Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə6/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
13
ğun olaraq Küpəgirən qarının özü artıq komada deyil, sarayda - şahzadəyə məx-
sus evdə yaşayır. 
Bura  mis,  gümüş  və  qızıl  sarayları  aiddir.  Bu  saraylarda  yaşayan  qızlar 
eyni zamanda həm hədiyyə verən, həm də şahzadədirlər. Bu saraylar qızıl sara-
yın  üç  qat  artırılması  kimi  yarana  bilirdi.  Onlar,  məsələn,  qızıl,  gümüş,  dəmir 
əsrləri və s. haqqındakı təsəvvürlərə görə tam müstəqil surətdə, heç bir münasi-
bətlər olmadan yarana bilərdi. 
Bu  qayda  alovlu  çayda  dağ,  hədiyyə  verənə  aid  edilmiş  ilanın  evindən 
başqa bir şey deyildir.  
Bu yerdəyişmələr transformasiyaların yaradılmasında böyük rol oynayır. 
Bütün transformasiyaların əksəriyyəti nağıldaxili əvəzetmələr və ya yerdəyişmə-
lərdir. 
8. Məişət əvəzetməsi. Əgər biz aşağıdakı formaları görürüksə: 
1) karvansara, 
2) ikimərtəbəli ev, 
onda  burada  fantastik  koma  real  həyatda  məlum  olan  evin  formaları  ilə 
əvəz  edilmişdir.  Belə  əvəzetmələrin  əksəriyyəti  çox  sadə  şəkildə  izah  olunur, 
amma  xüsusi  etnoqrafik  araşdırmalar  tələb  edən  əvəzetmələr  də  var.  Məişət 
əvəzetmələri  həmişə  gözə  çarpır  və  onlara  ən  çox  tədqiqatçı  gözü  ilə  müraciət 
edilir. 
9.  Dini  əvəzetmə.  Müasir  din  köhnə  formaları  sıxışdıraraq,  onları  yenisi 
ilə də əvəz edə bilər. 
Bura  hava  daşıyıcısı  rolunda  şeytan,  sehrli  vasitənin  hədiyyə  verəni  ro-
lunda mələk, çətin məsələnin dini cəza xarakteri daşıyan sınaqdan keçirməsi ilə 
(hədiyyə  verən  tərəfindən  qəhrəmanın  sınaqdan  keçirilməsi)  əvəzedilməsi  kimi 
hadisələr aiddir. Bəzi əfsanələr, bütün elementlərin belə əvəzetməyə məruz qal-
dığı nağılın əsasını təşkil edirlər. Hər xalqın öz dini əvəzetmələri  var. Xristian-
lıq, islam, buddizm müvafiq xalqların nağıllarında əks etdirilir.  
10.  Mövhumi əvəzetmələr. Tamamilə aydındır ki,  mövhumatlar və  yerli 
inamlar da nağıl materialını sıxışdıra bilər. Ancaq bu əvəzetmələrə ilk baxışdan 
gözlənildiyindən daha çox seyrək rast gəlinir (mifoloji məktəbin səhvləri). Puş-
kin nağıl haqqında 
"Orada möcüzələr var, orada qulyabanı dolaşır, 
Su pərisi budaqlarda oturur" - deyərək səhv edirdi. 
Əgər sehrli nağılda qulyabanıya rast gəlinirsə, onda o demək olar ki, hə-
mişə  Küpəgirən  qarının  əvəzedilməsindən  başqa  bir  şey  deyildir.  Su  pərilərinə 
isə bütün Afanasyev toplusunda yalnız bir dəfə, həm də müqəddimədə əslliyinə 
şübhə ilə rast gəlinir, Onçukova, Zelenin, Sokolova və başqalarının toplularında 
isə  heç  vaxt  rast  gəlinmir.  Qulyabanı  nağıla  yalnız  ona  görə  düşür  ki,  o,  meşə 
varlığı kimi Küpəgirən qarıya oxşardır. Nağıl yalnız konstruksiyasına uyğun gə-
ləni öz aləminə daxil edir.  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
14
11.  Arxaik  əvəzetmə.  Artıq  yuxarıda  göstərilmişdir  ki,  nağılın  əsas  for-
maları ortadan getmiş dini təsəvvürlərə gedib çıxır. Bu əsasla bəzən əsas forma-
ları  törəmələrdən  ayırmaq  olar.  Bəzi  hallarda  əsas  formanın  (az  və  ya  çox  bir 
qayda olaraq nağıl eposunda) dini mənbəyə gəlib çıxan, çox da qədim olmayan 
forma ilə əvəzlənməsi baş verir, lakin buna yalnız tək-tək, nadir hallarda rast gə-
linir. Demək, "Cadugər və günəşin  bacısı" nağılında ilanla döyüşün  yerinə (Af. 
93) biz aşağıdakını görürük: qadın ilan şahzadəyə təklif edir: "Qoy şahzadə İvan 
mənimlə  tərəziyə  getsin,  görək  kim  daha  artıq  gələcək".  Tərəzi  İvanı  günəş 
köşklərinə atır. Burada biz psixostaziya (ruhların tərəzidə çəkilməsi) əlamətləri-
ni görürük. Bu forma  haradan gəldi (o qədim Misirdə  məşhurdur) və o nağılda 
necə mühafizə edildi, bütün bunlar tarixi tədqiqatın predmeti olmalıdır.  
Arxaik  əvəzetməni  mövhumi  əvəzetmədən  ayırmaq  həmişə  asan  olmur. 
Onların  hər  ikisi  (bəzən)  daha  qədimliyə  gedib  çıxır.  Amma  əgər  nağılın  hər 
hansı  obyekti  eyni  zamanda  həqiqi  inam  obyektidirsə,  onda  əvəzetmə  nisbətən 
yeni əvəzetmə (qulyabanı) sayıla bilər. Bütpərəstlik dini iki qol verə bilirdi: biri 
nağılda,  digəri  inam  və  ya  adətdə.  Əsrlər  boyunca  onlar  qarşılaşa  bilərdilər  və 
biri digərini sıxışdıra bilərdi. Əksinə, əgər nağılın obyekti həqiqi inamda (tərəzi) 
təsdiq  edilə  bilmirsə,  onda  əvəzetmə  daha  da  qədimlərə  gedib  çıxır  və  arxaik 
sayıla bilər.  
12.  Ədəbi əvəzetmə. Həqiqi  mövhumat kimi eyni  zəif  mənimsəmə dərə-
cəsini ədəbi  material da aşkar edir. Nağıl elə  müqavimət qabiliyyətinə  malikdir 
ki, onun haqqında başqa formalar da ortaya çıxır: onlar birləşmirlər. Əgər qarşı-
laşma yenə də baş verirsə, onda nağıl qalib gəlir. Nağıl başqa ədəbi janrlara nis-
bətən ən çox dastan  və əfsanəni  mənimsəyir. Daha az əvəzetmə romanla gedir. 
Burada yalnız rıtsar romanları bir qədər rol oynayır. Ancaq rıtsar romanının özü 
çox vaxt törəmə nağıllardır. Burada inkişaf mərhələlər üzrə gedir: nağıl > roman 
> nağıl. Buna görə də, "Eruslan Lazar" kimi əsərlər ayrı-ayrı elementlərin kitab 
xarakterinə baxmayaraq, konstruksiyalar üzrə ən təmiz nağılları təmsil edir. Əl-
bəttə,  bütün  bunlar  yalnız  sehrli  nağıla  aiddir.  Şvank,  hekayə  və  xalq  nəsrinin 
başqa növləri daha elastik və həssasdır. 
13.  Modifikasiyalar.  Öz  mənşəyinə  görə  bir  qədər  dəqiq  müəyyən  edilə 
bilməyən əvəzetmələr var. Əksər hallarda bu, kökü sadəcə söyləyicinin fantazi-
yasına gedib çıxan yaradıcı əvəzetmələrdir, həm də belə formalar etnoqrafiya və 
ya  tarix  nöqteyi-nəzərindən  spesifik  deyil.  Ancaq,  qeyd  etmək  lazımdır  ki,  bu 
əvəzetmələr sehirli nağıllara nisbətən heyvanlar haqqında və digər nağıllarda bö-
yük rol oynayır (ayının canavarla, bir quşun başqası ilə əvəz edilməsi və s.). Əl-
bəttə  onlar  sehirli  nağıllarda  da  mümkündür.  Belə  ki,  hava  daşıyıcısı  rolunda 
qartal,  şahin,  qarğalar,  qazlar  və  başqaları  da  ola  bilər.  Axtarılan  təəccüblü  şey 
kimi  qızılbuynuzlu  maral,  qızılsaçlı  at,  qızıl  lələkli  ördək,  qızıl  tüklü  donuz  və 
başqaları  bir-birini  əvəz  edə  bilərlər.  Xüsusilə  bünövrəyə  münasibətinə  görə, 
ümumiyyətlə,  ikinci  olan  formalar  tez-tez  şəklini  dəyişirlər.  Bir  sıra  formaların 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə