Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
17
növlərinə əvəzetmələr kimi, ümumiləşdirmələrə  isə reduksiyalar kimi də  baxıla 
bilər. Bu isə təkmilləşdirməyə (hava atı > at), lətifəyə çevrilmələrə və s. aiddir. 
Transformasiyaların  bu növlərinin düzgün və ardıcıl tətbiqi  nağılın öyrənilməsi 
üçün  onun  irəliləməsi  prosesində  daha  möhkəm  bünövrə  qoymağa  icazə  verə-
cəkdir. 
Nağılın  ayrı-ayrı  elementlərinə  aid  olanlar,  bütövlükdə  nağıla  da  aiddir. 
Əgər artıq element əlavə edilirsə, bizim qarşımızda amplifikasiya, əks halda re-
duksiya  və s. olacaqdır. Bu  metodların  bütöv nağıla tətbiqi  nağılın  süjetlərarası 
tədqiqi üçün əhəmiyyətlidir. 
Bizə  daha  bir  mühüm  məsələni  işıqlandırmaq  qalır.  Əgər  bir  elementin 
bütün hallarını (və ya lap çox hallarını) yazsaq, onda bir elementin bütün forma-
ları təxminən bir əsasla qurula bilmir. Fərz edək ki, biz küpəgirən qarını hədiyyə 
verənin əsas forması kimi qəbul edirik. Cadugər, künc-bucaqda qalmış nənə, dul 
qadın, qarı, qoca, çoban, qulyabanı, mələk, şeytan, üç qız, çar qızı və s. kimi for-
malar Küpəgirən qarının əvəz edilməsi  və digər transformasiyaları kimi kifayət 
dərəcədə izah edilmiş ola bilərlər. Amma budur, biz qulac saqqallı, dırnaqlı kişi 
də  müşahidə  edirik.  Hədiyyə  verənin  belə  forması  Küpəgirən  qarıdan  gəlmir. 
Əgər  belə  forma  dinlərdə  də  rast  gəlinirsə,  onda qarşımızda  Küpəgirən  qarı  ilə 
əlaqələndirilmiş forma var, əgər yoxdursa, onda bu qarşımızdakı naməlum mən-
şəyin əvəzlənməsidir. Hər elementin bir neçə əsas forması ola bilər, hərçənd ki, 
belə paralel, əlaqələndirilmiş formaların miqdarı adətən cüzidir. 
 

Əgər biz təxminən daha əyani materialda bir sıra çevrilmələri, müşahidə-
lərimizin  tətbiqi  nümunəsini  göstərməsəydik,  bizim  xülasəmiz  natamam  olardı. 
Aşağıdakı formaları götürək:  
ilan çarın qızını oğurlayır, 
ilan çarın qızına əzab verir,  
ilan çarın qızını tələb edir. 
Nağılın  morfologiyası  nöqteyi-nəzərindən  biz  burada  ilkin  ziyankarlıq 
müşahidə  edirik.  Belə  ziyankarlıq  adətən  başlanğıcdır.  Yuxarıda  izah  edilmiş 
prinsiplərə əsasən biz yalnız oğruluqla oğruluğu və s. deyil, nağılın tərkib hissə-
lərindən biri kimi ilkin ziyankarlığın müxtəlif növlərini müqayisə etməliyik. 
Ehtiyatlılıq tələb edir ki, hər üç forma bir-biri ilə əlaqələndirilmiş şəkildə 
gözdən  keçirilsin.  Amma  təxmin  etmək  olar  ki,  birinci  yenə  də  əsas  formadır. 
Misirdə ruhun ilanlar tərəfindən oğurlanması kimi ölümlər haqqında təsəvvürlər 
məlumdur. Ancaq xəstəliyin iblisin bədəndə yaşaması kimi başa düşülməsindən 
sonra  bu  təsəvvürlər  unudulmuşdur.  Nəhayət,  ilan  tərəfindən  şahzadənin  xərac 
kimi tələb olunması  arxaik  məişət çaları daşıyır. O, qoşunun  meydana çıxması, 
şəhərə vergi qoyulması və müharibə təhlükəsi ilə müşayiət olunur. Ancaq bunun 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
18
müsbət olduğunu  iddia etmək olmaz. Hər halda, hər üç  forma çox qədimdir  və 
hər biri bir sıra transformasiyalara imkan verir.  
Birinci formanı götürək:  
ilan çarın qızını oğurlayır. 
İlan  şərin  təcəssümü  kimi  sınaqdan  keçirilir.  Dini  təsir  ilandan  şeytan 
yaradır: 
şeytanlar çarın qızını oğurlayırlar. 
Bu fəaliyyət oğurluğun obyektini dəyişdirir: 
şeytan keşişin qızını oğurlayır. 
İlan fiquru artıq kəndə yaddır. O fantastik atributlar vasitəsilə (modifyka-
siya) daha da məşhur və təhlükəli heyvanlarla (məişət əvəzetməsi) əvəz olunur: 
ayı — dəmir tük çarın uşaqlarını götürüb aparır. 
Ziyankar  Küpəgirən  qarıyla  yaxınlaşır.  Nağılın  bir  hissəsi  digərinə  təsir 
edir (nağıldaxili əvəzetmə). Küpəgirən qarı qadın cinsinə mənsub varlıqdır, buna 
müvafiq olaraq oğurlanmışa kişi cinsi (müraciət) mənsub edilir:  
cadugər qocaların oğlunu oğurlayır. 
Nağılın ağırlaşdırılmasının daimi formalarından biri qənimətin qardaşlar 
tərəfindən yenidən oğurlanmasıdır. Burada ziyankarlıq qəhrəmanın qohumlarına 
aid edilmişdir. Bu hərəkətin çətinləşdirilməsinin qanuna uyğun formasıdır: 
qardaşlar İvanın adaxlısını oğurlayırlar. 
Qəddar  qardaşlar  nağıl  personajları  (nağıldaxili  əvəzetmə)  ehtiyatında 
olan başqa qəddar qohumlarla əvəz olunurlar: 
çar (qayınata) İvanın arvadını oğurlayır. 
Həmin bu yeri şahzadə özü tutur, nağıl daha da məzəli formalar alır. Bu 
halda ziyankar fiquru zəifləmişdir: 
şahzadə ərindən qaçır.  
Bütün bu hallarda  insanlar oğurlanırdılar, amma, məsələn, gün işığı (ar-
xaik əvəzetmə?) da oğurlana bilər: 
ilan çarlıqdan işıq oğurlayır.  
İlan başqa nəhəng heyvanla (modifikasiya) əvəz olunur, oğurluq obyekti 
xəyali çar məişətiylə yaxınlaşır: 
su samuru çarın heyvanxanasından heyvanları oğurlayır.  
Talismanlar nağılda böyük rol oynayır. Onlar çox vaxt İvanın öz məqsə-
dinə çatmasında tək vasitədir. Buradan  məlumdur ki, onlar dəfələrlə oğurluğun 
obyekti  olurlar.  Nağıl  ortasında  əhvalatın  mürəkkəbləşdiyi  vaxt,  belə  oğurluq 
hətta nağıl qanunu nöqteyi-nəzərindən mütləqdir. Nağılın bu orta anı onun baş-
lanğıcına keçir (nağıldaxili əvəzetmə). Talisman oğrusu çox vaxt fırıldaqçı, ağa 
və başqalarıdır (məişət əvəzetməsi): 
yekəpər kişi İvanın talismanını oğurlayır,  
ağa kişinin talismanını oğurlayır.  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
19
Oğurlanmış  qızıl  almaların  talisman  olmadığı  Simurq  quşu  haqqındakı 
nağıl başqa formalara keçid pilləsini verir (bax. cavanlaşdırıcı almalar). 
Burada əlavə etmək lazımdır ki, talismanın oğurluğu məhz yalnız nağılın 
tərkibinin mürəkkəbləşməsi kimi artıq talisman tapıldığı vaxt, mümkündür. Na-
ğılın başlanğıcında talismanın oğurluğu yalnız, əgər onlar tərəfindən sahiblənmə 
qısaca, bir təhər əsaslanırsa onda mümkündür. Buradan aydın olur ki, nəyə görə 
nağılın  başlanğıcında  oğurlanmış  predmetlər  əsasən  talisman  olmurlar.  Simurq 
quşu nağılın ortasından başlanğıca keçir. Quş otuzuncu çarlıqda İvanın əsas xə-
bərçi formalarından biridir. Qızıl lələk və s. nağıl heyvanlarının adi atributudur: 
Simurq quşu çarın almalarını oğurlayır.  
Bütün hallarda oğurluq mühafizə edilmişdir. Gəlinin, qızın, arvadın və s.  
itməsi  mifoloji  varlığa  aid  edilmişdir.  Onun  mifikliyi,  hər  halda,  müasir  kəndli 
həyatına  yaddır. Gətirilmiş  yad  mifologiya cadugərliklə əvəz olunur. Yox olma 
qəddar cadugərlərin sehrli hərəkətləri ilə izah edilirdi. Ziyançılığın xarakteri də-
yişir, amma onun nəticəsi – axtarışlara (mövhumi əvəzetmə) səbəb olan yox ol-
ma dəyişmir:  
cadugər çarın qızını oğurlayır,  
dayə ovsunlayaraq, İvanın adaxlısını qaçmağa məcbur edir.  
Sonra yenə fəaliyyətin qəddar qohumlara keçirilməsini müşahidə edirik: 
bacılar qızın adaxlısını qaçmağa məcbur edirlər. 
İkinci bünövrəmizin, yəni formamızın transformasiyasına keçirik:  
ilan çarın qızına əzab verir.  
Transformasiyalar həmin yolla gedir:  
şeytan çarın qızına əzab verir və s.  
Burada  əzab  vermək  tamamilə  etnoqrafik  şəkildə  izah  edilən  vampirlik 
xarakteri əldə etmək kimi başa düşülür. İlanın və şeytanın yerinə yenə də nağılın 
başqa qəddar varlığını görürük:  
Küpəgirən qarı pəhləvanların sahibəsinə əzab verir.  
Bünövrənin üçüncü forması zorakı evliliyin təhdidlərini verir: 
ilan çarın qızını tələb edir.  
Bununla bir sıra transformasiyalar açılır:  
suadamı çarın oğulunu tələb edir və s.  
Bu formadan artıq morfoloji şəkildə, çar uşaqlarını tələb etmədən müha-
ribə  elanı  gedir  (reduksiya).  Belə  formanın  qohumlara  keçirilməsi  aşağıdakını 
verir:  
cadugər-bacı çarın oğlunu (və ya qardaşını) yeməyə çalışır.  
Sonuncu hal (Af. 93) xüsusilə maraqlıdır. Burada şahzadənin bacısı ilan 
kimi  göstərilir.  Beləliklə,  bu  hadisə  nağıldaxili  assimilyasiyanın  klassik  nümu-
nəsini verir. O göstərir ki, nağılda ailə münasibətlərinin öyrənilməsinə çox ehti-
yatlı yanaşmaq lazımdır. Qardaşın bacı ilə nikahı və başqa formalar adət-ənənə-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə