Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə42/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
98
dadır. Hər şeydən əvvəl  həm dərviş,  həm də şaman olmanın təməl  fəlsəfəsində 
ölmədən əvvəl ölmək  fikri  vardır. Ölmədən əvvəl ölməklə şaman da, dərviş də 
nəfslərini tərbiyə etməyə, dünya  nemətlərindən vaz keçməyə çalışırlar. Həm də 
ölüm bir statusdan başqa bir statusa keçidin vasitəsidir. Ölüm sirlərin toplandığı 
o  biri  dünyaların  şamana  və  ya  dərvişə  açılmasıdır.  Nəfslərini  yenən  övliyalar 
dünya  malına  heç  bir  zaman  rəğbət  etmədikləri  üçün  fəqrlik  məqamını  ən  uca 
məqam kimi görürlər. Ümumiyyətlə, həqiqi şamanlar da dünya nemətlərinə düş-
kün deyillər. Şaman olacaq adam xidmət qarşısında xalqdan heç bir şey istəmə-
yəcəklərinə  and  içər,  o,  yalnız  keçirdiyi  mərasimin  qarşılığı  olaraq  verilənləri 
qəbul edər (2, 269-270). Həqiqi şamanlar yoxsul olmağa, dünya nemətlərinə ta-
mah salmamağa məhkumdurlar. 
Vəlilər müalicə etmə və gələcəkdən xəbər vermə qabiliyətlərinin yanında 
təbiət  hadisələrinə  də  müdaxilə  etmə  qüdrətinə  malikdirlər.  Məsələn,  Əhməd 
Yəsəvi bir çox dərvişin sınayıb da bacara bilməməsinə baxmayaraq Karaçuk da-
ğını ortadan qaldırmışdır. Əli Ata quraqlıq dövründə yağış yağdırmışdır. Üryan 
Baba quldurları şəhərdən uzaqlaşdırmaq üçün xortum  meydana gətirmişdir. Şıx 
Biləcan hər tərəfi yerlə bir edərək irəliləyən qasırğanın kəndə toxunmadan keç-
məsini  təmin  etmək  üçün  onu  ortadan  ikiyə  ayırmışdır.  Sam  Şeyxi  və  Şahvəli  
qışın ortasında quru ağacın təzə üzüm verməsini təmin etmişlər. Şaman əfsanə-
lərində  də  eyni  funksiyalı  möcüzələri  görürük.  Bunu  A.İnanın  meşə  kultundan 
bəhs edərkən yazdığı aşağıdakı mənkabə də isbat etməkdədir: 
“Şah Əhməd Qaraqoyunluların yanına gəlir. Əlində olan əsasını bir  tən-
dirə ataraq yarıya qədər yandırdıqdan sonra bir yerə sancır və bu əsadan müqəd-
dəs bir meşə meydana gəlir. Qaraqoyunlular  “Bu meşəni kim yaratdı?” deyə so-
ruşarlar. Şah Əhməd də “Qaraoğlan” deyə cavab verir. Bundan sonra bu meşəyə 
“Qaraoglan”  adı  verilir.  Bu  əziz  adam  Rum  məmləkətinə  gedir,  orada  da  yarı 
yanmış əsadan meşə meydana gətirdiyi üçün adına “Atəş bəy” deyirlər”(5, 63). 
Yuxarıdakı misallardan da göründüyü kimi vəli mənkabələrinin semanti-
kası şaman əfsanə və  memoratlarının  funksiyasını bu və  ya digər dərəcədə tək-
rarlamış olur. Bu isə türk mədəniyyətinin bütünlüyündən xəbər verir.  
İşin elmi nəticəsi. Nəticə etibarilə, həm vəli mənkabələrində, həm də şa-
man  əfsanələrində  rast  gəldiyimiz  atəşdə  yanmamaq,  quş  surətinə  girərək  uç-
maq, qaibdən xəbər vermək, xəstələri  sağaltmaq, cansız əşyaları  hərəkətə gətir-
mək kimi bir çox kəramət və bu kəramətlərlə bağlı deyilənlər müştərək deyə bi-
ləcəyimiz  qədər  bənzərlik  göstərir.  Ancaq  şaman  əfsanələri  və  memoratları  ilə 
övliya  mənkabələri  arasındakı  bənzərlik  sadəcə  sadalananlarla  məhdudlaşmır. 
Şamanların  və vəlilərin  həyat tərzləri, bu  yolda çəkdikləri çilələr, düşüncə tərz-
ləri, xalqın onlara münasibəti, ölümlərindən sonra məzarlarının müqəddəs sayıl-
ması,  barələrində  danışılanlar  və  s.  baxımdan  da  bənzərlikləri  vardır.  O  halda 
demək  mümkündür  ki,  övliya  mənkabələrinin  birinci  dərəcəli  qaynağı  türk  şa-
manlığı və mifologiyasıdır. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
99
İşin tətbiqi əhəmiyyəti. Atalar kultunun və şamanlığın övliya mənkabə-
lərinə  təsiri  mübahisə  doğurmayacaq  qədər  açıqdır.  Bununla  bərabər  bu  da  bir 
gerçəkdir ki, xalq heç bir zaman qəbul etdiyi inanc sistemlərini yeni dinin təsiri 
ilə  məişətimizə  daxil  olmuş  elementləri  tamamilə  silmiş  deyil.  Ancaq  qədim 
adət-ənənələri,  inancla  bağlı ünsürləri  yeni dinin  örtüklərinə sığdıraraq bir sıra 
dəyişikliklərlə davam etdirmişdir.  
 
 
ƏDƏBİYYAT 
 
1.  Bayat  F.  “Anadolu  halk  sufizminin  oluşmasında  şamanlığın  rolü”. 
Uluslar arası Anadolu inançları kongresi bildirileri, Nevşehir, 2000 
2. Bayat F. Ana hatlarıyla türk şamanlığı, İstanbul, 2006 
3.  Bayat  F.  Xoca  Əhməd  Yəsəvi  və  xalq  sufizminin  bəzi  problemləri, 
Bakı, 1997 
4.  İnan  A.  “Müslüman  türklerde  şamanizm  kalıntısı”,  İlahiyat  fakültesi 
dergisi, Ankara, 1952 
5. İnan A. Tarihte ve bugün şamanizm. Ankara, 1986 
6. Ocak A.Y. Kültür tarihi kaynağı olarak menâkıbnâmeler. Ankara, 1997 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
100
Peşəkar söyləyici ifaçılığı 
 
NEFTÇALA-SALYAN FOLKLORUNDAN ÖRNƏKLƏR 
 
Neftçala  və  Salyan  ərazisindən  toplanılmış  folklor  örnəkləri  ümumtürk 
folklor xəzinəsinin kiçik qəlpələridir. Bu örnəklər türk xalqlarının həyat və məi-
şətini,  etnoqrafiyasını,  onlara  məxsus  cizgiləri  əks  etdirməklə  yanaşı,  həm  də 
özünəməxsusluğu ilə diqqəti çəkir. Sözügedən bölgə türk dünyasına məxsus bö-
yük coğrafiyanın kiçik bir məkanı olmasına baxmayaraq, bütün türk dünyasının 
möhtəşəm mədəniyyətini, eyni zamanda zəngin folklor örnəklərini özündə təza-
hür etdirir. Bölgəyə məxsus toponimlər, kənd və tayfa adları, burada yaşayan in-
sanların adət və ənənələri, mərasimləri, mərasimlərin əsasını təşkil edən folklor 
mətnləri,  müqəddəs  ocaqlar  və  onlarla  bağlı  söylənilən  möcüzəli  rəvayətlər, 
inanclar, mifoloji rəvayətlər və personajlar, bayatılar, nağıllar, məsəllər, alqışlar, 
qarğışlar və s. – bütün bunlar ümumtürk düşüncəsinin, ümumtürk təfəkkürünün 
məhsulu kimi çox dəyərlidir.  
Bu bölgənin folklorunu 2002-ci ildən bəri toplamağa başladıq. Ötən illər 
ərzində biz bölgədə təxminən yüz əllidən artıq söyləyici ilə görüşmüşük. Söylə-
yicilərimizin  böyük əksəriyyəti  yaşlı  nəslin  nümayəndələridir. Ara-sıra gənc və 
orta  nəslə  aid  söyləyicilərlə  də  görüşmüşük,  onlardan  da  material  əldə  etmişik. 
Apardığımız  müşahidələr göstərir ki, söyləyicilərin böyük əksəriyyəti  folklorun 
ya lirik növə aid nümunələrini, yaxud da epik növə aid nümunələrini danışmağa 
meyillidirlər. Elə söyləyici vardır ki, 40-50 bayatını ard-arda söyləyə bilir, lakin 
bir nağılı yadına sala bilmir. Bəzən əksinə də olur. Bir neçə nağılı, rəvayəti, əf-
sanəni danışan söyləyici yalnız 2-3 bayatı deyə bilir. Az-az hallarda eyni söylə-
yicidən həm epik, həm də lirik folklor mətnləri toplaya bilmişik. Fikrimizcə, bu, 
söyləyicinin  xarakteri  ilə  bağlıdır.  Salyan  rayonu  Şorsulu  kəndində  yaşayan 
1937-ci  il  təvəllüdülü  Quliyeva  Pakizə  Əlibala  qızının  yaddaşı  mükəmməldir. 
Onun repertuarında  həm  bayatı  və ağılar, həm də nağıllar, rəvayətlər, əfsanələr 
vardır.  Söyləyicinin  repertuarından  qeydə  aldığımız  “Ya  lələm”  halay  mahnısı 
diqqətçəkəndir. Söyləyicinin  verdiyi  məlumata görə, 12-16 yaşlı qızlar ötən əs-
rin  40-50-ci  illərində  əl-ələ  tutub  halay  çəkə-çəkə  xüsusi  avazla  hərəsi  iki-üç 
bənd olmaqla növbə ilə oxuyuraq rəqs edirmişlər. Qızlar öz aralarında buna “Ya 
lələm”  çəkmək  deyirmişlər.  Qeyd  edək  ki,  Pakizə  xala  halay  mahnısını  bizim 
üçün  avazla  ifa  etdi.  Hazırda  həmin  ərazidə  bu  ənənə,  demək  olar  ki,  unudul-
muşdur. Mahnının mətnini örnəklərin arasında vermişik.  
Bəzi söyləyicilər çox utancaq olduqları üçün ailə üzvlərinin yanında söh-
bət  etmək  istəmirdilər.  Belə  olan  halda  söyləyici  ilə  ikilikdə  qalmaq  üçün  evin 
boş otaqlarından birinə keçirdik ki, söyləyici özünü daha sərbəst hiss etsin. Bə-
zən  isə  əksinə  olurdu.  Söyləyici  öz  doğmalarının  yanında  daha  da  ürəkli  olur, 
bildiklərini daha böyük şövqlə danışırdı.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə