Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə53/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   45   46   47   48   49   50   51   52   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
133
 
 
 
Qaşınız qara imiş, 
Gözünüz də can alır. 
Diliniz dadlı imiş, 
Ləbinizə bayıldım. 
 
Qoşa ağac altında 
Əl vermişdiniz, hanı? 
Ayrılmaq yoxdu deyə, 
Söz vermişdiniz, hanı? 
 
Əllərində dəsmalı, 
Yarın gözü yaşlıdı. 
Yar könlü başqa cürdü, 
Könlündə bir daşı var. 
 
Qızıl alma gülü tək, 
Qırmızı güllü yarım. 
Ağzında nabat varmı, 
Ey şirin dilli yarım! 
 
Qapımızı döydünüz, 
Sonra bizdən qaçdınız. 
Yoxmu heç insafınız, 
Bir belə ağlatdınız?! 
 
Sərçələr cikkildəyir, 
Biri bağ, biri dağda. 
Bizim qaragöz harda –  
Öz kefi çəkən yerdə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bülbül dan çağı ötər, 
Dişisindən ayrılıb. 
Qız dediyin ağlayar, 
Sevdiyindən ayrılıb. 
 
Dünən mən yatan vaxtda, 
Atı qamçılayıb keçdin. 
Bir baxmadan, danışmadan, 
Könlümə od salıb getdin. 
 
Kaş görməyəydim səni, 
Könül verməz olaydım. 
Səndə olan könlümü, 
Özümə saxlayaydım. 
 
Gedirsən, get, sevgilim, 
Heç vecimə də deyil. 
Təki canım sağ olsun, 
Mənə hər yerdə yar var. 
 
Könül verməsən yara, 
Ox dəyməz imiş cana. 
Könülü tamam versən, 
Ürəyin dolar qana. 
 
Yanıb-yaxılmaz idim, 
Sonda kül olmaz idim. 
Könül verməz olsaydım, 
Bu günə düşməz idim. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
134
 
 
 
Tingi əkdim çox oldu, 
Bir qaranlıq bağ oldu. 
Yarın verdiyi vədə 
Ürəyimdə dağ oldu. 
 
Yenə gedirsən, yarım, 
Nə vaxt gələssən, yarım? 
Sənin gəlişin müşkül, 
Gəl öpüm barı, yarım! 
 
Gecələri yatmıram, 
Qapınızdan ötmürəm. 
Düz sözünü de, yarım, 
Mən dərdini çəkmirəm. 
 
Get desən də, getmərəm, 
Getmə desən də, yarım. 
Getsəm, bir də nə zaman, 
Yar vəslinə yetəcəm? 
 
Balaca bir gülzar var, 
Gülzarda bir bülbül var. 
Könüllər gülü qızlar, 
Biz gəldik sizdən yana. 
 
Görünən qara dağa, 
Gecə-gündüz qar yağdı. 
Ayrılmağa qıymıram, 
Gəncliyimdən sevmişəm. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ürəyim bərk döyünür 
Yar yanına getməyə. 
Sözü üçün gedirəm, 
Dərdə dərman etməyə. 
 
Görən, indi gedimmi, 
Qapısında durummu? 
Yarım çıxmasa əgər, 
Mən soyuqdan ölümmü? 
 
Yarım məni çağırır, 
Getsəm, anası deyinir. 
Bağın içində yarım 
Dərdin deyib ağlayır. 
 
Mən idim səninlə bir, 
Olmadın mənimlə bir. 
Səndən yana mən nadan, 
Veyil-veyil dolandım. 
 
Mənim məqsədim budur, 
Qabağında can verim. 
Artıq taqətim yoxdur, 
Başına dolanmağa. 
 
Mənim yarım ağıllı, 
Mənim yarım gözəldir. 
Mən bu gecə gələcəm, 
Pəncərəni açıq qoy. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
135
 
 
 
Yarım səfərə gedib, 
Yarım burda deyildir. 
Yaman dərdə salıbdı, 
Qocalmayım, neyləyim? 
 
Mənim dərdimi sən çəkib, 
Sənin dərdini mən çəkib, 
Gecələri sarmaşıq tək, 
İkimiz sarmaşıb yataq! 
 
Mən sarı, canım sarı, 
Saraldığımı kim bilir? 
Qapıda saralıb dursam, 
Mehriban yarım gələr. 
 
Mənə bu gün nə oldu, 
Qəmə mübtəla oldum. 
Camalını bir görüb, 
Bir baxışdan vuruldum. 
 
Məni görən düşmənlər, 
Özgələri görməzlər. 
Düşmən sözünə girib, 
Yar məni sevmir daha. 
 
İndi gedirəm dağa, 
Qamçılayıb atımı. 
Məni seçmisənsə sən, 
Könlünü vermə yada. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yarımın boyu gözəl, 
Libasında gülü var. 
Şirin sözündə ləzzət, 
Ay üzündə xalı var. 
 
Yarım yanıma gəlsə, 
Boynuma qolun salsa, 
Qabağımda oturub, 
Deyib-gülsə, bəxt odur! 
 
Yar evə gələr olsa, 
Yarıma nə alım mən? 
Canımı versəm də mən, 
Yarımı sevindirim! 
 
Gəl, bağlara gedək biz, 
Tər qönçələr dərək biz. 
Qırmızı güllər açıb, 
Bülbül kimi ötək biz. 
 
Yar dərdində unutdum, 
Özümün var-yoxumu. 
Hardan alım, bilmirəm, 
Yarımın sorağını. 
 
Yar evin toza basıb, 
Önündə qızlar oynar. 
Qaş-göz ilə yarımı 
Sınağa çəkib oynar. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
136
 
 
 
Yar olsun, yaxan olsun, 
Düşmənlər baxan olsun. 
Yuxulayanda hərdən  
Gözünü açan olsun. 
 
Yar dərdi yaman imiş, 
Avara edən imiş. 
Getməyə yol uzaqdı, 
Üzünə həsrət qoyub. 
 
Yarım verən üç alma, 
Üçü də qoynumdadı. 
Yatmışdım, bir də gördüm, 
Yar qolu boynumdadı. 
 
Yuxarıdan gəlirdim, 
Kəsə, çay yolu ilə. 
Bacarmırsan oynama, 
Hər işin öz təhri var. 
 
Yuxarıdan gələndə, 
Gördüm qoşa qurd izi. 
Könlümü ovsunladı, 
Bu qışlağın
25
 bir qızı. 
 
Yarımın hörükləri 
Düşübdü dabanına. 
Qəfildən busə alıb, 
Qalımmı cəzasına? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yarım getməyən toya, 
Mən də gedə bilmərəm. 
Yarın könlü incədir, 
Onu qıra bilmərəm. 
 
Yağış möhkəm yağmasa, 
Evin damı damarmı? 
Yarımı çox özləsəm, 
Ayaq atım, əl qamçım! 
 
Yara çatım deyirsən, 
Yar qədrini bilmirsən. 
Yar qədrini biləndə 
Dan çağları ağlarsan. 
 
Yarım məni düşünür, 
Amma gəlsəm incidir. 
İncidir, qoy incitsin, 
Yardan qəlbim soyumaz. 
 
Yar verdiyi üç alma, 
Üçü də üç cürədir. 
Məqsədə çatammıram, 
Dünya vəfasız imiş. 
 
Yar ilə saray tikim, 
Bağçasında gül əkim. 
Yar könlünü soyutmaz, 
Nə qədər naz eləsəm. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
137
 
 
 
Yar hücrəsində yatır, 
Dediyi sözlər haqlı. 
Məni danladıqca o,  
Görürəm ki, bəyənmir. 
 
Yarım gəlir oxuyub, 
Sünbül saçın dayarıb. 
Ağlımı itirirəm, 
Qaragözə baxanda. 
 
Yar olsa, yaxşı ola, 
Əlində üzük ola. 
Öpməyə, kef çəkməyə 
Yanaqları al ola. 
 
Yar qapıda durubdu, 
Cilvələrin saçmağa. 
Hər cür nəvəsizlərlə, 
Könlümü ovutmağa. 
 
Yar qapısında durub, 
Məcnun kimi ah çəkim. 
Aylı gecə olanda 
Yarın qoynuna girim. 
 
Yarın bağı var imiş, 
Bağda narı var imiş. 
İnanıb könül verdim, 
Özgə yarı var imiş. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yar qapısından ötdüm, 
Alma budağın tutdum. 
Evindən çıxmayanda 
Səs-küy qoparıb getdim. 
 
Yarımın qara saçı, 
Hörülməli olubdu. 
Oynayıb çağıranda, 
Könül açan olubdu. 
 
Yar bağına girəndə 
Alma çaqqala idi. 
Bambalaca yarım var, 
Sevilməli olubdu. 
 
Yar qapısında durub, 
Bir işarə verəmmir. 
Mənim gəldiyim vaxtda, 
Qapıya çıxa bilmir. 
 
Yalvarıram hər günü, 
Yad edirəm hər gecə. 
Bağrım kabab olunca, 
Ürəyim qan olunca. 
 
Yar qapısına getsəm, 
Acıqlanır üstümə. 
Məqsədini sezirəm, 
Ayrılmağı düşünür. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
138
  
 
 
Yarım mənə baxmır heç, 
Qaşını oynatmır heç. 
Gecə-gündüz ah çəksəm, 
Vecinə də almır heç. 
 
Yanından keçəmmirəm, 
Eşq odun salıb cana. 
Xəyalım darı kimi, 
Saçılmaqda hər yana. 
 
Çay qırağında söyüd, 
Sevdim salxım söyüdü. 
Yarım vəfasız çıxdı, 
Bir soruşmur halımı. 
 
Ürəyimi yandırdı, 
Eşq odunda kül edib. 
Yarım necə zalımdır, 
Məni cana doydurdu. 
 
Yarımın cəfası çox, 
Eşqində cəzası çox. 
Eşq odu betər imiş 
Cəhənnəm odundan da! 
 
Başımı daşa vursam, 
Daş da çarə olammaz. 
Bir yastığa baş qoysaq, 
Bəlkə, onda sağalam. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Güldümü, qönçədimi, 
Yar, sənin yaxandakı? 
Almadımı, nardımı, 
Yar, sənin qoynundakı? 
 
Dağa çıxdım qar üçün, 
Ah çəkirəm yar üçün. 
Bir ildir ki, yanıram, 
Xeyiri olar deyə. 
 
Havadakı buludlar, 
Yağış yağmayıb hələ. 
İki yaxşı bir yerdə 
Kama çatmayıb hələ. 
 
Yarın mən çəkmədiyim, 
Heç bir cəfası qalmadı. 
Ayrılığın, əzabın 
Mənsiz küçəsi qalmadı. 
 
Yarım ömrümdü mənim, 
Onsuz mənim günüm yox. 
Eşq odunun yanında 
Cəhənnəm boş şey imiş. 
 
Dilbərim, ay üzündə 
Bir qara xalın olum. 
Gecə yanında yatıb, 
Gündüz qurbanın olum! 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
139
 
 
 
Bəzənib gəzməyə çıxsan, 
Qoy yanında mən olum. 
Hamının gözü səndə, 
Sevdiyin yar mən olum. 
 
Qaradır xumar gözün, 
Canım fədadır sənə. 
Canından kim vaz keçsə, 
O, yoldaş olsun sənə! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Salxım söyüd əyildi, 
Yarım əyilmir mənə. 
Gəlib halımı sormur, 
Necə könül verim mən? 
 
Qapını açıb baxdım, 
Qız ay kimi dolubdu. 
Üzü par-par parlayır, 
Gözləri də oynayır. 
 
 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
140
 
MÜNDƏRİCAT 
 
Folklorşünaslıq məsələləri 
V.Y.Propp. Sehrli nağillarin transformasiyası.............................................3 
Muxtar Kazımoğlu (İmanov). Nağıllar barədə bir neçə söz......................21 
Füzuli Bayat. Məhərrəmlik ritualları və şəbih elementləri........................29 
Əfzələddin Əsgər. Ozan sənəti...................................................................48 
Almaz  Həsənqızı  (Hüseynova).  Mühacirətdə  folklor  materiallarının  top-
lanmasının özəllikləri..............................................................................................64 
Mətanət  Maşallahqızı  (Abbasova).  Mifopoetik  modellərin  genetik 
sistemləşdirilməsində od kultu................................................................................74 
Elçin  Qaliboğlu  (İmaməliyev).  Su  haqqında  Azərbaycan  əfsanələri  və 
mifoloji su stixiyası.................................................................................................82 
Nuridə MuxtarzadəÖvliya kəramətlərinin funksional semantik rolu….....93 
 
Peşəkar söyləyici ifaçılığı 
Neftçala-Salyan folklorundan örnəklər.................................................100 
Ümumtürk folklorundan örnəklər 
Özbək xalqinin qəlb xəzinəsindən.........................................................122 
 
СОДЕРЖАНИЕ 
 
Вопросы фольклористики 
 
В.Е.Пропп Трансформация волшебных сказок....................................3 
Мухтар Казимоглы (Иманов). Несколько слов о сказках.................21 
Физули Баят. Ритуалы месяц мухаррем  и элементы шабих............29 
Афзаладдин Аскер. Искусство озана…………...................................48 
Алмаз  Гасангызы  (Гусейнова).  Особенности  собирания  фольк-
лорных материалов в эмиграции………………...…............……………..…64 
Матанат Машаллах гызы (Аббасова). Резюме в мифологических мо-
делях генетической систематизации культ огня…………………………....74 
Эльчин Галибоглу (Имамалиев). Азербайджанские легенды о воде и 
мифологическая вода…………………………………………………………82 
Нурида  Мухтарзаде.  Функционально  -  семантическая  роль  способ-
ностей эвлия (вели) резюме…………………………………………………..93 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
141
Профессональное сказительское исполнение 
Образцы Нефтчала-Сальянского фольклора....................................100 
Образцы из общетюркского фольклора 
Из сокровищницы узбекского фольклора……………………….....122 
 
CONTENTS 
 
The problems of folklore studies 
V.Y.Propp. The transformation of magic tales ........................................3 
Mukhtar Kazimoghlu (Imanov). Some words about story tales ............21 
Fuzuli Bayat. The rituals of muharram month and shabih elements...........29 
Afzaladdin Asger. Ozan’s art……………………………………….....48 
Almaz  Hasangizi  (Huseynova).  The  peculiarities  of  the  gathering  of 
folklore materials in the emigration....................................................................64 
Matanat Mashallah kizi (Abbasova). Summary  in the genetic systemati-
zation of mythopoetic models the cult of fire……………..................................74 
Elchin Galiboghlu. Azerbaijan legends about water and the mythological 
water element …………………………….……………………………………82 
Nurida  Mukhtarzadeh.  The  cult  of  veli  (parents  cult)  in  the  context  of 
virtue………………………………………………………….............................93 
 
The performing of professional narrative 
The samples of Neftchala – Salyan folklore................................................100 
 
The samples from Turkic folklore 
The treasure of Uzbek nation................................................................122 
 
 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
142
 
 
 
 
Azərbaycan şifahi xalq 
ədəbiyyatına dair tədqiqlər 
(qırx ikinci kitab), 
Bakı, “Elm və təhsil”, 2014. 
 
 
Nəşriyyat direktoru:
 
Nadir Məmmədli 
 
 
Ədəbi işçilər: 
Aynur Hüseynova 
Şəhla Hüseynli 
Nurlana Məmmədova 
Fatimə Bağırova 
 
 
Kompyuterdə yazdı: 
Tünzalə Məmmədova 
 
Kompyuter tərtibçisi:  
Ramin Abdullayev 
 
 
 
Kağız formatı: 60/84 32/1 
Mətbəə kağızı: №1 
Həcmi: 142 səh. 
 
 
 
AMEA Folklor İnstitutunun Kompyuter mərkəzində yığılmış, səhifələn-
miş, “Elm və təhsil” NPM-də ofset üsulu ilə hazır diopozitivlərdən çap 
edilmişdir. 

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə