Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
5
məsi  haqqındakı  məsələyə  görə  Şpislə  razılaşaraq,  yenə  də  nağılı  öz  mövqeyi 
üçün tutarlı dəlillərə (fin məktəbinin nümayəndəsi üçün xarakterik olan) istinad 
etmədən, hissə-hissə deyil, bütöv törəmələr üzrə araşdırmağı lazımlı hesab edir. 
Biz  buradan  belə  bir  nəticəni  əldə  edirik  ki,  nağılın  tərkib  hissələrini  onların 
hansı süjetə daxil olmalarından asılı olmayaraq araşdırmaq olar. Fəsillərin şaquli 
öyrənilməsi transformasiya yollarının normalarını açıb göstərir. O da düzgündür 
ki, tam törəmələr məqsədilə hər bir element üçün onun tərkib hissələrinin qeyri-
iradi birləşdirilməsi doğru olacaq.  
 
II 
Hazırkı iş məsələni tam şəkildə bitirmək məqsədi daşımır. Burada yalnız 
nəticədə  daha  geniş  nəzəri  tədqiqatın  əsası  ola  biləcək  bəzi  əsas  mərhələlər 
verilə bilər. 
Hətta transformasiyaların müzakirəsinə keçməzdən qabaq ixtisar edilmiş 
ifadələr sayəsində əsas formaları törəmələrdən ayırmağa imkan verən meyarları 
bərpa etmək lazımdır.  
Bu  meyarlar  ikitərəfli  ola  bilər:  onlar  bəzi  ümumi  prinsiplərdə  və  bəzi 
xüsusi qaydalarda ifadə oluna bilərlər.   
Hər şeydən əvvəl ümumi prinsiplər haqqında.  
Bu  prinsipləri  bərpa  etmək  üçün,  nağıla  onun  yarandığı  və  mövcud 
olduğu mühitlə əlaqəli şəkildə baxmaq lazımdır. Burada bizim üçün sözün geniş 
mənasında  məişət  və  din  böyük  məna  kəsb  edəcəkdir.  Transformasiyaların  sə-
bəbləri  tez-tez  nağıldan  kənarda  olur  və  nağıl  mühitindən  müqayisəli  material 
cəlb etmədən biz onun təkamüllərini anlamayacağıq. 
Əsas  formalar nağılların  yaradılması  ilə bağlıdır. Əlbəttə nağıl  həyatdan 
doğur. Amma sehrli nağıllar gündəlik həqiqi həyatı çox zəif əks etdirir. Reallıq-
dan gələn hər şey yaradılışda ikinci xarakter daşıyır. Biz onun haradan gəldiyini 
tapmaq üçün keçmişin geniş mədəni materialını müqayisəyə cəlb etməliyik.    
Burada məlum olur ki, bu və ya başqa səbəblərə görə əsas kimi müəyyən 
edilmiş  formalar  açıq-aydın  şəkildə  çoxdankı  dini  təsəvvürlərlə  bağlanmışdır. 
Belə bir fərziyyə söyləmək olar: əgər tamamilə eyni bir formaya dini abidədə və 
nağılda  rast  gəlinirsə,  onda  dini  forma  ilkindir,  nağıl  forması  isə  ikincidir.  Bu 
xüsusən  arxaik dinlər üçün daha düzgündür. Hər bir arxaik, hal-hazırda ölmüş 
dini  hadisə  müasir  nağıldakı  bədii  istifadəsindən  daha  qədimdir.  Əlbəttə,  bunu 
burada  sübut  etmək  çətindir.  Ümumiyyətlə,  belə  asılılıq  sübut  oluna  bilməz,  o 
yalnız  geniş  materialda  göstərilə  bilər.  Daha  sonrakı  inkişafa  aid  olan  birinci 
ümumi  prinsip  belədir.  İkinci  prinsip  aşağıdakı  qaydada  ifadə  edilə  bilər:  əgər 
eyni elementə biri dini, digəri məişət formaları əsasında qurulan  iki növdə rast 
                                                                                                             
K.Spiess  daha  qabarıq  və  daha  ətraflı  ifadə  etdi  (Das  deutsche  Volksmarchen,  Leipzig,  1917). 
Həmçinin bax: К.К г о h n, Die folkloristische Arbeitsmethode, Oslo, 1926.
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
6
gəlinirsə,  onda  dini  tərtibat  birinci,  məişət  isə  ikincidir.  Ancaq  bu  prinsiplərin 
tətbiqində müəyyən dərəcədə ehtiyatlı olmaq lazımdır. Əgər biz bütün əsas for-
maları  dinə,  bütün  törəmələri  isə  məişətə  aparmağa  çalışarıqsa,  onda  bu  yanlış 
olacaqdır. Özünü belə səhvlərdən qorumaq üçün, nağıl və din, nağıl və məişətin 
müqayisəli  tədqiqi  metodları  haqqında  məsələni  bir  qədər  daha  geniş  şəkildə 
işıqlandırmaq lazımdır. 
Nağılın dinə münasibətinin bir neçə formasını təyin etmək olar.   
Münasibətlərin  birinci  forması  bəzi  hallarda  tamamilə  aşkar  olan,  digər 
hallarda  isə xüsusi tarixi tədqiqat tələb edən birbaşa genetik asılılıqdır. Belə ki, 
əgər dində və nağılda ilan varsa, onda o dindən nağıla düşmüşdür, əksinə deyil.  
Ancaq  hətta  çox  böyük  oxşarlıq  zamanı  da  belə  əlaqənin  mövcudluğu 
məcburi deyildir. O yalnız bizim əlimizdə bilavasitə kult, ayin materiaları olduq-
da  mümkündür.  Belə  ayin  materialını  dini-epik  materialdan  ayırmaq  lazımdır. 
Birinci halda biz enən xətt üzrə atalar və uşaqların qohumluğuna bənzər birbaşa 
qohumluq  haqqında  məsələ  qoya  bilərik;  ikinci  halda  isə  biz  yalnız  paralel 
qohumluq və ya, analogiyanı davam etdirərək, qardaşların qohumluğu haqqında 
danışa  bilərik.  Deməli,  Samson  və  Dalilanın  əhvalatı  nağılın  prototipi  hesab 
edilə  bilməz:  bu  əhvalata  oxşar  həm  nağıl,  həm  də  İncil  mətni  ortaq  mənbəyə 
gedib çıxa bilər.  
Əlbəttə,  dini  materialın  birinciliyi  də,  həmişə  müəyyən  ehtiyatla  təsdiq 
edilə bilər. Bu birinciliyi tam qətiyyətlə iddia etməyin mümkün olduğu hallar da 
vardır. Düzdür, çox vaxt məsələ bu abidədə deyil, onunla əks etdirilən və nağıl-
ların  əsasını  təşkil  edən  təqdimatlardadır.  Amma  təqdimatlar  haqqında  biz  çox 
vaxt  yalnız  abidələr  əsasında  mühakimə  yürüdə  bilərik.  Nağılın  bu  kimi 
mənbələrinə,  məsələn,  folklorçular  tərəfindən  daha  az  tədqiq  edilmiş  Riqveda 
aiddir.  Əgər  nağılın  təxminən  150  tərkib  hissəsi  olduğu  doğrudursa,  onda 
onlardan ən azı 60-ı artıq buradadır. Düzdür, bunlar epik  yox,  lirik tərkibdədir, 
amma  digər  tərəfdən  də  unutmaq  olmaz  ki,  bu  himnlər  sadə  xalqın  deyil, 
kahinlərindir. Şübhəsizdir ki, bu lirika xalqda (çobanlar və kəndlilər) epikə doğ-
ru  istiqamətə  dəyişdirilmişdir.  Əgər  himn  İndranı  pəhləvan  kimi  tərifləyirsə 
(həm də detallar bəzən eynilə nağılla uyğun gəlir), onda xalq İndranın ilana necə 
qalib gəldiyini bu və ya digər formada danışa bilirdi.  
Bu iddianı daha konkret nümunə üzərində yoxlayaq. Biz aşağıdakı himn-
də Küpəgirən qarı və onun daxmacığını asanlıqla tanıyırıq:  
“Meşənin  sahibəsi,  meşənin  sahibəsi,  sən  harada  qeyb  olursan?  Nəyə 
görə sən kənd haqqında soruşmursan? Sən qorxmursanmı? 
Bərk  qışqırıq  və  quşların  civiltisi  eşidilən  zaman,  meşənin  sahibəsi 
özünü sinclərin səslərinin altında gəzən knyaz kimi hiss edir.  
Onda orada  inəklərin otladığı görünməyə  başlayır. Onda düşünürsən ki, 
orada daxmacıq görünür. Orada axşamlar cırıltı səsi gəlir, sanki bu arabadır. Bu 
meşənin sahibəsidir. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə