Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
11
Burada  əsas  ünsürlər  ixtisar  edilmişdir.  Toyuq  ayaqları,  fırlanma,  meşə 
atılır,  nəhayət,  komanın  özü  də  yox  ola  bilər.  Reduksiya  natamam  əsas  təşkil 
edir. O, əlbəttə ki, öz növbəsində daha  mürəkkəb səbəblərə  malik olan unutma 
ilə  izah  olunur.  Reduksiya  nağılın  onun  mühitində  bütün  həyat  tərzinə  uyğun-
suzluğunu,  bu  mühitdə,  bu  dövrdə  və  ya  söyləyicidə  nağılın  kiçik  aktuallığını 
göstərir.  
2.  Amplifikasiya  zidd  hadisəni  təşkil  edir.  Burada  zəmin  genişləndiril-
miş,  detallar  əlavə  edilmişdir.  Bu  formanı  amplifisirovalı  forma  hesab  etmək 
olar:  
meşədə  toyuq  ayaqlarında,  fəsəlilərlə  dayaq  vurulmuş  və  piroqlarla 
örtülmüş koma.  
Əksərən amplifikasiya reduksiyayla müşayiət olunur. Bir əlamətlər atılır, 
başqaları əlavə edilir. Amplifikasiyaları onların mənşəyinin əlamətinə görə dərə-
cələrə  bölmək  olar  (necə  ki,  bu  aşağıda  əvəzetmələr  üzərində  edilmişdir).  Bir 
amplifikasiya məişətdən gəlir, digəri nağıl qaydasının açılmış detalını təşkil edir. 
Son  hadisəni  biz  burda  da  müşahidə  edirik.  Hədiyyə  verənin  öyrənilməsi  onda 
düşmənlik  və  qonaqpərvərlik  keyfiyyətlərinin  birləşdirilməsini  göstərir.  İvan 
adətən  hədiyyə  verənin  qonağı  olur.  Bu  qonaqlığın  formaları  çox  müxtəlifdir 
("İçirtdi,  yedizdirdi".  İvan  komaya  sözlərlə  müraciət  edir:  "Biz  sənə  girək,  çö-
rək-duz  yeyək".  Qəhrəman  komada  örtülmüş  masanı  görür;  bütün  yeməklərin 
dadına baxır və ya doyunca yeyir; özü hədiyyə verənin həyətində öküz, toyuq və 
s.  kəsir).  -  Hədiyyə  verənin  bu  keyfiyyəti  onun  evində  də  ifadə  edilir.  “Hensel 
und Gretel” adlı alman nağılında bu forma bütün nağılın uşaq xarakterinə uyğun 
olaraq, bir qədər başqa cür istifadə edilmişdir.  
3. Korlama. İndi sehrli nağıl ümumiyyətlə, tənəzzül etdiyinə görə, korla-
maya kifayət qədər sıx-sıx rast gəlinir. Belə korlanmış formalar bəzən yayılır və 
kök  salır.  Koma  haqqında,  onun  öz  oxu  ətrafında  daimi  fırlanması  barəsindəki 
təsəvvürləri  korlama  hesab  etmək  olar.  Hərəkətə görə  komanın  təsiri  tamamilə 
xüsusi mənaya malikdir: bu gözətçi alaqapısıdır; burada qəhrəman sınağa məruz 
qalır, o sehrli vasitəni almağa layiqdirmi ya yox? Koma İvana öz bağlı tərəfi ilə 
yönəldilmişdir.  Bu  səbəbdən  koma  bəzən  "pəncərələrsiz,  qapılarsız  koma" 
adlanır.  Açıq  tərəfi  ilə  komanın  qapısı  İvandan  əks  tərəfə  yönəldilmişdir.  Elə 
görünür  ki,  komanın  ətrafında  dövrə  vurmaq  və  qapıdan  girmək  çox  asandır. 
Amma İvan bunu bacarmır və nağılda bunu heç vaxt etmir. Bunun yerinə o ov-
sun söyləyir: "Arxan  meşəyə qabağın  mənə dur", "Anan qoyduğu kimi dur"  və 
başqaları.  Mətndə  adətən  bunun  ardınca  gəlir:  "Koma  çevrildi".  Bu  "çevrilmə" 
"fırlanır" şəklinə düşmüşdür, "nə vaxt lazımdır çevrilir” ifadəsi sadəcə mənasını 
itirmiş, amma bəzi xarakterik aydınlığını itirməmiş "çevrilir" şəklinə düşür,  
4. Müraciət. Tez-tez əsas forma özünün əks formasına çevrilir. Məsələn, 
qadın obrazları kişi obrazları ilə əvəz olunur və əksinə. Bu hadisə daxmacıqlara 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
12
da aid edilə bilər. Bağlanmış, əlçatmaz komanın yerinə biz bəzən qapıları tayba-
tay açılmış koma müşahidə edirik. 
5  —  6.  İntensivləşdirmə  və  zəiflətmə.  Transformasiyaların  bu  növləri 
yalnız nağıl personajlarının hərəkətlərinə məxsusdur. Eyni hərəkətlər intensivli-
yin  müxtəlif dərəcələrində  icra edilə bilər. İntensivləşdirməyə qəhrəmanın gön-
dərilməsinin onun qovulmasına çevrilməsi nümunə ola bilər. Göndərmə nağılın 
daimi  elementlərindən  biridir;  bu  element  keçidin  bütün  dərəcələrini  izləməyin 
mümkün  olduğu  müxtəlif  formaların  miqdarında  təqdim  edilmişdir.  Göndərmə 
müxtəlif formalarda verilmiş ola bilər. Tez-tez bu xahiş bu və ya digər təəccüblü 
şeyi və s. əldə etmək üçün yola düşməkdir. Bəzən bu tapşırıqdır ("mənə xidməti 
qulluq göstərin"). Çox vaxt həmçinin bu hökm halında təhdidlərlə və icra halın-
da vədlərlə müşayiət edilən əmrdir. Sonra bu an maskalanmış sürgün formasında 
verilmiş  ola  bilər:  qəddar  bacı  qardaşından  canını  qurtarmaq  üçün  onu  heyvan 
südü  arxasınca  göndərir;  sahib  guya  muzduru  meşəyə  itmiş  inəyin  arxasınca 
göndərir; ögey ana od üçün ögey qızı Küpəgirən qarının yanına göndərir. Nəha-
yət, biz artıq birbaşa sürgünü də müşahidə edirik. Bu hər biri daha bir sıra varia-
siyalar və keçid formalarına imkan verən əsas mərhələlərdir; onlar qovulmuşlar 
haqqında  nağılların  öyrənilməsi  vaxtı  xüsusilə  əhəmiyyətlidir.  Təhdid  və  vədlə 
müşayiət edilən əmri göndərmənin əsas forması hesab etmək olar. Əgər vəd dü-
şürsə, onda belə reduksiyaya eyni zamanda intensivləşdirmə kimi də baxıla bilər 
— təhdidlə göndərmə qalır. Təhdidin düşməsi bu formanın yumşalması və zəif-
ləməsini  yaradır.  Sonrakı  zəifləmə  ümumilikdə  göndərmənin  endirilməsindən 
ibarətdir. Oğul gedəndə, valideynlərindən ona xeyir-dua verməyi xahiş edir.  
Transformasiyaların  baxılmış  altı  növü  bünövrənin  əsaslı  dəyişiklikləri 
kimi izah edilə bilər. Bununla yanaşı həm də transformasiyaların iki böyük qru-
puna rast gəlinir. Bu əvəzetmələr və assimilyasiyalardır. Onun kimi, başqaları da 
mənşəyinə görə nəzərdən keçirilə bilər. 
7.  Nağıldaxili  əvəzetmə.  Bundan  sonra  hədiyyə  verənin  evini  müşahidə 
edərək, biz aşağıdakı formaları tapa bilərik: 
1) saray; 
2) alovlu çayda dağ. 
Bu hadisələr nə reduksiya, nə amplifikasiya və s. təşkil etmir. Bu, ümu-
miyyətlə,  dəyişikliklər  deyil,  əvəzetmələrdir.  Hər  halda  bu  formalar,  kənardan 
götürülməmişlər:  onlar  nağılın  öz  ehtiyatlarından  götürülmüşdür.  Materialın 
formasının yer dəyişməsi ilə, bir yerdən başqa yerə keçirilməsi baş verir. Saray-
da (adətən qızıl) bir qayda olaraq şahzadə yaşayır. Bu ev hədiyyə verənə aid edi-
lir. Nağılda belə yerdəyişmələr çox böyük rol oynayır. Hər element ona məxsus 
formaya malikdir. Ancaq bu forma hər zaman həmin elementə ciddi şəkildə təh-
kim edilməmişdir (məsələn, şahzadə, adətən tələb olunan personajdır, o, hədiyyə 
verən, köməkçi  və s. rolunu oynaya  bilər). Bir  nağıl obrazı  başqasını sıxışdırıb 
çıxardır. Belə ki, Küpəgirən qarının qızı şahzadə rolunu oynaya bilər. Buna uy-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə