Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   45   46   47   48   49   50   51   52   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
116
məni  dəvə  qarışığ  götirəcəysən  boynua,  aparacağsan  mən  dəvəni  hardan  götir-
mişdim, bağlıyacağsan ora. Mən onda keçərəm sənin taxsırunnan. Sən məni ac-
məyus süfrəən üssünnən Allahın göndərdiyi behiştin xurmasınnan qoymadun di-
limə  dəyməyə.  Ac-susız  məni  məyus  eylədün,  qoydun  bıcağda.  Mən  ona  gora 
bırıldım  sənnən,  qəlbim  sınığ  şüşşə  kimi  sındı,  məcbur  oldum,  gəldim,  neynə-
məliydim. 
Qonağ baxdı, abiddən cannı, cəsəddi, cüssəli. Abid didi: 
–İlahi,  sənə  and  verirəm,  yeri-göyi,  xeybərin  qapısın  iki  barmağıynan 
açan  Həzrəti-Əli  əliyhəssəlama.  Sən  məni  xar  eyləmə  bı  qonağın  qarşısında. 
Mənim günahlarımı bağışda. Əlinin dilinnən nida gəldi. Didi: 
– Məni də  Allah  yaradıb. Mənə  Allah-taala  imamlığı  verib. Peyğəmmər 
Salavatullah mənim əmim oğludı. Yer üzünün əvvəli-axırı Məhəmməd peyğüm-
mər səlləllahın əmisi oğlı  Həzrəti-Əli əleyhissəlamam. Sən  nəkarasan ki, qona-
ğın qarşısında  belə  hərəkət eləmisən. Mənim də səfim olıb,  mən də səfsiz döy-
irəm, yalnız səfsiz Allahdı, bizi yaradan Allahdı. Alimin də, məəllimin də, həki-
min  də,  peyğəmmərin  də,  imamın  da,  yaratdığı  bəndələrin  də  səfi,  lap  çox  səfi 
var. Səəfü boynua al, götir dəvəni apar bağla aşdığı yerə, ged iki ürkət bı yolın 
ayrıcında hündür təpə var, orda iki ürkət hacət namazı Allahdan istə. O hacət na-
mazı  səni  məətəl  qoymaz.  Allah-taala  bütün  diləylərimizi  hasil  eyləsin.  Sənin 
də, mənim də diləyimizi hasil eyləsin. Bütün yaratdığı bəndələri xar eyləməsin. 
Allah dilədiyimiz  nəzirrəri qəbul  eyləsin. Səni də mətləbüə çatdırsın. Məəm də 
balalarımı,  nəvələrimi  xoşbəx  eləsin.  Məşədiyə  gedib  gəlmişəm,  Kərbalanın 
eşqiynən yaşıyıram. Ölər günimnən heç olmasa bir az qabağ Allah mənə Kərba-
laya  gedməyi  qismət  eləsin.  Gedim,  imam  Hüseyni,  Əliəkbəri,  yetim  Səkinəni, 
Əbəlfəzin düşən qolların, özinin məzarın ziyarət  eliyim, gəlim. Ya Rəbbim, mə-
ni niyətimə çatdırsın. Balalarımı da xoşbəxt eləsin. Arzum budu Allahdan.  
Söylədi:  Əhədova  Gülüstan  Balaəhməd  qızı,  1941-ci  təvəllüdlü,  orta 
təhsilli. Neftçala rayonu Mürsəqulu kəndi. 
 
RƏVAYƏTLƏR 
 
Qəbul olunmuş ehsan 
Bi  kişi  olur,  bi  qadın  olur.  Buların  bi  dənə  gəlinnəri  olur.  Oğul  öydən 
çıxan  kimi  ana  başdiyır  bı  gəlinə  zülüm  eləməyə.  Amma  ata  həmişə  mını 
müdafiyə eliyir ki, ay arvad, o gəlinnən işün olmasın, o da bizim qızımız.  
Diyir: 
–  Yox,  gəlin  məəm  süpürgəmdi,  harda  qoysam,  orda  qalacağ.  Mən 
didiyim işi görəcəy, mən didiyim sözə əməl eliyəcəy. Məəm sözümnən çıxmalı 
döyür.  
Vaxd, məqam gəlir, gəlin yerig keçidir, amma qorxur qaynəniyə diməyə. 
İssədiyin  də  vermir,  ziloyna  (zalım,  qəddar  –  toplayıcı)  qaynənə  olur,  bir  gün 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
117
gəlir,  qaynata  ölür.  Bını  basdırıllar,  bının  əhsənində,  öydən  irağ,  öydən  irağ, 
yiməy bişirillər, kifdə-bozbaş bişirillər. Qaynənə də bına imkan vermir ki, onnan 
bi  damcı  tamsınsın.  Ağzının  suyı  axır,  yiməy  issiyir,  orqanizm  tələb  eliyir, 
qaynənədən qorxur. Bi kasa doldurur ki, qoşuda xəssə arvad var, apar bı qabdaki 
yiməyi,  ver  ona.  O,  qabda  yiməyi  aparanda  girir  qoyun  qəhəlinə  (qoyun 
tövləsinə  –  toplayıcı),  əlin  atır  kifdəni  götürür  yiyir,  diyir,  oxay,  yerigim  yerin 
aldı, ölmişdim a... Aparır qalanın verir olara. Vaxd, məqam çatır, yeddi yığışılır, 
arvad yatır, yuxuda görür ki, kişi ağlıyır. Cənnətnən cəhənnəmin arasında qalıb. 
Bı yana da bıraxmıllar, bı yana da. Amma bircə kasa yiməy var, o yiməgə gora 
qalıb  ikisinin  arasında.  Əgər  halallığ  alsa,  o  kişi  gedəcəy  cənnətə,  haram  olsa, 
qalacağ cəhənnəmdə.  
Durur gəlir, diyir: 
– Ay gəlin, bi şey eləməmisən bu yiməgə, kişi hal-qəziyə belənçiy, qalıb 
cənnətnən cəhənnəmin arasında. Mən bilmirəm, başıma haranın daşın salım, ki-
min  yanına  gedim,  minnətə  gedim,  kimə  nağayrım  ki,  bı  kişini  göndərsinnər 
cənnətə.  Gəlin  başa  düşür.  Ey  dadi-bidad,  mən  yidiyim  kifdədi,  bəs  belənçiy. 
Kişini  qoyub  cənnətnən  cəhənnəmin  arasında,  qorxusunnan  dimir.  Arvad  gecə 
yatır, bi də təkrar həmən şeyi görür. Oracad da görür ki, yiməg getdi qoyun qə-
həlinə. Orda o, halallığ aldı. Gəlir diyir:  
– Ay gəlin  hey, hal-qəziyə  belənçiy, bı  yiməgi kimsə aparıb qəhələ, qə-
həldə bını yiyiblər.  
Diyib:  
– Ana, disəm, məni öldirmərsən?  
Diyib:  
– Niyə ki?  
Diyib:  
– Hə, belənçiy, ürəgim issədi, sənnən qorhdum, o yiməgi mən yimişəm. 
Mən qaynatama, qaynata yaxşı insan olub də, qaynatama halal eliyirəm. Allahım 
onu cənnət körpüsünnən keçidsin, cənnətə göndərsin.  
Arvad  gecə  yatır,  yuxusunda  görür  ki,  kişi  gedib  cənnətə.  Ebelə  əhsən 
verib,  ebelə  millət  yiməg  yiyib,  oların  heç  birsi  qəbul  olmıyıb.  Bi  dənə  o  ağzı 
tamsız gəlin bi dənə kifdə yiyib, Allah taala o kifdiyə gora kişini göndərib cən-
nətə. 
 
Günahkar qadınların o dünyası 
Bir kişi rəhmətə gedir, bunu bassırıllar. Bu görür ki, o dünyada bütün qa-
dınnara əza-cəza verillər. Birin saçınnan asıblar, birin əlin-əyağın bağlıyıb asıb-
lar,  birinin  içərisinə  od  püskürüllər.  Diyir  ki,  ay  Allah,  mən  bu  dünyada 
qadınnardan  başqa  bi  insan görmədim axı… Neyçin  helə qadınnar,  helə qadın-
nar… Sən mənə təzədən həyat bəxş elə, mən qayıdım həyata, gedim tanıyannan, 
bilənnən, başı çıxannan soruşum ki, neyçin bı qadınnara bı cəzalar verilir.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə