Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
89
dən günəş şüası şəklində düşən qız, ikincisi gölün ortasında ağac koğuşunda
oturmuş qızdır. Buirinci qız göyü, ikinci qız yeri təmsil edir. Beləliklə, Oğuz
mifologiyasında kişi başlanğıcını Oğuz Kağan, qadın başlanğıcını şərti ola-
raq adlandırdığımız Günəş qızı və Yer-Sub qızı təmsil edir. Demək, “Ayişə
ilə Fatimənin nigahı su!” ifadəsinin ilkin şəklində Oğuzun həmin iki sevgili-
si durur.
Qeyd edək ki, “Su həq didarın görmişdir” ifadəsi özündə dərin məna-
lar gizlədən məlumat kimi folklorşünasların diqqətini cəlb etmişdir. Bahaəd-
din Ögel “Su haqq didarın görmüşdür” ifadəsini “Su Allahın üzünü, camalı-
nı görmüşdür” şəklində şərh etmişdir “ (29, 350). Füzuli Bayat da bunu təs-
diq edərək göstərir ki, bu ifadə “türk mifologiyasında yaradılış ünsürünə
çevrilməklə kosmik bilgini simvollaşdıran və kainatın meydana gəlməsinə
şahidlik edən suyun epik yaddaşa keçmiş şəklindən başqa bir şey deyildir”
(19, 89-90). Mərhum folklorşünas Məhərrəm Cəfərli “Su haqq didarın gör-
müşdür” ifadəsini semantik cəhətdən təhlil edərək yazır ki, burada:
«Su – ilkin stixiyanın obrazı;
Haqq – Allah, Tanrı səviyyəsində kosmoqonik vahid başlanğıc;
Didar – Farsca "görüş" və "üz" anlamlarındadır (30, 55);
Görmək – predikat, funksiya;
Cümlənin leksik-sintaktik açılışı iki cürdür:
1) Su haqq «görüşünü» görmüşdür.
2) Su haqq «üzünü» görmüşdür.
Əslində suyun haqq üzünü, yaxud görünüşünü görməsi cümlədə ifadə
olunan mifoloji-kosmoqonik situasiyanın məzmununu dəyişmir. Burada söh-
bət suyun haqq ilə akt səviyyəsində, kosmoqonik situasiyada birgə iştirakın-
dan gedir. Bu cümlənin hətta islami düşüncədən gəlmə ehtimalı belə vəziy-
yəti dəyişmir. Çünki su türk kosmoqoniyasının əsas ünsürüdür və bu kosmo-
qoniyadakı Tanrı – «Haqq» teoniminin ifadə etdiyi Allah ilə eyni semantik
səviyyədə qavranılır. Bu baxımdan suyun Haqqın üzünü görməsi semantemi
suyun məhz kosmoqonik yaradılışdakı iştirakına işarədir. O biri tərəfdən, su-
yun Haqqın «görüşünü» görməsi ifadəsi də eyni məzmuna gəlir. Burada
haqqın «üzü» və «görüşü» sözləri hər iki halda kosmoqonik yaradılış aktını
səciyyələndirir. Burada məna dəyişmir, yəni suyun ilkin başlanğıcda iştirak
etməsi, ilkin başlanğıc ünsürlərindən olması, onun müqəddəsliyinin «Haqq
didarı» ilə təsdiq olunması «didar» sözünün necə götürülməsindən asılı ol-
mayaraq dəyişmir» (31, 105-106).
Bütün bu fikirləri ümumiləşdirən Aynur Babək göstərir ki, “Su haqq
didarın görmüşdür” ifadəsində su haqqında oğuzların qədim mifoloji görüş-
ləri ilə islami düşüncə biri-birinə qovuşmuşdur. Suyun Haqqın üzünü gör-
məsi, M.Cəfərlinin təhlilindən də aydın olduğu kimi, suyun ilkin başlanğıc-
da var olmasına dəlildir. İnanca görə, Haqq (Allah) yaradandır. Deməli, su
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
90
yaradılışın şahididir. Bütün mif mətnləri, o cümlədən Altay mifləri suyun il-
kin başlanğıcdakı iştirakını və yaradılışın əsas ünsürü olduğunu, bəzən yara-
dılışın materialı rolunu oynadığını isbat edir (2, 145).
Eyni mənzərəni “Əsli və Kərəm” dastanında da görmək mümkündür:
Keşiş öz qızı Əslini Kərəmə verməmək üçün götürüb qaçır. Haqq aşiqi Kə-
rəm sevgilisini axtarır. Yolda çaya – suya rast gəlib Əslini soruşur:
«Kərəm üzünü tutdu çaya, dedi:
Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdən baxarsan,
Dolana-dolana evlər yıxarsan,
Mənim Əslim buralardan keçdimi?
Çay da dilə gəlib belə cavab verdi:
Kərəm saxlar onun həmişə yasın,
Yanına almışdı ata-anasın,
Həm içib, həmi də doldurdu tasın,
Atların suyuma saldı da getdi» (32, 122).
Göründüyü kimi burada evini axtaran Salur Qazanın dediyi “Su Haqq
didarın görmüşdür” ifadəsi ilə sevgilisini axtaran Kərəmin dediyi “Haqqın
camalına hərdən baxarsan” ifadəsinin məna yükü tamamilə eyni olub, suyun
ilkin yaradılışdakı rolunu göstərir. Təhlil etdiyimiz əfsanədə də suyun xəbər-
verici funksiyası onun ilkin yaradılışdakı iştirakı ilə bağlıdır. Nabatla Halay
da əmiqızı-əmioğlu olduqları və bu mənada “kəbinləri göydə (Tanrı dərga-
hında) kəsildikləri” üçün onların nikahı da elə ilkin yaradılışı rəmzləndirir.
Əfsanədə diqqəti cəlb edən daha bir motiv “birləşdirici (qovuşduru-
cu) su mifologemidir”: Bir qızılquş şığıyıb içi su ilə dolu qızıl piyaləni dimdi-
yinə alıb göyə qaldırır və Nabat Halayı yaralandığı dağda tapır.
Bu mifologemin təhlilində ehtiyatlı olmaq lazımdır. Çünki burada iki ob-
raz bir-biri ilə qovuşub: su stixiyası və quş kultu. Quşların (Zümrüd quşu, Si-
murq və s.) Azərbaycan nağıllarında işıqlı dünya (kosmos) ilə qaranlıq dünya
(xaos) arasında vasitəçi olduğu məlumdur. Bu əfsanədə də qızılquş Nabatı onun
olduğu məkandan Halayın olduğu məkana aparır. Qızılquşun dimdiyində apardı-
ğı qızıl piyalənin içindəki “sehrli – xəbərverici” suyun buradakı iştirakı heç nə-
zərə də çarpmır. Lakin unutmaq olmaz ki, su kişi və qadın başlanğıclarını təmsil
edən ünsürlərin nikahı kimi təsəvvür edilən ilkin yaradılışın ən mühüm ünsürü-
dür. Yada salaq ki, bu iştirakı S.S.Averintsev suyun bəşəri mayalanmanın və ya-
ranışın mühiti, maddəsi və prinsipi olması şəklində səciyyələndirmişdir (21,
240). Əmioğlu-əmiqızı Halayla Nabatın nikahı müqqəddəs nikah, ilkin bəşəri ni-
kahdır. Bu halda qızıl piyalənin içindəki ”xəbərverici su” həm də “bəşəri maya-
lanmanın və yaranışın mühiti, maddəsi” olan “qovuşdurucu sudur”. Onun bu
Dostları ilə paylaş: |