Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   45   46   47   48   49   50   51   52   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
118
Allah-taaladan səda gəlir, sən ki bu qədə marağlısan belə şeyə, mən sənə 
təzə ömür verirəm, ged örgən, özün də nəticə çıxart. Belə olur, ayılır bu, qayıdır 
həyata gəlir, gəlir başbilən birinin yanına.  
Diyir:  
– Girdim, birinci otağda gördüm ki, bir qadını saçınnan asıblar, bu ney-
çin belədi. 
Diyir:  
–  O  qadın  ərinnən  icazəsiz  əri  işə  gedən  kimi  başdıyır  qapı  gəzməyə. 
İcazəsiz gəzir, ona gora onu saçınnan asıblar.  
Diyir:  
– Bəs ikinci qadın, həm əli bağlıdı, həm saçı bağlıdı, həm əyağı bağlıdı, 
bütöy asıblar, qır qazanının üssündə cəza verillər. O neyçindi?  
Diyir: 
– O da əri işə gedənnən sora naşar işdərnən məşğuldı. Onı ər bilmir, axı 
gözəl Allah bilir onı. Ona gora bı qadına bı cəzanı verillər.  
Diyir: 
–  Başqa  bi  qadın  vardı,  onun  ağzına  od  püykürürdülər,  içinnən  halo 
çıxırdı. Diyir: 
–  O neyçiniydi?  
Diyir: 
– O, çox yalan danışanıydı, yalan danışır, xəbərçiliy eliyir. Bu qoşudan o 
qoşuya, o qoşudan bu qoşuya xəbər aparır. Aləmi qatır bir-birinə.  
Diyir: 
– Yaxşı, bı qədə qadın var, bı qədə əza-cəza çəkir. Bıların axırı nolacağ? 
Diyir: 
– Oların axırı  hamısı cəhənnəmliydi. Gərəy əyağu bi addım kənara atır-
san, ərin icazası olmalıdı, icazəsiz bi addım da gedməli döyürsən. Çünki icazəsiz 
nə iş görürsən, olar hamsı günahdı. 
Arvad diyir: 
– Hə, kişi, Valla, fılan vaxtı mən sənnən  icazəsiz bacımgilə gedmişdim. 
Haqquu halal elə. Başdiyır arvadın nə bijdiyləri var, danışmağa. Diyir: 
– Ona gora bu dünyada gərəy elə yaşıyasan ki, o dünyada əzab çəkmiyə-
sən.  Hax  yolun  tutasan,  yerün  cənnətdiy  ola.  Ona  gora  bu  dünyada  gərəy  düz 
əməlli insan olasan. 
Söylədi: Həsənova Nailə Zabuş qızı, 1965 təvəllüdlü, orta ixtisas təhsil-
li. Salyan rayonu Şorsulu kəndi 
 
 
 
 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
119
MİFOLOJİ RƏVAYƏTLƏR 
 
Alarvadı haqqında 
 
I mətn 
Bir  gün  pəncərədən  gördim  ki,  dalda  qoşım  var  iydi  mənim.  Mənim 
diyəndə  irəhmətdiy  qaynənəmin,  qaynatamın,  o  vaxtı  mən  ora  gəlin  gəlmişəm 
də. Gördim ki, Qunça bacımdı, gəlib, dişdəri də qızıl iydi. Çağırdı məni, Mərfət, 
ay Mərfət. Didim, bıy, Qunça bacı, hə, hə. 
– Niyün olıb? 
– Didim, bıy bilmirsən?  
– Oğlan. 
Bi səfəri dal pəncərəmiz var iydi, dalda. Keşdi ora, ordan da gənə çağırdı 
məni. Hə... mən uje üşüdüm. Didim, gəlirəm, gəlirəm, duz əzirəm, gəlirəm. Altı 
gün iydi, evdə heç kim yox iydi, qabağda qonağlığ iydi, qaynatamın evində qo-
nağlığ  iydi. Evdə heç kim  yox  iydi. Daldan çağırdı, qabağdan çağırdı, sora bil-
dim ki, bu bıdı. Hə... toçnı Qunça bacı, gülə-gülə çağırır məni. Durmışdı də, əlin 
qoymışdı  orda  məəcərin  üssinə.  Didim,  gəlirəm,  duz  əzirəm.  Ya  diynən,  gəli-
rəm, duz əzirəm, ya da diynən, sacı gətirirəm, sacı. Onnan sora yox oldı. Uşağa 
baxıram. Uşağın da başının yanında şiş var iydi, başında soğan. O helə mən şey 
eləməsiydim, məəm də içimi çəkəcəg iydi. Məəm içimi çəkəcəg iydi, uşaq qala-
cağıydı orda, uşağda dəmir var, onnan sora yad var. Uşağa yaxın getmiyəcəg iy-
di. Bə eşidməmisən diyillər ki, filankəsin için Al aparıb. 
Söylədi: Səfərova Mərifət İbrahim qızı, 1942-ci il təvəllüdlü, Cəlilabad 
rayonunda doğulub, təhsilsiz. Neftçala rayonu Mürsəqulu kəndinə gəlin gəlib, 
təqaüdçüdür. 
 
II mətn 
Diyir, olarnan ünsiyyətdə olanda sancağ bağlıyasan yaxua. Oları tutmağ-
çın atın belinə qır çəkirmişdər, qara qır çəkirmişdər atın yəhərinə. Hə, onnan so-
ra  oları  tuta  bilirmişdər.  Oları  tutanda  həmin  dəqiqəsi  yaxalarına  sancağ  bağlı-
yırmışdar. Oların ən qorxduğu şey sancağdı. Yaxa sancağı. Oların ən aşığ olduğ-
ları  gözəl  adamlardı.  Oları  da  kiminsə  səsiynən  çağırıllar,  həmin  adamı  gəlib 
aparıllar.  
Quleybanıdı, Pissimilladı, Əmeyğanıdı,  Al arvadıdı, bılar eyni  bi  şeydi-
lər. Misalçın, adamı çağırmağları, olardan bööylərimiz danışıllardı. Əməlli başdı 
bizi kimi adamdı də. Eyni..., ancağ olar gözə görükmirdi də. Ona  işdərin  yadın 
gördirirmişdər. Ancağ gərəy iş görəndə onın adın çəkmiyimişsən. Onın yanında 
həmən  yoxa  çıxırmış.  Bizimkilər  də  tutubdı.  Məsələn,  qız  oldığımız  evimizdə 
babalarımız tutub neçə arxadan dönən əvvəlki  nəsillərimiz. Ərə getdiyim  yerdə 
də olar tutublar. Amma oların yaxın nəsli tutıb, uzağ nəsli tutmıyıb. Qaynatamın 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
120
babası tutıb. Hə oların uşağı olıb, uşağlı olıb. Diyib, bırax, gedim də, məəm öv-
ladım  var.  Amma  bıraxmıyıblar,  bütün  işdərin  gördürüblər,  onnan  sora  bıraxıb 
gedəndə qarğıyıb çıxıb gedib. Oların qarğımağı pisdi də... oların qarğuşuna düş-
dün, nə dinün olar, nə bərəkətün olar, gördüğün iş helə dalucan tökülər, töküntü 
olarsan. Hə, oları qarğıyıb çıxıb gedib. Odı ki, oların helə hara baxırsan, tökün-
tüdü. Ona nə qədər iş gördiribmişdər, o gedənnən sora hamısı yoxa çıxıb. Qarğı-
yıb də oları. Elə adam var ki, olarnan işi olmır, hancağ bizimkiləri qarğıyıb. Bi-
zim ocağı da qarğıyıb. Diyib helə dedüz məə: 
–  Nəmnə  gəti,  nəmnə  gəti,  heş  dimədüz,  axça  nədi,  pıxça  nədi?  Valla, 
bööylər  diyirdi,  adamın  yadında  da  qalmır.  Amma  ki,  gərəy  guya  diyəsən  də... 
din-bərəkətdən oların da  yanında danışasan. Niyə gora çörəy  yiyəndə oların da 
adın çəkirüy ki, qoy olar sənnən tən yarı olmasınnar. İş görəndə əlüün üssündə 
oların adın çəkirsən ki, qoy olar uzağlaşsınnar, öz işüün xeyri olsun. Yəqin belə 
bi şey var ki, el arasında da diyillər, olmasa, diyilməz.  
Söylədi: Nəcəfova Reyhan Güləhməd qızı, 1969  təvəllüdlü, orta təhsil-
li. Neftçala rayonu Xolqarabucaq kəndi 
 
Beçəxor haqqında 
 
I mətn 
Beçəxor içərdə uşağnan əkiz olır. Uşağı təmiz yiyir, özi gəlir, sağlam tü-
şir yerə. Bizim kətdə o vaxtı bi qadın Beçəxor doğmışdı. Düşən kimi, qabağ uşa-
ğı öydə tutırdılar axı, mamaça da otırmışdı, tüşən kimi, qaçıb gedib girib qrava-
tın  altına.  Sora tapıb  öldirmişdilər.  O, tükli  olır,  diyir,  ancağ  xoruz  formasında 
olır.  Adam  silki  yoxdı  onda.  Adama  da  belə  ziyannığ  eliyir  ki,  ana  bətnindəki 
uşağı  yiyir  də...  Uşağ  olmadı,  içərüyi  yiyir  qutarır  əmələ  gələnnən  sora,  yava 
şeydi.  
Söylədi:  Orucova  Aqibət  Abzər  qızı,  1933-cü il  təvəllüdlü,  2  sinif  oxu-
yub. Neftçala rayonu Qaçaqkənd kəndi. 2014-cü ildə dünyasını dəyişib. 
 
II mətn 
Qadın  hamilədi.  Qadın  yerigliyir  axı.  Məsələn  də,  ürəyi  kabab  issiyir. 
Qədim devirdə, gətirir ocağ da külli olır də... Elə hesab elə, onı yiyir ala-çiy, ora 
bi mikrop kimi düşür helə bil. O əmələ gəlir, qadınnan qidalanır o. O nöktə kimi 
tüşir ana bətninə. Uşağ da var axı. O Beçəxor böyüyir, əmələ gəlir, uşağı yiyir, 
onnan sora o qadınnan rədd olır. 9 ayın tamamına qalsa, qadını yiyər. Məsələn, 
üç aylığdı, dörd aylığacan yiyir. Özi də heç o qadın bilmir ha, rədd olır, qapanır 
girir qədim evlərdə sandığ qoyılırdı, diyillərnən də... İndi  məəm o  yaşım  yoxdı 
axı. Sandığ qoyılırdı. Qaçır girirdi  sandığın altına. Onı tappağ qeyri-mümkindi. 
Yoxa  çıxır.  Onnan  sora  qadın  xəssələnir,  həkim  gətirillər,  diyir  ki,  belə  hadisə 
olıb bırda. Beçəxor özi mış formasındadı. Mış forması da diməy olar, kərtənkələ 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə