Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
109
Dəlilərin ağıllanması 
Günnərin  bi  güni  dəlilərin  hamısın  yığıllar  helə  bir  bı  xəssəxanadan  o 
bırı  xəssəxanıya  aparmağçın  bi  dənə  samalyota.  Ofşim,  qalxızıllar  yuxarı,  sa-
malyot qalxıb yol gedir. Hava da issi olır, bıların hərəsiyçin qabağlar şüşə putıl-
ka olırdı, day belənçiy kalçuk olmırdı. Hərəsinə bi şüşşə badamlı verillər, diyil-
lər ki, içərsüz də, issidi  yolda. Bılar biyəz  yol gedənnən sora issilənillər, başdı-
yıllar hamısı görir biri içir. O bırsılar da baxıllar ona, xəssədilər də... Baxır ona, 
görir ada, hamısı  içir. İçənnən sora dəlinin  biri qayıdır diyir ki, ada, putılkaları 
aparağ qaytarağ, issidi, bi dənə də su alağ də..  
O bırsı qayıdır, hə, doğırdan da, düz diyillər. Bı lyotçik də, xəssəxananın 
doxtırı-yadı otırıb qabağda, bıların daldan xəbəri yoxdı axı...  
Dəlilər  açıllar  qapını,  ofşim,  başdıyıllar  bi  dənə-bi  dənə  atdanmağa. 
Əllərində putılka, atdanıllar yerə. Biri uzanır, əlində putılka baxır oların dalıyca. 
Bılar  bi  də  xəbər  tutıllar,  bi  dənə  də  xəssə  qalmıyıb,  dəli  qalmıyıb.  Hamısı 
atdanıb çıxıb gedib. Diyiblər:  
– Ayə, sən nağayrırsan? Hanı yoldaşlarun? 
Diyir: 
– Olar getdi hamısı putılka qaytarmağa.  
– A, bə sən nöş gedməmisən?  
– Məəm putılkamın ağzı sınığdı, ona gora gedməmişəm.  
Söylədi:  Orucov Ədalət  Alşan  oğlu,  1960-cı il  təvəllüdlü,  orta  ixtisaslı 
aqronom. Neftçala rayonu Qaçaqkənd kəndi 
 
 
NAĞILLAR 
 
Sədaqətli dost  
Keçmişdə, keçmiş zamannarda  iki  nəfər dosd olır, ürəy dosdı. Bı doslar 
bir  daxmada  oldığca  kasıp  yaşıyıllarmış.  Gündəliy  bi  qarın  çörəyi  ya  tapa 
bilillərmiş, ya tapbıllarmış. Gündəliy gedib dənizin qırağında, orda-bırda bi tikə 
nə tapsalar, onı birriydə yiyillərmiş. Bir gün bılar dənizin qırağıynan gedillərdi.  
Görillər ki, ölkənin şahı tək, atnan gəlir. Bılar bir-birinə diyir, ayə, gizzə-
nəy. Orda da bi ağac varıymış, indi hava isdi, kimsə gəlsə,  bı ağaca atı bağlıyıb 
heç  olmasa,  bırda  suynan  əl-üzün  yuyacağ  sərinnənməy  üçün.  Bılar  ikisi  giz-
zənillər, gəlir o şəxs, gəlir yaxşı, belə bəzəyli atnan gəlir çıxır ağacın altına. Atı 
bağlıyır ağaca, görillər ki, bı atlı ölkənin şahıdı. Ölkənin şahı gedir dənizin qıra-
ğına, bı əl-üzin  yuanda diyir ki,  hə,  indi  bırda  fürsəti əldən  verməy olmaz. Tez 
qaçıb gəlillər, nağayrağ mını? 
Aparıllar dənizin içərisində qumı eşillər o yana, bı yana bı şahı dəfn eli-
yillər qumın altında, üssinə də ağır daş tapıllar qoyıllar ki, bı suyın üzərinə çıx-
masın. Hə... vaxt olır, indi o vaxtı bir ay, qırx gün gözziyillərmiş ölkənin şahın, 
yeni  şah  seçməyçün.  Şah  gəlmədi,  yeni  şah  seçillər.  Bılar  qırx  gün  gözziyillər, 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
110
şah gəlib çıxmadı. Bütün aləmi gəzib axtarıllar, şahdan heç bir sorağ əlamət tapa 
bilmillər. Axırı özzərinə şah seçillər.  
Şah  seşdidə  də  döölət  kuşı  olır,  bıraxıllar  kuşı,  kimin  çiyninə  qonsa,  o 
şəxsi şah seçillərmiş. Bılar da indi iki dost, qarınnarın doyızdırmağdan ötri gəzə-
gəzə gəlillər görillər ki, izdiham, yığıncağ var, millət yığılıb, qırğındı. Ayə, nədi 
bırda? Helə bilillər ki, hüzür-yaddı, qarnımızı doydırağ bırda. Diyillər, nətəhər, 
nədi bı yığıncağ? Diyillər ki, şah qırx gün mınnan qabağ gedib, heç yanda tapıl-
madı, indi bu günnəri özmizə şah seçirüy. Bılar da iki yoldaş, biri izdihamın bi 
tərəfində durıb, o birsi bi tərəfində. 
Quşu buraxıllar. Quş uçır, fırranır, gəlir, quş minir bı iki yoldaşdan biri-
nin  cınağına.  Camahat  fikirrəşir,  a,  bı  kanar  adam,  bınnan  şah  olar?  Bını  nətər 
seçəy?  Bəlkə,  döölət  quşu  səf  eliyir?  Tutıllar  quşı,  bir  də  buraxıllar.  Gənə  quş 
adamların  üssində  döörə  vırır,  gəlir  qonur  gənə  həmən  şəxsin  çiyninə.  Üçünci 
dəfə də eliyillər, görillər ki, gənə quş gəldi.  
Diyillər, döölət quşı bilir ki, dööləti kimə tapşırmağ lazımdı. Seçiblər bı-
nı, iki yoldaşın biri olıb şah. Bı biri yoldaşa day dimir ki, gəlginən sən də bi və-
zifə verəg otur də üsdə. O biri yoldaş məliy-müşgil qayıdır hansı daxmada yaşı-
yırdı, gənə ac-yalavac, başdıyır orda yaşamağa. Bi müddət keçənnən sora şah – 
seçilmiş  şah,  vəziri,  vəkili  çağırır  yanına,  diyir,  bilirsüz  nə  var?  Filan  yerdə  bi 
nəfər şəxs yaşıyır. O, neçə ildi, döölətə vergi-zad vermiyib hələ. Gedün, o şəxsə 
diyün ki, dövlətə yüz tümən  vergi  verəcəy. Onı  versə, verdi, verməsə, onı gəti-
rərsüz  özüüznən  bərabər.  Camahat,  millət  qarşısında  onı  dar  ağacınnan  assıra-
cam ki, camahata görk olsın ki, vergini verməy lazımdı. 
Vəzir, vəkil gəlir, daxmada tapıllar bını. Görillər ki, daxmada heç bi şey 
yoxdı, diyillər ki, şah belə əmr eliyib də. Bı əmri yerinə yetirməlisən. Diyir: 
– Bilirsüz nə var. Məəm  heç bi şeyim yoxdı, indi evdə cırdan-cındırdan, 
mənə  möhlət  verün,  aparım  bazarda  satım,  day  yüz  dollar  yox,  heç  olmasa  bi 
otuz-iyirmi  dollar  düzəldim  verim,  aparun.  Razılaşıllar,  möhlət  alır,  vaxt  olır, 
həmən  didigi  vergini  göndərir  şaha.  Bi  müddət  keçənnən  sora  şah  yenə  xəbər 
göndərir. Diyir ki, gənə əlli tümən də verəcəgsən. Onı da versin, borcu var, neçə 
illərdi vergi vermiyib.  
Gəlillər  diyillər.  Diyir  ki,  yenə  mənə  vaxt  verün,  heç  olmasa  çox  dimi-
rəm, beş tümən. Bınnan artığ məəm gücüm yoxdı. Yenə evdə yatdığı yorğan-dö-
şəyi də, ayın-oyunu, nə varsa aparıb satır, beş tüməni düzəldir, göndərir.  
Bi müddət keçənnən sora üçünci dəfə şah yenə adam göndərir. Diyir: 
– Gedün diyün ki, on tümən də verəcəy. Əyər verməsə, siz özüüznən gə-
tirirsüz, onı dar ağacınnan assıracam.  
Gəlillər, diyillər. Diyir ki, gedün o şaha diyün ki, mənim artığ heç bir şe-
yə gümanım gəlmir, heç bir şey yoxdı, əynimin paltarın da satmışam, onın pılın 
göndərmişəm. Məəm artığ xalğ içərsinə, camahat içərsinə çıxmağ üçün əynimin 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə