Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
91
qovuşmada rolu zahirən görünməsə də, suyun orada olması qovuşmanın (yaranı-
şın) pozulmaz, universal “prinsipi”dir.
Diqqəti cəlb edən başqa bir məqam “şəfaverici (mistik) su mifologemi-
dir”. Nabat ölüm yarası ilə yerə sərilmiş Halayı suyun vasitəsi ilə sağaldır. Bu-
rada məsələ tam aydındır. Folklorumuzda “Dirilik suyu”, “Abi-həyat” adları ilə
adlandırılan bir su obrazı var. O, ölümə qarşıdır. Onu içən ölmür. Deməli, Naba-
tın piyaləsindəki su həm də sehrli dirilik suyudur.
Qeyd edək ki, su ilə bağlı çoxlu əfsanələr var. İndi onların hamısını bura-
da yuxarıdakı təhlil etdiyimiz «Göyəzəndə qızıl piyalə» adlı əfsanə kimi çox ge-
niş araşdırmaya cəlb etmək məqsəd və hədəfimizdən kənardadır.
İşin elmi nəticəsi: Təhlil olunmuş əfsanələr su stixiyasının mifik düşün-
cə və folklor düşüncəsi üçün əsas konseptlərdən olduğunu göstərir.
İşin elmi yeniliyi: Türk mifologiyasının bərpası zamanı daha çox mifo-
loji informasiya daşıyan əski mətnlərə üstünlük verilir. Tədqiqat aşkarladı ki,
müasir əfsanə mətnləri mifik dünya modelinin bərpası üçün əvəzsiz qaynaqdır.
İşin tətbiqi əhəmiyyəti: Məqalədən nəzəri baxımdan Azərbaycan-türk
mifologiyasının bərpasına dair tədqiqatlarda istifadə etmək olar.
ƏDƏBİYYAT
1. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı:
Yazıçı, 1989, 496 s.
2. Babək A. Azərbaycan folklorunda su ilə bağlı inamlar. Bakı: Nurlan,
2011, 212 s.
3. Yaşayan əfsanələr. Toplayanı və tərtib edəni Sədnik Paşayev. Bakı:
Gənclik, 1973, 78 s.
4. Yurdumuzun əfsanələri. Toplayanı və tərtib edəni Sədnik Paşayev.
Bakı: 1976, 45 s.
5. Paşayev S. Nizami və folklor. Bakı: Bilik, 1976, 65 s.
6. Yanardağ əfsanələri. Toplayanı və tərtib edəni Sədnik Paşayev. Bakı:
Gənclik, 1978, 168 s.
7. Paşayev S. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983, 128 s.
8. Paşayev S. Azərbaycan əfsanələrinin öyrənilməsi. Bakı: Bilik, 1985, 70 s.
9. Azərbaycan xalq əfsanələri. Toplayan və tərtib edəni S.Paşayev. Bakı:
Yazıçı, 1985, 285 s.
10. Azərbaycan mifoloji mətnləri. Toplayanlar Sədnik Paşayev, Maqbet
Əhmədov, Arif Rəhimov, Arif Acalov. Bakı: Elm, 1988, 180 s.
11. Azərbaycan xalq söyləmələri. Toplayanı və tərtib edəni Sədnik
Paşayev. Bakı: Yazıçı, 1992, 211 s.
12. Pirsultanlı S.P. Azərbaycan eposunun əfsanə qaynaqları. Bakı:
Azərnəşr, 2002, 102 s.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
92
13. Əsatirlər, əfsanələr, rəvayətlər. Toplayıcılar S.P.Pirsultanlı,
M.Əhmədov, A.Rəhimov, A.Acalov. Bakı: Şərq-Qərb, 2005, 304 s.
14. Pirsultanlı S.P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi
abidələrimizlə müqayisəli tədqiqi. Bakı: Elm, 2007, 310 səh.
15. Azərbaycan türklərinin xalq əfsanələri. Toplayanı və tərtib edəni
S.P.Pirsultanlı. Bakı: Azərnəşr, 2009, 427 s.
16. Rzasoy S. Azərbaycan əfsanəşünaslığı və Sədnik Paşa Pirsultanlı (ön
söz) / Azərbaycan türklərinin xalq əfsanələri. Toplayanı və tərtib edəni
S.P.Pirsultanlı. Bakı: Azərnəşr, 2009, s. 3-16
17. Rzasoy S. Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa
Pirsultanlı. Bakı: Nurlan, 2008, 211 s.
18. Ögel B. Türk mitolojisi (Kaynakları ve Açıklamaları ile Destanlar), I
cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, 644 s.
19. Bayat F. Türk Mitolojik Sistemi. Cilt 1. İstanbul: Ötüken, 2007, 380 s.
20. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm, 2003, 418 s.
21. Аверинцев С.С. Вода / Мифы народов мира. В 2-х томах. Том 1.
Москва: Изд. «Советская энциклопедия», 1980, с. 240
22. Топоров В.Н. Океан мировой // Мифы народов мира. В 2-х
томах. Том 2. Москва: Изд. «Советская энциклопедия», 1982, с. 249-250
23. Сейидов М. К вопросу о трактовке Йер-Суб в древнетюркских
памятниках // Жур. «Советская тюркология», 1973, № 3, с. 63-69
24. Seyidov M. «Öləng»in izi ilə // «Azərbaycan» jur., 1965, № 5, s. 84-93
25. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı:
Yazıçı, 1983, 326 s.
26. Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan,
2008, 174 s.
27. Albalıyev Ş. Butanın məqamı, məkanı, ünvanı // “Azərbaycan
xalçaları” jurnalı, cild 2, № 5, 2012, s. 35-45
28. Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya
F.Zeynalov və S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, 265 s.
29. Ögel B. Türk mitolojisi, II cilt, Ankara: Türk Tarih Kurumu
Basımevi, 1995, 610 s.
30. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri
lüğəti. / Tərtib edənlər: A.M.Babayev, C.B.İsmayılzadə (Rəmzi). Bakı: Maarif,
1981, 280 s.
31. Cəfərli M.Dastan və mif. Bakı: Elm, 2001, 186 s.
32. Azərbaycan məhəbbət dastanları / Tərtib edənlər: M.H.Təhmasib və
b. Bakı: Elm, 1979
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
93
Nuridə MUXTARZADƏ,
AMEA Folklor İnstitutu, elmi işçi
nurideibay@gmail.com
ÖVLİYA KƏRAMƏTLƏRİNİN FUNKSİONAL
SEMANTİK ROLU
XÜLASƏ
Məqalədə pirlərdə, türbələrdə və məzarlarda xəstələrin sağalması, ya da dilək-
lərin reallaşması kimi vəziyyətlərlə qarşılaşması və vəli ilə əlaqədar söylənən mətnlə-
rin, onun adına bağlanan kəramətlərin və bəzi motivlərin var olması diqqət yetirilən
xüsusiyyətlərin başında gəlir.
Açar sözlər: Vəli kultu, övliya, kəramət, Vəli mənkabələri
ФУНКЦИОНАЛЬНО - СЕМАНТИЧЕСКАЯ РОЛЬ
СПОСОБНОСТЕЙ ЭВЛИЯ (ВЕЛИ)
РЕЗЮМЕ
В статье рассказывается о способностях эвлия в святых местах.
Отмечается, что при посещении этих святых мест человек преобретает
душевное ровновесие и претворяется в жизнь все пожелания вымолвен-
ные в этих святых местах.
Ключевые cлова: культ Вели (культ отца), эвлия, способность,
менкабе (легенды о Вели) Вели
THE CULT OF VELI (PARENTS CULT) IN THE CONTEXT OF
VIRTUE
SUMMARY
The recovery of sick people in sacred places, sepulchers and graves or
the realization of their wishes, the texts dealing with Veli (parent) and existence
some words dealing with his name are basic features in this article.
Key words: the cult of Veli ( parents’ cult), evliya, magnanimity, Veli
legends
Məsələnin qoyuluşu. İstər türk, istərsə də ərəb və fars təriqətlərində vəli
və ya övliyanın ən başlıca özəlliklərindən biri onların kəramət göstərə bilmələri-
dir. Kəramət termini dini-təsəvvüfü mənada haqqa çatmış, haqq ilə haqq olmuş
övliyaların göstərdikləri fövqəltəbii hadisələrə deyilir. Bu kəramətlərdən bəhs
edən mətnlərə mənkabə, mənkabələrdən ibarət toplulara da mənakıbnamə və ya
vilayətnamə deyilir. Kəramət göstərən vəlinin eyni anda dəyişik formada görün-
məsi, bir anda çox uzaq məsafələrə gedib-gələ bilmələri, müxtəlif heyvanların
donuna girmələri, cansız əşyaları hərəkətə gətirmələri, öldükdən sonra yenidən
Dostları ilə paylaş: |