşarlar. Şah Əhməd də “Qaraoğlan” deyə cavab verir. Bundan sonra bu meşəyə
“Qaraoglan” adı verilir. Bu əziz adam Rum məmləkətinə gedir, orada da yarı
yanmış əsadan meşə meydana gətirdiyi üçün adına “Atəş bəy” deyirlər”(5, 63).
Yuxarıdakı misallardan da göründüyü kimi vəli mənkabələrinin semanti-
kası şaman əfsanə və memoratlarının funksiyasını bu və ya digər dərəcədə tək-
rarlamış olur. Bu isə türk mədəniyyətinin bütünlüyündən xəbər verir.
İşin elmi nəticəsi. Nəticə etibarilə, həm vəli mənkabələrində, həm də şa-
man əfsanələrində rast gəldiyimiz atəşdə yanmamaq, quş surətinə girərək uç-
maq, qaibdən xəbər vermək, xəstələri sağaltmaq, cansız əşyaları hərəkətə gətir-
mək kimi bir çox kəramət və bu kəramətlərlə bağlı deyilənlər müştərək deyə bi-
ləcəyimiz qədər bənzərlik göstərir. Ancaq şaman əfsanələri və memoratları ilə
övliya mənkabələri arasındakı bənzərlik sadəcə sadalananlarla məhdudlaşmır.
Şamanların və vəlilərin həyat tərzləri, bu yolda çəkdikləri çilələr, düşüncə tərz-
ləri, xalqın onlara münasibəti, ölümlərindən sonra məzarlarının müqəddəs sayıl-
ması, barələrində danışılanlar və s. baxımdan da bənzərlikləri vardır. O halda
demək mümkündür ki, övliya mənkabələrinin birinci dərəcəli qaynağı türk şa-
manlığı və mifologiyasıdır.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
99
İşin tətbiqi əhəmiyyəti. Atalar kultunun və şamanlığın övliya mənkabə-
lərinə təsiri mübahisə doğurmayacaq qədər açıqdır. Bununla bərabər bu da bir
gerçəkdir ki, xalq heç bir zaman qəbul etdiyi inanc sistemlərini yeni dinin təsiri
ilə məişətimizə daxil olmuş elementləri tamamilə silmiş deyil. Ancaq qədim
adət-ənənələri, inancla bağlı ünsürləri yeni dinin örtüklərinə sığdıraraq bir sıra
dəyişikliklərlə davam etdirmişdir.
ƏDƏBİYYAT
1. Bayat F. “Anadolu halk sufizminin oluşmasında şamanlığın rolü”.
Uluslar arası Anadolu inançları kongresi bildirileri, Nevşehir, 2000
2. Bayat F. Ana hatlarıyla türk şamanlığı, İstanbul, 2006
3. Bayat F. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bəzi problemləri,
Bakı, 1997
4. İnan A. “Müslüman türklerde şamanizm kalıntısı”, İlahiyat fakültesi
dergisi, Ankara, 1952
5. İnan A. Tarihte ve bugün şamanizm. Ankara, 1986
6. Ocak A.Y. Kültür tarihi kaynağı olarak menâkıbnâmeler. Ankara, 1997
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
100
Peşəkar söyləyici ifaçılığı
NEFTÇALA-SALYAN FOLKLORUNDAN ÖRNƏKLƏR
Neftçala və Salyan ərazisindən toplanılmış folklor örnəkləri ümumtürk
folklor xəzinəsinin kiçik qəlpələridir. Bu örnəklər türk xalqlarının həyat və məi-
şətini, etnoqrafiyasını, onlara məxsus cizgiləri əks etdirməklə yanaşı, həm də
özünəməxsusluğu ilə diqqəti çəkir. Sözügedən bölgə türk dünyasına məxsus bö-
yük coğrafiyanın kiçik bir məkanı olmasına baxmayaraq, bütün türk dünyasının
möhtəşəm mədəniyyətini, eyni zamanda zəngin folklor örnəklərini özündə təza-
hür etdirir. Bölgəyə məxsus toponimlər, kənd və tayfa adları, burada yaşayan in-
sanların adət və ənənələri, mərasimləri, mərasimlərin əsasını təşkil edən folklor
mətnləri, müqəddəs ocaqlar və onlarla bağlı söylənilən möcüzəli rəvayətlər,
inanclar, mifoloji rəvayətlər və personajlar, bayatılar, nağıllar, məsəllər, alqışlar,
qarğışlar və s. – bütün bunlar ümumtürk düşüncəsinin, ümumtürk təfəkkürünün
məhsulu kimi çox dəyərlidir.
Bu bölgənin folklorunu 2002-ci ildən bəri toplamağa başladıq. Ötən illər
ərzində biz bölgədə təxminən yüz əllidən artıq söyləyici ilə görüşmüşük. Söylə-
yicilərimizin böyük əksəriyyəti yaşlı nəslin nümayəndələridir. Ara-sıra gənc və
orta nəslə aid söyləyicilərlə də görüşmüşük, onlardan da material əldə etmişik.
Apardığımız müşahidələr göstərir ki, söyləyicilərin böyük əksəriyyəti folklorun
ya lirik növə aid nümunələrini, yaxud da epik növə aid nümunələrini danışmağa
meyillidirlər. Elə söyləyici vardır ki, 40-50 bayatını ard-arda söyləyə bilir, lakin
bir nağılı yadına sala bilmir. Bəzən əksinə də olur. Bir neçə nağılı, rəvayəti, əf-
sanəni danışan söyləyici yalnız 2-3 bayatı deyə bilir. Az-az hallarda eyni söylə-
yicidən həm epik, həm də lirik folklor mətnləri toplaya bilmişik. Fikrimizcə, bu,
söyləyicinin xarakteri ilə bağlıdır. Salyan rayonu Şorsulu kəndində yaşayan
1937-ci il təvəllüdülü Quliyeva Pakizə Əlibala qızının yaddaşı mükəmməldir.
Onun repertuarında həm bayatı və ağılar, həm də nağıllar, rəvayətlər, əfsanələr
vardır. Söyləyicinin repertuarından qeydə aldığımız “Ya lələm” halay mahnısı
diqqətçəkəndir. Söyləyicinin verdiyi məlumata görə, 12-16 yaşlı qızlar ötən əs-
rin 40-50-ci illərində əl-ələ tutub halay çəkə-çəkə xüsusi avazla hərəsi iki-üç
bənd olmaqla növbə ilə oxuyuraq rəqs edirmişlər. Qızlar öz aralarında buna “Ya
lələm” çəkmək deyirmişlər. Qeyd edək ki, Pakizə xala halay mahnısını bizim
üçün avazla ifa etdi. Hazırda həmin ərazidə bu ənənə, demək olar ki, unudul-
muşdur. Mahnının mətnini örnəklərin arasında vermişik.
Bəzi söyləyicilər çox utancaq olduqları üçün ailə üzvlərinin yanında söh-
bət etmək istəmirdilər. Belə olan halda söyləyici ilə ikilikdə qalmaq üçün evin
boş otaqlarından birinə keçirdik ki, söyləyici özünü daha sərbəst hiss etsin. Bə-
zən isə əksinə olurdu. Söyləyici öz doğmalarının yanında daha da ürəkli olur,
bildiklərini daha böyük şövqlə danışırdı.
Dostları ilə paylaş: |