Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
87
elə! Su ona deyir ki, sevgilisi Göyəzən dağında son nəfəsdədir. Birdən bir qızıl-
quş şığıyıb içi su ilə dolu qızıl piyaləni dimdiyinə alıb göyə qaldırır. Quş göylə,
Nabat yerlə Göyəzən dağına çatırlar… Qızılquş əvvəlcə bir çəmənliyə enir, ora-
dan da bir daşın üstünə qonur. Nabat zirvədən baxanda görür ki, Halay bir az
aşağıda al-qan içindədir. O, tez özünü Halaya yetirir, sağ qoluna sancılmış oxu
çıxarır, üzünə qızıl piyalədəki suyu səpir, yaralı sinəsini və qolunu yaylığı ilə sarı-
yır. Halay gözlərini açanda bərk təəccüblənir ki, Nabat bu dağa necə gəlib çıxıb?!
Halay başına gələn sərgüzəşti açıb söyləyir. Deyir ki, dağın o biri üzündən buraya
yol var. Bir ceyranı mənə tərəf gələn gördüm, onu nişan aldım, yayı çəkməmiş
qəfildən bir ox sinəmi yaralayıb sağ qoluma batdı. Sən demə, bu ceyranı başqa bir
ovçu qovurmuş. Sonrasından xəbərim olmayıb. Nabat onu sevgilisinə qovuşduran
qızılquşa minnətdarlıq etmək istəyir. Heç bir şeyə gücü çatmır. Qızıl piyaləni ona
uzadır. Qızılquş piyaləni dimdiyində götürür və insan əli çatmayan bir qayaya
qonur. İki aşiqi vüsala çatdıran qızıl piyaləni dağın ən uca zirvəsinə qoyur. Piyalə
günəşin altında bərq vurub zülmətə düşmüş aşiqlərin yolunu işıqlandırır. Belə
deyirlər ki, hələ də o qızıl piyalə Göyəzən dağının zirvəsindədir (9, 19-20).
Əvvəlcə bu əsanənin süjetini təşkil edən mifologemləri müəyyənləşdir-
məyə çalışaq. İlk öncə diqqətimizi “əmioğu-əmiqızı modeli” cəlb edir. Azər-
baycan xalqında belə bir məsəl var: “Əmioğu ilə əmiqızının kəbini göydə kəsi-
lib”. Kəbinin göydə kəsilməsi ilahi mənşəyə işarədir. Yəni bu kəbini heç kəs po-
za bilməz, yaxud əmioğu ilə əmiqızının qovuşmasına qarşı çıxmaq faydasızdır.
Çünki bu, ilahi nigahdır. Bu motivin dərinliyində ”buta mifologemi” durur. Bu-
ta, düşünürük ki, türk yaradılış mifləri sistemində yaradılışın xüsusi şəkli, halı,
formasıdır. Baxmayaraq ki, məhəbbət dastanlarındakı buta obrazı barəsində çox
bəhs edilib, amma bununla bərabər belə hesab edirik ki, buta obrazı türk yaradı-
lış mifologemi kimi zəif tədqiq olunub. Bunu folklorşünas Şakir Albalıyev də
təsdiq edərək yazır ki, “Buta nədir?” sualına birbaşa bir cümlə ilə cavab vermək-
lə keçinmək olmaz. Xalq təfəkküründə buta anlayışına münasibət də, folklorşü-
nas və etnoqraflarımızın bu məsələyə baxışları da rəngarəngdir. Elə butanın özü
kimi çoxçalarlı, əlvan naxışlıdır. Ona görə ki, butanın rəmzi qatlarında özlüyün-
də çox sirlər gizlənib. Mifik təfəkkür dünyasından qaynaqlandığına görə, ilk
növbədə, əski çağların fikir palitrasına baş vurmalıyıq. Özü də butanın təkcə
rəmzi mahiyyətini çözələməklə məsələni məhdudlaşdırmaq olmaz, “buta” sözü-
nün daşıdığı leksik məna çalarlarını da buraya daxil etmək vacibdir. Düzdür, bu
barədə də müəyyən fikirlər mövcuddur, amma hələ də tam mənası ilə bu sözün
özülünü açıqlaya bilməmişik (27, 35).
Buta ilkin yaradılışı simvolizə etdiyi üçün burada yaradılışı xarakterizə edən
bütün universumlar, o cümlədən su stixiyası öz yerini almalıdır. S.S.Averintsevin
yazdığı kimi, su bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir.
Lakin mayalanma həm kişi, həm də qadın başlanğıclarını tələb edir (21, 240).
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
88
Demək mifoloji düşüncənin universal prinsiplərinə görə, kişi və qadın
başlanğıcları və su stixiyası bir yerdə olmalıdır. Nəzərdən keçirdiyimiz əfsanədə
bu elementləri birgə görürük. Burada kişi və qadın başlanğıclarını əmioğu və
əmiqızı təmsil edir. Bu isə qədim türk düşüncəsinə görə ilahi nikahdır. Mifik-
universal məntiqə görə, müqəddəs, ilahi nigah su stixiyasından kənarda götürülə
bilməz. Bu cəhətdən əfsanədəki, ikinci əsas motiv “xəbərverici su mifologemi-
dir”. Bu mifologem əslində daha iri kompleks olan “tale mifologeminə” daxil-
dir. Suyun Halayın taleyindən xəbər verməsi onun talelərin – alın yazılarının
yazıldığı ilkin başlanğıcdakı iştirakı ilə bağlıdır. Ulu abidəmiz “Kitabi-Dədə
Qorqud” suyun ilkin yaradılış, müqəddəs nikahla bağlılığını, bu nikahdakı iştira-
kını birbaşa təsdiq edir. Abidədə evini arayan “Qazanın öginə bir su gəldi. Qa-
zan aydır: «Su həq didarın görmişdir. Bən bu suyla xəbərləşəlim» – dedi.
Görəlim, xanım, necə xəbərləşdi. Qazan aydır:
Çığnam-çığnam qayalardan çıqan su!
Ağac gəmiləri oynadan su!
Həsən ilə Hüseynin həsrəti su!
Bağ ilə bostanın ziynəti su!
Ayişə ilə Fatimənin nigahı su!
Şahbaz atlar içdigi su!
Qızıl dəvələr gəlüb keçəki su!
Ağ qoyunlar gəlüb çevrəsində yatduğı su!
Ordumın xəbərin bilürmisin, degil mana,
Qara başım qurban olsun, suyum sana! – dedi (28, 44-45).
Məsələyə qədim türk-oğuz düşüncəsində yanaşsaq, burada ilahi buta
mifologemi və ona mütləq şəkildə daxil olan su stixiyasını görürük. Burada
bir məqamı qeyd etmək lazımdır. Qazan, Ayişə və Fatimə adları epik-mədə-
ni düşüncənin fərqli səviyyələrini təmsil edən məna vahidləridir. Qazan
Oğuz epik ənənəsi, Ayişə və Fatimə isə İslam dini-epik ənənəsi ilə bağlıdır.
Heç şübhəsiz ki, bu adlar Oğuz epik ənənəsinə sonradan, oğuzlar islam dini-
ni qəbul etdikdən sonra daxil olmuşdur. Lakin bu adlar, epik ənənəyə daxil
olarkən, özləri ilə bərabər Oğuz eposuna hər hansı yeni süjet əlavəsi gətir-
məmişlər. Yəni “Ayişə ilə Fatimənin nigahı su!” ifadəsində Ayişə və Fatimə
adları qədim Oğuz obrazlarının adlarını əvəz etmişlər. Nikahın su ilə kə-
silməsi suyun Oğuz kosmoqoniyasında nikahın əsasında duran ünsür olması-
nı göstərir. Ayişə və Fatimə qadın adlarıdır. Demək, bu adlar Oğuz kosmo-
qoniyasında ilkin nikahda iştirak edən qadın adlarını əvəz etmişlər. Bu halda
belə bir sual ortaya çıxır: Oğuz kosmoqoniyasında su ilə kəsilən nikahın tə-
rəfləri kimlərdir və qadınların sayı niyə ikidir? Bu suala Oğuz mifologiasına
müraciət etməklə cavab tapmaq mümkündür. Oğuz mifologiyasında ilk ola-
raq Oğuzun özü yaradılır. O, ilk insandır. Daha sonra biz iki kosmoqonik ni-
kahın şahidi oluruq. Oğuz məhz iki qadınla evlənir. Bunlardan birincisi göy-
Dostları ilə paylaş: |