Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə4/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   2   3   4   5   6   7   8   9   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
9
dahi  cavan  oğlan  asanlıqla  müasir  ictimai  həyatda  tapa  bilirdi”  və  s.
5
  Eyni 
zamanda, burada sırf nağıl motivi var. Afanasyevdə (məsələn, Af. 140) rast gəli-
rik:  “Bir  dəfə  istədi  boyarlar  susdu,  ikinci  dəfə  cavab  vermədilər,  üçüncü  dəfə 
heç  kəs  bir  kəlmə  də  demədi”.  Burada  biz  zərər  çəkmişin  kömək  məqsədilə 
müraciətinin adi anını müşahidə edirik, həm də o adətən üç dəfə baş verir. Əvvəl 
o  qulluqçulara,  sonra  boyarlara  (mirzələrə,  nazirlərə),  üçüncü  dəfə  nağıl  qəhrə-
manına yönəldilmişdir. Triadanın hər üzvü öz növbəsində həmçinin hələ üç qat 
da  artırıla  bilər.  Beləliklə,  bizim  qarşımızda  məişət  deyil,  folklor  elementinin 
amplifikasiya və spesifikasiyası durur (adların əlavəsi və s.). Əgər Homerin Pe-
nelopa  obrazını  və  onun  adaxlılarının  hərəkətlərini  yunan  məişətinə,  yunan 
nikah  adətlərinə  uyğun  hesab  etsəydik,  eyni  səhvi  də  biz  edərdik.  Penelopanın 
adaxlıları,  demək  olar  ki,  bütün  dünyanın  epik  poeziyasına  məlum  olan  yanlış 
adaxlılardır.  Hər  şeydən  əvvəl  burada  nəyin  folklor  olduğunu  seçmək  lazımdır 
və  yalnız  belə  ayırmadan  sonra  spesifik-Homer  anlarının  yunan  məişətinə  uy-
ğunluğu haqqında məsələ qoyula bilər.  
Beləliklə, biz görürük ki, nağıl və məişət haqqında məsələ o qədər də sa-
də deyil. Bilavasitə nağılı məişətə bağlamaq olmaz.  
Amma  aşağıda  görəcəyimiz  kimi,  nağılın  transformasiyasında  məişətin 
rolu  böyükdür.  Məişət  nağılın  ümumi  strukturlarını  dağıtmaq  iqtidarında  deyil. 
Amma ondan köhnə  materialın daha  yeni  materialla çeşidli əvəzlənmələri üçün 
material çıxardılır. 
 
III 
Əsasən nağıl elementinin (sehrli nağıllar nəzərdə tutulur) əsas formasını 
törəmənin formasından daha dəqiq meyarların köməyi ilə ayırmaq olar:  
1) Sehrli nağılın tərkib hissəsinin fantastik izahı rasionalizmin daha ilkin 
(qədim) izahıdır.  
Bu  hadisə  çox  sadədir  və  xüsusi  inkişaf  tələb  etmir.  Əgər  bir  nağılda 
İvan sehrli qüvvəni Küpəgirən qarıdan alırsa, digərində isə yoldan keçən qarıdan 
alır, onda birinci hadisə ikincidən qədimdir. Belə nöqteyi-nəzər nağılların nəzəri 
cəhətdən  dinlə  əlaqəsi  ilə  əsaslandırılmışdır.  O  ancaq,  sehrli  nağıldan  daha  qə-
dim, əzəldən realist olan və dini təsəvvürlərə gəlib çıxmayan  başqa kateqoriya-
ların (təmsillər və s.) nağıllara münasibətində səhv ola bilər.  
2) Qəhrəmanlığın şərhi məzhəkəli şərhdən daha ilkindir. 
Əslində bu əvvəlki  hadisənin  xüsusi  halıdır. Belə ki, kartda ilanın udul-
ması onunla ölüm döyüşündə yeni başlanğıcdır. 
3) Məntiqi tətbiq edilmiş forma əsassız tətbiq edilmiş formadan ilkindir
6
.  
4) Beynəlmiləl forma milli formadan ilkindir. 
                                         
5
 
А.С.Пушкин, Сочинения, т. I, изд. Брокгауза—Ефрона, СПб., 1907, səh. 204.
 
6
 
 
Nümunələr bu məqalədədir: И.В.Карнаухова «Сказочники и сказка в Заонежье» // Сборник 
«Крестьянское искусство СССР», I, Л., 1927.
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
10
Belə ki, əgər demək olarsa, ilanlara bütün yer kürəsində rast gəlinirsə və 
bəzi  şimal  nağıllarında  onları  ayı,  cənub  bölgələrində  isə  şir  əvəz  edirsə,  onda 
ilanlar əsas, şir və ayı isə törəmə formadır.  
Burada  nağılların  beynəlxalq  tədqiqat  metodları  haqqında  bir  neçə  söz 
demək  lazımdır.  Material  elə  böyükdür  ki,  bir  tədqiqatçı  üçün  bütün  dünyanın 
nağılları üzrə  
150  elementin  hamısını  öyrənmək  mümkün  deyil.  Əvvəlcə  bir  xalqın 
nağıllarını  öyrənmək,  onun  bütün  əsas  və  törəmə  formalarını  aydınlaşdırmaq, 
sonra  həmin  işi  başqa  xalqın  nağılları  ilə  etmək,  sonra  isə  tutuşdurmalara  keç-
mək lazımdır. 
Bununla əlaqədar olaraq beynəlmiləl formalar haqqında tezis belə müha-
kimə  və  ifadə edilmiş ola  bilər: hər  bir ümummilli  forma  vilayətdən, əyalətdən 
daha ilkindir. Amma, bu yola daxil olduqdan sonra, belə xülasədən imtina etmək 
olmaz:  yayılmış  forma tək-tək rast gəlinən  ilkin  formadır. Nəzəri cəhətdən, hər 
halda, ola bilər ki, məhz köhnə forma tək-tək təsadüf edilən hallarda qaldı, bütün 
qalan  isə  yeni  törəmələrdir.  Buna  görə  bu  miqdar  prinsipinin  (statistikanın  tət-
biqi) tətbiqi  böyük ehtiyat və araşdırılan  materialın keyfiyyəti  haqqında  fikirlə-
rin  daimi  cəlb  edilməsini  tələb  edir.  Nümunə:  "Gözəl  Vasilisa"  nağılında  (Af. 
104) Küpəgirən qarının obrazı səhər, gündüz və gecəni simvollaşdıran üç atlının 
meydana  çıxmasıyla  müşayiət  olunur.  İstəmədən  belə  bir  məsələ  yaranır:  biz 
burada, başqa nağıllarda  itirilmiş  və Küpəgirən qarıya  məxsus  yerli  xüsusiyyəti 
müşahidə etmirikmi? Amma bir sıra xüsusi təsəvvürlərə görə (hansıları ki, bura-
da göstərmək lazım deyil) bu fikirlərdən tamamilə imtina etmək lazımdır.  
 
IV 
Nümunə  üçün  biz  məhz  Küpəgirən  qarının  komasına  dair  bir  elementin 
bütün  mümkün  dəyişikliklərini  izləyəcəyik.  Morfoloji  koma  hədiyyə  verənin 
evini ifadə edir (yəni, qəhrəmanı sehrli vasitəylə təchiz edən personaj). Beləlik-
lə, biz yalnız komanı deyil, hədiyyə verənin evinin bütün növlərini öz aralarında 
müqayisə edəcəyik. Biz toyuq ayaqlarında meşədə fırlanan komanı evin əsas rus 
forması hesab edirik. Amma bir element nağıldakı bütün mümkün dəyişiklikləri 
ifadə etmir, onda bəzi hallarda başqa nümunələr götürəcəkdir. 
1Reduksiya — biz tam formanın yerində aşağıdakı dəyişikliklər sırasını 
tapa bilərik: 
1) meşədə toyuq ayaqlarında koma; 
2) toyuq ayaqlarında koma;  
3) meşədə koma; 
4) koma; 
5) meşə, şam meşəsi (Af. 95); 
6) ev xatırlanmır. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə