Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
34
ləridir.  Bu,  susuzluqdan  əziyyət  çəkən  imamın,  övladlarının  və  tərəfdarlarının 
acılarına  şərik  olmaq  məqsədi  daşıyan  ritual  elementdir.  Bir  ritual  element  də 
Qətl sınan günü gün boyu, gecəyə qədər yatmamaqdır. Söylənənlərə görə həmin 
gün Yezid (Şümür də nəzərdə tutulur) imamlarımızı qətlə yetirdiyi üçün rahatla-
yıb yatmışdır. Yatmaq Yezidlə həmfikir olmaq, müsibətə laqeyd qalmaq məna-
sına gəldiyindən qadağan edilmişdir.       
Şəbihdən  öncəki  ritual  elementlər  Azərbaycanda,  İranda,  İndoneziyada, 
Suriyada, Ürdündə və hətta son 60-70 ilə qədər İstanbulda, hazırda isə Türkiyə-
də şiələr və marjinal adlandırılan İslami qruplar –  ələvilər, bəktaşilər, taxtaçılar, 
çepnilər  və b. arasında keçirilir. Ancaq Şəbih öncəsi rituallar ələvi-bəktaşilərdə 
bir  az  dəyişik  formada  keçirilir  ki,  bunlardan  biri  Məhərrəm  orucu,  digəri  də 
aşura adlanan şirniyyat növünün bişirilməsidir. Masallı bölgəsində folklor topla-
ması zamanı söyləyici Məhərrəm orucu tutmağın günah olduğunu bidirdi: “Mə-
hərrəmlikdə günahdı oruc tutmaq. Aşura səhəri xörəy bişirərdilər. İmamın üçün 
verərdilər, yeddisin verərdilər. İmamın yeddisi ehsan verərdilər. Teşt qoyurduğ, 
içinə  su  qoyurduğ.    Bir  dənə  qab  qoyurduğ  yanına,  üstünü  qaraynan  örtürdük. 
Qırxınacan o teşt qalardı. O suyu içirdilər, deyirdilər kimyədi. Teşdin suyu qalır-
dı.  Məsələn,  bu  gün  anan  xəstə  oldu,  gətir  ver  içsin.  Uşağın  xəstə  oldu,  teşdin 
suyun  ver  içsin,  şəfa  tapsın.  Adi  sudan  olurdu.  Yığılan  pulu  verirdik  imamın 
yeddisində imam ehsanı.”
7
  
Məhərrəm orucu tutmaq sünnilər arasında da var. Azərbaycanın bəzi böl-
gələrində,  məsələn,  Oğuz  rayonunda  Məhərrəm  ayında  oruc  tutulur.  Şiə  olan 
Naxçıvanın Şərur bölgəsində də Aşura günü orucu var ki, bu da Aşura günü sə-
hər tezdən yemək yeməyib, su içməmək mənasındadır ki, Azərbaycanın hər ye-
rində əməl edilir. Bu oruc Qətl sınana qədər davam edir. Ancaq Oğuz rayonunda 
Məhərrəmdə orucla bərabər toy da edilir ki, bu da nə Məhərrəmin, nə orucun, nə 
də  Aşuranın,  nə  də  müsəlmanlığın  anlamına  uyğun  gəlir.  Azərbaycanda  aşura 
adlı  şirniyyat  bişirmək  adəti  olmasa  da  Qətl  sınan  günü  şərbət  dağıtmaq  kimi 
adət  vardır.  Bu  da  şirin  olan  şərbəti  içən  adamların  susuzluqdan  yanmalarını 
saxlamaq məqsədi daşıyır.  
Qətl sınan axşamı  Azərbaycanda Şəmi-qəriban gecəsi adlanır ki, burada 
ən önəmli ritual elementlərdən təkyələrdə qurulan teştin üstündəki şamın söndü-
rülməsi, evdə sabaha qədər işığın yandırılmamasıdır. Bunun anlamı sabahkı dö-
yüşdə əsl imam aşiqləri ilə mənfəətpərəstləri ayırmaqdır. Hz.Hüseyn tərəfdarları 
üzərindən biəti qaldırmaqla istəyənin gecənin qaranlığından istifadə edərək gedə 
biləcəklərini söyləyir və gedənlərin utanmaması üçün şamları söndürür. Beləlik-
lə,  səhər  açıldıqda  72  adamın  qaldığı  məlum  olur.  Xalq  arasında  şəmi-qəriban 
gecəsi işıq yandırmaq günah sayılır. 
                                         
7
 Masallı folklor örnəkləri, 1-ci kitab, B., 2013, s.24 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
35
Məhərrəmlik ritualının tərkib  hissəsi rəng simvoludur. Burada ağ, yaşıl, 
qara,  qırmızı  rənglər  əsas  yer tutur.  Məsələn,  yezidilərin  geyimi  qırmızı,  imam 
tərəfdarlarını geyimi qara rəngdir. Eyni zamanda rəngin dəyişdirilməsi də müəy-
yən mənaya bağlanır. Qətl sınan kimi teştin üstündəki örtülər qara rəngli parça-
larla  əvəz  olunur.  Aşuranın  doqquzuncu  gecəsi  Vaveyla  axşamı  adlanır.  Bu, 
Kərbəlanın ilk şəhidi Əli Əkbərin yası üçündür. Anası Leylanı çağırmaq anlamı-
na gələn Vah Leyla sözünün qısaltması olan Vaveyla ən acılı yas mərasimidir. 
Kərbəla  hadisəsindən  sonrakı  Aşura  rituallarından  biri  də  İmam  Hüsey-
nin qəbri üstündə saç  yolmaq, üz yırtmaq, oxşamalar (ağı) söyləmək olmuşdur. 
Yavaş-yavaş  bu  oxşamalar  müsəlman  dünyasında  geniş  yayılmağa  başladı  və 
Əhli-beytə düşmənçilik mövqeyində olan Abbasi xəlifələrindən Mütəvəkil (801-
847)  həm  imamın  məzarı  üstündə  gerçəkləşən  ritualları,  həm  də  dəyişik  məz-
munlu tamaşaları qadağan etdi.
8
 Buna baxmayaraq ritual elementlərindən mütə-
şəkkil  tamaşalar  və  Şəbih  Azərbaycana,  İrana,  Orta  Asiyaya  keçməyə  başladı. 
Rituallarla  zəngin  Kərbəla  hadisələrindən  bəhs  edən  sözlü  ədəbiyyat,  Şəbih 
meydan tamaşaları XV-XVI  yüzillərdə  müsəlman dünyasının çox  yerində zirvə 
nöqtəsinə çatdı.  
Təbii  ki,  Kərbəla  müsibətindən  bugünə  qədər  gələn  dini-mistik  mahiy-
yətli rituallar  həm  Aşuradan öncə, həm də sonra  keçirilməklə  mahiyət və  məz-
munca çoxyönlü olmuşdur. Bu rituallar vasitəsi ilə Aşura hər il canlı tutulmaqla, 
Allah eşqini, din sevgisini, şəhid ucalığını yaşatmışdır. 
 
3. Şəbih Elementləri 
3.1. Təkyə qurmaq 
Azərbaycanda ən geniş  yayılan Məhərrəmlik adətlərindən və elementlə-
rindən biri də təkyə qurmaqdır. Təkyə sözü ərəbcə olub “söykənmə”, “istinad et-
mə” mənalarını gəlir. Şəbih tamaşalarını keçirənlərin bir yerə toplanıb söhbət et-
dikləri, mərsiyə söylədikləri bu məqsədlə müvəqqəti olaraq qurulan otağa təkyə 
deyilir. Hətta çadırdan çox böyük təkyələr də qururdular ki, onları bir qayda ola-
raq xüsusi zövqlə – bahalı xalçalarla, Kəşmir şalları ilə, zərif çini və qızıl qablar-
la  –    bəzəyirdilər.  Bəzən  bu  təkyələr  4-5  min  adam  tuturdu  və  Şəbih  də  onun 
içində oynanırdı. Təbii ki, təkyə anlam etibarı ilə yas, hüzr, taziyə yeri kimi Mə-
hərrəmlikdə  də  dini  ritualların  icra  edildiyi  yerdir.  Ona  görə  də  təkyə  qonulan 
yer,  sükun  edilən  məqam  mənasında  Məhərrəmlikdə  oturulan  yer  deməkdir. 
Onun içini müxtəlif əşyalarla, məsələn imamlarla və Kərbəla şəhidlərinin şəkil-
ləri, müxtəlif yaylıqlarla, ələmlə və s. ilə bəzəyirlər. Təkyədə qurulan teştin üs-
tünü Aşura gününə qədər qırmızı rəngli yaylıqla, Qətl sındıqdan sonra qara par-
                                         
8
 “Kerbelâ”, İslâm Ansiklopedisi , MEB, Anadolu Üniversitesi, Güzel Sanatlar Fakültesi, Cilt 6, 
Ankara, 1997, s.580-582 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə