Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə16/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
36
ça ilə örtürlər. Bundan sonra Kərbəla şəhidlərinin qırxına qədər üstünə qara ör-
tülmüş teşt evin ortasında qalır. Bəzi yerlərdə Kərbəla şəhidlərinin üçündən son-
ra teşt  götürülür, təkyə  isə  qalır.  Teştin  suyundan  içilir,  çünki  xalq  arasında  bu 
suya kimyə deyilir. Burada su, İmam Hüseynin və yaxınlarının susuzluğunu, ya-
şıl rəng İslamı, sonradan teştin üzəri örtülən qara rəng matəmi və həm də suyun 
özünün qara olmasını, örtü də onun əldə olunmazlığını simvolizə edir. Teştin ya-
nına lampa, güzgü, ətir, gül qoyulur. Qətl sınan günü lampanı söndürürlər. 
Azərbaycanda,  xüsusən  də  Cənub  bölgəsində  təkyəni  adətən  seyidlərin, 
ocaqların  və  ya  bu  iş üçün  münasib olanların evlərində qururlar. Təkyəni  nəzir 
edib, niyyəti baş tutanların evində də qururlar. Məsciddə qurulan təkyənin ətrafı-
na kişilər toplaşırlar. Təkyədə içərisi dua oxunmuş suyla doldurulmuş teşt qoyu-
lur və ya bəzən teştə də təkyə deyilir. Teştə nəyə görə su qoyulduğunu xalq belə 
izah edir: “Hər şeydən təmiz sudu, ona görə bu teştin içinə su tökməlidilər. Bu-
nun içinə mollalar Zəmzəm suyu da gətiriblər, o sudan də tökürəm bunun içinə. 
Hər  gün  dəyişirəm  bu  suyu...  Təkyə  üçünə  qədər  qalır,  sorə  yığışdırılır.  Teşt 
yeddisinə qədər qalacağ. 
 Bu gül, Kərbəla güli mütləq gərək teştin yanində olməlidi. Bunun məna-
sı budu ki, necə bir nəfərin ölür aa, necə saralıb solursan, gülün yarpaqlari kimi, 
bu gülün də mənasi budi. 
 Lampada gərəg yanmalıdi. Sora boyun alırsan ki, mən şam alım, niyyət 
edirsən, Aşura gecəsi yandırırsan.”
 9
  
Ancaq müsəlman dünyasının hər yerində təkyədə qurulan teştin içinə su 
qoymurlar.  Məsələn,  Rusiya  müsəlmanları  Məhərrəmlikdə  su  vermirlər.  “Mən 
Rusiyada olanda meçit də var idi orada, getmişəm, olar su qoymurlar orda, mən 
sual verdim. Mənə dedilər ki, o meçitdə su olmur, bizdə Zəmzəm suyu töküllər 
də onun  içinə, hesab elə nəzir suyudu də. O sudan gözü ağrıyan uşağın gözünə 
töküllər  o  sağalır.  Mənim  də  uşağımın  gözü  ağrıyırdı.  Getdim  dedim,  mənə  su 
lazımdı.  O  arvad  dedi  ki,  su  üstə  dava olub, ona  görə olar  meçitdə  su  qoymul-
lər.”
10
 
Tam on gün teşt evin ortasında qurulu qalır. Dini icraatları bilən bir qa-
dın da teştin yanında oturur. Buna təkyəyə qulluq edən və ya qulluğunda duran 
deyirlər.  Qadınlar  teştin  ətrafında  oturub  Kərbəla  şəhidləri  üçün  mərsiyə,  əfrad 
oxuyur, oxşama deyir, ağlayır, şəhidlərdən danışırlar, nəzirlərini verib xeyir-dua 
alırlar. Belə deyirlər ki, imam üçün tökülən hər damla göz yaşı bu dünyada işlə-
nən dəniz qədər günahların bağışlanmasıdır. 
                                         
9
 Söyləyici: 
Xannoz  Əskərova,  doğum  tarixi  1962,  təhsili  orta,  Lənkəran  rayonu 
Mamusta kəndi
 
10
 Söyləyici:  Rəsmiyyə  Əliyeva,  doğum  tarixi  1968,  təhsili  orta,  Lənkəran  rayonu  Mamusta 
kəndi 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
37
Məhərrəmlikdə qurulan təkyənin  bir özəlliyi də sosial dayanışmadır,  in-
sanların    bir-birinə  mənəvi  dayaq  olmasıdır.  Masallı  bölgəsinin  Qızılağac  kən-
dindən toplanan materialdan da bunu gördük: “Məhərrəmlik ayında kəndimizdə-
ki evlərdə təkiyyə bəziyirdilər. Kişilər bu evə gedirdi. Zənənlər bir başqa evə ge-
dirdi. Ağlıyırdılar, ordan dururdular, kimin qəlbi sınığdı, ölüsü ölüb, müharibədə 
şəhid olub gəlmiyib, o evlərə, həyətlərə gedirdik. Yığışırdığ gedirdik qəbirsanlı-
ğa, o qəbirsanlığın dörd tərəfin tolanırdıq, ağı deyirdik, ağlıyırdıq.”
11
 
 
3.2. Tasua 
 
Məhərrəm ayının 9-cu gününə ərəbcə Tasua deyilir. Tasua Məhərrəmli-
yin 7-ci günündən başlayan mühasirənin tam daraldığı və sözün həqiqi mənasın-
da  Hz.  Hüseynin  mühasirəyə  düşdüyü  gündür.  Qaynaqların  verdiyi  məlumata 
görə həmin gün bəzi xüsusiyyətləri ilə yadda qalmışdır:  
1. Hz.Hüseynin xeymələrinin mühasirəyə alınması 
2.  Şümürün  əmannaməsinin  (onların  təhlükəsizlikdə  olmasını  göstərən 
şəhadətnamə) Hz. Abbas tərəfindən rədd olunması 
3. İmam Hüseyn tərəfindən müharibənin təxirə salınması istəyi 
4. İmam Hüseynin (düşmənlərə) xitabı 
5. İmam Hüseyn  xeymələrinin ətrafında xəndəklərin qazılması 
6. Şəhadət qüslü. 
Buna baxmayaraq xalq Tasuaya başqa anlamlar yükləmişdir. “Taşura ge-
cəsi  diyir,  su  içmiyin  də,  olar  susuz  qalıblar.  Taşura  gecəsi  birinci  olur,  sora 
onun  sabahisi  olur  Aşura.  Qurban  bayramınnən  igirmi  gün  keçir  Məhərrəmlik 
başliyir.  Üçünəcən  adam  olur,  yeddisində  ya  vəhdə  alırsən,  ya  bişirirsən  payli-
yirsən. Qırxa qədər evdə yeməy bişirib iyi çıxarilməlidi.”
12
 
Kərbəla  dastanına  görə  Tasua  axşamı  Hz.Hüseyn  yaxınları  üzərindəki 
biəti  qaldırır  və  adamları  ilə  vidalaşaraq  işıqları  söndürtdürür  ki,  istəyən  çıxıb 
getsin.  “Gör  İmam  Hüseyn  necə  insan  olub  ki,  xeymələrdə  şamları  söndürür, 
ailəli  olan  var,  uşağı  var, ona  görə  şamları  söndürüb  ki,  xeymədə.  Taşura odu, 
görüb sidq ürəynən mənim yanımda qalanlar, mənnən döyüşənlər neçə nəfər qa-
lır da. Üç min qoşun olub, amma işiği söndürənnən sora hamısı gedib, yetmiş iki 
nəfər  qalıb.”
13
 Bu  hadisənin  Tasua  axşamı  və  ya  Aşura  gecəsi  olması  barədə 
söyləyicilər arasında ittifaq yoxdur. Hər halda folklor baxımından bunun elə bir 
əhəmiyyəti  də  yoxdur.  Əsas  olan  Hz.Hüseynin  haqq  uğrunda  savaşını  göstər-
                                         
11
 Masallı folklor örnəkləri, 1-ci kitab, B., 2013, s.25  
12
 Söyləyici: 
Xannoz  Əskərova,  doğum  tarixi  1962, təhsili  orta,  Lənkəran  rayonu 
Mamusta kəndi
 
13
 Söyləyici: 
Murad  Eldar oğlu,  doğum tarixi  1987, təhsili  orta,  Lənkəran  rayonu 
Mamusta kəndi
 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə