Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
80
Mixək boynun əyəndə.
On iki şam yandırram.
Əlim yara dəyəndə
Ağam xan otağında,
Mirzəm xan otağında (4,52).
Odun, bəd qüvvələrin işıqdan çəkinməsi, odla acıqlı ruhların qovulması
inancları əksər dünya xalqlarının arxaik təsəvvürlərində geniş yayılmışdır. Epi-
demiyanın, ağır xəstəliklərin yayıldığı Minaqosski bölgəsində Selebece sakinləri
bu bəlanı dəf etmək üçün öz evlərindən, yaşadığı yerlərdən ayrılır, müəyyən
vaxtdan sonra insanlar, ovsunçularla bərabər əllərində od, səs küylü şəkildə hə-
min yaşayış yerlərinə qayıdır, odla ayaq basdıqları evin kandarına üç dəfə dola-
nırlar. Daha sonra odu mətbəxlərində üç gün fasiləsiz yandırmaqla demonik
qüvvələrdən azad olduqlarına inanırlar (11, 514).
Avropada qeyd olunan od bayramlarında da ritual insanların od, ocaq qa-
laması, onun ətrafında xüsusi nəğmələr söyləməsi, od üzərindən atılması üzərin-
də qurulmaqla evlərə, bərəkət, ruzu paylanması inancını ifadə edir. Pasxa bay-
ram odunun kilsə ətrafında qalanması və insanların bu oddan evlərinə aparması,
yaşadıqları yerin dörd bir tərəfi, bağ, tarlanı dolandırmaları sel, daşqın, tufandan
qorunma, tarlaların parazit, yanğından mühafizəsinin inancına bağlıdır (11,
574).
Azərbaycan xalq mərasim nəğmələrində də bu inancın izləri qorunmaq-
dadır:
Lampa, səni yandırram,
Dörd yanı dolandırram,
Müşkül işim düşəndə,
Vurram səni sındırram.
Lampanı yandır, işıq olum sənə,
Adaxlın gəlsin, aşiq olsun sənə! (4, 91)
Lampa, odun yandırılması, dörd yanı dolandırılması arzulanan, duayla
həyata keçirilən ritualın əsasıdır. Tələb, istəklə yandırılan od, işiğın saxla-
nılması arzunun, müəyyən mənada ovsunun gerçəkləşməsi üçün şərtdir. Təqdim
olunan nəğmənin növbəti bəndində də bu inamın izi görünür:
İşığı yanan qoydum,
Üstünə fanar qoydum.
Bir alagöz oğlanın
Ürəyin yanar qoydum.
Lampanı yandır, işıq olsun sənə,
Adaxlın gəlsin, aşıq olsun sənə (4, 91).
Xalq şeirinin zəngin mifopoetik özünəməxsusluğunda yer alan «od» kul-
tunun mərasim, inanclarındakı forma və xüsusiyyətləri əski təsəvvür və düşün-
cələrin ilkin qaynağı kimi maraq doğurur. Ovsunlar, mərasim nəğmələri və s.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
81
daha geniş şəkildə müşahidə olunan oda inam, odla bağlı ritulların oxşar xüsu-
siyyətləri yaradılış, dünyanın – kosmosun bərpası, insanın ruhi-mənəvi enerjisi-
nin «idarə olunması» və s. kimi əski düşüncə reallıqlarında bütöv bədii-mifoloji
bir sistemi təşkil etməkdədir.
İşin elmi nəticəsi: Od kultu xalq şeirində arxaik, ritual-mifoloji, mədəni-
tarixi genepoetik əsasda mifopoetik xüsusiyyətlərində ümumiləşdirilir.
İşin elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq konkret mifopoetik simvo-
lun – od kultunun araşdırılması modellər əsasında öyrənilmiş və sistemləşdiril-
mişdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi nəticəsindən ali məktəblərin fi-
lologiya fakültələrində folklorun tədrisi, xalq şeirinin, ayrıca arxaik folklor mo-
dellərinin araşdırılması ilə bağlı tədqiqatlarda istifadə oluna bilər.
ƏDƏBİYYAT
1. Ana kitabələr. (Tərtib edəni Elməddin Əlibəyzadə). Azərbaycan
Dövlət Nəşriyyatı. Bakı, 1996.
2. Ağaverdi Xəlil. Novruzun strukturu, arxaik ritualı, təqvim və bayramı.
http://www.folklorinstitutu.com/arasdirmalar/Novruz_meruze.pdf
3. Azərbaycan arxeologiyası və etnoqrafiyası. Bakı, 2003
4. Nəğmələr, inanclar, alqışlar. Bakı, Yazıcı,1986
5. Rzayev N. Möcüzəli qərinələr. Bakı, 1884
6. Şihabəddin Yəhya Sührəverdi. «İşıq heykəlləri». (Ərəbcədən tərcümə,
ön söz və tərcümə Z.Məmmədovundur). Bakı, Azərb. SSR.Elmlər Akademi-
yası,1989
7. Eski Türk mifolojisi. Jean-Paul Raux. (Çeviri Musa Yazar Sağlam)
Ankara, 2011
8. М.Бойс. Зороастрийцы. Моква, 1988, с.18.
9. Д.Г.Редер. Мифи и легенды Древного Двуречья. Изд. «Наука»,
Москва, 1965, ст. 25-35.
10. Мифoлогия и верованиe народов Восточной и Южный Азии.
Москва, Наука.
11. С.Фрезер. Золотая ветвь. Москва, Изд-во политической литера-
туры. 198.
İnformatorlar
1. Məmmədova Zərnigar Aslan qızı. Zıngilan rayonu Zəngilan kəndi, 64
yaş.
2. Orucova Zəhra Muxtar qızı. Kəlbəcər rayonu, 70 yaş.
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
82
Elçin QALİBOĞLU (İMAMƏLİYEV)
AMEA Folklor İnstitutu, elmi işçi
elcin.qaliboqlu@gmail.com
SU HAQQINDA AZƏRBAYCAN ƏFSANƏLƏRİ VƏ
MİFOLOJİ SU STİXİYASI
Tədqiqat nəticəsində aydın olmuşdur ki, təhlil olunmuş əfsanələr su sti-
xiyasının mifik düşüncə və folklor düşüncəsi üçün əsas konseptlərdən olduğunu
göstərir. Tədqiqatda türk mifologiyasının bərpası zamanı daha çox mifoloji in-
formasiya daşıyan əski mətnlərə üstünlük verilmişdir. Müasir əfsanə mətnləri
mifik dünya modelinin bərpası üçün əvəzsiz qaynaqdır.
Açar sözlər: mif, əfsanə, su stixiyası, kosmos, xaos.
АЗЕРБАЙДЖАНСКИЕ ЛЕГЕНДЫ О ВОДЕ И
МИФОЛОГИЧЕСКАЯ ВОДА
Анализированные легенды в исследовании показывают, что стихия
воды является основным концептом для мифического мышления и фольк-
лора. При реконструкции тюркского мифа в работе отданы предпочтение
к таким текстам, которые носят в себя мифологическую информацию.
Ключевые слова: миф, легенда, водяная стихия, космос, хаос.
AZERBAİJAN LEGENDS ABOUT WATER AND THE
MYTHOLOGİCAL WATER ELEMENT
The legends analyzed in the investigation show the main concepts for the
mythological thinking and folklore thinking of the water element. During the
restoration of Turk mythology in the work the texts carrying the mythological
information are given superiority.
Key words: myth, legend, water element, cosmos, chaos
Məsələnin qoyuluşu. Qədim türk təfəkküründə təbiətin ruhu ilə insanın
ruhu arasında möcüzəvi birlik, doğmalıq mövcuddur. Əfsanələrin mayasındakı
çevrilmənin əsasında əcdadlarımızın təbiət ruhunu insanlaşdırmaq, özüylə, ru-
huyla doğmalıq görmək istəyi dururdu. Türklər inanırdılar ki, onların ruhu ilə tə-
biətin ruhu arasında yadlıq yoxdur. Bu səbəbdən də təsəvvürdə təbiətdəkilərə
çevrilmə əcdadlarımız üçün təbii, qəbulolunan idi. Çünki insan təxəyyül vasitə-
silə əfsanəvi çevrilmədə mahiyyətə yetirdi. Mahiyyətin dərki əfsanəvi biçim və
məzmun tələb edirdi.
Dostları ilə paylaş: |