Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
96
mütəsəvvüflər müsəlman olmayan buddistlər, xristianlar, bütpərəsrlər və digər-
ləri tərəfindən reallaşdırılan xariqüladə hadisələrə "istitraç", müsəlman vəlilərin
göstərdiklərinə isə "kəramət" adını verdilər.
Mənkabə motivləri tək-tək tədqiq edildikdə görürük ki, bu motivlər şa-
manlıq dönəmlərindən qalmadır. Vəlinin kəramətinin dərviş kəramətinə bu qə-
dər çox bənzəməsinin səbəbi də buradadır. Məsələn, Hacı Bəktaş Vəli, Hacı
Bayram Vəli, Otman Baba, Dəmir Baba, Doğrul Baba kimi bütün Anadolu vəli-
ləri başda olmaqla Azərbaycana və Orta Asiyaya qədər uzanan böyük bir ərazi-
də tez-tez qarşılaşdığımız quşa çevrilmə, aslanı minmək, daşı yeritmək, xəstələri
sağaltmaq, yağış yağdırmaq və s. şamanlıq qalıqlarıdır və şaman kəramətlərinin
sufi variantlarıdır.
Şamanist dövrlərdəki etiqada görə şaman (kam) ruhlarla insanlar arasın-
da vasitəçilik etmə qüdrətinə malik olan adamdır. Eyni missiyanın bir sıra kiçik
dəyişikliklərlə mənkabələrdə vəlilərə yükləndiyini görməkdəyik. Mənkabə mo-
tivləri tək-tək tədqiq edildikdə görürük ki, bu motivlər şamanlıq dönəmlərindən
qalmadır. Vəlinin kəramətinin dərviş kəramətinə bu qədər çox bənzəməsinin sə-
bəbi də buradadır. Məsələn, Hacı Bəktaş Vəli, Hacı Bayram Vəli, Otman Baba,
Dəmir Baba, Doğrul Baba kimi bütün Anadolu vəliləri başda olmaqla Azərbay-
cana və Orta Asiyaya qədər uzanan böyük bir ərazidə tez-tez qarşılaşdığımız qu-
şa çevrilmə, aslanı minmək, daşı yeritmək, xəstələri sağaltmaq, yağış yağdırmaq
və s. şamanlıq qalıqlarıdır və şaman kəramətlərinin sufi variantlarıdır. Məsələn
bir mənkabədə biz bunu görə bilirik.
İflic olan, uşağı olmayan, qismətinin açılmasını istəyən, işləri rast getmə-
yən və buna bənzər daha bir çox səbəblərdən ötəri övliyalığına inanılan adam-
dan mədət umulur. Allaha övliyanın üzü hörmətinə və onun vasitəçiliyi ilə dua
edilir. Yəni bir baxıma övliyanın Allah ilə insan arasında vasitəçi olması, bəla-
lardan onun vəsiləsiylə qorunmaq istənməsi vəli kultunun formalaşmasında əsaslı
rol oynamışdır. Uşağı olmayan qadınlar müqəddəs insanların dəfn olunduğu tür-
bələrə, pirlərə üz tutaraq, ağaca bez bağlayaraq və ya vəlinin hər hansı bir əşya-
sını daşıyaraq uşaq sahibi olmağı ümid edirlər. Uşağı olmayan yakut qadınları da,
müqəddəs bir ağacın dibində, ağ boz at dərisi üzərində, “yer sahibi”nə (an daydı
iççidə) yalvarırlar, ağlaya- sızlaya dua edirlər. Bu duadan sonra uşaq sahibi olan-
lar bunu Tanrıdan, yer ağac ruhları tərəfindən verildiyinə inanırlar (5, 167).
Mənkabə janrı müasir dövrün ən çox söylənən və söyləndikcə də zəngin-
ləşən canlı növlərindən biri olduğu üçündür ki, xalq arasında geniş yayılımışdır.
İslam dininin yayıldığı bütün ölkələrdə, ən əsası da şifahi mədəniyyətləri zəngin
olan türk xalqları arasında dini rəvayətlər və ya mənkabələr ateist təbliğatın bü-
tün cəhdlərinə baxmayaraq varlığını qoruya bilmişdir. Ona görə də mənəvi kəra-
mətləri ilə şöhrət qazanan övliya mənkabələri və ya imam övladı olan seyidlərin
kəramətləri Azərbaycanın hər tərəfində xalq ədəbiyyatının əsas söylənən janrı
olaraq qalır. Mənkabələr təbii ki, İslamın ilk dövrlərindən başlayaraq sürətlə
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
97
yayılan dini əfsanələrin bazasında yarandı, miflərdən, rəvayətlərdən bir çox
ünsürləri almaqla yeni bir janr kimi formalaşdı və söyləyici repertuarında özünə
xüsusi yer tutdu.
Övliyaların məzarları üzərində tikilən və diqqətlə qorunan türbələrdə,
pirlərdə həyata keçirilən mərasimlər də bir başqa məsələdir. Daha əvvəl də dedi-
yimiz kimi uşağı olmayan qadınlar, qismətlərinin açılmasını diləyənlər, şəfa
istəyənlər və b. türbələrdə dua etməklə bərabər, yaxınlıqda bitən tənha ağaca və
ya türbənin hər hansı bir yerinə bez bağlamaqla, varsa, oradakı bulağın suyun-
dan içməklə, varsa, quyuya daş atmaqla və ya quyunun divarlarına daş yapışdır-
maqla və daha fərqli üsullarla İslami olmayan ritualları həyata keçirirlər. Bu tip
qeyri-İslami mərasimləri namaz qılan, oruc tutan mömin müsəlmanlar da yerinə
yetirirlər. Bu tip adətlərin və ritualların mənşəyini yenə şamanlıqda görməkdə-
yik. Belə ki, şaman inancında ağacın, daşın, suyun önəmli yer tutduğu tarixi və
etnoqrafik məlumatlarla təsdiqlənir.
Övliya mənkabələrində və türbələrində tez-tez qarşımıza çıxan ağac və
daş ünsürlərinin yanında dağ kultu da önəmli rol oynayır. Bu gün Azərbaycanın
müxtəlif bölgələrindən toplanmış övliya mənkabələrində həm dağ, həm ağac ün-
sürü mühüm rol oynayır. Dağ və ya ağac pirləri daha əski inamlarla bağlı olub
özündə şamanlıq dövründən qalma bir çox inancları yaşatmaqdadır. Bu ocaq və
pirlərin çoxu hər hansı bir insan məzarı deyildir. Qurban kəsilən, dua edilən,
müqəddəs sayılan elə dağın və ya ağacın özüdür. Ancaq bunun İslam dininə uy-
ğun gəlməyəcəyi hallarda dağın və ya ağacın müqəddəslik qazanması üçün bə-
zən oranın bir vəliyə mal edilməsi lazım gəlir. Bir çox halda dağ mənkabələrdə
vəlinin qeyb olduğu yer kimi funksionallaşır. Dağ bəzən də vəlinin uzun müddət
yaşadığı yerdir.
Türbələrdə həyata keçirilən mərasimlərin şamanlıqla bağlılığı sadəcə
olaraq ağac, dağ, daş ünsürü ilə məhdud deyil. İslamiyyət ilə uyğun gəlmədiyi
halda yaşadılmağa çalışılan bir başqa ənənə də ocaqlarda və ya pirlərdə şam
yandırılması, daşları divarlara yapışdırmaq və s-dir. Şam yandırmaqla simvolizə
edilən işıq, təsəvvüfdə ilahi nuru və ilahi eşqi təmsil edər. O baxımdan ocaqlar-
da rast gəlinən lampa, şam kimi ünsürlər əslində qədim türklərin inancları ilə
əlaqəlidir. İşığın türk boylarındakı yeri yaradılış mifərinə qədər uzanır.
Kosmoqonik miflərdə Ülgenə yarat deyə əmr verən Ağ Ana da ilahi bir
işıqdır. “Oğuz Kağan” dastanında Oğuzun evləndiyi Tanrı qızları da işıqla xa-
rakterizə edilmişdir. Hətta bu qızlardan biri göy işığın içində enir. Şaman olma
ritualında işıq simvolik olaraq onun son mərtəbəyə çatdığını göstərir. Şaman so-
nuncu doqquzuncu göydə cənnət kimi işıqlı bir aləmə çıxır. Bu yolda şamanlığa
namizəd olan adama müəllimlik edən ata şamanın ruhu öz şagirdini qaranlıqdan
keçirmək üçün gözlərini məşələ çevirərək gələcək şamana yol göstərir (2, 95).
Yuxu vasitəsiylə dərvişlik ya da şamanlıq qabiliyyəti alan insanların
keçdikləri mərtəbələr, onların fəaliyyətləri, kəramətləri də bir-birini xatırlatmaq-
Dostları ilə paylaş: |