Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
114
– Mənə sözün, nəsiyətün? 
Didi: 
–  Sözüm,  nəsiyətim  bi  dənə  oğluu  mənə  köməyə  ver,  gedim  evimnən 
dəssamazımı,  namazımı,  Quranımı,  kitabımı  götirim  gedim,  özimə  bir  çadır 
qurum, yosma tikim. 
Getdi gördi ki, elə qapıdan qırağa çıxmışdı, gördi, oğlan uşağı şuppı-şup-
pı oynıyır. Əlin qoydı gözinin üssinə, çağırdı o uşağların birin. Canına fəda oldı-
ğım Musa peyqummərdən olan oğıl gəldi.  
Didi: 
– Abid, salam olsun böyiyliyüzə. Salam verdi, tullandı bı abidin qarşısın-
da, fırrandı. Didi: 
– Oğıl, niyə görə tullanırsan, atdanırsan? 
Didi: 
– Onın sirrin sora açacam, indi açammərəm. 
Didi: 
–  Gedəy.  Gedəy,  o  uşağları  da  çağırağ,  mənə  köməy  eliyün,  mənim 
yükümi aparağ, bir yosma tikəy, babunnan icazu da almışam. 
Gəldi oğlan, uşağları da çağırdı, getdi. Götirdi silifcə-ləyənin, dəssamaz 
qabısın, namazın, ayeyi Quranın, özinə dayir bir dəst yatacağ paltarın, bir də ça-
dırın, palatkasın də... Götirdi apardı kəndin ucğarında, məsələn, kətdən bir yetdi 
ağac, beş ağac kənarda özinə bir xiymə tikdi. Köməyləşdi uşağlar abidnən, bına 
yosmanı  tikdilər.  Gündə  Allah  tərəfinnən  mələklər,  dörd  müqərrəm  mələkləri-
miz  var,  bı  dörd  müqərrəm  mələklər  hər  bir  insanın  özinin  çiynində  iki  mələk 
dayanır. Biri sağında, biri solında. Sağında diyanan xeyir əməlin  yazır. Solında 
diyanan ağır, pis əməllərin yazır, Allah o pis əməllərdən bizi özi hifz eləsin, ya 
Rəbbim. Savabımızı çoxlu  yazsın sağ çiynimizə. Sağ əlimizi  xeyrül-əməlli, sağ 
əyağımızı xeyrül-qədəmli eləsin. Həmişə dilimiz Allahın zikrində olsun, Allahın 
dualarında olsun. Alnımız möhürdə olsun, Allahnan ünsiyətdə olağ, namazın qı-
lağ, qoydığı yolları tuta biləy. Allah bizə nəsib eyləsin. Getdi abid yosmasın tik-
di, Allahın qulluğunda durdu, zikirrərində oldı. Çox zara gəldi, təngə gəldi tək-
liydən. Allahın şəninə  yazılıb təkliy.  Allah  heç  yaratdığı  bəndəsin  məyus, xari-
zəlil, tək eləməsin. Heç kimin çörəyin dəssirxanında bi dənə eləməsin. Min bir-
rəri saxlasın, bi dənələri də tək Allah özi qorusun, min bıdağ eləsin. Getdi Alla-
hın zikirrərində oldı, zara gəldi təkliy əlinnən. Getdi xiyməən qapısına, xiyməən 
qapısına  yazmışdı  “Bismillahir-rəhmanir-rəhim.  Lailahə  illəllah  Muhəmmədən 
Rəsulullah Əmirəl-mömininən Əliyyən Vəliyullah Vəsiyyən ya Allah. Vəsiyyən 
ya  Mürtəza  Əli  əlihəssəlam.”  Allah  taala,  Yer  üzünün  birinci  imamı  dadımıza 
çatsın  hamımızın.  Gördi  bi  ərəb,  dəvə  üssi  yükli  quma  bata-bata  gedir. 
Cilovınnan tutıb, dəvənin hosarınnan tutıb gedir piyada. Dəvənin üssinə minmir. 
Yolnan gedən dəvəni aparan şəxs ac iydi, sussız iydi, uzağ yollar gəlirdi beş-altı 
ayıydı.  Dəvə əlində abid çağırdı  yolnan gedən  yolçını. Didi:- Gəl,  mənə qonağ 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
115
ol. O da ac-sussız adam iydi, gəldi. Gəldi bismillah eləməmiş, abidin səhvi oldı, 
qızım,  əvvəl  gərəy  abid  oxıyeydi  xiyməən,  yosmaan  qabağına  nə  yazılmışdısa, 
onı. Bi də ki, qonağı gəlməydə olsın, yola salan ev yiyəsi gərəy gülərüznən yola 
sala.  Duz-çörəy  qoy  qarşıma,  ancağ    gülərüznən  məni  yola  sal.  Mən  əgər  bir 
şəxsə  qonağ  gedirəmsə,  kimin  qapısın  açıb  içəri  girirəmsə,  məni  gərəy 
gülərüznən  yola salsın. Qonağ Allahın qonağıdı. Allah taala o qonağın özinnən 
qabağ   yidiyin  yetirir. Allah ev  yiyəsin  heç vaxt xar eləmir. Allah adildi, zalim 
döyür, yetirəndi. Qonağ gəldi girdi içəri, salamsız, kalamsız. Qonağın milliyətin 
abid  bilmirdi ki,  yahudıdı. Qonağ əgər müsürman olsıydı, salam eliyərdi. Əlin-
üzin  yuyardı. Bizim  milliyətdən döyir  iydi, dini  bizim dinimizə  itayət eləmirdi. 
Bı müsilman abid gərəy ona diyiydi, oxıyıydı yosmaan qabağına yazılanı. 
Abid  başdadı  öz  qabındakı  xörəyi  yiməyə.  Yidi,  qutardı,  qab  qaldı  boş 
süfrədə. Abid gördi məliy-müşkül, Allah heç gələn qonağmızı ev yiyəsinnən xar 
eləməsin.  Nə  də  bizi  gələn  qonağ  qarşısında  xəcalətdi  eləməsin.  Gətirdiyimiz 
gəlinnərdən,  evimizə  gələn  qonağlardan,  ağlı  kəsmiyən  uşağlarımızdan,  eldən-
obadan,  qonşıdan  heç  yaratdığı  bəndələri  xar  eləməsin,  məyus  eləməsin. 
Hamımızı Allah-taala var eləsin. Döölətimizin bayrağın Allah həmişə uca eləsin. 
Döölətdərimizi Allah bir-birinə mehriban eyləsin. Həmişə sülh olsun, varlığ ol-
sun, ruzumuzu Allah-taala bol eyləsin. Qonağ gördi ki, mənim qarşımdakı xörə-
yi götirdi abid keçirtdi özinə, məyus halda köhnə çuxasına büründi, getdi otırdı 
yosmanın bir bıcağında. Bir az otırdı, onnan sora abid ona tay heç nə təklif elə-
mədi  axı.  O,  məyus  halda  durdı,  çıxdı  getdi.  Allah  tərəfinnən  qurbanı  oldığım 
cənabi  Cəbrayıl,  dörd  müqərrəm  mələyin  biri  cənabi  Cəbrayıldı,  quş  şəklində 
gəldi qondı yosmaan qapısının ağzına. Quşun da adı kabus iydi. Allah tərəfinnən 
quşa dil gəldi. Didi: 
– Abid, dayanma, bir kəlmə sözüün ged, halallığın al o gedən qonağdan. 
Qonağı niyə göra məyus elədün? Əl atdı quşu tutdı əyağlarınnan, tutdı əlində. 
Didi: 
– Quş, Allahın heyvanı, sən də məni dolamısan? Quşa dil gəldi. Didi: 
– Məni  Allah göndərib,  Allah tərəfinnən  mənə səs gəlibdi. Sən kimsən, 
sənin  abiddiyü  Allah  alar  əlünnən,  göyün  yeddi  qatınnan    fironu  necə  40  ildən 
sora  vırdı  yerə,  anadan  əmdigi  süd  bırnınnan  tökildi.  İndi  sənin  də  elədiyün 
sözün halallığın almağçın ged, qonağa çat, sənə mən diyirəm, Allahın bıyrığıdı, 
Allahın bıyrığınnan çıxa bilmiyəcəysən qırağa. Ged, bir kəlmə sözüün halallığın 
al. Didi: 
–  Ay  Allahın  heyvanı,  mən  necə  gedim?  Qonağ  çıxıb  gedib,  hardan 
gedib çatacam.  
Getdi,  az  getdi,  çox  getdi,  dəydi,  yıxıldı,  yenə  durdu  əyağa.  Getdi,  əlin 
qoydı gözinin üssinə, qonağı səssədi. Qonağ üzin döndərdi abidə tərəf, didi: 
–  Onda  mən  sənin  bir  kəlmə  mənim  qarşımnan  xörəgi  götirib  dalun 
qaltına  qoymağun  halallığın  verərəm  ki,  mən  minəcəm  yüklü  dəvəən  üssünə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə