Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
23
vələr nağılın baş qəhrəmanını məhv etmək istəsələr də, bunu bacarmırlar, çünki 
xeyirxah  sehrli  qüvvələr  baş  qəhrəmana  yardımçı  olub,  onu  döyüşlərdən  qalib 
çıxarırlar.  Nağıllarda  tülkü,  canavar,  ayı,  aslan,  çaqqal,  dovşan  və  s.  kimi  hey-
vanların; sərçə, qarğa, göyərçin və s. kimi quşların dil açıb danışması, insan ki-
mi  davranması  da  uşaqları  təəccübləndirmir.  Uşaqlara  elə  gəlir  ki,  heyvanlar, 
quşlar, eləcə də güllər, çiçəklər, ağaclar… nə vaxtsa dil açıb danışa, insan kimi 
davrana biliblər.  
Sehrli varlıqların qüdrətinə inam bir çox nağıllarda insanın qeyri-adi əla-
mətlərlə təqdim edilməsində də özünü göstərir. Qeyri-adi əlamətlər qəhrəmanın 
doğuluşundan, onun uşaqlıq çağlarından diqqəti cəlb etməyə başlayır. Zahiri gö-
zəlliyi,  fiziki  gücü  və  ağıl-zəkası  ilə  başqalarından  fərqlənən  qəhrəmanların  bir 
çoxu dərvişin  verdiyi  sehrli almadan,  yaxud sehrli quşun  yumurtasından, dərya 
atının içdiyi sudan və s. törəyən qəhrəmanlardır. Adi bir insan kimi doğulan na-
ğıl qəhrəmanı isə qeyri-adi varlıqların, tutalım, hansısa aslanın himayəsi altında 
böyüyürsə,  dönüb  əsl  bahadır  ola  bilir.  Bu  kimi  misallarda  himayəçi  tərəf  adi 
qüvvə olmaqdan çıxıb sakral mahiyyətli qüvvəyə çevrilir və nağıl qəhrəmanının 
yenilməz bahadır kimi yetişməsi həmin sakral qüvvənin hesabına mümkün olur. 
Beləliklə, aydın olur ki, uşaqlar üçün son dərəcə maraqlı olan qılınc qəhrəmanla-
rının nağıllarda müxtəlif tipləri vardır. Onlardan bəziləri möcüzəli şəkildə doğu-
lurlar;  bəziləri  sehrli  qüvvələrin  himayəsi  altında  böyüyürlər;  bəziləri  isə  sıravi 
insan kimi böyüsələr də, sehrli qüvvələrin köməyi ilə öz şücaətlərini birə-beş ar-
tıra bilirlər. 
Qılınc qəhrəmanları ilə bağlı sehrli aləm uşaqlar üçün nə qədər maraqlı-
dırsa, heyvanların baş qəhrəman kimi təqdim olunması da uşaqlar üçün bir o qə-
dər maraqlıdır. Uşaqlar öz xəyali dünyaları  və Məlikməmmədin düşdüyü sehrli 
dünya arasında bir oxşarlıq tapdıqları kimi, Şəngülüm, Şüngülüm  və Məngülü-
mün öz anası  ilə şirin-şirin danışması  və  Keçinin  Qurdla davasında da bir doğ-
malıq görürlər.  
İstər insanların, istərsə də heyvanların baş qəhrəman kimi təqdim edildi-
yi bir çox nağıllarda uşaqları cəlb edən başqa bir möcüzə də vardır – ağılın mö-
cüzəsi. Bəli, bir çox nağıllarda baş qəhrəman, özündən qat-qat güclü olan rəqibi-
nə iti ağıl və dərrakə hesabına qalib gəlir. Balaca Cırtdan «xəlbirlə çaydan su gə-
tir», «dəyirman daşını boynuna keçirib çayı adla» kimi «məsləhətlər» verməklə 
axmaq  divdən  özünün  və  başqa  uşaqların  canını  qurtara  bilir.  Tamah  ucundan 
ayı, çaqqal, qurd, donuz, ilan, tısbağa kimi heyvanlarla birlikdə quyunun dibinə 
düşən tülkünü aclıq və ölümdən xilas edən də məhz ağıl  işlətmək, kələyə əl at-
maq olur. Kələkbazlıqla müşayiət olunan əhvalatlar gözlənilməzliyi ilə uşaqlar-
da nə qədər maraq doğurursa, gülməli  məzmun daşıması  ilə də bir o qədər ma-
raq  doğurur.  Divin  əlindən  qurtaran  Cırtdanın,  quyu  dibində  aclıq  və  ölümdən 
xilas olan tülkünün atdığı addımlar məhz gözlənilməz və gülməli addımlar kimi 
nağıl mətnlərinin oxunaqlığını artırır.  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
24
Nağıl  mətnlərinin  oxunaqlığını  təmin  edən  məzmun  xüsusiyyətləri  ilə 
yanaşı, bir sıra forma xüsusiyyətlərini də qeyd etmək lazımdır. Belə forma xüsu-
siyyətlərindən biri ritmiklik, ahəngdarlıqdır. Ritmikliyə, ahəngdarlığa nail olmaq 
üçün nağılçı sözlərin bilərəkdən təkrarına xüsusi yer verir. Bu cür söz təkrarı na-
ğılın  lap  əvvəlindən  –  məşhur  başlanğıc  formulundan  özünü  göstərməyə  başla-
yır: «Biri  varmış,  biri  yoxmuş,  bir padşah  varmış». Bu  başlanğıc  formulundakı 
«biri»  sözünün  təkrar  edilməsinin  təsadüfi  hal  olmadığını  nağıllardakı  ənənəvi 
sonluq  formulundan da görmək olar: «Göydən üç alma düşdü. Biri  mənim, biri 
sənin,  biri də gendə durub  «istəmirəm» deyənin». Həm  başlanğıc,  həm də  son-
luq  formulunda gördüyümüz söz təkrarı bu  məsələyə diqqət  yetirməyi, təkrarın 
başqa  hansı  formalarda  təzahür  etdiyini  araşdırmağı  zərurətə  çevirir.  Nağılları 
təkrarlar baxımından gözdən keçirdikdə aydın olur ki, şifahi ədəbiyyatın bu po-
pulyar janrında təkrarlar sadədən mürəkkəbə doğru müxtəlif səviyyə və miqyas-
da özünü göstərir. Yəni nağıllarda təkrar anlayışı söz, söz birləşməsi, cümlə, ab-
zas,  detal,  epizod,  əhvalat  və  s.  kimi  mətn  vahidlərini  əhatə  edir.  Oxşar,  yaxud 
eyni  epizodların təkrar olunub paralellik  yaratması  nağıllarda tez-tez rast gəldi-
yimiz cəhətlərdəndir. Bu cəhət bir çox başqa nağıllar kimi «Məlikməmməd» na-
ğılında  da  özünü  qabarıq  şəkildə  göstərir.  Məlikməmməd  Yeraltı  dünyada  üç 
divlə  qarşılaşıb  vuruşmalı  olur.  Həmin  qarşılaşma  və  vuruşma  epizodları  məz-
munca,  demək  olar  ki,  bir-birinin  təkrarıdır.  Epizodlardan  birini  xatırlatmaqla 
qalan iki epizod barədə də təsəvvür əldə etmək mümkündür: «Qızın dizi üstə bir 
div başını qoyub yatmışdı. Qız Məlikməmmədi görcək dedi: 
– Ey cavan, kimsən, nəkarəsən? Heyifsən, qaç gizlən. Div yaralanıb, acı-
ğı tutub. Ayılıb səni bir dəqiqə də sağ qoymayıb yeyəcək. 
Məlikməmməd dedi: 
– Mən elə bu divi öldürməkdən ötrü bura gəlmişəm. 
Məlikməmməd xəncərini çıxarıb divin ayağını dəlməyə başladı. 
Div gözlərini açıb qıza dedi: 
– Qoyma, ayağımı milçək yedi. 
Məlikməmməd bir az sakit olub yenə başladı divin ayağını dəlməyə. Div 
gözlərini açıb çığırdı: 
– Qoyma, ayağımı milçək yedi. 
Üçüncü  dəfə  Məlikməmməd  divin  ayağını  dələndə  div  yerindən  qalxıb 
qıza bir şapalaq vurdu, dedi: 
– Sənə demirəm ayağımı milçək yedi?! 
Bu  vaxt  Məlikməmməd  yerindən  şir  kimi  sıçrayıb  divnən  güləşməyə 
başladı». Bu epizoddan sonra nağılda divin yorulub yatmasından, nazənin qızın 
məsləhəti  ilə Məlikməmmədin taxçadakı  şüşəni  yerə vurub  sındırmasından, şü-
şədən  çıxan  quşu  öldürməsindən  və  bununla  da  divin  canını  almasından  bəhs 
olunur. Məlikməmmədin  birinci divlə qarşılaşıb  vuruşması  səhnəsində tanış ol-
duğumuz  bir  çox  epizodlar  (divin  gözəl  bir  qızın  dizi  üstə  baş  qoyub  yatması; 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə