Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   45   46   47   48   49   50   51   52   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
121
forması da diməy olar. Göriblər də... Bir qoca görib ki, onu hüzura çıxardıb. Bı 
sandığın  altına  girdi,  o  sandığın  altına.  Uje  onı  tutmağ  olmır.  Civə  kimi  şeydi. 
Arvad görib də, diyir, ay haray, ay dad, sandığın altına girdi. 
İndiyə qədər də var o. Ona gora ki, indi bı sahat o qadın rəhmətə gedib. 
Xalqın  qazanının  başında,  məclissərdə  olırdı.  Onın  uşağının  əyağların  yiyib. 
Bööy  olıb  də,  uşağ  bööy  olıb,  güci  çatmıyıb  yiməyə,  bərk  olıb  də...  O,  tər-tər 
(yəni təzə-tər – A.S.) yiyir də. Uşağ dünyaya gəlib, diyiblər, boy, balam, mının 
barmağları hanı? 
Həmən  ifadə  –  Beçəxor  yiyib.  Bir  şey  ki,  mış  qismində  ola,  kərtənkələ 
qismində ola, o, dörd aylığı da  tələf eliyir. Ancaq 5 aylıq – 6 aylığa güci çatmır.  
Söylədi: Səfərova Mərifət İbrahim qızı, 1942-ci il təvəllüdlü, Cəlilabad 
rayonunda  doğulub.  Neftçala  rayonu  Mürsəqulu    kəndinə  gəlin  gəlib,  təhsil-
siz, təqaüdçüdür. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
122
Ümumtürk folklorundan örnəklər 
 
ÖZBƏK XALQININ QƏLB XƏZİNƏSİNDƏN 
 
Poetik xüsusiyyətlərinə görə özbək xalq lirikasının ümumtürk folkloru ilə, 
o cümlədən, Azərbaycan şifahi xalq şeiri ilə müştərəklik və yaxınlıq təşkil edən 
cəhətləri  çoxdur.  Bu,  hər  şeydən  əvvəl,  eyni  etnik  köklərə,  adət-ənənələrə  bağ-
lılıqdan, oxşar bədii təfəkkür tərzinin təbiətindən irəli gəlir. 
Ancaq saf özbək təfəkkür tərzinə xas olub, özbək qəlbinin poetik  yaşantısı 
kimi  parlayan  misilsiz  örnəklər  də  az  deyil.  Buna  əmin  olmaq  üçün  aşağıdakı 
parlaq nümunəyə dərindən diqqət yetirmək kifayətdir: 
…Hava buludu yırğalar, 
Bulud yağışı yırğalar, 
Yağış göy otu yırğalar, 
Göy ot madyanı yırğalar, 
Madyan qımızı yırğalar, 
Qımız oğlanı yırğalar, 
Oğlan o qızı yırğalar, 
O qız beşiyi yırğalar, 
Beşik uşağı yırğalar, 
Uşaq dünyanı yırğalar, 
Dünya sevdanı yırğalar, 
Sevda havanı yırğalar…
25
 
Göründüyü  kimi,  yaranışın  aramsız  dövr  edən  təbii  gözəlliyini,  həyatın 
özünün  işıqlı  obrazını  bundan  da  sərrast,  bundan  da  inandırıcı  cizgilərlə 
canlandıran başqa  mənzərəni təsəvvürə gətirmək çətindir. Hələ biz sadəliyin  və 
səmimiyyətin  bədii  vəhdətinə  səciyyəvi  misal  kimi  bu  örnəyin  öz  çoxcəhətli 
orijinallığı ilə xalq şeirinin ahənglər və obrazlar aləmi, bənd və qafiyə quruluşu 
haqqındakı ənənəvi təsəvvürlərə gətirdiyi yeniliyi demirik!.. 
Özünəməxsusluqdan  söz  gedəndə  özbək  xalq  şeirinin  ənginliklərində 
nəzərə  çarpan  bir  sıra  rəmzi  –  məcazi  obrazlar  ciddi  maraq  doğurur.  Onlar 
tədqiqatçı diqqətini, bir tərəfdən, öz poetik özgünlüyü və yeniliyi ilə cəlb edirsə, 
ikinci tərəfdən, qədim inanclar və mifoloji təsəvvürlərlə bu və ya digər dərəcədə 
bağlılıqlara  doğru  yönəldir.  Bu  baxımdan  xalq  arasında  çox  geniş  yayılmış 
qədim mahnılardan birinin növbəti bəndləri fikrimizə tutarlı misal ola bilər: 
…Ağ ilan, ağca ilan, 
Ay ilə yatdığın hanı?!.. 
Mən yamandan ayrılıb, 
Yaxşını tapdığın hanı?!.. 
                                         
25
 Бахылсын: Акиф Азалп. Туран щавасы, Бакы, «Вятян», 2006, сящ.294-295. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
123
Ah çəkirəm, ah çəkirəm, 
Ahlarım tutar səni. 
Göz yaşım dərya olub, 
Balıqları udar səni.
26
 
Özbək  xalq  şeirinə  mənsub  lirik  janrların  sərhədləri  və  xüsusiyyətlərini 
düzgün  müəyyənləşdirmək  üçün  bəzi  fərqli  cəhətlərə  xüsusi  diqqət  yetirmək 
lazımdır.  Məsələn,  yalnız  özbək  xalq  mahnılarının  mətnini  götürsək,  indinin 
özündə  gerçəkləşən  nəşrlərdə  də  onların  məzmun  –  mündəricə  bütövlüyü  və 
sərhədləri nisbidir. Doğrudur, Azərbaycan xalq mahnılarındakı kimi, müəyyən bir 
yaşantının  və  ya  hadisənin  ifadəsi  olan  nümunələr  («Sünbülə»,  «Bəri  gəl», 
«Qaragöz»,  «Narın-narın»,  «Qızıl  alma»,  «Zər  çuxalı»,  «Şamama  iylim  mənim» 
və  s.)  də  mövcuddur.  Amma  özbək  xalq  mahnılarının  böyük  əksəriyyəti  heca 
vəzninin  müxtəlif  ölçülərində  (yeddilik,  səkkizlik,  onbirlik  və  s.)  yaranmış  və  ən 
müxtəlif  yaşantıları  əks  etdirən  saysız-sanaqsız  müstəqil  dördlüklərdən  ibarətdir. 
Bu  dördlüklərin  ən  qəribə  cəhəti  ondadır  ki,  onlar  bir  çox  kütləvi  nəşrlərdə  bir-
birinin ardınca elə sıralanmışdır ki, bəzən bir sıra nümunələrin kimin (qızın və ya 
oğlanın, qadının yoxsa kişinin) dilindən söyləndiyini ayırd etmək olduqca çətindir. 
Belə  olsa  da,  onlardan  bir  sıra  nümunələri  jurnalın  bu  sayında  oxuculara  təqdim 
edirik. 
 
Akif Azalp 
Filologiya üzrə fəlsəfə doktoru 
 
                                         
26
Акиф Азалп. Туран щавасы, Бакы, «Вятян», 2006, səh.296-297. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
124
 
 
Bu dağlar necə dağlar, 
Daşı var, təpəsi yox. 
Sözündə durmayan yarın 
Dərdi var, vəfası yox. 
 
Gül qönçədir, gül qönçə, 
Niyə yaxırsan bunca? 
Yanımda olmadın bir dəm, 
Mənim könlüm açılınca. 
 
Sən nə vaxt gəldin qapıya, 
Mən bilib, ah çəkmədim? 
Çıxmağa yol tapmadan, 
Oturub qan ağladım. 
 
Qapından keçəndə mən, 
Dütarın səsi gəlir. 
Ürəyimi yandıran 
Yarın işvəsi gəlir. 
 
Hər gün görəcəm deyib, 
Bir görmədim yarımı. 
Ölməsəm, allam deyib, 
Ümid üzmədim yardan. 
 
Qaranlıq gecə ilə, 
Arxların içi ilə. 
İki qolum bağlansın 
Qızların saçı ilə. 
 
 
 
 
 
 
 
 
 
 
Atası varmı yarımın, 
Ağası
20
 yoxmu yarımın? 
Bu qədər ahlar çəkir, 
Ya sevdiyi varmı yarın? 
 
Yar elə keçib getdi, 
Yar belə keçib getdi. 
Yarımın dediyi söz, 
Ürəkdən keçib getdi. 
 
Mən səfərə çıxanda 
Yar evlərində qalıb. 
«Nə vaxt gələssən?» deyə, 
Qara gözü yaşlanıb. 
 
Səmada mənim ayım, 
Təndə qalmadı canım. 
Salamımı çatdır sən 
Uzaqda mənim yarım. 
 
Dağlar dolu kəklikdir, 
Məndən yarım incikdir. 
Həyətdə görüşəndə 
Deyib-gülmək hər şeydir. 
 
Mən gedimmi ya ora, 
Yar gəlsinmi ya bura? 
Yara yar gərəkdirsə, 
Qoy özü gəlsin bura! 
 
 
 
 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə