Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
44
Əli Əkbərin anası Leylanın çağırışı, Leylanın naləsi mənasında olan Va-
veyla  Kərbəla  müsibətinin ən acılı gecəsidir. Ərəbcə  “va” vay, dad, fəryad  mə-
nasını verir. Yəni Əli Əkbərin anası Leylanın oğlunun parçalanmış qanlı köynə-
yini ortaya qoyub onun ölümünə fəryad qopardığı gecədir.   
 
3.7. Aşura gecəsi 
 
 
Aşura  gecəsi  bütün  müsəlman  aləmində  çox  böyük  acı  içində  keçirilir, 
çünki səhəri İmam Hüseynin və tərəfdarlarının hamısının şəhid olacağı, Kərbəla 
şəhidlərinin son gecəsi olduğu bilinir. O gecə ağlaşma sədaları həm qurulan tək-
yələrdən,  həm  də  məscidlərdən  gəlir.  Sabahkı  günün  müsibəti  avazla,  xüsusi 
zümzümə ilə söylənən mərsiyələrlə, növhələrlə, ağılarla daha da dramatikləşdiri-
lir. O gecə düşməndən dua və namaz üçün icazə almış İmam Hüseynin və tərəf-
darlarının son gecəsidir. 
Aşura  gecəsi  Allah  (cc)  üçün,  İmam  Hüseyn  üçün  can  verməyə  hazır 
olanların  ən  xoşbəxt  gecəsidir.  Başda  Hz.Hüseyn  olmaqla  Kərbəla  şəhidləri 
Aşura gecəsi sübhəcən dua, minacat və istiğfarla məşğul oldular. Şəhid olduqla-
rında kəfənləri olacaq paltarlarını təmizlədilər, qüsl etdilər. 
Xalq arasında həmin gecəni  hədik aşı deyilən  yemək bişirirlər. “İlk ola-
raq Xanım Fatiməyi Zəhra bişirib o hədiyə aşini, guya o vaxti o lərgə deyillər e, 
deyir, heçnə olmur, uşağlar ağliyir acınnən. Götürür daşları, tökür qəzənə, qəy-
niyir. O balaca daşlari götürüb, tökür bir qazanə uşağlarə deyir ki, yeməy bişiri-
rəm  sizə,  yatın  duranda  hazır  olar.  Duran  da  həqiqətən  qapaği  açir,  görür  nədi, 
Allah hər cürə nemətdən onun içinə töküb orda yeməy var, qazanın içində. İlahi-
nin möcüzəsi olur bu. O hədiyə aşi ordan qalıb. Səhər süddü aş veririk, günorta-
yə ayran aşı veririk. Olar torpağə dəfn olunan günü gecəyə xörəy bişiririk.”
23
 
 
 
3.8. Şəmi-qəriban gecəsi 
 
Azərbaycan türkləri Aşura gününə Qətl sındı deyirlər və əskidən bugünə 
qədər Qətl gündüz saat 12.00-də sınır. Qətl sınan günün gecəsi Yezidin adamları 
xeymələri yandırırlar. Hər tərəfdən gələn işıqlar sönmüş olur, Kərbəla viran olur. 
Qətl sınan günün axşamı təkyəyə toplanan qadınlar Şəmi-qəriban gecəsi çıxarır-
lar. Bu yası tutulan imamların (Kərbəlada bir imam və 71 tərəfdarı – 40 piyada, 
32 atlı qətl edilsə də xalq qətl edilənlər deyəndə imamlarımız deyirlər.) pərişan, 
ayaq-yalın,  Şama  sürüklənən  övladlarının,  əhli-əyalının,  şəhid  olan  yaxınlarını 
dəfn etmədən, yasını tutmadan kimsəsiz, yalnız qalmasına deyilən ağılar, mərsi-
                                         
23
 Söyləyici:  Sima  Salayeva  doğum  tarixi  1965,  təhsili  ali,  Lənkəran  rayonu  Bürcəli  kəndi; 
Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu Mamusta kəndi. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
45
yələr,  tökülən  göz  yaşlarıdır.  Şiə  İslam  dünyasında  Şəmi-qəriban  Məhərrəmlik 
taziyəsinin ən acılı səhnəsi, ən çox ağlanan gecəsidir. 
Bütün  İslam  dünyasında  Məhərrəmliyin  onuncu  gününün  axşamı  şəhər-
lərin,  qəsəbələrin,  kəndlərin  işıqlarının  hamısı  söndürülür.  Hər  tərəf  qaranlığa 
qərq olur. Buna Şəmi-qəriban gecəsi deyilir. Mərsiyə deyərək ağlayır, ağlamaqla 
bərabər, Kərbəla şəhidləri üçün dualar da edilir. 
Bəzi  sözlü  məlumatlara  görə  isə  Şəmi-qəriban  Aşuranın  gecəsidir  ki, 
İmam  Hüseyn  sabahkı  döyüşdə  öləcəklərini  bildirdikdən  sonra  kim  istəsə  gedə 
bilər deyir və şamları söndürür ki, gedənlər utanmasınlar. Səhər məlum olur ki, 
imamla bərabər 72 döyüşçü qalıb. Bunlar Hz.Hüseynə təmənnasız, sevgi ilə bağ-
lananlar idi.  
 
4. Sonuc 
 
Şəbih ritualları və elementləri bütövlükdə folklorikdir, sözlü mədəniyyə-
tin  bütün  simvolik  dəyərlərinin  daşıyıcısıdır.  Bu  ritual  və  elementlərə  ciddi  şə-
kildə əməl edilməsi inanc kultu ilə bağlı olub ayrıca bir Məhərrəmlik yaşantısı, 
Aşura  ədəbiyyatı,  Kərbəla  folkloru  yaratmışdır  ki,  bunların  da  ən  mükəmməli 
Şəbih meydan tamaşalarıdır.    
90 illik xəlifəlikləri zamanı Əməvilər İslam dinini qılıncla Orta Asiyadan 
Afrikaya, Əfqanistandan İspaniyaya qədər geniş  bir sahədə  yaysalar da, İslama 
Kərbəla  faciəsini  yaşatmaları,  Əhli-beytə  düşmənlikləri  ilə  müsəlmanları  ikiyə 
bölmüş oldular. Onlar düşüncələrini və ibadətlərini, İslam dini budur, adı altında 
müsəlmanlar arasında yaymağa və onlara zorla qəbul etdirməyə çalışdılar. İslam 
dininin “müsəlman müsəlmana qardaşdır“ prinsipi kölə siyasəti ilə ərəblərin üs-
tünlüyü  düşüncəsinə  çevrildi,  zülm  ərşə  dayandı,  İslamı  insanlara  gətirən 
Hz.peyğəmbərin  rolu,  Hz.Əlinin  fəzilətləri,  İslam  uğrunda  göstərdiyi  şücaətlər 
silinməyə  çalışıldı.  Məscidlərə  minarələr  əlavə  edilməklə  ibadətxanaların  həm 
rolu, həm də mahiyyəti dəyişdirildi. Bir qisim insanların sürətlə varlanması, bir 
qisminin  dilənçi  vəziyyətinə  düşməsi  ilə  qeyri-bərabərliyin  əsası  qoyuldu.  Ən 
faciəlisi də bütün məscidlərdə Hz.Əli və Əhli-beytə küfür edilməsi üçün əmrlər 
verildi  və  bu  əmrə  uymayan  imam  övladları,  dinində  bütün  olan  digər  müsəl-
manlar vətənlərini tərk etməyə məcbur oldular. 
Kərbəla hadisəsi insanlara o qədər təsir etdi ki, Yezidin ölümündən sonra 
onun  yerinə  keçən  oğlu  İkinci  Müaviyyə  atasının  hərəkətlərinin  səhv  olduğunu 
və bunun qəbul edilməz olduğunu bildirdi. O, bununla da qalmadı, xəlifəlik haq-
qının Əhli-beytə  aid olduğunu elan  etdi, ancaq  cəmi 40 gün  hakimiyyətdə qala 
bildi, anası və Mərvan tərəfindən zəhərlənərək öldürüldü və xilafət Əbu Süfyan 
soyundan daha radikal olan Mərvan soyuna keçdi. Bu keçid də Əməviləri qurta-
ra bilmədi və nəhayət, 90 ildən sonra Hz.Peyğəmbərin, Hz.Həmzənin, Hz.Əlinin 
və imamların düşməni olan Əməvi sülaləsi tarix səhnəsindən silindi, həm tarixdə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə