Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
55
Ozanların piri. “Kitab”dakı oğuznamələrin “müəllifi”, onların sonunda 
deyildiyi  kimi,  Dədə  Qorquddur.  O,  oğuz  dünyasının  sakini  kimi  burada  baş 
verən hadisələrdən dastan yaradıb, onları dastanda sözügedən əməllərin sahibi 
olan xalqın adı ilə Oğuznamə – yəni oğuzlar haqqında dastan adlandırır. O, bu 
işi gələcək nəsillərin öz əcdadlarının əməllərini unutmaması xatirinə edir və bu 
vəzifəni deyin (vəsiyyət) olaraq alb ozanların boynuna qoyur. Onlar isə oğuz-
namələri Dədə Qorqudun əmanəti kimi qoruyaraq varislər arasında söyləyirlər. 
Oxşar  hadisə  ilə  başqa  türk  xalqlarının  folklorunda  da  qarşılaşırıq.  Məsələn, 
saxa  (yakut)  xalqı  olonxonun  (qəhrəmanlıq  dastanlarının)  yaranmasını  və  ilk 
ifasını  Seerkeen  Sesenin  adı  ilə  bağlayır.  Seerkseen  Sesen  olonxo  qəhrəmanı 
kimi əsas qəhrəmanların məsələhətçisidir (32, 45). Oxşar cizgilərə qazax jırau-
larından  Aktamberdi  jırau,  Tati  Kara  jırau,  İiambet  jırau,  Sıpara  İırau,  Buxar 
İırau, “Manas”da Iraman oğlu Irçı uul, Caysan Irçı malikdir (13, 44-47; 36, 79; 
26, 34). Ancaq onlardan fərqli olaraq Qorqud həm də ozanların piri olmuşdur. 
A.B.Kunanbayevanın  söylədiyinə  görə,  qazaxlarda  jırau  o  dünya  varlıqlarının 
buyruğu ilə yaranır. Musiqiçilərin əcdadı və hamisi Korkut hətta heç vaxt oxu-
mayan  və  dombra  çalmayan  adamların  yuxusuna  girərək,  onlara  dombra  ilə 
oxumağı əmr edir. Buyruğa qulaq asmayan adam əzaba, xəstəliyə, bədbəxtliyə 
düçar  olur  (32,  47).  Burada  söhbət  qəhrəmanımızın  dastan  ifaçılarına  vergi 
verməsindən  gedir.  M.Qasımlı  qopuzu  icad  edən  qazax  Korkutu  ilə 
“Kitab”dakı  “Dədəm  Qorqud  qopuzu”  ifadəsini  qarşılaşdırır  (33,  40-41).  Bu 
qarşılaşdırma dolayısı ilə qazaxlar arasında yaşayan inanışın Oğuznamə ifaçılı-
ğından  baş  götürdüyünü  ortaya  qoyur.  Belə  məlum  olur  ki,  Dədə  Qorqud  qa-
zax  jırauları  kimi  ozanların  da  piri  olmuşdur.  Türkmanların  bir  etnos  olaraq 
dağılmasından  və  yeni  etnik  birliklərin  yaranmasından  sonra  Dədə  Qorqudun 
bu funksiyası unudulmuşdur. Yeni yaranmış etnik mühitlər baxşı və aşıq kimi 
söyləyici  tiplərini  ortaya  çıxarmış,  uyğun  olaraq  türkmənlər  içərisində  Baba 
Kambar və Aşıkaydın, Azərbaycanda və Anadoluda isə Xızır və Əli Dədə Qor-
qudun  yerini  tutaraq  baxşıların  və  aşıqların  pirinə  çevrilmişdir  (5,  55-66;  42, 
71-72).  Düşünmək  olar  ki,  Dədə  Qorqudun  Əhlətdəki,  Dərbənddəki,  Sırdərya 
vadisindəki qəbirləri, Baba Kambar və Aşıkaydın ocağı kimi, vaxtilə ozanların 
ziyarətgahı olmuşdur.  
Ən  nəhayət,  şifahi  ənənədə  mətnin  bu  şəkildə  müəllifləşdirilməsi  və 
ruhlar aləmindən vergi şəklində verilməsi mətnin ruhlar aləmində hazır şəkildə 
mövcud  olmasına  inamı  ifadə  edir  (28;  30).  Ona  görə  də  V.J.Propp  ifa  aktını 
“ikinci canlanma”, A.Hacıyev isə “söz haqqında söz” adlandırır (28; 11, 65).  
Funksiya.  Ozanın əsas işi ifaçılıq sənətidir. “Fərhəngi-şüuri” adlı fars-
ca bir lüğətdə qısa və aydın şəkildə deyilir: “Ozan bir taifədir, tənbur çalıb tür-
kü söyləyərlər və Oğuznamə oxuyarlar. Türkcə ozan deyirlər” (20, 136). Başqa  
bir  qaynaqda  ozanlar  “Oğuz  qəzalarının  hekayət  əfruzları”  şəklində  vəsf  olu-
nur ( 41). 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
56
Epik  söyləyicilik  sənəti  haqqında  araşdırmalarda  söyləyicinin  şaman 
funksiyasından sıx şəkildə bəhs olunur. Dünya, eləcə də türk-Turan xalqlarının 
etnoqrafiya və folklorunda özünü göstərən bu hadisəyə aid çoxlu material top-
lanmış və dəyərləndirilmişdir.  
Söyləyici  ifa vasitəsilə təbiətə təsir edir, xəstəni müalicə edir, baş verə 
biləcək  bədbəxtliyin  qarşısını  alır,  epidemiyadan  qoruyur,  itiyin  harada  oldu-
ğunu söyləyir, ovun uğurlu olmasını təmin edir, gələcəkdən xəbər verir və bü-
tün  bunlar  ifa  sayəsində  ruhların  yardımı  ilə  mümkün  olur  (47,  215-240;  28; 
30). Bu halda epik söyləyici ilə şaman funksional baxımdan eyniləşir. Bu hadi-
sə terminoloji  səviyyədə  də özünü  göstərir.  Özbək dilində baxşı  sözü  “təbib”, 
“şaman”  və  “dastan  söyləyicisi”  anlamında  işlənir. Məsələyə  münasibət  bildi-
rən V.M.Jirmunski “söyləyicilik sənətinin.... tədricən xalq  mərasimindən qop-
duğunu”  söyləyir.  Müəllifə  görə,  əfsanədəki  el  ağsaqqalı  Qorqud  həmin  xalq 
söyləyicisinin qarışıq tipidir və qəhrəmanlıq dastanlarının söyləyicisi ondan tö-
rəyib  (14,  402-403).  Başqa  sözlə,  “müşgülləri  həll  edən”  ağsaqqal,  bilici, 
“qaibdən  dürlü  xəbərlər  söyləyən”  pir,  dediyi  olan,  buyurduğu  qəbul  edilən, 
qopuz çalıb öyüd verən, dastanlar qoşan ozan tarixəqədərki simadır. Əfsanə və 
dastanlarda  qarşılaşdığımız  Qorqud  Ata  və  ya  Dədə Qorqud,  Seerkeen Sesen, 
Sıpara İırau, Caysan Irçı və s. həmin simanın surətidir. Bizim tanıdığımız das-
tan  ifaçısı  “o  mübarək  simadan”  qoparaq  müstəqil  fəaliyyətə  başlamış,  ancaq 
özünün anadangəlmə cizgilərini müasir dövrə qədər yaşatmışdır. 
Epik ifanın ruhlar aləminə təsir vasitəsi olması müasir dövrə qədər  ya-
şamışsa, onda orta əsrlər dastan ifaçılığında bu hadisə daha canlı və etnoqrafik 
baxımdan daha aydın şəkildə özünü göstərməli idi. Bu baxımdan Dədə Qorqud 
oğuznamələrində  qarşımıza  çıxan  oğuz  ərənləri,  alp  ərənlər,  qazi  ərənlər  ifa-
dəsi xüsusi maraq doğurur. Məlum olduğu kimi, ərən sözü şaman inanışlarında 
yardım  edən  ruhları  ifadə  edir.  Tuva  şamançılığında  eren  adlanan  bu  ruhlara 
şamanın əcdadları da aiddir (3, 91-95; 16, 56-77). Bu sözün əcdadların ruhunu 
və ya bütün kateqoriyalardan olan ruhları ifadə etməsi barədə aydın bir təsəv-
vür  yoxdur.  Bununla  bərabər,  oğuznamələrin  əcdadlar  haqqında  dastanlar  ol-
duğunu yada salsaq, buradakı ərən adının əcdadları ifadə etməsini qəti şəkildə 
söyləmək  mümkündür.  Ona  görə  də  Oğuznamədə  tez-tez  qarşılaşdığımız  alp 
ərənlərbəy ərənləroğuz ərənləri haqqa qovuşmuş əcdadların yaşayan ruhla-
rını ifadə edir. Bu ərənlərdən bəziləri Oğuznamədə pir kimi vəsf olunur: 
Dədə Qorqud biliklü yeddi bilisün versün. 
Əmir Süleyman uğurlu (uğurun) versün. 
Salur Qazan səadətlü yeddi səadətün versün. 
Bayandur xan dövlətlü yeddi dövlətün versün. 
Alp Aruz ..... versün. 
Bığı qanlu Bükdüz Əmən heybətlü yeddi heybətün versün.  
 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə