Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə7/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   10   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
15
tutuşdurulmasıyla göstərmək olar ki, tələb olunan təəccüblü şey,  istənilən qızılı 
qıvrım  saçlı  şahzadənin  dəyişdirilməsindən  başqa  bir  şey  deyildir.  Əgər  törə-
məylə əsas formanın müqayisəsi müəyyən azalan xətti göstərirsə, onda iki törə-
mə  formanın  müqayisəsi  müəyyən  parallelizmi  göstərir.  Nağılda  xüsusi  forma 
müxtəlifliyinə malik olan elementlər var. Bura, məsələn, çətin tapşırıqlar aiddir. 
Madam  ki,  əsas  növün  tapşırığı  verilmir, onda  nağıl  və  onun  konstruksiyasının 
bütövlüyü üçün bu məsələlərin necə olacağının bir o qədər fərqi yoxdur. 
Bu hadisə daha kəskin şəkildə, bütovlükdə heç vaxt nağılın əsas növünə 
aid olmayan, onun tərkibinə daxil olmayan hissələrin tutuşdurulması vaxtı orta-
ya  çıxır.  Belə  elementlərə  əsaslandırmalar  aiddir.  Amma  transformasiyalar  bə-
zən bu və ya digər hərəkəti əsaslandırmaq ehtiyacını yaradır. Buradan tamamilə 
eyni  hərəkətlərin  ən  müxtəlif  əsaslandırmaları  yaranır.  Məsələn,  qəhrəmanın 
sürgünü (sürgün — ikinci törəmədir) çox müxtəlif üsullarla əsasladırılır. Əksinə, 
qızın (ilkin xarakterli forma) ilan tərəfindən oğurlanması zahirən demək olar ki, 
heç vaxt əsaslanmır: o daxilən əsaslandırılmışdır. 
Komanın bəzi əlamətləri modifikasiyalara da meyillidir: toyuq ayaqların-
da komanın  yerinə "keçi  buynuzlarında, qoyun ayaqlarında" koma  ilə qarşılaşı-
rıq.  
14. Naməlum mənşəyin əvəzedilməsi. Belə ki, əvəzetmələr burada onla-
rın  mənşəyinin  əlamətinə  görə  yerləşdirilmişdir,  bu  və  ya  digər  elementlərin 
mənşəyi  isə  həmişə  sadə  modifikasiya  deyil,  onda  hələlik  mənşəyin  naməlum 
əvəzlənməsi kateqoriyasını yaratmaq lazımdır. Belə formalara, məsələn, Af. 93. 
nağılından  günəşin  bacınsını  aid  etmək  olar.  “Bacı”  bağışlayan  rolunu  oynayır 
və  həmçinin  ona  şahzadənin  inkişaf  etməmiş  forması  kimi  də  baxıla  bilər.  O 
"günəş  köşklərində"  yaşayır.  Məlum  deyil  ki,  burada  hər  hansı  bir  günəş  kultu 
əks edilib, söyləyicinin yaradıcılıq təxəyyülü rol oynayıb, yoxsa bu forma söylə-
yiciyə  toplayıcı  tərəfindən  təlqin  edilmişdir  (bu  söyləyicini  sorğu-sual  edərkən 
olur, belə ki, o bu və ya digər nağılları bildiyinə görə bəzən toplayıcını razı sal-
maq üçün hansısa uydurmalar edə bilər). 
Bununla  da  əvəzetmələr  məhdudlaşdırılır.  Əlbəttə  ki,  onların  bu  və  ya 
başqa  fərdi  hallara  uyğunlaşmasının  daha  bir  neçə  növlərini  də  yaratmaq  olar, 
ancaq indi buna ehtiyac yoxdur. Göstərilən əvəzetmələr nağıl materialının bütün 
mətnində məna kəsb edir, fərdi hallara uyğunlaşma isə asanlıqla göstərilən halla-
rın köməyi ilə tamamlana və nəticə çıxarıla bilər. 
Biz dəyişikliklərin başqa bir sinifinə, məhz assimilyasiyalara yönəlirik. 
Assimilyasiyalarla  bir  formanın  başqası  tərəfindən  natamam  şəkildə  sı-
xışdırılıb çıxarılması nəzərdə tutulur, həm də bu zaman iki formanın bir formada 
birləşməsi baş verir. 
Zira assimilyasiyalar əvəzetmələr kimi eyni sıra üzrə yerləşərlərsə, onda 
onlar çox qısa şəkildə sadalana bilərlər. 
15. Nağıldaxili assimilyasiya. Bu hadisə aşağıdakı formalarda olur: 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
16
1) qızıl damlı koma; 
2) alovlu çayda koma.  
Nağılda qızıl damlı saraya tez-tez rast gəlinir. Koma + qızıl damlı saray 
qızıl damlı komanı verir. Bu həmçinin alovlu çayda komaya da aiddir. 
Daha maraqlı bir hadisəni "Fyodor Vodoviç və İvan Vodoviç" nağılında 
müşahidə edirik (Onç. 4). Burada, qəhrəmanın  möcüzəli doğuluşu  və onun  ila-
nın arvadları (bacıları) tərəfindən təqibi kimi, iki müxtəlif cinsli elementlər assi-
milyasiya olunmuşdur. İlanların arvadları, qəhrəmanı təqib edərək, adətən quyu-
da, buludda, çarpayıda dövr edirlər və İvanın yolunda dayanırlar. Əgər o meyvə-
lərin dadına baxsa, sudan içsə və s. onda onu hissələrə parçalayacaqlar. Möcüzə-
li doğuluş üçün bu motiv aşağıdakı qaydada istifadə edilmişdir: şahzadə atasının 
sarayında gəzir, piyaləsi olan quyu və çarpayı görür (unudulmuş alma ağacı). O 
suyu içir, istirahət etmək üçün çarpayıya uzanır. Bundan o hamilə olur və iki oğ-
lan doğur. 
16. Məişət assimilyasiyasının aşağıdakı formaları var: 
1) kəndin kənarında koma; 
2) meşədə mağara.  
Burada  fantastik  koma  real  komaya  və  real  mağaraya  çevrilmiş,  amma 
evin kimsəsiz (bir halda isə meşə) vəziyyəti saxlanmışdır. Beləliklə, nağıl + ger-
çəklik məişət assimilyasiyasını verir.  
17. Dini assimilyasiyaya ilanın şeytanla, həm də ilan kimi göldə yaşayan 
şeytanla əvəzlənməsi nümunə ola bilər. Suda yaşayan qəddar varlıqlar haqqında 
belə təsəvvür kəndlilərin ibtidai mifologiyası ilə ümumi olan heç nəyə malik ol-
maya  bilər,  amma  tez-tez  yalnız  transformasiyanın  növlərindən  biri  kimi  izah 
olunur. 
18. Mövhumat assimilyasiyasına nadir hallarda rast gəlinir. Buna toyuq 
ayaqlarındakı komada yaşayan qulyabanı nümunə ola bilər. 
19  —  20.  Ədəbi  və  arxaik  assimilyasiyalar  daha  nadir  rast  gəlinirlər. 
Rus nağılı üçün dastanla və əfsanə ilə assimilyasiyalar müəyyən məna kəsb edir, 
amma burada daha çox assimilyasiya deyil, belələrinin nağılvari tərkib hissələri-
nin  saxlanılması  vaxtı  bir  formanın  digəri  tərəfindən  sıxışdırılıb  çıxardılması 
özünü göstərir. Arxaik assimilyasiyalara gəlincə isə, onlar hər dəfə xüsusi müza-
kirə  tələb  edirlər.  Onlar  mümkündür,  amma  onları  yalnız  xüsusi  tədqiqatların 
köməyi ilə göstərmək mümkün olar.   
Bununla da transformasiyaların növlərinin icmalı başa çatdırılmış ola bi-
lər.  Tamamilə  bütün  nağıl  formalarının  bir  şkalada  yığılmasını  iddia  etmək  ol-
maz, amma, hər halda, onların kifayət qədər xeyli miqdarını  belə  yerləşdirirlər. 
Transformasiyaların  spesifikasiya    ümumiləşdirmə  kimi  növlərini  də  tətbiq 
etmək mümkün idi. Birinci halda ümumi təsir xüsusiyə çevrilir (otuzuncu çarlı-
ğın yerinə — Xvalınsk şəhəri), ikincidə isə əksinə (otuzuncu çarlığın “başqa, di-
gər”  çarlığa  çevrilməsi  və  b.).  Amma  spesifikasiyaların  demək  olar  ki,  bütün 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə