Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
38
məkdir. “Və o 1500 nəfər ki, gəlmişdi, o biyətini götürdü oların üzərindən. De-
yir,  bizim  getdiyimiz  şəhadət  yoludu,  biz  şəhid  olaciyıx.  Biətimi  götürdüm, 
azadsınız. Hər kim istəsə, gedə bilər, ailəsinə qovuşa bilər, qayıda bilər. Kimi bu 
yolu istəyirsə, qala bilər. O kəslər ki, əvvəlcədən elə fikirləşirdilər ki, imam ge-
dir Kufəyə bunu orda xəlifə seçəllər, bizə bir vəzifə, məqam veriləcək və biz qə-
nimət topluyacayığ, o şəxslər ayrıldılar, təbii. İmam özü biəti götürdü. Ama so-
radan  biz  yol  boyun  ona  rastlaşan  insanlara  İmamın  müraciət  edib  bizə  kömək 
eliyin dediyini gördük. Bu o demək deyil ki, İmam Hüseyn Əlehissəlamın  o kö-
məyə  ehtiyacı  vardı,  yox,  məsələ  onda  deyil.  Əgər  köməyə  ehtiyacı  olsaydı,  o 
əvvəlki gedənlərin üzərinnən o biyəti götürməzdi. Hətta İmam Hüseyn  Əlehsə-
lam Allah yolunda ölmək üçün, o məqama çatmaq üçün, o insanları da saf-çürük 
elədi. Həqiqi Allah sevgisi qəlbində olanlar bu məqama layiqdi.”
14
    
Tasua Məhərrəmin 9-cu günüdür ki, bəzi yerlərdə Tasua axşamı Kərbəla 
şəhidlərinin  ən  çox  sevilənlərindən  biri  olan  Hz.Əbül  Fəzl  Abbasın  (Əbəlfəz) 
matəminə  tutulan  yasla  xarakterizə  edilir.  Ancaq  xalqın  Əbəlfəzl  adlandırdığı, 
Hz.Hüseynin  qardaşı  və  ələmdarı  Hz.Abbas  Məhərrəmin  7-dən  su  yollarının 
bağlanması  nəticəsində  susuz qalanlara  su gətirmək üçün  Məhərrəm ayının 10-
cu günü, Qətl sınmadan az öncə tək başına düsmən ordusuna hücum edib müha-
sirəni yarmış, Fərat çayına çataraq su gətirməyə çalışmışdır. Tuluqları Fərat ça-
yından  doldurub  gətirərkən  Yezidin  adamları  tərəfindən  qolları  kəsilmiş,  buna 
baxmayaraq su tuluqlarını dişləri  ilə daşımağa çalışmış, tuluqlar zəhərli oxlarla 
oxlandığında, su axıb yerə tökülmüş, ruhdan düşdüyündən və kürəyindən aldığı 
ölümcül zərbədən  halsızlaşmış, başı kəsilərək şəhid edilmişdir. Masallı rayonu-
nun  bəzi  kəndlərində,  məsələn,  Xırmandalıda  Tasuaya  Tasuğa  deyilir,  bəzi 
kəndlərdə isə buna Tasüə/Təsüə, Lənkəranda el arasında taşura deyilir.  
 Şəhid  olanda  Hz.Abbasın  35  yaşı  vardı.  Kərbəla  dastanına  görə  susuz-
luqdan yanan Hz.Abbas Fəratın suyunu ovcuna alıb içmək istəmiş, ancaq qarda-
şının  və onun  yanındakıların  susuz olduğunu  xatırlayıb  suyu  içmədən tuluqlara 
doldurmuşdur. 
Hz.Hüseynin ələmdarı Hz.Əbül Fəzl Abbas ana tərəfdən Yezidin qoşun-
larını  Kərbəlaya  gətirən  qəbilənin  və  ya  Şümürün olduğu  tayfanın  qızının  oğlu 
olduğu  üçün  qorunmaq  istənmişsə  də  bunu  qəbul  etməmiş,  qardaşının  yanında 
ölməyi  seçmişdir.  Tasua  günü  xalq  Kərbəlanın  ilk  şəhidlərindən  olan  Əbəlfəz-
ləbbas üçün ağlayır, onun şərəfinə mərsiyələr, oxşamalar söyləyir. Sözlü ənənə-
də Əbəlfəzin kəsilən qolları  haqqında  söylənən  mərsiyələr, ağılar əslində  yazılı 
ədəbiyyat-folklor əlaqəsinin canlı nümunəsidir:  
“Zeynəb  baxanda  İmam  Hüseyinin  üzünə,  gördü  İmam  Hüseynin  rəngi 
saraldı. Dedi: 
                                         
14
 Söyləyici:  Vüsal  Cəfərov,  axund,  doğum  tarixi  1978, təhsili ali,    Lənkəran rayonu  Mamusta 
kəndi 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
39
–  Saralan rəngüvə bacularun qurban, qardaş. Niyə rəngün saraldı, bu ha-
la qaldun? 
Dedi:  
– Bacı, bacı evim yıxıldı, belim sındı, Əbəlfəz getdi.  
Yarı yol getmişdi gördü Zülcahan yetimi. Dedi: 
– Zülcahan, sənin də mənim kimi belin sınıb? 
Gördü Əbəlfəzin bir cüt qolları düşüb. Götürdü qolların basdı bağrına. 
Dedi:  
– Düşən qollarıva qurban, qardaş.  
Gedə-gedə səslədi:  
– Ay Əbəlfəz, ay Əbəlfəz. Səsimə səs verginən məgər sən döyürdün mən 
imdaduma çağıran kimi gələn, aç gözdərivü, baxginən mənə.  
Əbəlfəz  nıqqıdıyır,  dodağından  səda  gəlir.  Bacısı  Əbəlfəzin  başını  aldı 
dizinin üstünə. Gördü deyir:  
– Ay bacı, ay bacı. Nə yaxşı sən gəldin.  
Qardaş can verəndə nənə arzuluyar, qardaş arzuluyar, ata arzuluyar. Aldı 
basdı bağrına onun yaralı başını. ......... 
Durub getmə, bu gün məni  
Zəlil etmə, bu gün məni  
Çox xar etmə, bu gün məni  
Qoyub getmə, bu gün məni  
 
Allah, bimara bağlaram  
Kimə ümidim bağlaram 
Nə qədər zara bağlaram  
Qoyub getmə bu gün məni 
Zəlil etmə bu gün məni.  
 
Heç qız anasız olmasın . 
Mən tək ümidsiz qalmasın  
Qoyub getmə, bu gün məni  
Zəlil etmə, bu gün məni.  
 
Şam eli bihudə gedərəm  
Mən nəçiyəm heç bilmərəm  
Aparmasan mən ölərəm.  
Xar etmə, bu gün məni  
Zəlil etmə, bu gün məni.  
 
Üzümü tutaram divara 
Kim qoyar məni məzara 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
40
Rəhm eliyün mən bezara 
Qoyub getmə, bu gün məni 
Zəlil etmə bu gün məni. 
 
Mən yetimə ol pasiban 
Əcəl məni gələr qoymaz 
Aman, məni qoyub getmə 
Alma kimi soyub getmə.”
15
  
Azərbaycanda  Məhərrəm  ayında  ən  çox  adı  çəkilənlərdən  və  haqqında 
mərsiyə  söylənənlərdən  biri  də  Əbəlfəzl  Abbasdır.  Hətta  Azərbaycan  türkləri 
and içərkən də Əbəlfəzl Abbasa and içərlər.       
Lənkəranda Tasua axşamı Məhərrəmliyi keçirənlər atdan istifadə etmək-
lə  niyyətlərinin  həyata  keçəcəyinə  inanırlar.  “Hər  Taşura  axşamı  atı  gətirillər 
meçitin həyətinə, kiminsə uşağı yoxdu, kiminsə niyəti var, onun üstündə otuzdu-
rullar həmin adamı, onun başınə qarə çadrə örtüllər, onun qucağınə o balaca be-
şiyləri verillər. Beş dəfədi, dəqiq deyə bilmərəm, yeddi dəfədi olar meçidin qa-
bağındə dövrə vurullar. Ələmlər də onların əlində.”
16
 
 
3.3. Qasımın otağı 
 
Şəbihin ən təsirli və vazkeçilməz elementlərindən biri də Qasımın otağı-
dır ki, anlamı Hz.Qasımın toy otağı deməkdir. Doğrudur, Hz.Qasımın Kərbəlada 
şəhid  olarkən  13-14  yaşlarında  olduğu  və  hətta  qaynaqların  da  göstərdiyi  kimi 
belə bir toyun olmadığı, Hz.Hüseynin  Kərbəlada Qasımla evlənəcək qızının ol-
madığını,  belə  faciəli  bir  anda  bütün  hadisələrin  döyüş  və  şəhadət  məhvərində 
dolandığı  bir zamanda,  yaxınlarını  itirən  və ölümlə üz-üzə duran İmam Hüsey-
nin (ə) toy barədə düşünməsinin, öz qızını ərə vermək fikrinə düşməsinin ağıla, 
məntiqə sığmadığı bildirilir.
17
 Ancaq buna baxmayaraq Aşuranın keçirildiyi hər 
yerdə Qasım otağı bəzəmək adəti vardır. Burada məsələ xalqın Kərbəla tarixini, 
Hz.Hüseynin şəhadətini və Aşuranı olduğu kimi yaşatmasında deyil, arzu etdiyi, 
görmək  istədiyi  şəkildə  təqdim  etməsindədir.  Bu,  bir  folklor  hadisəsidir.  Folk-
lorsa tarixi deyil, onun ruhunu, hadisələri deyil, onun məğzini yaşadır və nəsillə-
rə ötürür.   
Kərbəla dastanına görə Hz.Qasım böyük şücaət sahibi idi. Aşuraya keçən 
gecə  İmam  Hüseyn  (ə)  öz  tərəfdarlarını  toplayıb,  onlarla  vidalaşdı,  sabah  özü-
nün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, istəyənin düşər-
                                         
15
 Söyləyici:  Güləsər  Dadaşova,  doğum  tarixi  1942,  təhsili  7-illik,  Masallı  rayonu  Musaküçə 
kəndi 
16
 Söyləyici:  Rəsmiyyə  Əliyeva,  doğum  tarixi  1968,  təhsili  orta,  Lənkəran  rayonu  Mamusta 
kəndi 
17
 islam.az 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə